Qoşmalar Aşıq Qurbani (1477–1550) Açılmış Pərimin bağmda seyran eylədim, Sanasan bağçada güllər açılmış. Çıxardım könüldən dərdi, qubarı, Xoş göftarlı şirin dillər açılmış. Sifətdə Züleyxa - yarı Yusifin, Xubların xubusan eylərəm vəsfin, Boyu uzun, beli incə məhbubun, Buxağmda gözəl xallar açılmış. Hasil oldu Qurbaninin diləyi, Tanımaram nə sultanı, nə bəyi, Mirvari qolbağı, bəyaz biləyi, Dal gərdəndə siyah tellər açılmış. * * * Almağa gəlmişəm Ellər köçdü yaylasına, dayandı, Sizin dağdan qar almağa gəlmişəm. Könül quşu dövr eyləyir bu dağda, Zənbur mənəm, bar almağa gəlmişəm. Sevgilimin qaşı Kəbə küncüdü, Mən öləndə kimlər ona yöncüdü? Ağız süddü, diş dürr, dahan incidi, Sərraf mənəm, zər almağa gəlmişəm. Başına döndüyüm, şahlarm şahı, Səni gördü gözüm, çəkmərəm ahı, Qurbani der: budu sözün kütahı, Müxtəsəri, yar almağa gəlmişəm. * * * Alma Üç ay yay dolanıb payız olanda, Məst olub sığışmır budağa alma. Lalədən, qönçədən artıq deyilsən, Versənə nəfsinə qadağa, alma! Səni yaradıbdı Cəlilü Cabbar, Hüsnün kitabının adı kirdigar, Özü xırdacana, dənəsi gülnar, Narnan düzüləydin otağa, alma! Sən ha Qurbaninin canın üzərsən, Qaş oynadıb, gözlərini süzərsən, Adətindi, əldən-ələ gəzərsən, Yoxdu sana qoruq-qadağa, alma! * * * Ay oğlan Şirin yuxusuna qurban olduğum, Gözlərin aç, mehribanım, ay oğlan! Bu həsrət gözlərim baxsın gözünə, Təzələnsin din-imanım, ay oğlan! Kənardan baxmaqla doya bilmirəm, Üzüm üzün üstə qoya bilmirəm, Xuban yanımdadı, deyə bilmirəm, Aç gözünü, çıxdı canım, ay oğlan! Artırma könlümün dərdü-sərini, Yaxşı var, yaman var, bunda görünü. Başına dolandır məzlum Pərini, Aç gözünü, yox tavanım, ay oğlan! * * * Ayrı Səhər bülbülləri nə fəğan eylər, Düşərsə güzarı çəməndən ayrı. Səhər-səhər qönçəsindən ayrılan, Şəqayiqlər1 gülməz səməndən ayrı. Yanında dayanan yoldaşların var, Sirrini saxlayan sirdaşların var, Sənin elin, günün, qardaşlarm var, Mənim kimsəm yoxdu, yar, səndən ayrı. Dedim, pəri, nə elərsən mehpara, Mənim həsrət gözüm heç uymaz xara, Bir qətrə yaş tökdün, bir də dübara, Əqiqdən, yaqutdan, yəməndən ayrı. Qurbani der: məgər axır zamandı? Sevgi sevgisindən ayrı yamandı, Bağrım dəlik-dəlik, sinəm peykandı, Mənim üzüm gülməz vətəndən ayrı. * * * Bağlasın Yaralandım ürəyimin başmdan, Yara deynən yaralarım bağlasın! Oxlanmışam kirpiyindən, qaşından, Mən ölürəm, onu Allah saxlasm! Naşı təbib dərdə dərman etmədi, Canan gəlib göz önündən ötmədi, Həsrət öldüm, əlim yara yetmədi, Vəzir də mənim tək kamm almasm! Qurbaninin dərdi həddən ziyada, Çağırsam ağamı, yetişər dada, Desələr necoldu, o binəva da: Mən al geydim, o qaralar bağlasm! * * * Bənövşəni Başına döndüyüm ay qəşəng pəri, Adətdi, dərərlər yaz bənövşəni. Ağ nazik əlinlə dər, dəstə bağla, Tər buxaq altında düz bənövşəni. Tanrı səni xoş camala yetirmiş, Səni görən aşiq ağlın itirmiş, Mələklərmi dərmiş, göydən gətirmiş? Heyif ki, dəriblər az bənövşəni. Başına döndüyüm, bağa gəl, bağa, O gözəl hüsnündən bağa nur yağa. Dəstə-dəstə dərib taxar buxağa, Bənövşə qız iylər, qız bənövşəni. Səhər olcaq şeyda bülbül oxuşdu, Hökm olundu, süleymanlar yerişdi, Sərt qış gəldi, gülün vaxtı sovuşdu, Daha iyləmirik biz bənövşəni. Qurbani der: Könlüm bundan sayrıdı, Nə etmişəm yarım məndən ayrıdı?! Ayrılıqmı çəkib boynu əyridi?! Heç yerdə görmədim düz bənövşəni. * * * Bəhanədi bu Dedim: Dilbər, getmə, bir də danışaq, Dedi: Sözüm yoxdu, bəhanədi bu! Dedim: Bir nəzər qıl aşıq halma Dedi: Əcəb dəli-divanədi bu! Dedim: Ey vay, halım yaman olubdu, Dedi: Qəmdən belin kaman olubdu, Dedim: Vallah, sinəm meydan olubdu, Dedi: Mən bilmənəm, xəzanədi bu! Dedim: Qoy gözümə qıvrım tellərin, Dedi: Lazım deyil, vəhşi güllərin, Dedim: Sən bizimsən, biz də ellərin, Dedi: Aldanmaym, biganədi bu! Dedim: Sənə aşiq olan can budu, Dedi: Sənin eşqin axar bu sudu, Dedim: Cavan ömrüm çürüyüb budu, Dedi: Əbəs sözdü, əfsanədi bu! Dedim: Qurbaniyəm yarın adma, Dedi: Elə sənsən düşən yadına, Dedim: Mən ha yandım eşqin oduna, Dedi: Şama yanan pərvanədi bu! * * * Bilmədinmi sən Şəbnişin eyləyib yola düşmüşəm, Yar, mənim gəldiyim bilmədinmi sən? Dərdini çəkməkdən dəli olmuşam, Yar, mənim gəldiyim bilmədinmi sən? Mən qurbanam sənin kimi canana, Olmuşam dərdindən dəli-divana, Dağılsm otağım, ev ilə xana, Yar, mənim gəldiyim bilmədinmi sən? Qurbani deyir ki: sonasan, sona, Bir zaman görməsəm yanaram, yana, Qarabaş göndərdim əhdə, peymana, Yar, mənim gəldiyim bilmədinmi sən? * * * Bir də yaz Gecə-gündüz bulud keçər havalar, Belə getməz, əlbət gəli bir də yaz... Oxuyur bülbüllər muğam, havalar, Sızıldaşır yaram, aman bir də yaz! Bulud olan qalxar havada gəzər, Aşiq olan yarın bağrmı əzər, Qəvvəs2 olan girər dərində gəzər, Bir dərin var, bir dərgə var, bir dayaz! Qurbani güldəstə bağlar oxuna, Sinəm buta, yarım müjgan oxuna, Bir namə yaz hər divanda oxuna, Görən deyə, var əllərin, bir də yaz. * * * Bu Dedim: dilbər, getmə bir dəm danışaq, Dedi: sözün yoxdur, bəhanədir bu! Dedim: bir nəzər qıl aşiq halına, Dedi: əcəb dəli, divanədir bu. Dedim: ey vay, halım yaman olubdur, Dedi: qəmdən belim kaman olubdur, Dedim: vallah sənə meydan olubdur, Dedi: mən bilmənəm xəzanədir bu! Dedim: qoy gözümə qıvrım tellərin, Dedi: lazım deyil vəhşi güllərin, Dedim: sən bizimsən, biz də ellərin, Dedi: çəkin burdan, biganədir bu! Dedim: sənə aşıq olan can budur, Dedi: sənin eşqin axar bir sudur, Dedim: cavan ömrüm çürüyüb gedir, Dedi: əbəs sözdür, əfsanədir bu! Dedim: mən Qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına, Dedim: mən ha yandım eşqin oduna, Dedi: şəmə yanan pərvanədir bu! * * * Bu işə Qadir Allah, səndən budu diləyim, Pənahdarım, imdad eylə bu işə! Səndən başqa yoxdur mənim köməyim, Aman Allah, imdad eylə bu işə! Bismillah elədim, girdim meydana, Ümidim bağladım Şahi-mərdana, Məcnun kimi məni qoyma divana, Aman