Divanilər Aşıq Qurbani (1477–1550) Ola Fələk, sənlə vuruşmağa bir qabil meydan ola, Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola. Getmiş idim mürşüdimə dərdimə dəva qıla, Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola. * * * Gərək Kufə əhli bihəyalar şərmi, həyanı atdılar, Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar. Qazılara rüşvət verib, şəri batil etdilər, Bu divan ki, divan deyil, ədalət divan gərək. Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər, Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər. Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər, Pirim girib ol niqabə, getməyəydi cavan gərək. Gərək biçarə Qurbani, sən bu cəbrə dözəsən, Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən. Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən, Əslimiz türabdəndir, məskənimiz kan gərək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.