Səfərnamə İsmayıl bəy Qutqaşınlı (1806–1861) [Şamaxıdan Qutqaşınadək] Səneyi-1268[-də 26 cəmadi]yül-axir şənbə günü günortaya dörd [saat qalmış] şəhri-Şamaxıdan xudayi-ləmyəzəlin mərhəməti ilə həccə təvaf və mərqədi-rəsulillaha ziyarət et[məyə] əhli-əyalımız və ətbalarımız ilə azim olduq ki, əsl vətənimiz Qəbələyə gedib, oradan bu şərafətli olan məqamlara rəvan olaq. Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə padşah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmur olmuşduq və ol ətrafın əyan-əşxaslarıyla ziyadə ülfətlənmişdik, ona binaən onların səğir və kəbiri və sair əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb, Qurd təpəsi ilə məsh olunmuş yerdən vidalaşıb, müraciət etdilər. Və xanzadə cənabi-Ömər bəy və qardaşı ilə və bir para bəylərlə Hovz mahalının sərhədinə qədər gəlib, Ağsu çayın kənarında vidalaşıb, onlar ayrıldılar. Biz namazı qılıb, yolumuza rəvan olduq. Maçaxı qəryəsinə çatmamış, kənarında bibimizin və sair əqrəbalarımızın mərqədlərinə ziyarət edib, axşama iki saat qalmış Maçaxıda Zülfüqar bəy — ki, Qasanı mahalının bəylərinin nəslindəndir və bizim də əmməzamızdır — evinə nüzul etdik. Maçaxı qəryəsi Qasanı mahalının bəyləri oturan kənddir. Müqəddəm abadan və gur kənd imiş. İmdi həştada qədər ev həmin olur. Özünün yaxşı bol suları və qabağından cari olan Girdman adlı çay və ətrafında yaxşı bulaqları və ziyadə meyvə bağları və çəməngahları vardır. Şamaxı ilə bu kəndin arası altı ağac yoldur. Yolu, palçıq olanda qayətdə məşəqqət olur, çün gərək neçə dərələri düşüb-çıxasan və neçə dağları aşasan. Biz Şamaxıdan çıxanda neçə saat külək yolda bizə zəhmət verdi. Sonra hava əmin olub, bizim üçün fürsət oldu ətraf cəvanibdən nəzərilə vidalaşmağ[a]. Yolumuzun sol tərəfi ki, cənubu ola düşmüş bir köndələn dağ üstündə və ətəyində yaxşı abadan erməni və müsəlman kəndləri və ziraətgahları və çaylar yarmış dərələrin arasından uzaqda görünür Sədərli və onun ətrafında mahalların çölgəsi ta Kür çayının kənarına can. Və sağ tərəf[i]dəki, şimalı ola uzaqda görünür qarlı dağlar və məşəqqət qayalar və ondan bir qədər alçaq[da] yaylaq — dağları göyçəmən, ətəyi qalın meşələr. O dağlardan Fit dağı bir bərk yer olduğuna, mərhum Şirvan xanı Mustafa xan müntəxib edib, səneyi-fi 1229 köhnə şəhəri köçürüb orada şəhər bina etmişdi. Bir neçə ildən sonra genə haman Fit qalası və şəhəri xarab olub, əhalisi genə qədimi, köhnə şəhəri bina etmişlər. İmdi uzaqdan bizim gözümüzə haman xaraba dağlar meşə ilə örtülmüş görünür və meşəli dağların ətəyində Basqal adlı qəsəbə (ki, Hovz bəylərinin oturağıdı) və ondan əlavə, ziyadə kəndlər (ki, ətrafı göyçəmən səkilər və qayətdə basəfa meyvə bağları) görünür. Cəmadiyül-axirin iyirmi yeddisində sübh tezdən yola düşə bilmədik yağış yağdığına, çün ol gecəki biz burada qalmışdıq, onda kəndin üstündəki dağlara qar yağmış idi. Xüsusən Layıc qəsəbəsinin cənubi tərəfində olan dağlar tamam qar ilə örtülmüş idi. (İsti məmləkətlərdə olanlar üçün bu, çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır). Və qəsəbeyi-Layıcın əhalisi sənətkardırlar. Orada yaxşı tüfəng və tapança qayırılır və oturaq (?) misgərlər var ki, onların məkanlarından... Sonra oradan qalxıb haman şəxslər ilə yolumuza düşdükdə öz nökərl[ərimizdən] [dal] badal bizi istiqbal elədilər ta Göyçayın kənarına bir qədər qalmış. Tamam Qutqaşın sultanzadələri səğirən və kəbirən və sair alimlər və hacılar istiqbalımıza gəldilər. Haman Maçaxı bəyləri orada bizim ilə vidalaşıb müraciət etdilər. O çayda Şirvan ilə öz Qəbələ mahalımızın sərhədidir. Axşama iki saat qalmış gəlib özümüzün xalisəsi olan Məhəmmədağalı adlı qəryədə nüzul etdik. Maçaxı ilə o kəndin arası altı ağac yarımdır. O ətrafda olan kəndlərin müsəlmanı və ermənisi yanımıza gəldilər. Və oturub şimala baxanda iki dərənin arasında özümüz bina edən Qalacıq adlı kənd və yaxın ovlaqlar və Qasımxan qalası görünür. Həm aşkar[...] [bağç]alar və gözəl çölgələr və abadan üz[ümlüklər] göründükcə keçmişdə oralarda k[eçirdiyimiz g]ünlər xatirə gəlib, [g]ələcək günümüzə xəyal gətirəndə dünyanın işləri adama bir vaqiə kimi gəlir. Bu torpaqları mühafizət etməyə nə qədər qanlar babamız töküb və özümüz nə qədər zəhmət çəkmişik abadan etməyə. Bu saatda nəzərə Dəvəbatan dağı rast düşəndə babamız mərhum Hacı Şəfi sultanın orada Nadir şah sərkərdəsinin müqabilində şikəst olub, tərki-vətən edib, əlhal nəsli[nin] Ərəbistanda və Şam məmləkətində vətən qərar tutmağı xatirimə gəldi. Cəmadiyül-axirin iyirmi səkkizində sübhdən saat yarım keçmiş yola düşüb, bir qədər gedəndən sonra Navur qışlağı adlı qəryədə nüzul edib istirahət etdik. Burada tamam Qəbələnin əyan və əşxası, alim-üləması qabağa gəlib, qayətdə izdihamlıq ilə öz vətənimiz Qutqaşına daxil olduq (qabaqda çavuşlar salavat çəkə-çəkə) günorta vaxtında, çün Məhəmmədağalı ilə Qutqaşının arası üç ağac yoldur. Şamaxıdan Qutqaşına on altı ağac yoldur. Maçaxı qəryəsi[nin ətrafı] xırda təpələr və dərələrdən [...]. Və onun qurtaran yer[...] [...] çəməngah və ziyarətgah düzlər ilə və yaxşı [...] [...]lar ilə tamam bağatdı. Bu kəndlər[də] ziyadə ipək [bağları] və meyvə bağları var və axar suların üstündə Şa[h] yolunun cənubi tərəfində [də]xi köndələn dağ xətt kimi çəkilib; üstlərində yaxşı abadan müsəlman və erməni kəndləri ki, hər qisim ziraət üçün qayətdə nəflidir. [Qutqaşından Trabuzanadək] Cəmadiyül-axirin iyirmi səkkizindən ta rəcəbin onuna qədər məksi-Qutqaşın. Əsl vətənimizə daxil olub tikdirdiyimiz və içində oturmadığımız imarətdən və meyvəsin yemədiyimiz, saldığımız bağdan bir neçə gün istirahət məramında var ikən ətraf cəvanibdən bizi yola salmağa cəm olan qohum və əqrəba və dost-aşna və bizə qulluq eləmiş adamların gunagun sual-cavablarına məşğul olduq. Onlardan bəzisi bizim bu niyyətimizə şadlıq göstərib və bəzisi gözüyaşlı: “Bizi belə qoyub, nə yerə gedirsən?” deyib neçə gün bizi öz şüğlümüzdə olmağa macal verməyirdilər. Lakin biz fikrimizi dəyişməyib, səfər tədarükümüzü görüb, burada qalan [adamlarımıza] düsturül-əməl verib rəcəbin onunda Qutqaşından azimi-məqsəd olduq. Çün bizim məmləkətlərdə az kəs üçün ittifaq düşübdür ki, öz zövcəsi ilə və ətba[lar]ı ilə bu nəhv həccə getsin, ona binaən biz çıxan günü ünas və zükur ziyadə cəm olub, bir tərəfdən onların vidalaşmaq avazı və bir tərəfdən çavuşun minacat sədası və alim-üləmaların duası və bizi ötürməyə gələn əyan-əşxasların özlərinin və atlarının sədaları bizim imarətləri əlahiddə rövnəqə salmışdı ki, bu günə gün bizim üçün müyəssər olduğuna kərrat ilə şükür bizim üçün vacib oldu. Bu izdihamlıq ilə günortaya iki saat qalmış yola düşdük. Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım. Orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından [çıxıb], Ağdaş mahalında Ağcayazı [kəndində] Mahmud bəyə qonaq olduq. Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur. Ağcayazıdan poçt arabasına minib, Ərəş mahalından keçib, Kür çayının bir ağaclığında çadırlar qurub məks etdik. Ağcayazıdan Kürün qırağı yeddi ağac yoldur. Rəcəbin on dördündə Kürün kənarında bizi ötürməyə gələn qohum-qardaşlarilə və ətba-nökərlərilə vidalaşıb, onları qaytarıb, Allahın zilli-himayətinə təslim edib, özümüz Kürün üstündən Mingəçevir yanında qurulmuş porumla keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq basdıq. Öz vətənimiz hesab olur Şirvan və Şəki, çün bu iki məmləkətin adətləri və torpağının təbiəti bir-birinə müvafiqdir. Özləri də qarışıq olub Şirvanşahlara qulluq edibdirlər. Və bir əyyam (ərəblərə və İrana və Osmanlıya tabe olan vaxt) Şamaxı şəhərində onların əmirləri və bəylər bəyisi, yainki sərəsgərləri oturub hökumət edibdirlər və hər vilayətdə nəslən bəd nəsl sultanları və məlikləri olub, qulluq edibdirlər. Şirvan neçə bölük imiş. Və Şəki üç bölük: əvvəla, ölkeyi-Şəki, saniyən, Qəbələ, salis, Ərəş. Sonra dövləti-əliyyeyi-rus ol vilayətləri zəbt edib; yenə bir-birindən ayırmayıb, bir quberniya, yəni əyalət edib, Şamaxıda hakim təyin edibdir. Kürdən keçən günü üç çaparxana keçib, altı ağac yol gedib Kürəkbasan çaparxanasında qaldıq. Rəcəbin on beşində sübh tezdən çıxıb üç saatlıq da Gəncə şəhərinə varid olduq. Gəncə ilə çaparxana arasında iyirmi beş il müqəddəm rus ilə İran mabeynində olan cəng yerin görüb öz halıma təfəkkür etdim, çün ol davada özüm təzə əfsər olub, yüz nəfər piyada nizam tüfəngçilərinin üstündə qabaqda dava edirdim. Haman davada çox yoldaşlarım tələf oldu. Bizi Allahi-əzimüşşən hifz edib və iyirmi altı il yaşadıb. Padşahi-imperator qulluğunda hörmət ilə yanaral rütbəsinə çatıb, imdi əhli-əyalım ilə lazım olduqca tədarük ilə haman məkandan keçirəm bizi Yaradanın evinin ziyarətinə, qara üzümüzü onun qapısına sürtməyə, bu qədər kərəminin şükrünü bəyan etməyə. Bizdə ol qədər qüdrət yoxdur ki, yazaq. Şükür, şükür, şükür! Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmağa mümkün deyil! Gəncə bir qədim şəhərdir (xarabalarından bəyan olur). Görünür ki, bir vaxt çox gur şəhər imiş. İmdi bir qədər xarabadır. Əlhal böyüklüyündən iki asar qalıbdır: biri Şah Abbas təmir etdirən meydan (kənarında [özü] əkdirən çinar ağacları) və biri Osmanlılar tikdirən qala (hansı ki, imdi xarab olmuş). Şəhərdən keçəndə damlarından ziyadə bağ görürsən, çün evləri bağların içində təmir olmuş. Yayda isti olduğuna, köçüb yaylaqlara gedirlər. Gəncədə neçə saat məks edib düşdük yola. Şəmkir xarabasından və Zəyam kəndindən keçib, on iki ağac yol edib, axşam çatdıq Tavus çaparxanasına. Gecə qalıb, rəcəbin on altısında sübh tezdən yola düşüb günortadan iki saat keçmiş Salahlı çaparxanasına çatdıq. Orada bizim bir para aşna-dostlar bizi görməyə gəlib bizi bir qədər məks etdilər. Onlar ilə vidalaşıb, yola düşüb, axşam namazı vaxt[ı] Gəncə vilayətindən çıxıb, Xram çayının üstündə Sınığ körpüdən keçib, bu gün səkkiz ağac yol etdim. Haman gecə sürüb, sabahı günorta vaxt[ı] on ağac yol edib Tiflisə daxil olduq bir para gürcü kəndlərindən keçib və həm Gürcüstana tabe olmuş obalardan keçib. Gəncə vilayəti bir vaxt çox güclü olub, sonra zəif olub. İmdi genə Şəmşəddil və Qazaq mahalların onun üstə qoyub böyük edibdirlər. Mingəçevirdən Sınığ körpüyə iyirmi altı ağac yoldur. Bu aralıq Gəncə vilayətinə mənsub olunur. Yol ilə gedəndə sağ tərəfindən bəzi yerdə üç ağaclıqdan və bəzi yerdə beş ağaclıqdan və bəzi yerdə kənarından Kür axır. Sol tərəfindən Gəncə vilayətinin yaylaq dağları yolun kənarı ilən köndələn düşübdür. Kür ilə budağın arasında, əvvələn, Gəncəyə tabe olmuş Kürəkbasan və Gəncəbasan və Şəmkir mahalları görünür, saniyən, Şəmşəddil mahalı (ki, qədimi sultanlarına tabe imiş) və Qazaq mahalı (ki, içində vəkilləri oturur imiş). Yolun sağ və solunda qışla[qla]r bina edib və kəndlər salıb oturubdurlar. Və o vilayətin xalqının əksəri köçəri tərəkəmədirlər, maldar və ziraət əhlidirlər. Sınığ körpüdən keçdikdə sağ tərəfində Dəmirçi Həsən mahalı və sol tərəfində Baydar, ondan bir az uzaq Borcalı mahalının kəndləri görünür. Özləri müsəlman olub içlərində olan sultanları və xanları ilə Gürcüstan valilərinə tabe olubdurlar. Bəzi vaxt Gürcüstandan ayrı olub, gah Osmanlı və İran padşahlarına qulluq edibdirlər. Yağlıca dağın keçəndən sonra ta Tiflisə gedənəcən yolun kənarı ilə abadan gürcü kəndləri görünür. Tiflisə daxil olub bir neçə gün orada məks etdik ki, orada bir para tədarüklərimizi görüb və cənabi-caynişin ilə mülaqat edib, onun müraatı ilə bir para işlərimizi itmama yetirib şəbanın səkkizində yola düşdük. On ağac yol edib Çalı çaparxanasında qaldıq. Doqquzunda Qori şəhərindən Ləx çayının üstündən keçib, doqquz ağac yol edib Suram çaparxanasında qaldıq. Burada Gürcüstan torpağı tamam olur. Sınıq körpüdən və Tiflisdən keçib bu sərhədə gəlincək iyirmi doqquz ağac yoldur. Tiflisdən Msqet çayına gəlincək Kürün sağ tərəfi ilə gəlib və dar dərə ilə orada əzəmətli körpüdən sol tərəfinə keçib, xaraba şəhərin kilsələrinə və qalalarına tamaşa edib, haman dar dərə ilə Qartsqal çaparxanasına çatdıq. Haman çaparxanada Rusiyətə gedən yol ayrılır. Biz gələn yolun sağ tərəfi xan-bəylərin abadan kəndləridir. Sonra Qsan çayın keçib, bir balaca dağ aşıb, Qori şəhərinin çölgəsinə düşdük. Haman çölgənin dörd ətrafı dağdır. Ortasında yaxşı abadan gürcü kəndləri və ziraətgah yerləri vardır. Qori şəhəri bir kiçik qəsəbədir — kənarında olan təpədə bir xaraba qalası ilə. Haman qalanın dibində Kürilə Ləx və qarışır. Şəhərin şimali tərəfində qarlı dağların ətəklərindən gələn dərələrdə oset tayfaları olur və cənubi tərəfində (Kürün sağ və sol tərəfində) gürcü kəndləri olur ta Suram çölgəsinə çatınca. Oradan bir yol qiblə tərəfinə ayrılıb, Ağısqaya gedir, fasiləsi də ancaq səkkiz ağac yol olur. Şəbanın onunda sübh Suramdan yola düşüb, İmeret ilə Gürcüstan arasında olan dağı çıxmaqlığa başladıq. Bu günü yeddi ağac yol edib Belağori çaparxanasına yetdik. On birində səkkiz ağac yarım yol gəlib Qutais şəhərinə çatdıq. On ikisində səkkiz [ağac] yol gedib, Maran çaparxanasından keçib, çayların qarışıb Oruperi ilə müsəmma olan yerə çatdıq. Maran çaparxanasında İmeret, yəni Başıaçıq torpağı qurtarıbdır. Mundan əqdəm imeret tayfasının əlahiddə xanları olub, Qutais şəhərində oturubdular. İmdi dövləti-Rusiyyə “Qutais qubernası” ad qoyub, Ağısqa vilayətin və həm Quryel ölkəsin onun üstünə qoyubdur. İmeret məmləkətinin torpağı və yerləri bir qeyri gunədir. Ol sərhəd dağının başına ki çıxırsan, sağ tərəfindən Qafqazın qarlı dağları və sol tərəfində Acar və Ağısqa dağları görünür və qabağında İmeretinin [dağları] — tamam meşə ilə örtülmüş. Əvvəla, dağdan dərə yolu ilən düşəndə bir çaparxanaya qədər sağ ilən solda qayalar və meşələr və meşələrin içindən xırda axar sular və sovuq bulaqlardan başqa, yolun kənarında bir abadanlıq görünməyir. Amma yolun kənarları [qayətdə] səfalıdır. Ağacların dibi göyçəmən və gülzar olmağına binaən sonra sağdan və soldan gələn çaylaqlar dağları təpə-təpə ayırır və haman təpələrdə və dərələrdə tək-tək imeret damları görünür (ətrafında bağlar) meşə ağacından və çəpərlikdən. Və gah-gah meşə aralarında təzə salınmış bağlar və əlilən qayrılmış qarğudalı ziraətləri və sünbül əkərləri vardır. Və meşələr içindən keçəndə vəhşi kimi arvad və kişilər çıxırlar. Və gah-gah meşələrdə özündən bitən çəkillərdən yarpaq dənniyirlərdi qurd tutmaq üçün. Qutais şəhəri Əryon çayının üstündə salınıbdır. Ətrafı qalın meşəlik olsa da aralarında yaxşı damları və yaxşı bağları vardır. Və çayın üstündə də təzə tikilmiş bir yaxşı körpüsü var. Körpüdən keçən vaxt düz yola düşüb Xoni adlı qəsəbəyə üz çevirdikdə bir gunə düz və rast yoldur ki, baxanda bir ağaclıqda adamlar görünür. Və Xoni qəsəbəsi də arana mail bir düz yerin ortasında salınan bir qəsəbədir — içində bir yaxşı su quyusu. Və yanı, ətrafları da xırdaca meşələr və meşələrin ağaclarının dibləri çəməngah və otlaq. Və baxanda könüllər şadüxürrəm olan kimi yerlərdir. Və meşələrinin arasında tək-tək damlar və bağlarda vardır (ta sular qarışığı Oruperi adlı yerə qədər). Əryon çayı bu gün gəldiyimiz yolun sol tərəfindən axıb və Sixins xali sağ tərəfdən axıb, Minqrel məmləkətiylə İmeretin sərhədi olub, Oruperi məkanında bir-birinə qarışıb, bir bövük çay olur. Bu halda Oruperi çaylar ilən gələn qayıqlar təmir olunmuş. Haman yerdə bir polkovnik oturur. Onun zirdəstində iki-üç yüz ax da saldatlar işləməyə və bir qədər incinar çayın yolun rast etmək üçün vardır. Və bir qədər damlar və dükanlar vardır. Şəbanın on üçündə Minqrel vilayətinin ğuladetlin (?) knyaz Dadian xan[ın] mehribanlıq məqamı ilə bizim qabağımıza göndərən knyaz Denitrin[lə], Dadian[ın] hazır etdiyi qayıqlara minib Əryon çayı aşağı hərəkət etdik. Səkkiz saat yarım çay ilə axıb Çiradid qəryəsinə düşdük. Çiradid qəryəsində knyaz Maqsim Qucakidze [nin] evində qonaq olduq. Şəbanın on dördündə genə başladıq su axarı axmağı. İki saat dəxi Əryon çayı ilə gedib bu çayda Sivə çayı ilə qazılmış arxa düşdük. İki saatda bu arx ilə muzdurların qalaqlarının zoru ilə gəlib, Sivə çayının kənarına düşüb, bir qədər istirahət etdikdən sonra Sivə çayı ilə üç saat axıb, Redutqala — ki, yəni Qulab ola — ona çatdıq. Oruperidən Qulaba çay ilə on altı ağac yoldur. Çayın sağ və sol tərəfi qayətdə meşədir. Amma abadanlıq və kənd çoxdur. Qışda maaş etməyə çox yaxşı yerlərdir. Çay ilən gedəndə meşənin qalınlığından uzaq yerlər görükməyir, məgər sol tərəfdə Quriyer mahalının dağları və meşələri. Qulaba çatdıqda [xanın] evinə düşüb, Dadian xanın qövmü knyaz Denitrin ilə kağız yazıb, yola salıb özümüz öz tədarükümüzə məşğul olduq. Xiyopi, çay dəryaya tökülən yerin kənarında bina olmuş. Çayın iki tərəfindən damlar və evlər tikilmiş, ortasından çay axır. Çün bu evdən o evə gedəndə xırdaca gəmilər ilə gedirlər, o çayı şəhərə sulu küçə hesab eləmək olur. Trabuzan vadisi, Qrım tərəfindən hərçənd buraya gəmilər və qayıqlar gəlirsə də alış-veriş ol qədər yoxdur, çün gələn şeylər Tiflis tərəfinə ötür. Bir neçə gün müntəzir qaldıq, sonra Qulab şəhəri havası pis və rütubətli yer olduğundan və iddəmiz fövt olmaq qorxusundan, səbr etməyib, bir neçə atlar kirayə tutub, barxanamızı atlara yüklətdirib və özümüz də atlarımıza süvar olub, yağış havası qalmaqlıq ilə şəbanın on yeddisində şəhərdən çıxıb dəryanın kənarı ilə Osmanlı ilə rusun sərhəd[i] olan Şəfqətil adlı qəsəbə tərəfinə rəvan olduqda qəzayi-ilahi bir ruzgari-müvafiq büruz etdi. So[n]ra Allaha şükür-səna edib, haman gəmiçi Mustafaya əmr etdik gəlib Şəfqətildən bizi alıb getməkliyə. Bədə bizdə ətbalarımız və barxana ilə məhz dəryanın qırağı aşağa (sağ tərəfimiz dərya və sol tərəfimiz alçaq meşə və meşələrində dibləri yaxşı-yaxşı çəməngah ola) gəlib, saat yarımlıqda bir balaca suyun kənarında həm istirahət və həm barxana gəlib çatmaq üçün yarım saat qədəri istirahət etdik. Və o suyun qırağında bir-iki qaraul xana evləri tikdiribdirlər — qaçaq-quçaq malları saxlamaq üçün. So[n]ra oradan qalxıb yolumuza düşdük. Dəryadan bir vers yol kənar olub, sağ və sol çox qalın meşələr və əla (hündür — Ə.T.) ağaclar [...] dən vardır. Bir saat yol gəlib, haman Qutaisdən keçib və Maran çaparxanasının qabağından qayıqlara minib, Qulaba gəldiyimiz Əryon adlı çaydan borum ilə keçib [...] adlı qəsəbənin qabağında çaparxananın üstündə iftara düşdük. Və o qəsəbədə Osmanlıdan qalan bir balaca qala vardır. Hala o qalanını içində [...] [yaxşı bağ saldırıb]. Yaxşı nizam ilə əkilmiş limu ağacları və zeytun ağacı və qeyri qəribə çiçəklər vardır. Və köhnədən bir məscid (yanında minarəsi və hücrələr) və hamam vardır. Və o qalanın xaricində bir balaca bağ içində bir yaxşı ev (və içində bir qəməndat oturubdur). İçində qızıl gülləri və üzüm tənəkləri (və ətrafı çəməngah) [olan] və çox aran yerlərdir. Günorta vaxtı namaz qılıb, oradan qalxıb Şəfqətil