Allah, imdad eylə bu işə! Qurbani der: əslim qaradağlıdı, Yar üzündən ürək düyün-dağlıdı, Zülm eləyən vəzir, namərd oğludu, Aman Allah, imdad eylə bu işə! * * * Bu qızın Ləblər mirvaridi, incidi dəndan, Al yanağı əlvan lala bu qızın. Gözüm düşcək könlüm pərvaz eyləyər, Zənəxdanda qoşa xala bu qızın. Əlinə götürüb bir dolu badə, Nola məni yetirəydi muradə, Yolunda qoymuşam bədəndən cadə, Gəlmir payəndazı yola bu qızın. Mənim sevdiyimin bir ismi Nigar, Canım fərağında, gözüm intizar. Dirili Qurbani aləm-aşikar İstəyir kuyində qala bu qızın. * * * Çəkibdi Xorasanda qızıl günbəz ağası! Gözüm sənin intizarın çəkibdi. Haq buyurdu, həbib getdi meraca, Ona peşkəş ol Quranı çəkibdi. Haq buyurdu Şiri-əzəm Heydərə, Şəhadət barmağın saldı Xeybərə, Şəmameynən getdi ol Şəhrizərə, Ağam orda boran, qarı çəkibdi. Xoş o kimsəyə ki, yata yuxuda Cəbrail üstünə gətirə nida. Ağam Şahi-Mərdan özü davada Kafər üstə zülfüqarı çəkibdi. Yoxdu bu dünyada belə namidar, Qurbaninin canı yolunda nisar, Ağam Şahi-Mərdan Düldülə süvar, Səməndinə qəm cidarı çəkibdi. * * * Candan eylədi Pəncərədən hayıl-mayıl baxan yar, Baxan dilbər məni candan eylədi. Xun ciyərim eşq oduna yaxan yar, Yaxan dilbər məni candan eylədi. Neynirəm şəkəri, yemirəm qəndi, Ləblərin ver əmim, ürəyim yandı. Yel atdı rübəndi, sinən göründü, Sinən, dilbər, məni candan eylədi. Qorxum yoxdu sultanından, xanından, At oxların peykan olsun canandan. Tifil Qurbaninin axan qanından, – Axan qanlar məni candan eylədi. * * * Canım hey Köç-köç oldu, köçdü ellər, obalar. Bayqudan viranda qalan canım hey! Çaylar coşdu, yollar işləməz oldu, Gəmisi girdabda qalan canım hey! Əzəl başdan söz ustadı gələndə, Qaşı cəllad, gözü yağı gələndə, Hərdəm gözəlimin adı gələndə, Saralıb gül kimi solan canım hey! Qurbaniyəm, fikrim gəzir asmanda, Canan harda olsa, can alar anda, Yəqub kimi qan ağlaram Kənanda, Yusif tək zindanda qalan canım hey! * * * Ellərə doğru Nə ola bir şadlıq xəbəri gələ, Yüklənə barxanam ellərə doğru. Naşı ovçu bərə bəklər, əylənər, Marallar sayrışar yollara doğru. Səhərdən yüklənər nazlımın köçü, Cənnətül məvadır qoynunun içi, Əbrişim telləri, mürəssə saçı, Hərdəm şitab elər bellərə doğru. Sevdiyimin gürcü imiş atası, Əskik olmaz qoç igidin xatası, Qaşın kaman, sinəm onun butası, Qatı yay çəkilir qollara doğru. Tağçalarda qurudular barama, Naşı təbib məlhəm eylər yarama, Dedim pərim, zülflərini darama, Könül gəştə çıxar tellərə doğru. Qurbani der: naləm yandmr daşı, Üstümə gəlməsin təbibi-naşı, Ümmana dönəndə gözümün yaşı, Axanda tökülür sellərə doğru. * * * Eylədi Bir pəri sevmişəm sizin ellərdə, Məni camalına heyran eylədi. Bunca bir gözəli bulmadı könül, Gəzdi bu cahanı seyran eylədi. Əsli şahzadədi, ismidi Pəri, Yolunda qoymuşam can ilə səri, Bir təklif eylədi, getdim içəri, Dindirdikcə könlüm xəndan eylədi. Gümüş piyaləlim, altun ayaqlım, Sürahi gərdənli, qaymaq dodaqlım, O ceyran yerişlim, ayna qabaqlım, Qurbani der: məni candan eylədi. * * * Eylədim Dost yolunda yaxa yırtdım, baş açdım, Gecə-gündüz dadü bidad eylədim. Öz əlimlə yıxdım özüm evimi, Müddəilər evin abad eylədim. Töxmi-həsrət sinəm üstə əkdirdim, Gözümün yaşıyla bəhrə yetirdim, Cəfa çəkdim, dərd xırmanı gətirdim, Onun adın töhmətabad eylədim. Dost yolunda üz qoyuban baş kəsdim, Ağlamaqdan bu didəmdən yaş kəsdim, Şirin üçün Bisitundan daş kəsdim, Münasib adımı Fərhad eylədim. Şahin, şonqar bəy oğlunun qolunda, Seyrəğıblar həm sağında solunda, Qurbani der: bir namərdin yolunda, Cavan ömrüm heyif, bərbad eylədim. * * * Əli Damanda qalmışam, yetiş dadıma, Özünü Xeybərə yetirən Əli! O dəm zülfüqarı çəkən zəbanə, Dinsizləri dinə gətirən Əli! Neçə il zülfüqar nə yerdə qaldı! Neçə min ənbiya səndən dərs aldı!.. Üzündə niqabı bir ərəb gəldi, Özü öz tabutun götürən Əli! Şiə tək eyləmə Əli, Vəliyə, (?) Şahi-vilayətə, nuri-Cəlilə, İşarət eylədi göydəki günə, Günü günortadan qaytaran Əli! Mənim pirim kövsər üstə saqıdı, Möminlərin yeri cənnət bağıdı. Qurbaninin bu gün müşkül çağıdı, Cəmi müşkülləri bitirən Əli! * * * Əsər indi Səhər-səhər bir gözələ uğradım, Ondan dəydi mənə ay əsər indi. Ağlım zail oldu, halım digərcun, Nə ki var əndamım ay əsər indi! Bahar olcaq dağlar aylalalandı, Bulud zülf üzünə ağ lalalandı, Biznən mey içənlər ay lal alandı, Tökülüb sərinə ay əsər indi! Örtübdü başına şal qəza işin, Qoymayun danlaya el qaza işin, Qurbani der: get-gör ol qəza işin, Tərlan avın almış, ayə sar indi! * * * Dəyər sənə Sallana-sallana gedən Salatın, Gəl belə sallanma, göz dəyər sənə, Al-yaşıl geyinib qarşıda durma, Yayın bəd nəzərdən, söz dəyər sənə. Getmə, getmə görüm, kimin yarısan, Hansı bəxtəvərin vəfadarısan? Kölgədə bəslənmiş quzey qarısan, Səhərin yelləri tez dəyər sənə. Qurbani der: heç kəs yarın öyməsin, Düymələ yaxanın çarpaz düyməsin, Dəstələ zülflərin, yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə. * * * Dedilər Yatmışdım, üstümə gəldi ərənlər, Oğlan, nə yatmısan, oyan dedilər. Düldülün sahibi, Qəmbər ağası, Budur, ona Şahi-Mərdan dedilər. Oyandım qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Dindirdilər, haq söylədim sözümü, Hər kəlməmə doxsan bəyan dedilər. Qurbani, batıbsan qəm dəryasına, Ovçunun məskəni dağ arxasına, Bir sığal verdilər gönül pasına, Aşiqi məşuqa qurban dedilər. * * * Dedim bəlidi ............. ............. ............. ............. Oturmuşdum Təktüklünün başında, Ocaq qırağında, pirin tuşunda, Mana badə verdilər səfər ayının beşində, Aldım nuş eylədim, dedim "bəli"di. Şair idim, şairliyimi bilmirdim, Ağlayırdım, göz yaşımı silmirdim, İndiyədək ustadımı bilmirdim, İndi bildim Şahi-Mərdan Əlidi. ............. ............. ............. ............. * * * Deyərsən 1-ci variant Şahi-xuban, mənim ərzi-halımı, Əlbət, əlbət nazlı yara deyərsən! Xəstə düşdüm, qaldım onun kuyində Üzü dönmüş sitəmkara deyərsən! Səni o, görcəyin əlbət, dindiri, Aşiq məşuqunu oda yandırı, Dərdim anbar-anbar, dərmanım Pəri, Mən qalmışam nə avara, deyərsən! Qazanmadıq bu dünyanm malını, Geyinmədik yaşılım, alını, Dirli Qurbaninin ərzi-halını, Yalvara-yalvara yara deyərsən! 