Mərsiyə Mirzə Məhəmməd Tağı Qumri (1819–1891) Mahi-məhərrəm oldu yenə göylər ağladı, Düşdü cahäne qülqülə aləmlər ağladı. Gəldi mehi-müsibetü eyyami-təziyə, Bu matəmezayə görün kimler ağladı. Şahi-rüsül, əmiri-ərəb, xətmi-ənbiya, Əmmaməsin alıb ələ peyğəmbər ağladı. Döndü xəzanə gülşəni Zəhrayi-əthərin, Dəşti-Nəcəfdə sərvəri-din Heydər ağladı. Qətli-Hüseynə eylədi iqdam Şümri-dun, Amma əlində rəhmə gəlib xəncər ağladı. Başın alıb diz üstə kəfensiz verəndə can, Xeyrənnisə başında qara möcər ağladı. öəli-cəfa ilə qolu bağlandı Zeynəbin, Gördü bu halı şurə gəlib ləşkər ağladı. Çəkdi Səkinə ahi-cigər suzi-sinədən, Meydan içində nəşi-Əli Əkbər ağladı. Oldu ərus ləşkəri-küffarə dəstgir, Torpaqlar üstə Qasimi-gülpeykər ağladı. Gülsum olanda zillətilə nəqayə süvar, Əbbasi-namdar vəfapərvər ağladı. Qumri, bu qisseyi-ələməfzanı qıl tamam, Əldə qələm şərarə tutub, dəftər ağladı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qumri-mersiye İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.