qəsəbəsi tərəfinə (ki, sərhəddir Osmanlı ilən rus arasında) rəvan olduq. Saat yarım yol dənizdən qıraq düşüb, sağ və sol tərəfimiz çox qalın və iri meşələr və yolun kənarlarında və ağacların arasında çox zirinc və fındıq ağacları vardır. Yol ilən gedəndə meşənin qalın olduğundan, [ağacların] başları bir-birinə keçib üstümüzə gün düşməyirdi. Bir saat qədəri belə gəlib, genə dəryanın [qırağına] çıxıb (sağ tərəfi [...] və sol tərəfi bərk meşələr ola) gəlib Maltafqa adlı yerin suyundan bor[umla] keçib, dəryanın kənarı ilə başı aşağa yola düşüb getdik — sağ tərəfimiz gah dərya, gah balaca meşə ola. Və sol tərəfimiz qalın meşələrdir. Maltafqa bir yerdir ki, bir neçə evlər var və içində qazaq və qeyri kəslər vardır (qaçaq-quçaq malları və adamları tutmaq üçün). Bir saatlıq yol gedib, axşama üç saat qalmış gəlib, Kirğoryob adlı yerin suyundan borum ilə keçib, Şəfqətil tərəfə yola düşdük. Bir az meşəlik ilə gedib, genə dəryanın kənarına çıxdıq. Sağ tərəfimiz dərya və sol tərəfimiz bir gunə meşə ki, guya üstündə çardaq kimi gəzmək ola. Və o meşədə yaxşı şümşad ağacları və qeyri ağaclar vardır. Yolun qırağından baxanda Səlmə dağ[ı] kimi görünür. Yeri düz olmaq ilə iki saat yarım qədəri belə yol gedib, yarım saatlıq yol dəryadan kənar olub, meşə ilə gəlib, axşam namazı olmuş. Şəfqətilə yetişdik. Kirğoryob bir balaca yerdir; qazaqlar oturur. Və qeyri evlərdə əhalidən dəryadan sandallar gəlib çıxar — iskələ kimi. Və oraya gələn sandallarda çox lazit (yəni qar qudalı) gətirillər o ətraflardakı köylərə satmağa. Redutqala ilə Şəfqatilin arası on saat yoldur. Burada Osmanlı dövləti ilə rus dövlətinin sərhədi zənn olur. İyirmi iki il müqəddəm Poti qalası sərhəd imiş; üstündə xeyli davalar olub, Osmanlı[nın] əlindən çıxıbdır. Özü xeyli bərk qala imiş. Osmanlılar ona “Poşa qala” deyirlər. Şəfqətil bir ba[laca qəsəbə] kimidir. Ruslar adına “Əsvani-Niqolay” deyirlər. Burada bir əfsər qəməndatdır. Neçə dükan-bazarları var. Və qəra[n]tin və gömrükxana da var. Sərhəddən gələn adamları qəra[n]tinə oturdub və malının gömrüyün alıb buraxırlar. Hərçənd qəsdimiz bu idi ki, buradan gecə qalıb at ilə azimi-məqsəd olaq, lakin hava xoş olduğuna, biz gəmidə kira etdiyimiz sandal bizdən neçə saat müqəddəm [Şəfqətilə ye]tib, əyal [...] binaən dərya ilə getməli olduq. Şəbanın on doqquzunda təzkirələrimizə qol qoydurub, gün çıxanda əşyalarımızı sandala doldurub, özümüz kənara çəkilmiş fluqə ilə sandala gedib əyləşdik. Fluqə bir kiçik gəmidir. Beş-on nəfər içində otura bilir. İki-üç nəfər qalaqcı aparır. Bunla[r] xırda olduğuna, hər yerdə quruya çıxa bilir. Onun ilə böyük gəmilərə qaradan mal və adam daşıyırlar, çün böyük gəmilər və sandal hər yerdə kənara çıxa bilməz — məgər iskələ və liman olmasa. Sandal fluqədən böyük və gəmidən kiçik bir gəmidir. Onun altını doldururlar ağırlıq və yük ilə və üstündə qırx-əlli adam oturur. Bir danə yel kanı var. Bir rəis dalda oturub sandalı yeridir və beş nəfər fəhlə (?) qalaqlar ilə qabağa yeridirlər. Hava yaxşı və külək daldan olanda yel kanı açırlar, özü öz başına, qalaqsız gedir. Bir saatda iki və ziyadə [mənzil] yer gedir. Sandal yola düşüb getdikcə sağ tərəfimiz dərya olur və sol tərəfimizdə əvvəla Quryal vilayətinin dağları və Acara sancağın dağları görünür. Aşağa, dərya kənarında Çürük su (ki, imdi orada Osmanlının nizami-qoşunu durur) və Siqəntəz qalası görünür. Ol xaraba olmuş qalada da xeyli davalar olmuş qədim vaxtlarda. On saat yol.... Şəbanın iyi[r]mi birində axşama qədər yağ[ış yağıb], hava pis oldu. İyi[r]mi ikisində hava dəyişilib, gün çıxdı. Şad olub, günorta vaxtı sandal yola düşdü. Bir qədər yol gedib, axşam namazı vaxtı Visə və Atana qəzalarının qabağından keçdik. Günortaya bir-iki saat qalmış Rizə şəhərinə çatdıq. İki gün və iki gecə sandal sürüb, buraya çatdıq. Şəfəqətildən Batum[a] on saat yol, oradan Atana qəzası[na] iyi[r]mi saat və Rizəyə altı saat (tamamı otuz səkkiz saat) yoldur quruyla. Yavıq zamana qədər bu də[r]ya kənarında sancaq bəyləri oturub, Trabızan paşasına qulluq edərdilər. İmdi Şəfqətildən ta Atanaya qədər Batumda oturan iki yaraxlı (?) paşaya baxır. Dərya kənarın təqsim edibdirlər beş qəzaya. Onların adları: Çürük su, Batum, Xopa, Araxva və Atana. Hər birində bir müdir olur. Xalqı [...]dir. Özləri qayətdə rəşid və qoçaq görünür. Məişətləri bir qədər dardır, çün yerləri dağdır. Qarğudalı və kəndir və meyvə, yəni alma, armud çoxdur. Böyük meşələri var; ondan gəmilər qayırırlar. Hər dərədən su gəlir. Orada qəhvə xanalar var. Və gəmilər durur və xalqı da gəmidə işləyir. Və qəza müdirləri oturan qəzalarda cümə günü bazar olur. Dağlarda olan kəndlərdən piyada gəlirlər, çün at çox az olur və kənardakı kəndlər bir-birinə xırda fluqələr ilə gedirlər. Və Batum şəhərinin üstünə Ərzurumdan dəxi iki qəza (bir[i] Acar və bir[i] Ərtvin ola) qonubdur. Ərdəhandan beş-altı günə atlı Xopaya gəlmək olur. Amma dərya kənarı quruyla getməyi məşəqqət söyləyirlər. Bizim hacılardan da bu yol ilə gələn olubdur zəhmət ilə. Batum bir küçük və neçə yüz evli bir şəhərdir. İmdi paşa oturduğuna, bir qədər abadan olmağa bina qoyur. Çox heyf edirəm ki, paşa evdə olmadı ki, mülaqat edək. Adamları bizə mehribanlıq etdilər. Və onun iskələsində iki əsgər gəmisi gördük. Biz çıxanda azan verib, camaat ilə namazın qılıb, padşahlarına dua edirlərdi. Şəbanın iyirmi üçündə günortaya iki saat qalmış Rizə şəhərinə daxil olduqda ətrabalarımızdan bir parasın sandal ilə Trabzana yola salıb özümüz qəsd etdik ki, buradan at ilə gedək, çün hərəmimiz qayətdə sahibi-azar oldu gəmi tutub. Və o sandaldan çıxıb, dəryanın kənarında bir yaxşı çəməngah qabağında, bir balaca irmaq kimi su axan ağacın dibində istirahətə əyləşib ətbalarımızdan birisin o yerin müdiri olan Məhəmməd bəy əfəndinin yanına göndərdik ki, izhari-əhval edib, bizim üçün bir otaq hazır edə. Bu əsnada qalxıb, beş-on addımlıqda bir came vardı; durub, seyr qəsdinə gedib məscidin dairəsinə girdim. Bir əcaib çəməngah və yaxşı tut ağacları [var]. Və hücrələr və məscidi zinətli yerdir. Sonra əvvəl düşdüyümüz yerdən qalxıb, hərəmimizi gətirib, orada istirahət etdikdə haman müdir Məhəmməd bəy əfəndi öz göndərdiyimiz adam ilə bir dəstar portaqal verib, qabaqca bizə irsal edib söyləmiş ki, apar bu portaqalları bəy əfəndimizin xidmətinə, bizdən də çox salam et. Səfərdən gələn adamlar üçün portaqal iyi olur; yeyib, istirahət eləsinlər. İmdi bu saat qulluqlarında hazır oluram. Yarım rüb keçmiş özünün ətba və mülazimləriylə iyirmi[yə] qədər gəlib, bizi çox ikram-təzim ilə [...] öz hərəmlərinə gətirib və bizi dəryanın kənarında öz evinin bərabərində bir came də, oranın müftisi oturan müzəyyən, aquşqaları dəryaya açılan, qapısı məscidin qapısına qarşı olan hücrədə farağat etdilər. O gecə hərəmimiz tərəfindən fikrimiz mütəəddid oldu (quru ilə və balaca fluqə ilə Trabuzana getməkliyə). Gecə müdir Məhəmməd bəy əfəndi yaxında olan kəndlərə zabit göndərib səhərə qədər səkkiz-doqquz atlar adamlar ilə hazır etdilər və əlavə, bir balaca fluqə səkkiz kürəkçi ilə hazır etdilər — hansı pəsənd və xahiş olunsa ona minilə. So[n]ra o şəhərin alim və üləmaları və müdir Məhəmməd bəy əfəndi bizim quru ilə getməyimizə razı olmadılar. “Çox zəhmət olur və eniş-yoxuşu çoxdur” dedilər. Quru ilə Trabuzana yol on doqquz saatdır. Günortaya saat yarım qalmış fluqəyə mindik. Sağ tərəfimiz dərya və sol tərəfimiz Ağrı dağı düşüb, bir ucu da Trabuzana qədər yetmiş ola. Rizə bir bala[ca] şəhərdir; təzə görünən aya bənzər. Dağın arasında bina olmuş. Və oranın əhli yaxşı kətan çıdırlar heç məmləkətdə olmaya[n]. Və çox portaqal və limu və üzüm tənəyi və zeytun ağacı vardır. Və içində köhnədən əla binalar vardır. Və köhnədən bir qalaça imiş — bir ucu dəryaya gəlib bir ucu dağın üstə dolanmış ola. Və o şəhərdən Trabuzana gəldikdə dərya ilə iki saatlığa qədər Səlmə dağın[ın] üstə və meşələrin içində yaxşı imarətlər görünür. Yeddi-səkkiz saatlıq da Of adlı qəsəbənin qabağından keçib gəlib, altı saatlıq da Sürmənə adlı qəsəbənin qabağından bir az dönüb, kənara, bir bövük daşın kölgəsinə düşüb bir az istirahət etdik. Of bir balaca qəsəbədir. İçində [müdir] oturur. Ətrafları ziraətgah. Və yaxında yaxşı çöl gəli və az-az zeytun ağacı görünür. Və Sürmənə bir balaca qəsəbədir ki, içində müdir oturur. Ətraflarında ziraətlər və talalar və onların içində zeytun ağacı çox görünür. Oradan qalxıb, sağ tərəfimiz dərya, sol tərəfimiz ziraətlər və talalar ola, gəlib axşam namazına Trabuzana çatıb Gavur məhəlləsində təzə yapılmış ikimərtəbə bir imarətdə məks etdik. Sabahı günü rus baliyozu yanımıza gəlib, mülaqat etdik. So[n]ra xahiş elədik ki, paşa ilə görüşək. O günü paşa qonağında olmayıb, Tuncanə adlı kəndə seyrə getmiş imiş. Sabahı günü paşa gəlməmiş, kahyəsi bizim yanımıza gəlib bir qədər mülazimlər ilə görüşüb, getdilər. Bir az vaxt keçmiş qonsur tərəfindən xəbər gəldi ki, paşa gəlib evinə, görüşən vaxtdır. Bizdə gedib, qonsur ilə bərabər paşa [ilə] mülaqat etdik. Bizə qayət ikram etdi. Vaxtımız təng olmaq səbəbindən təkrar mülaqatımız müyəssər olmadı. Bir neçə gün Trabuzanda oturduq vafur gəmisinə baxıb. [Qırmızı dəniz sahillərində] [Şəvvalın yeddisi]. ... yaxşı ... məşriq bir qala v... Bunun da qabağında bir ba[laca]... Gəmiçilər ondan qorunurlar. P... Deyirlər ki, onda şeytan o... durmağa qoymayır. Şəvval[ın səkkizində]... sübh yola düşdük. Ol günü hava... və gecəsi də sürdük. Sübh vaxtı cəzirəyə... gəldik. Haman cəzirədə yüz [ev olar]. Bu axşa[m] təzə ayı gördük. İstdi... * * * [Şəvvalın] doqquzunda Vəşy qəryəsinə [...] ağac yol edib, günortadan müqəddəm [...]yə düşüb, bir sirt üstə çardaq altında qurulmuş qəhvə xananı iyirmi quruşa tutub oturub və qoyun tapıb kababından yeyib, Nildən gəlmiş ilıx suyu içib sakit olduqda bizim vətəndə olan imarətlərdən və bulağlardan bu vaxta [qədər gördüklərimizdən] bu yer bizə ləziz və xoş gəldi. Axşam vaxtı genə gəlib gəmidə qaldıq. Otamız da qayətdə şənnik oldu, çün yeddi gəmidə ol axşam hər tərəfdən buraya gəldilər. Bu axşam rütubət qayətdə ziyadə oldu. Və Vəşəng limanı bir iyi limandır. Kənarında iki yüzə qədər ev Misirdən və bədəvilərdən bina salıb oturubdur. [Şəvvalın onu (?)]