2-ci variant Qasid, gedər olsan yarın yanına, Mənim ərzi-halım yara deyərsən. Əgər xəbər alsa yar əhvalımı, Könlüm şikəst, günüm qara deyərsən. Getsən, ölkəsində bir zaman yuban, Görsə, xəbər alar o şirinzəban, Sən olasan səni şahi-Xorasan, Mən qalmışam nə avara, deyərsən. Gedərsən Pərinin xaki-rahına, Könül səcdə qılır həq dərgahına, Qəsrindən çıxanda seyrəngahına Yar yanınnan vara-vara deyərsən. Aralıqdan haq götürsün xayını, Xain olan haqdan almaz payını, Tifil Qurbaninin ərzi-halını Yalvara-yalvara yara deyərsən. * * * Deyibdir Cəbinin təcəlla, cəmalın günəş, Küll şeyün halik – Allah deyibdir. İki qabe–qövsin, qürrətüleynin Bilməzəm qanıma nə susayıbdır! Cəbrayıl ki gəldi ərşi-əladan, Gəldi xəbər gətdi lövhi-ülyadan. Cəmalın şövqinə ta sürəyyadan Ay şəbxun eyləyib, gün ilğayıbdır. Sana dostum dedi rəbbülaləmin, Onun hökmündədir ərş ilən zəmin, Cəbrayıl, Mikayıl, İsrafil, Əmin, Firiştələr qulluğunda nayibdir. Cəmalın şövqindən nəzl oldu ayə, Heç aşiq düşməsin bu təmənnayə, Mələklər çıxanda ol tamaşayə, Dedilər, bu nə nur, nə əcayibdir! Vilayət yiyəsi, ey kərəm kanı, Dünyavü axirət darüləmanı, Qurbani, bəşərsən, həddini tanı, Məlaik üzünə durmaq ayıbdır! * * * Deyiləm İxtiyar sənindi, vəfalı dilbər, Mən sənin xətrinə dəyən deyiləm. Səbəb nədi məndən kənar gəzirsən? Sir sözün yadlara deyən deyiləm. Hər gecə vayğamda1 görürəm səni, Sən allah, sən tanrı, sən də gör məni, Çıxsın ilqarından dönənin canı, Mən ki ilqarımdan dönən deyiləm. Qurbani der: gülü tutasan dəstə, Dəribən verəsən vəfalı dosta, Üzümü qoysam da üzünün üstə, Öpübən dişlərəm, yeyən deyiləm. * * * Dolanım Qarı nənə, sən bir arıx dəvəsən, Qanqal gərək, xırda-xırda gəvə sən. Qız deyilsən cahıl oğlan sevəsən, Qarı nənə, imanuva dolanım! Pambıqdan da ağdı sənin ağ başın, Altmışdan artıqdır, bilginən yaşın, Qalmayıb dəhanda tək bircə dişin, Qarı nənə, dəhanuva dolanım! Qurbani der: Bu sözlərim yazılar, Tezlik ilə sənə qəbir qazılar; Mənim könlüm bir Pərini arzular, Qarı nənə, kamaluva dolanım! * * * Dördünə On altı gözəlin seyrinə varım, Gözüm düşdü gözəllərin dördünə. Altısı bəd xəsyət, dindirmək olmaz, İkisi mehriban, de, bəs dördü nə? Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abü atəş, xakü baddı, dördü nə? Qurbani sözlərin eylədi tamam, Gözümün evini alıbdı duman, Səkkiz şey insana olubdu ənam, Ağıl, mərifət, həvəs, kamal, dördü nə? * * * Dönübdü Hicran gecələri qayğı çəkməkdən, Əlif qəddim əyri yaya dönübdü. Bədəsilin eşidəntək sözlərin, Yəqin etdim, ömrüm zaya dönübdü. Dünyada qalmayıb zərrəcə hörmət, Qardaş qardaşına eylər xəyanət, Gədalar bəy olub, bəylər rəiyyət, Ağ pullar çönüb ribayə dönübdü. Uçuşur dumalar, səkir teyhular, Namərd adam qalibliyin arzular, Bulandı dəryalar, həm daşdı sular, Qaynaqsız bulaqlar çaya dönübdü. Biz də qonaq olduq qarslı Osmana, Yunis tək mat qaldıq bəhrü-ümmana, Qurbani der: dönsün belə zamana, Göydəki ulduzlar Aya dönübdü. * * * Gedirəm Nə müddətdi cəlay-vətən olmuşam, Baş götürüb Gəncə deyib gedirəm. Qəvvas kimi dəryalara dalmışam, Eşqə düşüb onca deyib gedirəm. Sevgili sevgini könülnən tuta, Sidqini bağlaya eynəlyaquta, Şahlar şahı özü veribdi buta, Baş götürüb onca deyib gedirəm. Qurbani tab etsin bu dərdə necə? Qərarım kəsilib gündüz, həm gecə, Bir gözəl sevmişəm hamıdan incə, Baş götürüb İncə deyib gedirəm. * * * Gəncə hey Könül qalxıb Bərdə sarı yeridi, Orda bir ölkə var, adı Gəncə hey!.. Gözəlləri, məhbubları, xubları, Olar batıb malü-mülkə, gencə hey!.. Geymək üçün yaşılı var, alı var, Əmmək üçün ləblərinin balı var, Xublarmm bir özgə cür halı var, Hər yetənə vurmaq olmaz pəncə hey! Qurbani der, vüsalına ermədim, Əl uzadıb qönçə gülün dərmədim, İran gəzdim, Turan gəzdim görmədim, Gözəllikdə, məhbubluqda səncə hey! * * * Gəlin Yolunu salıbsan çeşmə başından, Qorxuram gələsən nəzərə, gəlin! Əgər qəbul etsən bu şirin, canı, Verrəm qurban sən tək gözələ, gəlin! Qızılgülü dəstə tutub dərgilən, Dəribəni pünhan yerdə sərgilən, Ağ üzündən bir cüt busə vergilən, Qəribəm, könlümü təzələ, gəlin! Yazıq Qurbanini dərdli yazgilən, Hər cür cəfasma, cəbrə dözgilən, Öz əlinlə məzarını qazgilən, Qoy məzara, özün dəfn elə, gəlin! * * * Gəlmişəm Başına döndüyüm Gəncənin xanı, Mətləbimdi, pəri üçün gəlmişəm. Buyur cəlladlara töksünlər qanı, Mətləbimdi, pəri üçün gəlmişəm! Böyüklərdən əta, kiçikdən xəta, Mərd igid odu ki, dediyin tuta, Şahlar şahı mənə veribdi buta, Mətləbimdi, pəri üçün gəlmişəm! Heç çıxmadım nazlı yarın köşkünə, Bulanmadım ənbərinə, müşkünə, Tərəhhüm eylə mən qərib miskinə, Mətləbimdi, pəri üçün gəlmişəm! Qurbani der: diriliyəm, mən diri, Yolunda qoymuşam can ilə səri, Axtardığım yardı, şikarım pəri, Mətləbimdi, pəri üçün gəlmişəm! * * * Gəlmişəm Gəncə dağlarından, uzaq ellərdən, Əlbəttə ki, bir murada gəlmişəm. Eşqin sitəmindən, çərxin əlindən, Bir şahım var, ona dada gəlmişəm. Fərağat evimdə otduğum yerdə, Oxuyub elmimə çatdığım yerdə, Bir şirin yuxuda yatdığım yerdə, İçiriblər mana bada1, gəlmişəm. Bülbül idim, ayrı düşdüm gülümdən. Fələk vurdu, cida saldı elimdən, Qurbaniyəm, Qara Vəzir əlindən, Şah oğluna şikayətə gəlmişəm. * * * Gərək Mənlə bəhs eləyib, gözələm deyən, Ağ üzündə tək bir, tək bir xal gərək. O qaymaq dodağın sədəf içində, Əmmək üçün ləblərində bal gərək. Sağrı başmaq geyib, nalçası gümüş, Zər tanalı köynək, həşyəsində quş, Mirvari topuqlu, tutayı naxış, Qırx işkə qız sənə xidmətkar gərək. Naxışkar eyvandır - tamam zərnişan, Ağ üzündə qoşa xallar bir nişan, Ala yazma döşək, xalı Xorasan, Qurban, bu dövlətə bir iqbal gərək. * * * Gətiri