Şirvanlı Dostu ilə deyişmələr Aşıq Qurbani (1477–1550) Şirvanlı Dostu ilə I deyişmə I deyişmə Ş i r v a n l ı D o s t u Səndən xəbər alım, Aşıq Qurbani, O necə dəryadı – abi-zəmhəri? Xitab oldu, ərşdən, kürşdən yerişdi, O nədir ki, bu dünyanın gövhəri? Q u r b a n i Al cavabın deyim, məndə qalmasın, Elm dəryasıdı – abi-zəmhəri. Xitab oldu, ərşdən, kürşdən yerişdi, Dörd kitabdı bu dünyanın gövhəri. Ş i r v a n l ı D o s t u O nədir ki, olmaz onun çarası, O nədir ki, heç tutulmaz yarası? O kim idi, uzaq düşdü arası, Torpağına qatdılar müşk-ənbəri? Q u r b a n i O – ölümdü, olmaz onun çarası, O – pis sözdü, heç tutulmaz yarası. Şəddad idi, uzaq düşdü arası, Qatdılar torpağına müşk-ənbəri. * * * Şirvanlı Dostu ilə II deyişmə II deyişmə Ş i r v a n l ı D o s t u O nədir ki, alçaqlardan axayır? O nədir ki, yerdən göyə baxayır? O nədir ki, nərdivana qalxayır? O nədir ki, nərdivandan enər, hey!.. Q u r b a n i O – sudur ki, alçaqlardan axayır, O – insandır, yerdən göyə baxayır. Cavanlıqdır, nərdivana qalxayır, Qocalıqdır, nərdivandan enər, hey!.. Ş i r v a n l ı D o s t u O nədir ki, gecə, gecə çox olur? O nədir ki, gün dəyməmiş yox olur? O nədir ki, əl dəyəndə ox olur? O nədir ki, əl dəyməmiş dolar, hey!.. Q u r b a n i O – uruhdu, gecə, gecə çox olur, O – ulduzdu, gün dəyməmiş yox olur, O – kiprikdir, əl dəyəndə ox olur, O – gözdür ki, əl dəyməmiş dolar, hey!.. Ş i r v a n l ı D o s t u Dostu deyər: Kimdir dəstində badə? O kimdir ki, boyun əyməz Quranə? O kim idi, ömrünü verdi badə? O kim idi, harda töylə bular, hey? Q u r b a n i Qurbani der: Əli dəstində badə, O – şeytandı, boyun əyməz Quranə, O – insandır, ömrünü verdi badə, Əzrayıldı, ərşdə töylə bular, hey!.. * * * Kitabxana.az · https://kitabxana.az/collections/qurbani-sirvanli-dostu-ile-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1550). Public domain (author died 1550). Original text only.