. ... hava qaiz olub... Neman adasın... düşüb, gecə çöldə qaldıq... Sabah yola düşüb, hava... zəhmət çəkdik. Bir tərəfdən isti... gəminin yeriməməyi darıxdı[rdı]... İlkindi vaxtızüb də liman da... məks etdi və kənara çıxmaq mümk[ün].... * * * ...[adamla]rımız süvar olub, bir təpə... ... [...]ub, qabağına bir cəzirə çıxdı. ... [...]rüb, süvar olma[dıq]. Yorulduqdan ... [...]i olmuş Hacı Əli əfəndi eşik (?) [...] oğurlayıb minmək qəsdinə düş[dü]. * * * Bu sayaq üzrə getdik hamama. Dağın dibindən bir-iki bilək yoğunluqda su çıxır istdi və bir qədər kükürd ilə. Lakin biz təzə Abbas paşa qayıtdıran hovuza girdik. Çəndan istdi deyil idi; [bəlkə] savuqsu qarışmış, yainki təzə hamamlar qayırmaqdan suyun xasiyyəti dəyişilibdir. Həqiqət, Abbas paşa himmət edib bu su üstə yaxşı imarət yapdırıb gəlib-gedən üçün. Burada bir saat qədəri çimib, genə qayıtdıq iskələyə — kimi eşşək ilə, kimi piyada. [Şəvvalın on yeddisi]. ... dəniz kənarında (bir yanıqəryədir əlli-altmış evli və on üç xanə nəsra[nilə]rdir) qaldıq. Müsəlman və bədəvilərdən ətrafın dalif (?), yada xurmalıq bağları [ola]n iki saatlıq kənarı düzdür. Sonra Nurs[əid] (?) [...] [...]ləridir. Burdan Nurs[əi]d evləri (?) gö[rünü]r, lakin ona getmək bizim üçün müyəssər o[lmadı] [i]ki günlük yol olduğuna görə. Biz uzaqdan baxıb ziyarət etdik. İskələdən yarım saatlıq da [...] ilə müsəmma (?) olmuş bir istdisu[...]. [...] eşşəklər götürdük. Birinə o[turub] [...]. Hacı Əli əfəndi Qəbələ m[...]. [...] [saat] [alt]ı[da]n [qalxıb] səhərdən [...]di ki, bizim üçün qaraul etsinlər. Yolda, ev[lər]də başları açıq, ayaqları yalın, çıplaq, bellərində bir fitə, əllərində zoğal ağacından dəyənəklər. Bizim məmləkət adamlarından bizim bu nəhv ilə gedib-gəlməyimizi görs[əydi]lər xeyli gülərlərdi. Ol gecə burda q[aldıq]. Quyu və bərkə suyu al[...]. [...] düşdük yola. Ol günü axşama qədər [...] yol sürüb, [...]. [...] Məhəmməd Rəis adlı yerdə qarışan məka[na] [...] keçdik; çün bu dəryada bura bir qorxulu yer]dir. [...] axirül-əmr Şəb dəryasın sağ tərəfdən sol tərəfə keçir. Günorta vaxtı Neman adasına düşdük. [...] kimi yer [...]yinə, qayətdə zəhmət çəkdik. [...] limanına girənə qədər orada [...]. [...] yanımızda qaraullar ilə [...]. [...] olmağına [...]. Böyük qındırqa ağacları görünürdü və kölgəsinə təməğ (?) hərəkət edirdi, lakin bədəvilər qorxusundan kənar[a] çıxmadıq. Haman saat [bədəvilər] xəbər olan tək dəvə ilə tuluğda neçə gündən qalmış [qu]yu [suy]u gətirdi və hind qozu satmağa [başladı]. Bu kənardan bir [qədər] uzaq bədəvilər o[lur]lar. Və Misir həmləsi qaradan gedən yola yavıqdır. Axşım olduğuna, rütubət başladı. Tamam libasımız suya batmış kimi oldu. Hərçənd dəyişdik, lakin sübhə qədər dübarə libasımız və yorğan-döşəyimiz su oldu və hansı libasa əl vuranda ələ yapışırdı. Axşam bürkü olub, sübh duman oldu günçıxana qədər. Şəvvalın onsək[kizində]... ... olur və üstündə gecə [...]. [...] gələn gecə azmasın. Və bu [kəndin] ətrafında [...] çoxlu (?) — əlliyə qədər bədəvi evləri var. Haman [evlərin] (?) dirəkləri əl ağaclarıdır ki, evlərini köç[ürəndə] əllərinə alırlar. Çox vaxt oniylə dava edir. Və Vəşəng (?) [...]. Hər evdə bir tuluğ, ya bir [...]q görürsən. Misirdən ta Süveyş Şəvvalın iyirmisində azimi-məqsəd olduq. İki gün müqəddəm ətba adamlarımızı və yüklərimizi on dörd dəvələr ilə Süveyşə göndərdik. Özümüz və hərəmimiz bir neçə xidmətkar ilə axşama iki saat qalmış araba ilə Misirdən yola düşdük. Haman gecə yol sürüb, sübhdən bir saat keçmiş iyirmi dörd saat yol edib, Süveyşə daxil olub, orada bizdən neçə saat müqəddəm gəlmiş ətbalarımızı tapdıq bizim üçün oranın hakimi mühəyya etmiş mənzildə. Bizim böylə tez gəlməyimizə səbəb budur ki, sədarət payəli Misir valisi Abbas paşa Yevrapa sayağında yolda hər iki saatlıq da çaparxanalar təmir etdirib, içlərində iyirmi dörd at və qatır qoyub. Və arabalar tərtib olmuş ki, at və adamlar çaparxanadan çaparxanaya dəyişilməyə. Və üç yerdə böyük mehman xanalar yapdırıbdır ki, içində hər yemək və içmək mühəyyadır ta yatacaq, yorğan-döşəklər ilə. Biz qayətdə rahat on beş saatda gəldik üç-dörd çaparxana. Oraların yolu təmir və düzdür və mübaqilərinin arası şimdi yapılır. Bu arabalar ilə gəlmək çox rahatdır, amma hər adamın gəlməyə qüdrəti olmaz. Ol arabalarda oturan şəxs gərək min quruş və bir nökərinə yeddi yüz əlli quruş versin. Dəvə ilə üç günə gəlsə də əlli quruşa dəvəni tuturlar. Misirdən çıxanda yolun sağ tərəfində uzaqdan mərhum Məhəmmədəli paşa təzə tikdirən camenin qoşa minarələri görünür. Sonra xırda dağlar, yəni təpələr yanmış torpaq kimi, çün üzündə ağac yox və ot yox və təmiz. Və amma yolun sol tərəfi neçə saat qayətdə xoş görünür. Ol tərəfdən axan Nili-mübarək ətrafı tamam bağ və abadanlıqdır. Yaşıllıq qayətdə səfalı görünür. Və şimdi Abbas paşa təzə saldığı Abbasiyyə dəxi haman tərəfdə, yol kənarındadır. Axşam olduqdan sonra heç bir tərəf müşahidə olmayır ta Süveyşə qədər. Amma, deyirlər, yolun sol tərəfində Abbas paşa bir böyük dağ üzərində köşk tikdirmiş. Və yol kənarında bir tək ağac gördük. Sual etdikdə bizə cavab verdilər ki, övliyalardan bir zatdır ki, ona ziyarət edirlər. Şəhri-Süveyş Şəb dənizinin bir iskələsidir. Özünün əhali[si] yeddi-səkkiz yüz ev ancaq olur, lakin bu halda qayətdə izdihamlıq vardır. Bu yol ilə gedən hüccaclar — və əksəri Məğrib tərəfdən — burada gəmiyə minirlər. Bu yol ilə çox ticarət gəmiləri Ciddəyə gedir və əlavə, ingilislərin ayda iki dəfə vapurları gəlir. Hindustan tərəfindən bu iskələyə qayətdə mal gəlir. Şəhərin özü[n]də bir ol qədər abadanlıq yoxdur, lakin gəlib-gedən gəmilər və karvanlar abadan göstərir. Və bir neçə xaraba karvan sarayları var. Süveyşin özündə su yoxdur; neçə ağaclıqda quyu suyu var bir qədər təmilə, amma bərgəsuyu yaman deyil. Eşşək və dəvə ilə gətirib bir eşşək yükün quruş yarıma satırlar. İki gün bu şəhərdə qaldıq. Havası yaman deyil, lakin gecələr dərya rütubəti var və istisi [...] dərəcədədir. Günortadan neçə saat keçmiş şəhərin qabağındakı adaları su basıb, gecənin yarısında genə su çəkilir, sübh vaxt[ı] genə quru görürsən. Haman adaları bəzi vaxt, deyirlər, üç-dörd arşın su qalxır. Burdan Bəhri-səfid kənarındakı Qəzza şəhərinə at və ya dəvə ilə səkkiz günə gedilir, oradan Beytül-müqəddə[sə] dörd günə. Və bu şəhərin dörd saatlığında Qəleyül-cərud var. Misir hüccac[ı] cümləsi oraya cəm olub, qara ilə Hicaz torpağına gedirlər. Süveyşdən ta Ciddə Şəvvalın iyirmi üçündə axşama iki saat qalmış yelkan gəmisinə minib düşdük yola. Bir saat yarım getdikdən sonra rəisimiz gəmini sağ tərəfə çəkib, Ütatəiskələsində ləngər salıb haman gecə orada qaldıq. Ay doğandan sonra başladı gəmi hərəkət etməyi. Ol günü sürüb, genə axşama iki saat qalmış sol tərəfdə Abu-suxva [adlı] iskələdə qaldıq. Sübhdən yola düşüb Fərərdə (?) çatanda dəniz ləpələri bizi bir qədər incitdi isə də günorta vaxtına Tur adlı kəndə gəldik və ləngər salıb dayandıq. Süveyşdən çıxanda dəniz dar[dır], getdikcə ennənir və iki tərəflərindən dəxi dağlar gedir. Ol dağların içində köçəri bədəvilər olur. Lakin dərya kənarında bir abadanlıq yoxdur. Amma sol tərəfdə — Süveyşin iki ağaclığında Eyni-Musa adlı yerdə bir balaca su var. Orda üç küçük bağça salmışlar. Gah-gah Süveyşdən oraya gəzməyə gedirlər. Biz Tur iskələsinə çatanda kənddən və uzaqda olan bədəvilər görüb, eşşək və dəvələrin[i] qabaqlarına salıb gəldilər tuluğlar ilə dolusu və xurma, sütül olmuş [qarğudalı] və üzüm və xırda, dənizdə bulunan sədəf və möhrə və xırda daşlar ilə. Və bizdən neçə saat sonra dalda qalmış iki yelkan gəmiləri də bu iskaləyə gəldilər, camaat oldu çox. Dərya kənarı döndü bir küçük bazara. Təzə gələn gəmilərin adamları da çıxdılar kənara bir qədər nəfəslərin almağa, çün oturduqları gəmilər ol qədər izdihamlıqdır ki, dolanmağa, yatmağa və oturmağa çox zəhmət ilə hər kəs yer tapırlar. Bu gəmilər də qayətdə zəhmət çəkirlər. * * * [Şəvvalın iyirmi doqquzu]. Axşama bir Əbu-Həlhələ adlı iskələdə gəmidə qaldıq. Sabahı ki zil qədənin qürrəsidir, bir az yol edib, Yənbu şəhərinə daxil olduq. Dənizdə zəhmət çəkdiyimizə binaən şəhərdə bir mənzil tutduq ki, barı bir gün rahat olaq. Bu şəhər Mədineyi-münəvvərə iskələsi hesab olur, çün oranın maaşı buradan keçir. Dəvə karvanı [oraya] dörd gündə gedir. Bu iskələyə Misir tərəfindən hər gunə taxıl və məkulat və Hindustandan ora məta gəlir, sonra Mədinə[yə] və sair bədəvilərə dağılır. Şəhər böyük olmasa da, lakin ticarət və alış-veriş çoxdur. Xalqı səliqə bilməzlər, amma qazanmağa ustadırlar. Şəhərində ətrafında torpaqdan