Başma döndüyüm vəfalı dilbər, İrəngin dağlardan lala gətiri. Qaşların ləl olsa, yoxdu qiyməti, Gözlərin başma bala1 gətiri. Məclisində şirin-şirin danışı, O tərlan duruşu, qıya baxışı, O sərxoş yerişi, o sallanışı, Kafir olsa, yenə yola gətiri. Mən qurbanam ala gözün məstinə, Nə qıyıbsan şirin canın qəsdinə, Sallana-sallana gəlsən üstünə, Yazıq Qurbanini hala gətiri. * * * Gəzə-gəzə mən Altı yol gəlmişdim, bununla yeddi, Öldüm bu bağçanı gəzə-gəzə mən. Dedim, bir yar sevdim, unudub getdi, Öldüm bu bağçanı gəzə-gəzə mən! Gözüm doymaz sənin kimi canandan, Cananm itirən tez olar candan, İnanmırsan soruş şahi-xubandan, Öldüm bu bağçanı gəzə-gəzə mən! Pəri, sənə qurban dirili Qurban! Yolunda qoyubdu o baş ilə can, Bir əlində fanus1, yanında xuban, Öldüm bu bağçanı gəzə-gəzə mən! * * * Görməsin Xandı gələn, vəzirlər də yanınca, Çək pərdəni, naməhrəmlər görməsin! Kaş öləydim bu günlərə qalmca, Çək pərdəni, naməhrəmlər görməsin! Səs yayılar, sirrimizi bildirər, Dost-düşməni axır bizə güldürər, Müxənnətin sözü adam öldürər, Çək pərdəni, naməhrəmlər görməsin! Qurbani, başına yağar yağış, qar, Ah, necə vətəndən oldum dərbədər, Bu sevdaya düşən çəkər ahü-zar, Çək pərdəni, naməhrəmlər görməsin! * * * Görmüşəm Ay ata, can gedib, qalıbdı nəfəs, Bu nişanda belə yarı görmüşəm. Bunca ki gözəli tapmadı könül, Ah çəkibən intizarı görmüşəm. Gözəllikdə kimsə yoxdu təhrində, Onunçun çəkərəm yarın qəhrin də, Nə İran, nə Turan, Gəncə şəhrində Canlar alan o nigarı görmüşəm. Ay ata, sən məni etmə günahkar, Bəsdi, bunca nə elərsən ahü zar?! Qurbani der: Əldən gedib ixtiyar, Xublar şahı o sərdarı görmüşəm. * * * Göründü Xublar küçəsinə güzar eylədim, Muraz1 bağçasının barı göründü. Əl uzatdım yarın yaxasın açam, Gözümə Gürcüstan narı göründü. Camalın oxşatdım ayinən günə, Gözlərin kafəri gətirər dinə, Sinən bəyaz, dilbər, o yaylaq sinə – Gözümə Savalan qarı göründü. Qaşların qaradı, kipriyin oxdu, Gözlərin taladı, İranı yıxdı, Ay kimi parladı, gün kimi çıxdı, Tifil Qurbaninin yarı göründü. * * * Göndər Namə yazdım, yar yanına yolladım, Darçından, mixəkdən, hil mana göndər. Bahar olsa bağçanızda o güllər, Dərginən bir dəstə gül mana göndər. Yolların rəvandı, azan olmasa, Seyrağıb dağını qazan olmasa, Qələm tutub kağız yazan olmasa, Birləşib şəkərlə dil mana göndər. Qurbani də əsilliyin itirməz, Ağlamaqnan haq diləyin bitirməz, Dərdim çoxdu, nər-mayələr götürməz, Kərgədan olmasa, fil mana göndər. * * * Gül üzə Məni görcək ürbənd çəkdi gül üzə, Dara zülfün, qoy tökülsün gül üzə, Qorxum budu xoryat bağdan gül üzə, Kəsilə güllüyün mədarı, xanım! Çox işlərə o, eyləyər iradə, Fələk qoymaz mən yetişəm muradə, Seyrəqib görməsin heç gün dünyadə, Heç nəcat tapmasın əğyarı, xanım! Maral xanım naqis işlər eyləyər, Xəncər alıb ciyərimi teyləyər, Qurbani bu yarsız bağı neyləyər? Pozular ömrünün pərgarı, xanım! * * * Gürcünün Sallana-sallana üstümə vardı, Sataşdı gözümə xalı gürcünün. Apardı halımı, çəkdi huşumu, Sataşdı gözümə xalı gürcünün. Örtüb al yanağa qırmızı lala, Boy sünbülə bənzər, qaməti dala1. Bu biçarə aşiq qurbanız ola, Üzükdən keçərdi beli gürcünün. Qurbani der sizə: Ay gürcü qızlar, Yerdəki çiçəklər, göydə ulduzlar! Yaralıyam, yaram hey yanar, sızlar, Var olsun dünyada eli gürcünün! * * * Gülərmiş Baxgilən fələyin ruzigarına, Əyyam xoş keçəndə dövran gülərmiş. Bəhrəli çağlarda, məhsul aymda, Bağı bar verəndə bağban gülərmiş. Bir baxtm yatıban bir ucalanda, Tülək-tərlan olub, sar ov çalanda, Məsəldi deyərlər: qurd qocalanda, Tülkü meydan açıb, dovşan gülərmiş. Qurbani, qəmlənmə, kərəm-kanı var, Ədalət hakimin haqq divanı var, Bu çərxi-fələyin nərdibanı var, Yenən ağlayarmış, qalxan gülərmiş. * * * Xoş gəldin Bu gün nə xoş gündü, nə xoş saatdı, Qədəm basdın, Pəri xanım, xoş gəldin. Ləblərin aşiqə abi-həyatdı, Təzələdin ruh-rəvanım, xoş gəldin! Gözlərin nərgizdi, hüsnün mahtaban, Açılıb gül, süsən, sünbül, ərğəvan, Zənbağü yasəmən, bərgi-ireyhan, Fəsli-bahar gülüstanım, xoş gəldin! Şad eylədin Qurbaninin didarın, Həsrətin çəkirdim sən kimi yarın, Saldın güllü bağa cəmi dostların, Gözəllər şahvarı canım, xoş gəldin! * * * İndi Sən tərif etdiyin ol səmənd atın, Kəlləmənqo1 tutub yamandı indi. Nalı, mıxı düşüb, çox pis gündədi, Ayğıran bir ölü siçandı indi. Arıx çıxıb qışdan, ayrılması yox, Noxtalanıb yerə çəkilməsi yox, Çoxdankı ölüdü, dirilməsi yox, Bir dəri, bir sümük, palandı indi. Qarğa, quzğun edib cəmdəyin para, Üç mildən qalıbdı dişlər ağara, Umsuq etdin məni, qoydun avara, Dedim: yəqin bir şir, aslandı indi. Yaş gönün duzlayıb satmışam pula, Əvvəlki qaydada düşmüşəm yola, Dedim ki, dostluqda etibar ola, Qoymusan könlümü bicandı indi. Nə bilim, belə də nəfs olur məgər, Düş yola, gəzginən hər şamü-səhər, Qurbani, sevdiyin atdısa əgər, Söylə, at yerişli qurbandı indi! * * * İstərəm Çoxdu cahan içrə nazənin dilbər, Özümə münasib yarı istərəm. Ola tərlan gözlü, həm yaşda uşaq, Mənə ola etibarı istərəm! Gözəllərin gərək incə belləri, Şəkərdən, nabatdan şirin dilləri, Qoynunda isinə nazik əlləri, Məhəbbətin mənə sarı istərəm! Evlər yıxan ola daneyi-xalı, Bir dəm kəm olmaya məndən xəyalı, Aya, günə bənzər ola camalı, Həm də ola bənzi arı1 istərəm! Ey sevdiyim, gəl kəs bu qalmaqalı, Zail oldu aşığınm kamalı, Vargəl elə düzəltginən sən halı, Qurbani der: şux nigarı istərəm! * * * Handadı İbtida eyləyib girdim meydana, Şagirdlər ustadı görün handadı Pünhani dərdlərim çoxdu canımda Dürrü gövhərlərim hələ kandadı. Nazlı yar əlindən mən sinədağam, Sürəyya tək yatmamışam, oyağam, Şahindən ayığam, qazdan sayığam, Gözlərim gözləyir, sübhü dandadı. Sana qurban olum, ya həzrət Əli, O nə ki buyurub, demişəm «bəli!» Yetim Qurbaninin fikri, xəyalı, Axır ki, mətləbi Pəri xandadı. * * * Kənarında Bu gün bir gözəlin seyrinə vardım, Əlində şanası tel kənarında. Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin, On dörd hörük gördüm bel kənarında. Qapına gəlmişəm, sayılam, sayıl, Haqq verən paylara olmuşam qayıl, Pərimin boynunda heykəl-həmayıl, Ləl bazubənd düzüb qol kənarında. Qurbani der: mənim sözüm düzgündü, Yar əlindən yazıq canım üzgündü, Baxdım, yarın gözü mənə süzgündü, Bir cüt öpüş aldım yol kənarında. * * * Qaldı Sitəmlə ayrıldım ana vətəndən, Yarımın bağbansız bağları qaldı. Alagöz çiçəkli, tər şəmaməli Bostan sinəsinin tağları qaldı. Köç-köç oldu, karvan yola düzüldü, Yarın gözlərindən qan-yaş süzüldü, Aman, dostlar, əlim yardan üzüldü, Düşmənin sinəmdə dağları qaldı. Artıb Qurbaninin dərdi, qübarı, Başının sevdası, dil ahü zarı. Baxmaqdan gözləri vətənə sarı Əridi qarası, ağları qaldı. * * * Qal indi Ayrı düşdüm vətənimdən, elimdən, Başı çənli, qarlı dağlar, qal indi! İçən ölməz dərdə dərman suyundan, Axar sular, tər bulaqlar, qal indi! Bivəfasan, mən görmədim vəfanı, Çox çəkmişəm sənin cövrü cəfanı, Məndən sonra rəqib sürər səfanı, Fərş döşəli ağ otaqlar, qal indi! İlqarsızsan, vəfan yoxdu dünyada, Dostunun sirrini verirsən yada, Şamamanı dərdirirsən xoryada, Səbzə bostan, sarı tağlar, qal indi! Qurbaniyəm, yəqin oldu sözlərim, Eşq əlindən kabab istər gözlərim, Qan tökürsən qürbət eldə, gözlərim, Ağla, canan deyib ağla, qal indi! * * * Qiyamədəndir Gah gedirəm, gah gəlirəm bu dama, Yar, mənim gəldiyim qiyamədəndir. Yolunu gözlərəm sübhdən şama, Yar, mənim gəldiyim qiyamədəndir. Hatəm bağçasında dumandı yolum, Həsrətin çəkməkdən nazildi belim, Bir sərv ağacına söykədim belim, Yar, mənim gəldiyim qiyamədəndir. Qurbani der: Yarım xasə, dil xasə, Səni gördüm, mən də gəldim həvəsə, Üzünü görməsəm, bataram yasə, Yar, mənim gəldiyim qiyamədəndir. * * * Qızların Axşamdan yağan qar çıxıbdı dizə, Kəsilib bulaqdan yolu qızların. Sənəyin doldurub qoyanda düzə, Üşüdü barmağı, əli qızların. Gözəllər yığılıb hamısı kəndə, Sənəyin doldurub burdan ötəndə, Şamaxı şəddəli gərdənbənd təndə, Əyrimcədən keçər beli qızların. Qurbani der: bu dərdləri biləsiz, Qohum-qardaş yığılıban gələsiz, Adna axşamında bəlgə qoyasız, Kəsilə qovğası, qalı qızların. * * * Məmələrin …………………………………… …………………………………… …………………………………… …………………………………… Xəbər getsin, şah qoruğun talansın, Xəstə cismim yar başına dolansın. Düymələ köksünü, qoy daldalansın, Qəzəbnakdı, edər qan məmələrin. Məmən qiymətlidi, bazara getməz, Özünə qərradı, şaha baş əyməz. Arası meydandı, baş-başa dəyməz, Baxır bir-birinə yan məmələrin. Söylə görüm nə bağçanın barısan, Almasısan, heyvasısan, narısan. Tifil Qurbaninin nazlı yarısan, Qəndinən yoğrulub bal məmələrin. * * * Məni Başına döndüyüm, ay pirü qoca, Bir pəri salıbdı çöllərə məni, Nə günüm gündüzdü, nə gecəm gecə, Bir pəri salıbdı çöllərə məni. Xəbər alsan, budu sözümün düzü, Sızıldayır yaram, səpmə gəl duzu, Cavad xan bacısı, Ziyad xan qızı, O pəri salıbdı çöllərə məni. Qurbaninin dərdi olub ziyada, Allahı çağırram, yetişər dada, Bir gözəl seçmişəm işıq dünyada, O pəri salıbdı çöllərə məni. * * * Məni candan eylədi Pəncərədən hayıl-mayıl baxan yar, Baxan dilbər məni candan eylədi. Nuru dəydi, canım odlara yaxdı, Yaxan dilbər məni candan eylədi. İnnabı ləbləri yaqut və yəmən, Məst olar, səst olar onlardan əmən Açıldı düymələr görsəndi... Yaxan, dilbər, məni candan eylədi. Qorxum yoxdur sultanından, xanından, At oxların gəlib keçsin canımdan, Ağ əllərə Qurbaninin qanından, Yaxan dilbər məni candan eylədi. * * * Mənim Aləmi-röyada yarımı gördüm, Göründü gözümə haralar mənim! Qara bağrım şan-şan oldu, dəlindi, Baş verdi sinəmdə yaralar mənim! Şeyda olub gülşənimdə ötmədi, Canan gəlib göz önündən getmədi. Ha aradım, əlim yara yetmədi, Günbəgün irəngin saralar mənim! Əvvəl başdan belə yazılıb yazı, Kimlər gedər, dünya, səndən irazı!.. Şahım şəfaətçi, haqq özü qazı, Qurbaniyəm, işim aralar mənim. * * * Mənim Mürşüdüm, kamilim, dinim, imanım, Bir ərzim var qulluğuna, şah, mənim. On bir aydı sər tövlənə bəklərəm, Agah ol dərdimə, qibləgah, mənim. Heç bilmirəm, nə xəyala daldılar, Könlüm evin zülmətlərə saldılar, Döydülər, söydülər, yarım aldılar, Keçmədi əlimə doğru, şah, mənim. Abdal olan dərsin oxur dərindən, Qəvvas olan ləli seçər düründən, Gözü yaşlı keçdim Xudafərindən, İşim oldu qəmü hicran, ah mənim. Ötüşür bülbüllər, budu, gəldi yaz, Qurbaninin canı yolunda niyaz. Sərim sadağadır, üzüm payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim. * * * Məndən Dağlar, sənin ilə həmdəm olmada, Əsirgərsən indi qarı da məndən. Seyraqıbın o tənəli sözləri, Axır ayrı salar yarı da məndən. Bu ilməyin, bu köynəyin, bu ağın, Əzəl başdan bağbanıydım bu bağın, Sinəm üstə çarpaz düyün bu dağın, Bağban əsirgəyər narı da məndən. Bu dünya dediyin bir boş ələkdi, Haqqın min bir adı onda gərəkdi, Qurbani der: bu nə çərxi-fələkdi, Zülümlə ayrarlar yarı da məndən. * * * Möminlərə gərəkli ……………………………… ……………………………… ……………………………… ……………………………… Bir şəhərə vardım, başı mərəkli, Məhşər günü möminlərə gərəkli. Altı guşəlidi, bircə dirəkli, Hayana baxıram, qibləgahı var. Bir şəhərə vardım, uğradım şaha, Ərənlər sərdarı o qibləgaha. Qurbani der: Çünki batdın günaha, Qəzası mümkündü, sərdə gahı var. * * * Namidarıdı 1-ci variant Bir pərzad görmüşəm sizin ellərdə, Çün cismü canımın namidarıdı, Günəş nişanəli, qəmər misallı, O cahan xubinin cilvadarıdı. Dost bilsə yarının gəldiyin, neylər? Yar yolunda qara bağrını teylər. Nəsihət qəmzənə ver ki, qan eylər, Gözəllər şuxinin sitəmkarıdı. Mənim dərsim əlifdədi, beydədi, Bir gözəl sevmişəm, cana faydadı. Desələr, Qurbani, bu nə sevdadı, De ki: bir pərinin yadigarıdı! 