Qəzəllər Mirzə Məhəmməd Tağı Qumri (1819–1891) Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi. Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi. Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu, Yəqin abai-ülvi iltifatından əyan keçdi. Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət, Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi. Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani, Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi. Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış, Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi. Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey, Qətari-köç yükləndi sərasər, karivan keçdi. Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman, Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi. Rəcul səyyadi müstəhzər durubdur can sorağında, O vaxt agah olursan kim, çıxıb əldən inan keçdi. Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə, Görürsən bir zaman əldən behişti-cavidan keçdi. Gedər dünyayi-fani, axirət əmrində qıl çarə, Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi. Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan, Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi. * * * Cana, məhəbbət aləmi pürinqilab olur Cana, məhəbbət aləmi pürinqilab olur, Əhli-məhəbbətin işi daim əzab olur. Aramü taqəti kesilir əhli-nəşənin, Bisəbrü bitəhəmmülü büxürdü xab olur. Əncüm sayar sabaha kimi aşiqin gözü, Hicranda hər gecə ona yövmül-hesab olur. Bir tarmuy ilən dağıdır can binasını, Ol kakilin ki riştəsi pürpiçü tab olur. Əhli-günahə nari-cəhənnəm verir əzab, Üşşaqı dilkəbab eləyən ləli-nab olur. Ruxsari-mahtələtə baxmaq deyil rəva, Çox baxsa aftabə əgər göz, xərab olur. Abi-həyat tək görünür vəsli-məhvəşan, Təhqiqi-nəfsül-əmrdə baxsan sərab olur. Vermə könül o taifeyi-bədməzacə kim, Kirdari nazü kəlmeyi-nitqi itab olur. Bir nuş versə qəlbüvə yüz nişi-qəmə urar, Cövrü cəfası aşiqinə bihesab olur. Yoxdu kitabi-məzhəbi kafir gözəllərin, Kafir bulardan əsldə əhli-kitab olur. Aldanma hüsni-surətə, bu xudfüruşlər Surətdə bülbül olsa da, batin qürab olur. Zahirdə Müştəridir, əgər batinən Zühəl, Axır Zühəldən aləm ara ictinab olur. Bu növdür vəfalarının istiqaməti, Guya ki, filməsəl, su üzündə hübab olur. Qətən əqidəsində bu zalimlərin yəqin Aşiqlərə cəfa eləmək çox savab olur. Qumri, bu qövlə mötərif ol, qılma etiraz, Bəsdir dəxi, nə qədər sualü cavab olur?! * * * Çıxmaz başımdan eşq ilə sevdası dilbərin Çıxmaz başımdan eşq ilə sevdası dilbərin, Könlümdə var həmişə təmmənnası dilbərin, Nuş etmişəm şərabi-məhəbbət ələstdə, Getməz ölüncə nəşeyi-səhbasi dilbərin. Vaiz, məlamət etmə məni, həq mənimlədir, Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin. Cənnətdə hər nə vardı, sənin, qoy mənim ola Bir kəlmə söhbəti-fərəhəfzası dilbərin. Yox özgə məşqi vəsli-raxi-yardən səva, Qumri olubdur aşiqi-şeydası dilbərin. * * * Ey dil, vəfası yoxdu dilara gözəllərin Ey dil, vəfası yoxdu dilara gözəllərin, Cövrü cəfası çoxdu bu rəna gözəllərin. Yüz nazü qəmzə ilə can almaqdır adəti, Ahu baxışlı gözləri şəhla gözəllərin. Hər tarı bir kəmənd kimi xəlqi bənd edər, Dami-bəlayə zülfi mütərra gözəllərin. Tavus tək bəzər özünü, xəlqi aldadar, Çün fikrü zikri məkrdi qəta gözəllərin. Bir dəfə güldürər səni, min dəfə ağladar, Şənində gəlməyibdi təvəlla gözəllərin. Çox imtahan elibdi kəma-keyf haqqına, Arifdi çünki, Qumriyi-şeyda gözəllərin. * * * Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı? Bel bağlama cəhanə, vəfayi-cəhan hanı? Hər qərinə dolar, boşalar, karivan keçər, Bu karvansərayə gelən karivan ham? Beş gün qalıb tamam dili-azürdə getdilər, Bir baxgilən o qafilədən bir nişan hanı? Çox gülşəni xərab elədi ruzigardə, Bülbül hanı, o güllər ham, gülüstan hanı? Çox serv baş çəkib fələke baği-ömrdə, Olbaği-ömr noldu, o sərvi-rəvan hanı? Çox nazəninləri fələk ağuşə yar edib, Torpaq içinda onlan yadə salan hanı? Hiç. qoymayıbdı bir daşı daş üstə bu fələk, Viran olmayan de göriim xaniman hanı? Çox evləri dağıtdı bu dövrani-ruzigar, Ali bəa kimi qapısı bağlanan hanı? Çox toylan cehani-fələk yasə döndərib, Qasım tək əllərinə yaxan həna qan hanı? Çox no ərusi çərx eləyibdi qara duvaq, Əmma dimağı qan ile əlvan olan hanı? Damadlər zəmanədə çox namurad olub, Əzası xəncər ile susuz doğranan hanı? Damadi-Kərbəla tek əli dəyməyib ələ, Çöllerdə üç gecə nəşi üryan qalan hanı? Ali Əli müsibətini nəzmə çəkməye Hiç zinəfesdə taqəti-şərhi-bəyan hanı? Ta heşr olunca hər eşidən naləsin deyər, Bəzmi-əzada Qumriyi-şirin zəban hanı? * * * Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin Məgər divanədir üşşaq, eşqi-yardən, keçsin, Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?! Rəvadır təşneyi-cami-məhəbbət meydən əl çəksin, Qoyub zövqü səfani, badeyi-gülnardan keçsin?! Ol anda fəsli-gül tər qönçənin arayiş əyyami, Qoyarmı eşq şeyda bülbülü gülzardən keçsin?! Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq Və lakin müşkül işdir ləzzəti-didardən keçsin. Olur keçmək Bədəxşan ləlinin alafü əlfindən, Çətindir aşiqə ləli-ləbi-göftardən keçsin. Mənim mehrabü qibləm taği-əbruyi-bütan olmuş, Məazəllah ki, zabid qibleyi-əxyardən keçsin. Olub Qumridən ötrü rişteyi-can gisuyi-canan, Məgər candan keçib ol türreyi-tərrardən keçsin?! * * * Eşitcək bu sözü təbim həzan dilkəbab oldu Eşitcək bu sözü təbim həzan dilkəbab oldu, Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu: Məgər divanədir üşşaq eşqi-yardən keçsin, Həvayi-vəslü sövdayi-rüxi-dildardan keçsin? Rəvadır təşneyi-məhəbbət meyden əl çəksin! Qoyub zövqü səfanı badeyi-gülnardan keçsin?! Olanda fesli-gül, tər qönçenin arayiş əyyamı, Qoyarmı eşq şeyda bülbülü gülzardan keçsin? Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq, Və lakin müşkül işdir ləzzeti-didardən keçsin. Olar keçmək Bədəxşan ləlinin alafi-əlfindən, Çetindir aşiqə Iəli-ləbi-dildardan keçsin. Olub Qumridən ötrii rişteyi-can geysuyi-canan, Məgər candan keçib, ol türreyi-tərrardən keçsin?! * * * Kitabxana.az · https://kitabxana.az/collections/qumri-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1891). Public domain (author died 1891). Original text only.