qala var. İki gecə rahat olub, zil qədənin dördündə sübh çıxıb [yola düşdük]. Dəryada bir qədər furtına oldu, amma ruzgar səmt olduğuna, axşama Rabe iskələsinə çatdıq. Qara ilə getsə dörd mənzildir. Burada kənara çıxıb, çadır qurub, qüsl edib ehram bağladıq və Zəmzəm suyundan içdik, çün Məkkeyi-mükərrəmədən qabağa dəlillər gəlmişdilər. Buradan bizə fərəh gəldi, çün əsl mətləbə yavuqlaşmağımız müşahidə oldu. Və suyu da iyi idi. Ayın beşində oradan çıxıb, ruzigar olmadığına, dəryada daşlar kənarında ləngər salıb qaldıq. Ehramlı olduğumuza, savuqdan ehtiyat etdik. Allahın kərəmindən, salamat gecəni keçirib yola düşdük. Axşama üç saat qalmış Ciddəyə daxil olduq. [Mədineyi-münəvvərədən Şamadək] [Səneyi-1269]. Məhərrəmin on biri. Bu gün bir para şəxslərlə mülaqata məşğul olduq. Mədinə əhlindən əski müftizadə mülaqat edib, həm yeməyə təklif etdi. Və həm müfti Seyid [...] əfəndi və Seyid Hafiz əfəndi Diyar bəkri və Şeyx Məhəmməd əfəndi Zahid və Osman əfəndi Çərkəz və Seyid Abdulla əfəndi Qilisi gəlib bizim[lə] mülaqat etdilər. Və qabiliyyətli adamlardırlar. Əlavə, Dağıstan və Cəzair və sair məmləkətlərdən gəlib burada sakin olanları gördük. Hər kəs öz hallarına məsrur və məğrur. Lakin maaşları az olmağı işarə ilə bəyan edirlər. Hərəmi-şərif müdiri Lətif əfəndi ilə həm mülaqat etdik. Biz namazda ikən vəzir Məhəmməd paşa oraya gəldi. Bizə qayətdə mehribanlıq edib, mənzilinə təklif etdi. Orada qəhvə içib, özü də bizim ilə bərabər [gəldi] hərəmi-şərifin təzə təmir olan yerlərin bizə göstərməyə. Həqiqətdə, qayətdə iyi təmir olur xüsusən üzlü yonma daşları və bütöv sütunları qırıb. Paşanın təqririndən, ol daşlar məkanı bulunmağı bir kəramətdir. Xeyli müddət iyi daş yeri arayırkən, məəttəl ikən bir bədəvi gəlib söyləyir ki, siz daş bulmayırsız, bən göstərim. Bu, bələdlik edib, iki saatlıq da bu daşlar[ın] yerin göstərib özü qaib olur. Sonra çox axtarırlar ki, ona ənam versinlər, lakin hənuz bulunmayır. Paşa bizə özü etdiyi təmiri göstərib və planları göstərdi. Ol sayaq üzrə tamam olsa bərbinalı və bərdavam olur, inşaallah. Sonra çadırlarımıza gəlib, hərəmimizi ziyarətlərə göndərdik. Və ol axşam “Mövludi-şərif” oxundu. Hərçənd qırx il xidmət etmiş hərəmağası Osman ağa orda idi, lakin qayətdə binizam oxudular və məclisi dağıtdılar. Məhərrəmin on ikisində sübh namazın hərəmi-şərifdə qılıb və vida ziyarətin edib, dübarə bizə nəsib olmaq duasın edib, çadırlara gəlib, tədarükümüzü görüb, taxtlar qoşulub, yüklər çatılıb, düşdük yola. Necə ki tamam hüccac düşürlərdi yola, qala qapısından çıxıb sol tərəfdə mərhum Davud paşanın imarətinə və bağçasına girdik. Səliqəsi və bağçasının abadanlığı və gunəgun ağacları qayətdə xoşuma gəldi. Bir qədər oturub genə ata mindik. Şəhər kənarından çıxıb burulduq sol tərəfə. Dağın dibində məsacidlərə və “Sureyi-Fatihə” nazil olan məkana ziyarət etdik. Dağın səkisində iki gümbəz və dibində üç dəxi ibadətgahlar vardır (lakin şimdi xaraba olmuş). Qayətdə gözəl məkanlardır. Oradan gedib, Qibləteyndə iki rükət namaz qılıb, xaraba olmuş qəryədən keçib, cərfədə qurulmuş çadırlarımıza [qayıtdıq]. Bu aralarda bostan yerləri çoxdur. Su burda üzə çıxır. Hər qisim ziraətə layiqatı olan yerlərdir. Mədinədən buraya iki saat yol hesab olur. Yolun sağı və solu tamam ziyarətgahlardır. Hər bir məkanın şərafətindən yazmaq xahiş edən kəs üçün lazımdır ki, neçə sənə burda qalıb onun şüğlü ilə zövq edə və xəyal-fikrin ol əyyama saldıqda insanın şərafətliləri ilə özünü bu fəna əsrdən kənar edib, bəlkə ruh[u] rahat olub, nicat [tapa]. Yoxsa, özümüz fəna və işlərimiz fənadır. Mədineyi-münəvvərə və ətrafı insanı məfərrih edib islam zövqü ilə şad edir. Cərfədə çox mədinəlilər gəlib, hüccacı ötürürlər və vidalaşırlar. Məhərrəmin 13[-ü] çərşənbə günü sübhdən hüccac qafiləsi yola düşdü. Şimdi qafilə bir qədər xəfif oldu, çün İran əhlindən Bəsrə tərəfinə, Kərbəlaya ziyarət etmək üçün gedənlər Mədineyi-münəvvərədə Nəcd tərəflərinin ərəblərinə bir dəvəni otuz əşrəfiyə (bəlkə dahı ziyadəyə) kira tutub, şərq tərəfində olan Nəcd qəbilələrinin arasından gah söyülə-döyülə, gah xərc verib iyirmi gündə Bəsrəyə çatırlar, oradan ziyafət edib öz məmləkətlərinə gedirlər. Saniyən, Misir qafiləsi Şam qafiləsindən bir-iki gün sonra Mədinədən çıxıb, Nəxləteyn mənzilinə qədər bu yol ilə gəlib, sonra Hədyə çeşməsinə çatmamış Məğrib tərəfinə dönüb, əlahiddə Şəb dənizinin kənarından yavuq Misir yolu ilə müraciət edirlər. Və Məğrib hüccacı (ki, müqəvvimlərə tutulmayıb) özləri Məkkeyi-mükərrəmədə və Mədineyi-münəvvərədə özləri üçün dəvələr alıb, əlahiddə karvan qayırıb, Misir qafiləsi ilə dəxi gedirlər. Üçümcü, Məkkeyi-mükərrəmənin cənubi tərəflərində Yəmən və Hindustan və Cava və sair Bəhri-mühit cəzirələrində və kənarlarında olan müsəlmanlardan həcci qılıb və rəsulillahın mərqədi-mübarəkinə ziyarət edib, qayıdıb, Ciddə boğazından keçib, Yənbu iskələsinə gedirlər. Oradan bəhrən hər kəs öz məmləkətinə müraciət edir. Və bir para fəqir-füqəra ki, Şam və ya Misir qafilələrində dəvə kira etməyə taətləri yoxdur, onlar dəxi əlli-a[l]tmış quruşa bir dəvə kira edib, Yənbu iskələsinə gedib, orada dəxi əlli-a[l]tmış quruş (bəlkə bir az kəm) verib, Bəhri-şəbi keçib, Misir məmləkətində Qüseyr, yainki Süveyş iskələlərinə çatırlar. Oradan Misrə düşüb, Misrində Nili-mübarəki ilən İsgəndəriyyəyə gəlib, Bəhri-səfid dəryası ilə öz məmləkətlərinə müraciət edirlər. Bu səbəblərə görə bizim karvanımız bir qədər azaldı və on saat yol etdikdən sonra Biyari-cəbr adlı mənzilə çatdıq. Yolu düzə maildir, ətraflarında ancaq dağ-təpələr var. Biz keçdikdə quyularında su bulunmadı. Məhərrəmin 14[-ü]. Sabaha dörd saat qalmış qafilə doqquz saat yol edib, günortaya bir saat qalmış Biyari-nəsib adlı mənzilə düşdü. Bu mənzilin sağ tərəfi vadiyi-miləl olduğuna, yolu qayətdə düzdür və susuz məhəldir. Məhərrəmin 15[-i]. Sabaha beş saat qalmış qafilə yola düşüb, on saat sonra Nəxləteyn adlı mənzilə çatdıq. Yolumuzun sağ və solu dağ olsa da arası vase və qum sal meydandır. Nəxləteynin bir balaca qalası var və quyu suyu var. Məhərrəmin 16[-sı]. Su tədarükümüzü götürüb, gecə, sübhə səkkiz saat qalmış qafilə yola düşdü. Sübh əvafına enib və qalxıb günortaya iki saat qalmış Vadiyi-üzamiyyə (və nami-digər Cəbəli-əntərə) məkanına düşdük on bir saat yol edib. Nəxləteyndən çıxanda yolumuz əqəbədir. Sonra dağlar bir qədər uzaqlaşır. Yolumuzun sağ və solu vase görünür. Günortanı qılıb yola düşdük. Əsr və axşam namazı üçün əvaf edib axşamdan saat yarım keçmiş Hədyə aşmasının əqəbəsinə yavuq olduqda bizim müqəvvimlər və hükkamlar arasında bir şadlıq zühur etdi. Və şamlı uşaqlarından çoxu qışqıra-qışqıra qabağa yügürüşdülər və bizim qafilədən toplar və fişənglər atıldı və Əqəbədən dəxi toplar və fişənglər atıldı. Mundan məlum oldu ki, Şamdan gələn cərdə gəlib çatıbdır. Bu şənlik ilə qafilə əqəbəyə çatdı. Əqəbədə cərdə valisi miralay Məhəmməd Xosrov bəy çoxlu çırağban və şənlik, çalan-çağıran mühəyya edib, çadırlar qurdurub, miri-hacpaşanı və bizi düşürüb bizə şərbət və qəhvə verdi. Bir saatdan ziyadə bu münval üzrə Əqəbədə atəşbazlıq, şənlik oldu ta qafilənin dalı gəlib keçdi. Və həcceyn ilə gələn ərəblərdə oxumağın və oynamağın və tüfəng və tapança atıb zopı getməyin [görüb] və fitil ilə atan tüfənglərinə tamaşa edib, heyvanlarımıza minib axşamdan dörd-beş saat keçmiş Hədyə aşmasında cərdə ordusuna çatdıq. Günorta əvafından buraya qədər səkkiz saat yol gəldik. Bu gecə cərdə ilən gələn şamlılar və bizim ilən gələn qafilələr yatmadılar bir-birləriylən mülaqat və görüşmək şövqündən. Şimdi cərdə nə olduğun bəyan edəlim. Dövləti-Ali-Osman padşahları[nın] hüccaci-müslimini bu yol ilə aparıb-gətirmək üçün qayətdə ehsanları və məsarifləri vardır. Əmiri-hacpaşa Şamdan əsgər və mühümmat ilə hüccacı Məkkeyi-mükərrəməyə aparıb qayıdana qədər, əlbəttə, əsgər-dəvələr yorulub və mühümmati-zəxirə azalmağın mənzurda tutub, qədimi padşahlar qərardad qoymuşlar ki, qurban bayramının sabahı Şami-şərif dən cərdə vali-əl qabı ilə bir paşa bir qədər əsgər və dəvələr lazım olan mühümmat götürüb hüccacın qabağına getsinlər. Bunlara dəxi Şam əhlindən gunəgun məkulat satmaq üçün tüccarlar qoşulub dəxi gedirlər. Və cərdə valisinin borcudur ki, Şamdan Hədyə aşmasına qədər yolda olan mənzilgahlara və qalalara və sulara mülahizə etsin ki, hüccac gələndə bir qüsurluq olmasın. Həqiqətdə, cərdə[nin] bizə Hədyə aşmasında çatmağından qayətdə məsrur olduq. Hədyə aşması dağın dibində bir balaca səhradır, özü də xırda daşlıq, müqəvvimlərin səqqaları düşən kimi. Daşı bir arşın, iki arşın həfr etdikdən [sonra] təmiz su çıxır. Lakin suyundan hüccaclar bir qədər ehtiyat edirlər. Çün bu məhəllin ətraflarında çox sinamək ki olduğuna, ishaldan ehtiyat edirlər. Həqiqətdə, deyirlər ki, bu sudan ishala düşən çox olur. Və o su çıxan məhəllin kənarındakı dağda bir iyi və gərək çağlı böyük qala yapmışlar. Heyf ki, şərqi tərəfindəki bürcü yıxılır və özünə də müqəyyəd olmayır. Deyirlər, buradan Xeybər qalasına səkkiz, ya on saat yoldur. Məhərrəmin 17[-si]. Günortaya qədər bu mənzildə məks edib, cərdə ordusunda qurulmuş bazardan hər kəs özü üçün mayəhtacın alıb və cərdə valisi Məhəmməd Xosrov bəyin qonaqlığın yeyib, zöhr namazın qılıb və cərdə ilən bizim qafilə qarışıb, əmiri-hacpaşa qafilənin sağ tərəfi ilə və cərdə valisi sol tərəfi ilə yola düşdük. Ol günü saat