2-ci variant Bir gözəl sevmişəm güneylərindən, Hüsnü şol əqlimin namidarıdır. Aydır məşşatəsi, gündür məşəli, Cahan xublarının cilvədarıdır. Bilsə canan gəldiyimi "can" eylər, Canı ələ alıb ərməğan eylər, Nəsihət qəmzənə ver ki, qan eylər, Gözəllər şuxinin sitəmkarıdır. Qurbani der: İki zülfün həyyadır, Quranda müənbər gülhüvəyyadır. Desələr, sərində bu nə sövdadır, Deyin bir pərinin yadigarıdır. * * * Nədəndi Ey nazənin, bu gen, geniş dünyada, Namusu əğyara satmaq nədəndi? Gər adına deyilmişsə şahibaz, Söylə görüm, onu atmaq nədəndi? Eylərəm hər yerdə sənin sorağın, Gündən-günə artar bil, iştiyağım, Öz əlinlə yandırdığın çırağın, Şöləyi-fəraqla yaxmaq nədəndi? Hifz eyləsin Tanrı səni bəladan, Tapsın canın səhhət, ey gül, şəfadan, Hər ikimiz vəslə yetək duadan, Hicranın oduna yanmaq nədəndi? Nə gözəldi sənin şirin sözlərin, Zail etdi məni ala gözlərin, Ey sevdiyim, qaydasıdı qızların, Gahi-gahi bu söz atmaq nədəndi? Sənə əyanmı, ey dilbər, sevdiyim, Qurbanidi, bir şey istər, sevdiyim, Ay üzünü görmək istər sevdiyim, Söylə görüm, bəs bu yaşmaq nədəndi? * * * Nə sinə bağlar Peykər xanım xəlvət etdi otağı, Nə üzün daldalar, nə sinə bağlar Əmim o dilləri, qaymaq dodağı, Nə üzün daldalar, nə sinə bağlar. Zər nimtənə geyib – qolları nazik, Ağ qola yaraşır burma bilərzik. Aldılar yarımı, mən oldum yazıq, Nə üzün daldalar, nə sinə bağlar. Doymaq olmur Qurbaninin sözündən, Əcəb işvəsindən, əcəb nazından, Bir gözəl törəyib ərəb qızından, Nə üzün daldalar, nə sinə bağlar. * * * Ləblərin Ey gözəl, tellərin yıxdı evimi, Bürünmüşdü al duvağa, ləblərin! Rahat qoymur bir dəm xumar gözlərin, Salmış məni daşa, dağa ləblərin! Şeri-gözəl mən söylərəm şanma, Olsun varım qurban sənin canına, Mən yetiməm, bir al məni yanma, Gəlsin onda kef, damağa ləblərin! Şipşirindi dilin, məmən yeməli, Sana Leyli, Əsli, Şirin deməli, Ağ bədəndə incə bel, gül məməli, İşıq alır al yanağa ləblərin! Tər qönçəsən, axır xarın olmasa, Bir laçınsan, sarı sarın olmasa, Mənim kimi can-nisarın olmasa, Düşər ol dəm çox sorağa ləblərin! Olsun fəda mülkü-malm zülfünə, Çəkər məni dərd, xəyalım zülfünə, Heyran oldum mən, a zalım, zülfünə, Qoymur ancaq danışmağa ləblərin! Qurbani der: bəsdi məni puç etdin, Aldın ağlım əldən, dəli, gic etdin, Zəhmətimi, həm səyimi heç etdin, Axır saldı qara dağa, ləblərin! * * * O burca Haqqım əmr eylədi, gəldim dünyaya, Gözüm açdım, mail oldum o burca. Arif oldum, haq kəlamın oxudum, Əlif qəddim dal yazıldı o burca. İsmin xəbər aldım, dedi Vəlidi, Göydə gəzən Cəbraildı, pəridi, Qapıçısı Şahi-Mərdan Əlidi, Məhəmməd meraca gedər o burca. Qurbani der: Arayıban tapmışam, Qırxlar məclisindən bir pay qapmışam, Kəbədisə, mən də birin yapmışam, Min könüldən bir yol gedər o burca. * * * O zalımdadı Hicran sənətkarı, qəm tüccarıyam, Dərdimin dərmanı o zalımdadı. Tərifin eylərəm dəhan içində, Xalların dürrəsi1 camalındadı. Ab-rizvan kimi yar yanına axarsan, Keçən aşiqləri oda yaxarsan, Silkinibən ucalardan baxarsan, Kəklik gülüşlərin xəyalımdadı. Aşiq də məşuqun yandırar yanı? Münəvvər zülflərin boynum urğanı, Qurbani der: Can cananın qurbanı, Canan, ixtiyarım öz əlindədi. * * * Olar inqilab Başına döndüyüm alagöz Pəri, Bundan belə aləm olar inqilab! Bir mərhəmət qılıb, bir ehsan eylə, Sevgilim, üzündən at indi niqab. Bağçamızda bitən narıncı gül bu, Axar gözlərimdən qətrə-qətrə su, Canı yanmış bağban, layiqdimi bu, Necə fərəhlənir gül üstə qürab?! Gözəllər içində sən ki əlasan, Aynalar düzdürdün xəttü xala sən, İstəsən ki, canı məndən alasan, Qurbani də çəkər daim əl-əzab. * * * Olmaz 1-ci variant Ey Salatın, aşiqlərin sərində, Sənin zülfün kimi bişitab olmaz! Camalinə Pəri, müştaq olalı, Bidar olan, gözlərimdə xab olmaz. Misir şəhri derlər, ona varmışam, Yusif, Kənan sevdasma girmişəm, Mən fələk aymı göydə görmüşəm Yerdə sənin kimi mahi-tab olmaz. Qurbani der: budu səndə nəzərim, Mən səni sevmişəm gülüzlü yarım, Ta sən sağ ol, şirindilli nigarım, Mən ölsəm bu aləm, heç xarab olmaz. 2-ci variant Ey şəmi-pərvanə, Salatın pəri, Sənin hüsnün kimi mahtab olmaz. Didarına sənin müştaq olanın Bidar olur, gözlərində xab olmaz. Misir şəhri derlər, ona gəlmişəm, Yusif Kənan sevdasına girmişəm. Mən fələk ayını göydə görmüşəm, Yerdə sənin kimi mahtab olmaz. Ey qaşları kaman, kiprikləri ox, Gözləri hərami, qəmzələri şux, Gözəl adam, səni sevdim dəxi çox, Könül versə hamı, kimsə bab olmaz. Qurbani der: Səndə çoxdur nəzərim, Burqədə yazıla sən mənim yarım, Ta sən sağ ol, tuti dilli nigarım, Mən ölsəm, bu aləm heç xarab olmaz. * * * Olmaz Qəm yemə bu qədər divanə könlüm, Həmişe nızigar belə dar olmaz. On bir ay çəkesən zimistan qehrin, Necə güldür çövresinde xar olmaz?! Hər bir adam öz yerində oturmaz, Əqlin zaye vermez, fəhmin itirməz. İgidlər könlünə şikve getirməz, Necə dağdır quzeyində qar olmaz. Siyah zülfu daraq ilə dara gör, öz könlünü öz derdinə dara gör, Qurbani der: bir neçəsin dəre gör, özgə bağda belə heyva, nar olmaz. Sənsən Qurbaninin gül üzlü yan, Qalsa qurbət eldə artar azarı, Sağ olsun dünyada vəfalı yarı Bir mən ölməyilən dünya tar olmaz. * * * Ondan öldür Başına döndüyüm, xanlarm xanı, Könlümün mətləbin bil, ondan öldür! Sən ol tanrı, mənə qəzəbnak olma, Lütf elə, üzümə gül, ondan öldür! Qəm əhliyəm, dindirməsən dinmərəm, Eşq oduna alışmışam, sönmərəm, Ta ölüncə dediyimdən dönmərəm, Apar yar qoynuna sal, ondan öldür! Qurbaniyəm, eşq əlindən büryanam, Ta ölüncə mən o qıza qurbanam, Qulluğunda gözü bağlı tərlanam, Çalış, şikar bəndin al, ondan öldür! * * * Qal olur Dedim: könül, sevmə xublar xubunu, Onun hər muyunda yüz min qal olur. Nagah səni dərdə giriftar eylər, Qaşı fıtnə, qəmzəsində al olur. Ulu divanlarda çəkilir adım, Ərşə bülənd oldu dadü-fəryadım, Başım üstə qanım içən cəlladım, Sağ əlində əlif qəddim dal olur. Camalı Yusifin-İbn Yaqubun, Aləmə şəms olan hüsnü həbibin, Ala gözlü, şirin sözlü məhbubun, Zənəxdanı dürr şöləli xal olur. Qəmər nə yandırıb, günəş nə yaxar, Könlüm nə titrəşib ümmana axar, Qurbani der: hər kim şaha kəc baxar, Onun kəmalmda tez zaval