on birə qədər gedib, əsr və axşam namazının əvafına düşüb və məsa namazın da orada qılıb, qalxıb gecə sübhə qədər yol gedib və sübh əvafından sonra dəxi saat yarım yol gedib Hədyə aşmasından on altı saatlıq da Validə quyusu adlı mənzilə düşdük. Məhərrəmin 18[-i]. Bu gün qafilə burada qaldı. Qabaqkı mənzillərdə su olmamağına görə səqqalar həfəzə qaldırdılar. Və həm müqəvvimlər burada hüccacın yüklərin qantara vurullar. Qərardaddan ziyadə gəlsə artığın kirasını alırlar. Yaxşı suyu və qalası var. Məhərrəmin 19[-u]. Sübhdən yola düşüb, altı saat yol getdikdə, günorta əvafına düşdük. Qalxıb, iki saat yol getdikdən sonra sol tərəfimizdə bina olmuş Zümrüd qalasına seyr edib və oradan düşdük bir bövük səhraya. Səhrada axşama yarım saat qalmış çadırlarımıza düşdük. Zümrüddən bu mənzil gaha üç saat yoldur. Məhərrəmin 20[-si]. Sabaha üç saat qalmış yola düşüb, sübh və zöhr əvaflarına enib-qalxıb, axşama dörd saat qalmış on iki saatlıq da Səddül-mətran adlı yerə düşdük. Məhərrəmin 21[-i]. Sübhə dörd saat qalmış qafilə yola düşdü. Sübh əvafın edib, günortaya bir saat qalmış səkkiz saat yol etdikdən sonra gəlib Mədaini-salehə çatdıq. Mədaini-saleh xüsusunda əlhac Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə yazıbdır ki, “diyari-Səmuddandır. Tufani-Nuhəleyhüssalamdan səkkiz yüz yetmiş doqquz sənə mürurunda qövmi-Səmud zikri mürur edən vəch üzrə həlak olduqları mərvdir. Binaları yekparə oyma daşdan; hala qeyri-məskundur. Qala və bərgəsi vardır. Dəruni-qalada bir kəbir bərma olmaqla bərgəyi andan doldururlar. Xəlil-ərrəhman və Əla-qərib olmaqla dadlı limon və türünc və balçıq xurması gətirib hüccaca bey edərlər. Qum əqəbələri keçilib, qövmi-Saleh əleyhüssalamın mütəməkkin olduqları binalar müşahidə olunur. Quyuları çoxdur. Sularını içmək zərərlidir. Həzrəti-Cabirdən mərvidir: Rəsuli-xudasəlləllahü əleyhü və səlləm əshabi-güzin həzəratlarına buyururlar ki, sizdən biriniz qövmi-Saleh qəryəsinə girməyə və suyundan içməyə, əzab olan qövmün yanına varmaya. Məgər bika edərək vara, onlara isabət edən bizə dəxi isabət edə deyü xövfündən. Həzrəti-risalət pənah həzrətləri vəqta ki Təbük qəzasına təşrif buyurduqlarında Köşk qayasına nüzul buyurdu (anda olan quyudan içməyələr və sual maya[lar] deyə), buyurdu əshabi-güzin: “Ya rəsulillah, ol quyunun suyundan xəmir yoğurduq və qırbalara su aldıq”. Həzrəti-rəsul ol xəmiri buraxmağa və ol suyu tökməyə əmr buyurdu. Suyuna qənin su içdiyi quyudan almağa izn buyurduqları mərvidir. Bunda Qübbətül-həcər deyirlər bir kiçik dağ vardır. Bu məhəllərdən rəsuli-möhtərəm həzrətləri sürətilə mürur üçün Təbükə təşriflərində əmr buyurduqları mərvidir. Və binaları olan cibala Ənaliq təsmiyə edərlər. Və bircə bəl dəxi vardır Ənam deyirlər. Və bir mürtəfe məhəldə həzrəti-Salehin daşdan qazılmış məscidi-şərifi vardır. Qövmi-Səmuddan baqi olan əbnayi-əcibələr çoxdur”. İntəha. Biz Mədaini-salehə düşdükdən sonra xaraba qalmış kənd yerin gəzib, qalanın içinə girib və üstünə çıxıb Mədaini-salehin səhrasına seyr etdik. Həqiqətdə, bir qəribə səhradır. Təxminən uzunu beş, ya altı saat yol və ərzi iki saat (bəlkə ziyadə) bir səhradır ki, ətrafı müdəvvər, qala kimi çəkilmiş qayalar. Haman qayalar da gah yerdə yüksək, gah yerdə əlli-a[l]tmış arşına can ancaq olur. Lakin pərvərdigari-aləm o daşların üstündə lövnbəlövn təsvirlər göstərir. Gah biri minarəyə oxşayır, gah biri adama oxşayır, gah biri ağaca və gah biri yumurtaya oxşayır. Səhra dəxi bir qum sal yerdir. Deyəsən, ətrafında olan evlər, qayalar durub bu aşağa çökmüş. Və su quyusunun, qalanın yanında genə qayalar və təpələr var. Haman o təpələrin yanına biz gedib, daşdan çapılmış evlərə seyr edib, qayətdə səliqə ilə çapıldığına təəccüb edib, rəsmlərin götürdük və həm qapıların üstündə olan yazıların surətin öz əfəndimiz Hacı Əli əfəndi yazıb götürdü ki, bir bilənə oxudaq, çünki müsəlman xətti deyildir. “Təfsiri-tibyan”da yazır ki, Səmud qövmündən altı min mömin Saleh peyğəmbər əleyhirrəhmə ilə Həzərmövt tərəfinə hicrət etmişlər və asilərin qəzəbinə nazil olmaq ilə burada tələf və həlak olmuşlar. Mundan görünür ki, Mədaini-salehdə külli cəmiyyət var imiş və yerinin də abad olmağına ləyaqəti var. Əvvələn, suyu çoxdur və təxminən başqa yerlərdən də qazılsa su çıxar. Və müğilan ağacları qayət böyük və abadan bitir. Və munun cənubi tərəfində altı saatlıq da Əla deyilən bir qəsəbə var; qayətdə bağlı və bağçalı və sulu yerdir. Və ondan masəva, genə ətrafında yaxşı abadan qəryələr vardır. Və buradan Şəb dənizi dörd günlük yoldur. Ürban iki-üç qaziyə bir dəvəni kirayə verirlər. Və görünür ki, burada abadanlıq olan vaxt Şəb dənizindən buraya mal gətirillər imiş, çün biz Şəb dənizindən keçən vaxta və Vəşy iskələsiylə. Və Məhəmməd Rəis mabeynində dəryanın kənarında Rəisi-saleh deyən bir liman var. Görünür ki, Mədaini-salehin iskələsi bu imiş. Belə surətdə layiqdir Mədaini-saleh bir abadan şəhər ola. Mədaini-salehdə ətraf cəvanibdən cəm olan ərəblər bir böyük bazar qurdular. Xurma və dadlı və əşgi limu qayətdə çoxdu. Və şamlılar dəxi parça dukanların açıb dəxi ərəblərə mal bey edirlərdi. Buraya gələn ərəblərin övrət və ərlərinin libasları qayətdə qəribə idi. Hərçənd özlərini müsəlman hesab edirlər, lakin görünürdü ki, içlərində yəhudi də var. Məhərrəmin 22[-si]. Günortaya qədər səqqalar həfəzə tədarükün görüb, zöhrü qılıb, qafilə yola düşdü. Üç saat yol getdikdən sonra səhradan girdik Mədaini-salehin əqəbəsinə. Bu əqəbənin barəsində Hacı Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə yazır: “Bu gunə bundan qafileyi-həcc şimal tərəfinə dönər. Həzrəti-Saleh əleyhüs salam möcüzəsi olan dəvənin xüruc elədiyi məhəldir. Qum sal yerdən çıxılıb boğazdan tışra girdikdə həzrəti-Salehin möcüzəsi olan dəvənin xüruc elədiyi məhəllə varılır. Təriqinin canibi-yəminindədir. İş bu məhəldən sürət və hay-huyilə keçərlər, pişto və tüfəng atarlar səxrədə olan naqənin sədasını dəvələr eşitməyə deyü. Zirasövti-məzburu eşidirlərsə çöküb qeyri qalxmazlar deyü əfvahi-nasidə məşhurdur. Həzrəti-Salehin qövmü böyük daşdan naqə xürucunu tələb elədilər. Baəmri-xudayi-mütəal cəllətqüdrətühu həzrəti-Salehin duasını qəbul buyurub daşdan dəvə xürucu və yavru təvəllüd elədi. Bəzi imana gəlib bəzi gəlmədi. Rəisi-küffar Qəddar nam kim sənə dəvəyi sinirlədi. Yavrusu daşa girib qaib oldu. “Üç gündən sonra sizə əzab nazil olur” deyü həzrəti-Saleh xəbər verib imana gələnlər ilə içlərindən çıxmışlar. Qəddar ibn Salif nam qəddar naqəyi sinirlədiyi yövmi-ərbəa idi. Yövmi-xəms də sabaha daxil olduqlarında kübar və siğar, zükur və ünasın üzləri zəfəran sürülmüş kimi sarı oldu. Həzrəti-Saleh əzabı xəbər verdiyindən, bu əlamət əzab əlaməti olduğunu bildilər. Qaçan axşama daxil oldular, “əcəlimizin bir günü güzəran elədi” dedilər. Ruzi-cümə oldu. Gördülər qana boyanmış kibi, yüzləri qızıl oldu. Axşam olduqda “əcəlimizin iki günü getdi” dedilər. Qaçan yövmi-sittə olduqda gördülər çöhrələri siyah olmuş, guya qara sürülmüş. Axşama daxil olduqlarında “əcəlimizin cümləsi getdi” deyü əzaba hazır olub seyhə və fəryad elədilər. Vəqta ki yövmi-əhəddən qabaquşluğu oldu, asimandan [elə] bir seyhə gəldi ki, hər saiqə və hər mühib nəsnənin sövtü anda mövcud [idi] və hər birinin sövtü ilə asiman və zəmin səda verir idi. Sinələrində qəlbləri qopub, “fasübhani darihümcasimin əzab” günü sabaha daxil oldular. Meyit olduqları halda, iş bu əzab ilə qövmi-məsfur həlak olduqlarını və həzrəti-Saleh qövmi-Səmuddan iman gətirib əshabından olanlar ilə çıxıb Həzərmövt nam şəhərə təşrif buyurduqları mərvidir. Dənri mürur edən böyük daşa Mübərrəkün-naqə təsmiyə edərlər. Cəmalın xüruc elədiyi cəbələ Kasibə və dəvənin qaib olduğu cəbələ Qara təbir edərlər”. İntəha. Biz dəxi heyvan ilə gəlib, haman boğazda bir daşın üstündə düşüb hay-huya və karvanın keçməyinə seyr edirkən qayanın üstündəki yazılara mülahizə etdik. Kufə və yeni ərəbi və türki və farsı ilə çox adlar var və bir para yerdə ayələr və şerlər yazmışlar. Və bundan əlavə, yəhudi yazısı ilə dəxi xətlər gördük. Əsr vaxtına qədər qafilənin dalı boğazdan çıxıb qurtuldu. Sonra miri-hacpaşası və cərdə valisi və vəkillər əmini ki, səkidə şəmsiyyələrin qurub oturmuşdular, onlar qalxdı, bizdə yola düşdük. Qayətdə əyri-büyrüm və daşlıq yol ilə karvan yürüdü. Əsr və axşam və məsa və sübh əvaflarına düşüb, sübhdən iki saat keçmiş Darül-hümra adlı mənzilə düşdük. Mədaini-salehdən buraya on altı saat yoldur. Yolu qayətdə dəvələr üçün yürüməyə məşəqqət — daş və qum olmaq səbəbi ilə. Gecə gəlirkən bir haray düşdü. Sonra məlum oldu ki, iki Şam övrətləri məhfildə oturmuş ikən ərəblər dəvənin başın çəkib kənara aparırlar imiş. Əsgərlər xəbər olub aldılar. Lakin övrətlərin birinə yara yetirmişlər. Məhərrəmin 23[-ü]. Zöhrü qılıb, axşama beş saat qalmış qafilə yola düşdü. Səlat əvaflarına düşüb, haman gecə yol edib, sübhdən beş saat keçmiş on səkkiz saatlıq da Bərgeyi-müəzzəmə adlı mənzilə çatdıq. Qayətdə böyük bərgəsi var. Lakin bir qədər təmirə möhtacdır. Əlhal suyu yoxdur. Və bir qalası var qədimdən təmir olunmuş. Məhərrəmin 24[-ü]. Axşama beş saat qalmış yola düşüb, əsr və axşam və məsa və sübh əvafların edib, on yeddi saatlıq da gəlib Əxizər adlı mənzilə yetişdik. Əxizər haqqında Hacı Məhəmməd Ədib əfəndi belə yazır ki, “mənazili-nəbəvidəndir. Və bir məscidi-şərif vardır Sultan Süleyman xan zamanında bina olmuş. Bir qala və beşbərgə[si] vardır. Qalada bir böyük quyu vardır. Quyudan su çəkib, xarici-qalada olan bərgələri doldururlar. Quyunun suyu qayət lətifdir. Bəziləri bir qaç qonaq gətirirlər. İş bu quyudan həzrəti-Əyyub əleyhüs salam yığanıb, vücudi-şəriflərində olan qurdlar düşüb daş olmuşdur deyü mərvidir. Hala düşürürlər və bunda həzrəti-Xızır məqamı olduğu mərvidir. Və dəruni-qalada Heydərbaba mərqədi-ziyarətgah[ı] vardır. Şam qullarından iyirmi nəfər mühafiz qalada vardır. Qaladan bərgəyə doldururlar. Qalayı sultani-müşarileyh zamanında doqquz yüz otuz səkkiz tarixində ürban harisə bəyi Türban ibn Fəraca Şam valisi Mustafa paşa[nın] əmriylə və əmri-sultani-müşarileyh ilə bina eyləmişdir, zira Bəni-Lam ürbanı üsyan edib quyuyu doldururlar idi. Qalanın qarşısında bir bürc vardır. Yenə bəzi məhəlli daşlıqlı və bəzi düz, qum saldır. Bir dar boğazdır. Səqqa başılar hüccaca şərbət səqa edərlər. Bu qonağın ətrafi-ərbəəsi dağdır. Bəni-Lam tayfası bu məhəllərdə sakin olmaları ilə bəzən boğazı sədd edərlər. Əxizərə qərib Səqəbi-Əxizər nam məhəll vardır. İş bu məhəlleyi-Əxizər Dəməşqüş-Şamdan Məkkeyi-mükərrəməyə dəkin nisfi-təriqdir. Bərgeyi-müəzzəməyə varılacaq məhəldə Qazı baxçaları deməklə ərif məhəll vardır. Heydər boğazı tamam olunca bir vase səhraya varılır. Bəzi qar kimi bəyaz qumlu dağlar vardır”. İntəha. Bu gün (ki məhərrəmin iyirmi beşidir) burda qalıb, axşam mərhum olmuş Surə əmməni qumda dəfn edib və gecə qaldıq bu mənzildə. Bir cüzi yağış yağıb, hava purtlaşıb, savuq oldu. Məhərrəmin 26[-sı]. Sübh şafei namazı vaxtında qafilə yola düşdü. Heydər əqəbəsin qalxıb, dar və daşlı yoldan çıxıb, sabiq üzrə əvaflara düşüb, axşam on iki saatlıq da Müğayirül-qələndəriyyə adlı mənzilə düşdük. Bir qalası var. Susuz məhəldir. Yolunda çox qurda müşabih daşlar cəm edərlər dava deyü və “həzrəti-Əyyub qurdudu” deyü — xüsusən şamlı və əcəm xalqları. Məhərrəmin 27[-si]. Sübhə beş saat qalmış yola düşüb, günorta vaxtına on iki saatlıq da Asi-xurma adlı mənzilə düşdük (nami-digər Təbük). Məhəmməd Ədib əfəndi yazır ki, yaban xurması çoxdur. Rəsuli-möhtərəm səlləllahü əleyhü və səlləm həzrətləri bənəfsəhü qəza niyyətiylə Təbükə təşrif buyurmuşlardır. Sultan Süleyman zamanında bir qala və bir bərgə bina olunmuşdur. Dəruni-bərgədə eyn vardır; suyu çoxdur. Dəruni-qalada bir kəbir əncir ağacı və təhtində bərma vardır. Xaricdə əncir və ruman və eyva ağacları vardır. Üzüm, badıncan və qabaq bulunur. Müqəddəmən əshabi-ikənin məhəllidir. Həzrəti-Ömər əfəndimizin zəmani-sədiq tiranlarında Mədineyi-münəvvərədən bu məhəllə gəlincə ziraət olunur imiş. Həzrəti-Şüeybəleyhüssalam Mədaindən gəlib, qövmi-məzburu dinə dəvət elədi. Təriqlərdən mümaniət edirlərdi bəzi imana gəlib, əksəri gəlməməklə. Gəlməyənlər[in] özlərinə həqqi-sübhana və təala həzrətləri seyhə irsal buyurub, qövmi-mövsumu həlak elədi”. Təbükdə həzrəti-risalət[pənah] əfəndimiz namaz qıldıqları məscidə şərif olub, bədə Ömər ibn Əbdüləziz təcdid elədiyi mərvidir. Müqabiləsində Sieyi-mədrari nam məhəll vardır ki, həzrəti-rəsuli-möhtərəm səlləllahü əleyhü və səlləm namaz qıldıqları məscid olduğu mərvidir. Bu məhəllərdə bitran çoxdur və ormanlıqdır. Axar sulu məhəldir. Ətrafında ürbanlar sakindir. Olduqları məhəll məmurdur. Meyvələri vardır. Hala bu məhəllərdə bəzi ərəb evləri vardır. Müqəddəmən bir qəryə imiş. Bu məhəllə qərib Süruğ nam bir qəryə vardır. İş bu məhəllər məmləkəti-Hicazdan ədd olunur. Hicaz Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə və Yəmamədən ibarətdir. Əsməi deyir ki, Hicaz bir məhəllə deyirlər ki, Hürrətül-məranı əhatə etmiş ola. Ameyi-mənazili-bəni-Səlim Mədineyi-münəvvərəyə dəkin Hicaz ilə müsəmmadır. Dağlı əhatə elədiyi əcəlldən mərvidir ki, həzrəti-rəsul səlləllahu əleyhü və səlləm Təbük siyəsi üzrə durub buyurdu Şam canibinə işarət edib: “İş bu canibdə olan Şamdır” və Mədineyi-münəvvərə tərəfinə işarət buyurub: “İş bu canib Yəməndir”. Bu təqdircə, Hicaz Yəməndir. Nəvəvi zikr edər: “Mədineyi-münəvvərə Şami və Yəməni deyildir, bəlkə mabeynində bir müstəqil məhəldir. Bəzilər Mədinənin bir nisfi Hicazi və bir nisfi tamami, bir qövl də təcdiddir demişlər”. Asi-xurma ətrafındakı səhrada yaşıllıq gördük. Dəvələri otarmağa buraxmışdılar. Qəryənin ətrafında xaraba bağlarda çoxdur. Xurma qəryələri bi sahib qalmış. Bura[nın] himmət ilə abadan olmağa layiqəti ziyadə vardır. İmdi bu qəryədə yüzdən ziyadə ərəb evləri [var]. Onları da ətrafda köçəri ərəblər rahat, əmin qoymurlar. Məhərrəmin 28[-i]. Bu gün sübhdən axşama on iki saat yol edib, Qaüs-sübt adlı ovada düşdük. Susuz bir məhəldir. Yolu qum saldır. Və sağ tərəfdə uzaqda Mənbər dağı deyən bir üskəkdağ görünür. Ərəb ol təpəyə Şərura təsmiyə edirlər. Səneyi-1171-də bu məhəldə hüccacı qarət etmişlər. Məhərrəmin 29[-u]. On üç saat yol gedib, axşama Zatül-həcc qalasına çatdıq. Suyu eşmələrdəndir. Eşdikcə çıxır. Ətrafında olan dağ və təpə çaxmaq daşıdır. Gündoğana bir saat qalmış yola düşüb, saat altı yarımda enib, öyləni qılıb, qalxıb, günbatan vaxta mənzilə çatdıq. Yolu səhravü biyabandır. Ətraflarında dağ görünməz (bəlkə az uzaqdan sağ tərəfdə balaca təpələr görünür) doqquz saatlığa can. Bədə bir saat qədəri yoxuş olub, boğazdan keçilir. Ətrafında balaca təpə vardır, sonra genə biyabandır ta mənzilə gəlincən. Quyu suyu var (bir az şorluğa mail) qalanın içində; bərgəyə çəkib tökürlər, bərgədən götürüb dəvəçilər sərf edirlər. Yaban xurmalar[ı] bulunur. Zatül-həccdən gündoğana bir saat qalmış qalxıb, altı yarımda zöhrü qılıb, günbatana iki saat qalmış mahi-səfərin ibtidası, şənbə günü gəlib Müdəvvərə adlı mənzilə yetdik. Müdəvvərə (nami-digər Zəmaq) Zatül-həccdən doqquz saatdır. Yolu, iki saat qədəri gələndə daşlıq və balaca əqəbələrdir. Sağ tərəfində xırdaca təpələr var. Qum sal yerdir. Bədə mənzilə gəlincə bir səhrayi-bipa yandır. Sağ-solunda dağ-təpə görünməz taki, mənzilə gəldikdən sonra. Köndələn kimi alçaq dağ düşüb məşriq-məğrib tərəfə. Qabağında bir qalaça, içində quyu suyu [var]. Xaricində bərgəyə çəkilib, ondan götürüb sərf edirlər. Və bərgənin yəmin tərəfindən balaca təpə vardır; qabağı, yəni qiblə tərəfi göz dərk edən qədəri səhradır. Mahi-səfərin ikisi, yekşənbə günü Müdəvvərədən yola düşdükdə sübh namazına yarım saat [qalmış] biz çadırda uyuyar ikən fücətən hüccac karvanının içində bir zəlzələ və bir sədalar düşdü. Nagah yuxudan qalxıb, qulağ asdım “bu nə qovğadır” deyib. Gördüm ki, biri “cəm mal” deyib qışqırır, biri “maşalçı” deyib səda edir və biri “hükkam” deyib nida edir. Və bu sədaları yazıq və fəqir və danışmağa nitq[i] olmayan və yol gəlmiş və yük çəkmiş heyvan dəvələr də [eşidir və] özlərin[in] dalısına yüklər qoyulmağı anlayıb, bir tərəfdən də anlar inildəyib və an qırırlar. Bu əsnada toplar atılıb, sübh namazın qılıb, taxtlarımıza minib, beş-on qədəm gəldikdə nagahan gördüm yolun ortasında bir şəxs “Allah, mənə su; səndən su istərəm” deyib fəryad edir. Xəlayiq cəmi onu biağıl zənn edirdi — neçün onlardan istəməyib Allahdan istəyir. Lakin filhəqiqət, fikir edən də ondan ağıllı adam olmaz. Bədə saat altı yarımda zöhr əvafına endik, namazı qılıb, qalxıb, axşama Təhtül-əqəbə adlı yerə gəlib bivaxt [y]etdik. Guya mənzil kimidir. Təhtül-əqəbə Müdəvvərədən on üç saatdır. Suyu yoxdur. Məandan, ya Müdəvvərədən həfəzə qaldırırlar. Yolu, bir saat qədəri (Müdəvvərədən gələndə) geniş olan boğaziçidir. Sonra bir az qədər taxta, alçaq-əla daşüstü ilən gəlinir, [...] bədə qabağı qum sal, düz səhraya çıxılır. Yəmən tərəfi səhrayi-bilanəhayədir. Yəsarında gah düzü, gah balaca təpələr vardır. Üçümcü, düşənbə günü sübh namazın qılıb, hüccac yola düşüb, saat yarım gəldikdə bir əqəbəvar. Qabaqca paşalar və əsgərlər çıxıb, əqəbənin başında çadırlar qurub, bizdə bərabər bir tərəfdə əyləşib, hüccaclar dəvələrindən enib və dəvələr də yük altında səsedici olduqları halda, karvanın axırına qədər tamaşa edib, həm təəccüb və həm səyahət elədik. Haman bu əqəbədə hüccac keçib tükəndikdə Hicaz torpağında mərhum olanlara “Fatihə” oxurlar Şamilə Hicaz sərhədi olduğu üçün. Bədə qalxıb bir saat qədəri yol etdikdə sol tərəfdə köhnə bina olmuş bir qaladan keçib, qabağımız bir səhravü biyabana uğradı. Heç şey görünməz, illa qumsallıqdan qeyri. Altı saat yarım da zöhrü qılıb, qalxıb, axşama yarım saat qalmış haman o biyabanda yatdıq. Yolu da tamam çaxmaq daşıdır. O gecə orada yatıb saat yeddidə qalxıb dördümcü, seşənbə günü saat altıda gəlib Məan şəhərinə çatıb oturaq etdik. Məana yarım saat qalanadək düz səhra ilə gəlinir. Məan əslində bir böyük şəhər imiş. Bəni-Üməyyələr otururmuş. Sonra xarabalığa təbdil olub, pərakəndə olubdur. Hala təmir olmaqlığa bina olunur. İki təzə qalası var Əbdülməcid xan yapdıran. Birinə Qəleyi-Hicazi deyirlər (Hicaz tərəfində olduğu üçün) və birinə Qəleyi-Şami deyirlər (Şam tərəfində olduğu üçün). Əskidən (Sultan Süleyman zamanında) yapılan bir qalada var. Ona Qəleyi-Sultani deyirlər. Burada qayətdə hulu, hamız nar olur və üzüm olur. Hüccaclar gəldikdə tamam xatunlar səf-səf ocaqlar qayırıb, balaca-balaca çörəklər bişirib satıllar. Və balaca və büzürg qəryələr də xatunlar və ərlər gətirib yağ satıllar. Kənarında balaca nəhri var, su axar. Və şəhərin içində quyusu var; çuxura maildir. Lakin çıxmazdan bir gün əvvəl — çaharşənbə axşamı bir qədər yağmur yağıb, tez kəsilib, gecəsi pək savuq oldu. Sabahı