olur. * * * Oyada məni Xəstə düşüb qürbət eldə yataram, Bir kimsənəm yoxdu oyada məni. O siyah telləri, şirin dilləri, Salıbdı sönməyən, oy, oda məni. Evinin dalında çeşmədə su var, Gözüm gördü, könlüm eylədi qubar, Məndən qeyri bəlkə bir sevgisi var, Ol səbəbdən salmır o yada məni. Sənsən Qurbaninin gül üzlü yarı, Qalsa qürbət eldə artar azarı, Hərdən oğrun baxır o mənə sarı, Baxışı yandırar ay o da məni. * * * Pəri Eşitdim sədanı, gəldim buraya, Dedilər dərs alır Qurana Pəri. Sövdagərlər məta açıb bazarda, Alıcılar gəlir meydana, Pəri. Danış, danış, yar, eşidim dillərin, Görsə fəğan eylər o bülbüllərin, Urumda,1 Qeysərdə yoxdu xalların, Kafər görsə gələr imana, Pəri. Bilmirəm mələksən, mələkzadəsən, Yoxsa ki bəşərsən, bəşərzadəsən, Ver içəyim, yar, əlindən badə sən, Ərəstun içirdi loğmana, Pəri. Qurbaniyəm, yaxşı tanıynan bizi, Sədan alıb Mərənd ilə Təbrizi, Səndən əlavə də sevdim bir qızı, Eşqindən olmuşam divana, Pəri. * * * Pəri Bir almaz göndərdim yara yadigar, Almadı almazı, bağrı daş pəri. Könül tələb elər məndən nəyim var, Od tutub cismimi al-ataş, pəri! Bülbül ayrılığı simətdi gülə, Güləbətin naxış süsən-sünbülə, Altından nimtənə, üstdən silsilə, Sərəndazdan töküb başabaş, pəri! Bir gözəlin ələyindən ələndim, Bəli dedim, bəlasına bələndim, Yön çevirdim, hər bir yana diləndim, Qurbaniylə görüş, halallaş, pəri! * * * Pərim 1-ci variant Özü xoşsifətli, adı xoşnişan, Yeriyir qabaqca Mikayıl, Pərim! Firiştə zülfləri tarimar olmuş, Asılıb gərdəndən həmayıl, Pərim! Qapına gəlmişəm, sayılam, sayıl, Haqq verən paylara mən oldum qayıl, Qızıl qıtmığından tökdür həmayıl, Dünya olsun sana naqail, Pərim! Qurbani qurbandı şahın dərinə, Dərviş bilər, xirqə nədi, dəri nə? Ağam qıya baxdı, atdı dərinə, Yetmiş il bənd etdi Cəbrayıl, Pərim! 2-ci variant Özün şah, aşikar adın həqaiq, Önüncə cilovdar Mikail, Pərim! Dua əfsunudu firiştə zülfün, Cəmi bəlalardan təfail, Pərim! Özün naseh, kəlamındı imamət, Səcdə elər ona gündə təmamət, Əcəb növrəstədi, xub qəddü qamət, Əcəb şəhla, əcəb şəmail, Pərim! O məhrəm sirrinə əyyarlığım yox, İqrarına, bil ki, inkarlığım yox, Mənim səndən qeyri, heç bir yarım yox, Canü baş yoluna ha qail, Pərim! Qurbani qurbandı şahın dərinə, Dərviş bilər xirqə nədi, dəri nə. Ağam qıya baxdı, atdı dərinə, Yetmiş il bənd etdi Cəbrail, Pərim! * * * Pərinə Görüm ömrü uzun olsun Pərimin, Heç dəymədi könlümüzün pərinə. Gözəllikdə bərabəri tapılmaz, Mahruyluqda1 huri nədi, pəri nə? Əvvəlcədən oxuduğum yazardım, Gəzməmişdən qədəmimi azardım, Bir dəryanın kənarmda gəzərdim, Yarın şövqü məni atdı dərinə. Gözəllərdə nazü-qəmzə, şux olu, Seyrağıblar bu aradan yox olu, Qurbani der: gözəl deyən çox olu, Mahın yerdə yetmək olmaz sirinə. * * * Rast gəldim Pərinin bağmda seyran eylədim, Almalı, alçalı yaza rast gəldim. Almasm, heyvasın dərdim, düşürdüm, Könül istədiyi naza rast gəldim. Gözəllər gözəli, gözəllər xası, Silindi, qalmadı könlümün pası, Sinəni bənzətdim şonqor yuvası, Oğlan libasında qıza rast gəldim. Qurbaniyəm, görcək həzər eylədim, Gözəlləri gördüm, nəzər eylədim, Yeddisilə bağda güzar eylədim, Hesabım yanıldı, yüzə rast gəldim. * * * Saqinin Varmı mənim kimi bir qanı dolmuş, Eyşin qurmuş otağında saqinin. Çahar zülfü bir-birinə vurulu Qanlar oynar buxarında saqinin. Ay ilə gün bir-birinə çatılı, Sevdiciyim yağnan bala qatılı, Doğram-doğram olub gözə tutulu, Qara bağrım bıçağmda saqinin. Humay kimi dövr elərəm havada, Babam öldü, yetim qaldım yuvada, Bir əli əllərdə, ağzı duada, Bir əli də ayağında1 saqinin. Qurbani der: bu dərd mənə qalınca, Canım çıxıb yar xətrini alınca, Payız gecələri sabah olunca, Çeşmim yağı çırağmda saqinin. * * * Sayalanıbdır Nəzakət vaxtında, xublar çağında, Gördüm yar yanağı sayalanıbdır. O qara saçların atıb gərdənə, Əbrişim telləri halqalanıbdır. Tərlan gərək cığaları əsdirə, Ahu kimi dağı-daşı səsliyə, Altdan ağ geyinib, üstdən silsilə, Çarğatının ucu sırğalanıbdır. Qurbaniyəm, dərdim etdim hekayət, Dərd əlindən edim kimə şikayət? Bir də etsəm o pərini ziyarət, Bu can yar yolunda cəfalanıbdır. * * * Selləni Gecə-gündüz, vaxtı-bivaxt ağlaram, Çeşmim yaşı Ceyhun olu, selləni. Yaz mövsümü bülbül dil-dil ötəndə, Bağ-bağçalar nərgizləni, gülləni. Qayıtmaq istəməz gözüm gözəldən, Qayğımı artırar dərdim təzəldən, Ellərdə qaydadı rui-əzəldən, Gözəllərin şamaması əlləni. Mərd odu ki, işin tuta mərdilən, Ər istəsən, keç namərddən, ər dilən, Rəmz anlayan, söz düşünən, dərd bilən, Aləmlərdə şöhrətləni, bəlləni. Könlüm tələb edib, axtara yarın, Xalq içrə hifz elər namusun, arın, Yar yarma gündə olsa məqarun, Könülü şən olu, ruhu telləni. Qurbaniyəm, dərd çəkmişəm nahanlar, Xəyalım sevməkdi sən tək cananlar, Yanaşsa üzünə müştaq dəhanlar, Nəfəs dəyər, cığaları yelləni. * * * Sevinsin Ay ariflər, bu dünyanın üzündə Təzəcə açılan güllər sevinsin! Bir əyri çalmalı, xumar gözünün, Zülfünü dağıdan yellər sevinsin! Gəlsin bahar fəsli, açılsın yazlar, Göllərə tökülsün ağ quba qazlar, Bəyzadə oğlanlar, xanzada qızlar, Yar ilə danışan dillər sevinsin! Qurbaniyəm, mən sevərəm Narıncı, Yar-yar deyib oldum axır zarmcı, Almanı, heyvanı, narı, turuncu, Bu dördünü dərən əllər sevinsin! * * * Sənə qurban Dindirirəm niyə dinmirsən, ay qız? Bir zaman lal olur dil, sənə qurban! Gülüb neştər ilə tökdün qanımı, Nazik əllərinlə sil, sənə qurban! Maral gedər otlar dağın içində, Piltə şölə verər yağın içində, Bağbanı dindirdim bağın içində, Açılan lalələr, gül sənə qurban! Yazıq Qurbaniyəm, ay güli-xəndan, Bir cüt ay baş verib çıxıb yaxandan, Bir busə istədim ağ üzdə xaldan, Acıqlandı dedi: al, sənə qurban! * * * Şah Yer, göy yox ikən bir nəzər qıldın, Əritdin gövhəri, dürr eylədin, şah! Yox yerdən aləmi bərqərar etdin, Cəmalın qəndildən nur eylədin, şah! Gətirdin kəlamı cümlə cahanə, Qırxları göstərdin əhli-ürfanə, Peyğəmbər xitabın gətdin dəhanə, Həbibin söhbətin şur eylədin, şah! Dirili Qurbanı götürdün indi, Boynundadır məhəbbətin kəməndi, Dərya üzündə oynadır səməndi, Özün Cəbrailə pər eylədin, şah! * * * Ürəyimdə Bümürvətin, biinsafın balası, Mən səni sevmişəm sağ ürəyimdə. Qıya baxdm, ortalığa qan tökdün, Qara nöqtə qoydun ağ ürəyimdə. Məhəbbət bir dərya keçə bilmirəm, Ayrılıq şərbətin içə bilmirəm, Sirr sözüm yadlara aça bilmirəm, Gedər qiyamətə dağ ürəyimdə. Qurbani çıxmayıb qəm libasından, Göz doymaz gözlərin təmənnasmdan, Cəhənnəm xofundan, eşq havasmdan, Əridi, qalmadı yağ ürəyimdə. * * * Üzüldü Gecə-gündüz intizarın çəkməkdən, Yolun gözləməkdən canım üzüldü! Müşkü ənbər qoxur siyah telindən, Niyə gəlməz o karvanım, üzüldü? Dolanırsan çərxə, bəri baxmazsan, Bülbülüsən, bu gülşənə çıxmazsan, Dindiribən məni yada salmazsan, Bu gərdişdən ol dövranım üzüldü. Qurbani der: Sözüm qaldı dəxi nə, Könül köçbənd olur zənəxdanına, Bunca dad eylədim şahlar şahına, Gül ki, qəmgin bir zəbanım üzüldü. * * * Üzmə sən barı Başına döndüyüm alagöz Pəri! Əlim ətəyindən üzmə sən barı! Görüm ki, olasan imama zəvvar, Əlim ətəyindən üzmə sən barı! ………………………………… ………………………………… ………………………………… ………………………………… Dirili Qurbanı sən də sal yada, Əməyini vermə, amandır, bada! Hər ikimiz gəl şərt qoyaq arada, Əlim ətəyindən üzmə sən barı! * * * Vermərəm səni Başma döndüyüm ay pərizada, Can içində cana vermərəm səni. Neylərəm bostanı, neylərəm bağı, Yüz bağu-bostana vermərəm səni! Dağlarda maralsan, çöllərdə ceyran, Ordubad, Naxçıvan boyuna heyran, Tamaşaya gələr cəmi Gülüstan, Güllü Dağıstana vermərəm səni. Qurbani der: can içində can gələ, Yaş yerinə gözlərimdən qan gələ, Camalm görməyə Süleyman gələ, Taxti-Süleymana vermərəm səni! * * * Ya minəl-əta Bir kimsənə gəldi mənim üstümə, Yazılı şəninə: ya minəl-əta! İmam ola, damad Əhmədi-Mürsəl, Doldurub camini eylədi əta. Tərəhhüm eylədi abi-kövsərdən, Onunçün keçmişəm can ilə sərdən, İstədim mətləbim payi-Qənbərdən, Kəramət eylədi mənə bir buta. Eşq əlindən namus, arım qalmadı, Nə bir səbrim, nə qərarım qalmadı, Qurbaniyəm, ixtiyarım qalmadı, Dönmüşəm kamana, qəddimdi düta. * * * Ya Murtuza Əli Bu gün bir nurani kimsənə gördüm, Görcəyin çağırdım: "Ya Murtuza Əli!" Sidqnən çağırsan, tez yetər dada, Dillərdə söylənir: "Ya Murtuza Əli!" On bir oğlu var idi, bir anası, Nur ilə doluydu onun əzası. Məğribdən Məşriqə gəzir sədası, Dillərdə söylənir: "Ya Murtuza Əli!" Nurani dediyim – nuri mərfətdi, Mədinə dediyim – bizim tərəfdi. Qurbani der: Ağam əsli ərəbdi, Ağalar ağası, ya Murtuza Əli! * * * Yar ………………………………… ………………………………… ………………………………… ………………………………… Bayram olur, xına yaxır dəstinə, Gül göndərir həmdəminə, dostuna... Naşı təbib, gəlmə yaram üstünə, Özü gəlsin – məni dərdə salan yar. Yüz il keçsə, öz yarımdan dönmərəm, İlqar verdim, ilqarımı danmaram. Ləblərindən əmməyincə qanmaram, Eşq əlindən saralıban solan yar! Gəl sana söyləyim pünhan dərdimi... Bağında gülləri saran xardımı? Biz deyən yox, əğyar deyən oldumu, Nurdan badə içib eşqə dalan yar!.. * * * Yaratdı Haq-taala könlündə fikir eylədi, Əzəl başdan bu dünyanı yaratdı. Öz adı bir ikən həzar eylədi, Çəkdi sudan öz eyvanın yaratdı. Haq-taala qoyub ədalət divan, Yoluyla getməyən olar bədgüman, Aləmə çırovqan,1 ulduza düşman Ayı, günü, şiraslanı yaratdı. Qurbani qurbandı haqqın özünə, Gecə-gündüz yuxu getməz gözünə. Pərdəsi çəkilib ərşin üzünə, Göylər bulud, ol dumanı yaratdı. * * * Yeridi Ey ariflər, eynim yaş ilə doldu, Sel-sel oldu, üzüm üstə yeridi. Aləmi-röyada gördüm camalın, Elə bildim mələklərin biridi. Qızıl gülü dəstə-dəstə dərəm mən, Dərib-dərib pünhan yerə sərəm mən, Əhdim budu, bir də yarı görəm mən, Gözüm gözlərinin intizarıdı. Əzəl başdan belə yazıldı yazı, Şirindi söhbəti, şirindi sazı, Gəncə şəhərində Ziyad xan qızı, Qurbanini oda salan Pəridi. * * * Yetişdim Laməkan şəhrindən gəldim cana mən, Canlar əhli bir canana yetişdim. Əldən-ələ, qabdan-qaba süzüldüm, Qətrə idim, bir ümmana yetişdim. Bir gözəlin ələyindən ələndim, Bəli dedim, bəlasma bələndim, Yeri, göyü yaradandan diləndim, Gövhəri axtardım, kana yetişdim. Qurbani der: göz gözlədim, göz aldım, Səmağ oldum, ağılmənddən söz aldım, Düz tərpəndim, mərufumu tez aldım, Ədəb gördüm, yol-ərkana yetişdim. * * * Yetincə İstəyirsən gəlib mənə yetəsən, Ayaq götür ta ki, yara yetincə. Ömrüm bağçasmm gülün dərərlər. Dost bağmdan az kənara yetincə. Hər igidin sığındığı başma. Əl aparmaq olmaz haqqm işinə, Suyu gəlib çatıb novun başma, Həsrət çəkir ta ki pərə yetincə. Qurbani, sözlərin yarasta söylə! Sızıldaşır yaram, yar, asta söylə! Bir ac qarın doydur, yar, az tas eylə, Nagah-nagah könüllərə yetincə. * * * Tapılmaz Deyim bir-bir dərdim sənə yaz, qələm, Bilinməz hesabı, sanı tapılmaz. Bağla dəftər, çox eləmə naz, qələm, Ələ düşməz bu dastanı tapılmaz. Şərik ol dərdimə sən də buy ara, Yüz min olub bu sinəmdə bu yara, Yolçusuyam, yalvarıram bu yara, Şirin dildə bir nöqsanı tapılmaz. Arif özü bilər, mətləbi qanan Yoxdu mənim kimi eşqində yanan, Könlüm istəklisi sən kimi canan, Yüz il gəzsəm bu dünyanı, tapılmaz. Qurbanı olduğum, gəl bir insafa, Nə bilər qədrini, çəkməyən cəfa, Seçər dürr versən xoca sərrafa, Belə əhmər gövhərkanı tapılmaz. Kəsmə nəzərini bu xətti çaldan, Xəstəyəm, ölürəm, düşmüşəm haldan, Baş alıb gedirəm sizin mahaldan, Axtarsan da bu Qurbani tapılmaz. * * * Zülfün Gündüzün mehridi, gecənin mahı, Qüdrət üçün sirri-ilahi zülfün. Ucun tutan gedər həşri-behiştə, Möminlərin püştü, pənahı zülfün. Şəmsi mat eylədi cəmalın şövqi, Səni görcək artdı qəmərin zövqi Göydə mələklərin səndən yox fərqi, Nurdan sənə çəkmiş külahi zülfün. Qurbani der: Gözüm, yuxudan oyan, O min bir adı gəl etgilən bəyan, Sərasər yazılıb ayeyi-Quran, Katiblər şərh edir, ənahi-zülfün. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.