bulud çəkilib, göyçək gün çıxdı, könüllər açıldı. Hükkam və müqəvvimlər xudayi-ləmyəzələ çox həmdü səna etdilər, çünki Məan yağmurundan ziyadə ehtiyat olunur imiş. Hətta hükkamlar rəvayət edirlər ki, tarixi-a[l]tmış səkkizdə bir gündə üç kərə yağmur yağıb, kəsilib, dəvələr yüklənib, genə düşürülübdür. Buna görə çox şükür-səna olundu. Mahi-səfərin dördündə Məana girib, altısında çıxdıq. Bu mabeyndə cəvaniblərə gəzib seyr etdik. Məandan Misir əqəbəsinə on saatdır və Xəlil-ərrəhmana dörd dəvə mənzilidir. Mahi-səfərin 6[-sı]. Karvan qalxıb, yola düşdü. Səlat əvafların edib, gəlib, doqquz saatlıq da Üneyzə adlı mənzilə çatdıq. Məandan bir saat qədəri yolu alçaq və əla[dır]. Və bir qədər əqəbəsi vardır. Burada qəribə rəkdaşlar vardır və Vadiyi-məmsux deyirlər. Əfvayi söyləyir ki, insan imişlər, sonra daş olmuşlar. Bədə bir düz səhra ilə gəlinir. Yolun sağ və sol tərəfində bir az uzaqdan qum kimi qobular görünür. Kənarlarda yovşan və qeyrə dəvə əkledən otlar vardır. Bu mənzil susuz yerdir. Bərkəsi var qalanın qabağında; yağmur olur isə, su bulunur, yoxsa, bulunmaz. Məandan həfəzə qaldırırlar. Mahi-səfərin 7[-si]. Sübh namazın qılıb karvan yola düşdü, səlat əvafların edib, gəlib on bir saatlıqda Həsa adlı mənzilə yetdi. Yolu əyri-müyrü. Eniş-yoxuşu var. Ətrafları biyabandır və alçaq təpələr görünür. Mənzilə iki saat qaldıqda bir əqəbəvar; başı aşağı düşülüb başı yuxarı çıxılır. Bu mənzilin qalası var bir az aralı. Qarşısında bərgəsi var. Yağmur olmasa su bulunmaz. Həfəzə götürürlər. Bu, çuxur kimi yerdədir. Ortadan kəsdirmə döşəmə daşdan misirli İbrahim paşa yapısı, körpüsü var. Üstündən palçıq olanda hüccac və dəvələr gedirlər. O körpünü yağmurun qabağından çəkibdilər ki, su bərgəyə getsin və həm dərələrə yağmur gələndə hüccaca zərər etməsin deyü. Bu yerin yağmurundan çox ehtiyat olunur. Rəvayət edirlər ki, zamani-sabiq də yağmur olub, hüccac ancaq nəfslərin götürüb çıxıbdılar. Qalanın içində beş-on adamlar oturur mühafiz (aylıq alıb padşah tərəfindən). Buraya Qüds qərib olmaq səbəbi ilə türünc, limu və qeyrə zaxirələr gətirib satıllar. Bu sənə bir kəs gəlib satmadılar. Bunda həzrəti-Əli kərə müllah vəchə övladından Məhəmmədül-Hənəfi və qəsi olmuşdur. Şeyx Cəlaləddin Xəlvəti mədfundur. Mahi-səfərin 8[-i]. Sübh namazın qılıb yola düşdük. Namaz əvafların edib, gəlib on iki saatlıq da Qətran adlı mənzilə çatdıq. Məsadan yola düşdükdə bir qədər döşəmə daşlıq ilə gəlib, sonra bir az başı aşağı enilib bir qədər uzun əqəbəyə qalxılır. Bədə bir az gedib iki alçaq dərə arası ilə karvan gedir saat yarım qədəri, sonra eniş-yoxuş gedilir. Gah vaxt yolun sol tərəfində yağmır suyu bövük çuxur[a] dolub durar, məsakin-füqəraların çox imdadına çatar. Yeddi saat qədəri yol gah daşlıq, gah bir az düzdü. Bədə iki saat qədəri hamavar və qum saldır. Sonra genə daşlığa düşülür əndir-ündür ta mənzilə qədər. Bu qonağın qalası, içində quyu suyu, qarşısında bərgəsi vardır. Bir körpü çəkilib döşəmə daşdan suyun qabağına hasar kimi — yağmur gələndə xarablıq olmayıb bərgəyə getsin deyü. Bu qalanın içində də zabit oturur bir az adam ilə (aylıq alıb). Mahi-səfərin 9[-u]. Səhərdən toplar atılıb, sübh namazın qılıb, karvan yola düşüb, namaz əvafların edib, gəlib on bir saatlıq da Bəlqa adlı mənzilə çatdı. Yolu altı saat qədəri daşlıq, əyri-müyrü, əqəbəlidir. Bədə mənzilə gəlincə daşlıq deyildir, düz kimidir. Bu qonağında qalası var; susuzdur. Bərgə var. Əgər yağmur olur isə su bulunur, yoxsa bulunmaz. Mahi-səfərin 10[-u]. Səhərdən namazı qılıb yola düşdük. Mənzilə çatmayıb səkkiz saatlıq da bir susuz səhrada qaldıq. Buraya gəlincə yolun iki saat qədəri eniş-yoxuşu var. Sonra düz, qum sal yol ilə gəlinir. Beş saat qədər gəldikdə yəmin tərəfdə köhnədən bir xaraba karvan saray var naxışlı, qəribə rəkdaşlardan bina olmuş. Mahi-səfərin 11[-i]. O qaldığımız səhradan sübh namazın qılıb, namaz əvafların edib, gəlib Bəlqa adlı mənzildən on altı saatlıq da olan Eyni-Zərqa adlı mənzilə yetişdik. O gecə orada istirahət etdik. Eyni-Zərqaya altı saat qədəri qalmış, yolu daşlıq, əyri-müyrü əqəbələrdir ta Eyni-Zərqaya can. Eyni-Zərqa dedikləri bir yerdir [ki], dörd ətrafı bir az təpələrdir. İçində yaxşı axar suyu var bir-iki dəyirman işlədən qədəri; yerdən çıxır. Təpə üstə, şimali tərəfində qalaçası var. İçində bir zabit oturur bir az adam ilə. Cənubi tərəfində bir xaraba qala vardır. Bu suyun üstə çox qarğuluq var. O qarğudan ərəblər və xatunları toma-toma evlər qayırıb, incə ətməklər bişirib hüccaclara satırlar. Nili-mübarəkdən keçdikdən sonra böylə axar su görmədiyimizə, bunun suyu və axması qayətdə bizə xoş gəldi; xüsusən kənarında yaşıllıq gördükdə. Çox qalın və uzun qamış içində zaqqum ağacı (gözəl çiçək ilə) və həm böyürtkən və sair abı çiçək. Mahi-səfərin 12[-si]. Eyni-Zərqadan sübh namazın qılıb yola düşdük. Əvafi-zöhrü edib, gəlib doqquz saatlıq da Məfrəq adlı mənzilə [çatdıq]. Əvafi-əsr və məqribi edib, orada yatmayıb, su olmamaq səbəbiylə qalxıb beş saatlıq da Vadiyi-Rəmətə adlı səhraya düşdük. Eyni-Zərqadan qalxdıqda bir saat qədəri yolu pək əqəbədir. Bədə bir az əqəbəlik çəp-çəpdir iki saat qədəri, sonra düz və səhradır. İki saat qədəri gəldikdə yolun sağ-solunda üç zira qədəri mərmər daşdan sütunlar var üçü bir yerdə, ikisi bir yerdə, biri də yolun ortasında kəsr olub köndələn düşmüş. Ərəblər söyləyir ki, Nəmruddan qalan sütunlardır. Bəzilər deyirlər o sütunlar əslində dörd imiş — çox əlavə üksək. Üstündə taxt var imiş; banisi də Ətəbə adlı övrət ola-Əbi-Ləhəb övrəti. Məfrəqin qalaçası var. Suyu yoxdur. Zərqadan həfəzə qaldırırlar. Mahi-səfərin 13[-ü]. Haman qaldığımız səhrayi-məzkurdan, sübh namazın qılıb karvan yola düşdü. Səlat əvafların edib, gəlib Məfrəq adlı mənzildən on dörd saatlıq da olan Müzeyrəb adlı mənzilə yetişdik. O səhradan dörd-beş saat qədəri yol gəldikdə bir əqəbəyə yolu xulur. Yarım saat qədəri əqəbəni çıxıb qurtardıqda düzə düşülüb, adamları fərar edən Rəmətə adlı qəryənin üstündən keçilib, iki saat yol gəldikdə Şam tərəfindən hüccacın istiqbalına əsgərlər əllərində baydaqlar və nizələr və atlar oynada-oynada gəlib hüccaclara mülaqat olduqda qayət şadlıq və bəşaşətlik etdilər. Bu əsnada bizim də ürəyimizə həm qürbət və həm məmləkət təəşşüqü xütur edib cünbüş etdikdə taxtımızdan nüzul edib, yedək atımıza süvar olub, bir neçə şəxslər və mülazimlər ilə o səhrada çahar ətrafa seyrü cövlan edib, öz-özümüzə şükür-sənalar eləyib fərəh və nəşat verdik. Rəmətə bir bövük qəryədir yolun sol tərəfində. Adamları qaçmış, xalidir, evləri də yernən bərabər, daş içində yapılmışdır. İçində Şeyx Əsmər Təkər vərigün bədi var. Ziyarət edirlər. Yolu ta Müzeyrəbə gəlincə səhradır. Sultan Səlim binası bir qaladır. İçində otuza qədər ərəb evləri olur. Yaxşı axar çay kimi gölü var. Bir səhranın ortasıdır. Ziyarət edərlər. Mahi-səfərin 14[-ü]. Müzeyrəbdən, sübh namazın qılıb karvan yola düşdü, səlat əvafın [edib], Misir ordusu olan məkan[a] gəlib doqquz saatlıqda Kütəyyibə adlı mənzilə yetişdi. Yolu, gah yeri daşlıq və gah yeri daşsızdır. Çox iri daşlığı var. Yürüdükdə dəvələrə ziyadə zəhmət olur. Saat üçdən səkkizə gəlincə sağ-solda xaraba Nəfsnam qəryəsindən və Səməskinnam qəryəsindən və Büneyb adlı qəryədən, Validli adlı qəryədən keçilir. Bu Kütəyyibə adlı mənzil bir gözəl yerdir. Ətrafları ziraat və səhralardır. Baxanda könüllər açılır. Bir yaxşı bulağı var. Mahi-səfərin 15[-i]. Sübh namazın qılıb karvan yola düşdü, namaz əvafların edib gəlib on dörd saatlıqda Kəsvə adlı [mənzilə] yetişdi. Bu mənzildə Diruzi Səid bəy, Hevranlı İsmayıl Ətraşi və ingilis qonsulu gəldilər. Kəsvə qəryəsi Kütəyyibədən on dörd saatdır. Yolu çox daşlıqdır ta Kəsvəyə iki saat yol qalınca. Kəsvədən gəldikdə yolun sağ tərəfində xaraba Buni adlı qəryə vardır. Üç saatlıqda genə bir xaraba Qəbağəb adlı qəryə vardır. Dörd saatlıqda Sənmin adlı bir bövük qəryə vardır sol tərəfində. Adamları qaçıb fərar edibdirlər. Əsli-qədim də şəhər imiş. Ətrafında qalanın uçmuş divarı və qıraqlarında bürclər hala qalıbdır. İçində bir məscid var divarları uçmuş, günbədi əhəngsiz, torpaqsız; ancaq daşdan yapılmışdır. Tərəfindən axar suyu var. Bir az gəldikdə sol tərəfdə, dağın təpəsində bir qübbə var, Qübbeyi-firon təbir edirlər. O qübbənin qarşısında qəryə tərəfdə, yolun kənarında bir çahar hovuz var; içində suyu var. Hüccacları Şamdan qarşılayanlar orada oturub məkulat bey edərlər. Kəsvəyə bir saat qalmış yolun sol tərəfində bir xan vardır (yanından su axır), onda şeylər hazır edib hüccaca bey edərlər. Bu mabeyndə dörd-beş yerdə daş döşənibdir palçıq olanda karvan yürümək üçün. Çuxur olan yerdə daş ilən körpü yapıbdılar üç gözlü, beş gözlü. Kəsvə qəryəsi bir bağçalı qəryədir. İçində çay axır. Tərəfləri təpə-dağlardır. İçində çərçi bazarı vardır. On altı, yekşənbə günü Kəsvədən gecə ilə saat doqquzda yola düşdük. Sübh səhərdən Şama çatmaq qəsdiylə gəlib saat beşdə Şami-şərifə yetişdik. Bais bu ki, biz mənzildən qalxıb bir rüb qədəri yol gəldik. Xudayi-təala cəllət əzəmətin mərhəmətindən bir az yağmur olub yollar palçıq oldu, dəvələrin ayaqları yer tutmadı. Cəmi hüccaca və hükkamlar mabeynində çox zəlzələ düşdü. Kimi “Allah hafiz”, kimi “Ya rəsulillahi-seyyidi, mədəd!”, kimi “Ü di”, kimi “Seyyidi-Yəhya, mədəd!”, kimi də (fəllah dəvəçilərdən): “Vallahü nəhnümüslimi yarəbbi vərhəm” deyü təzərrö edərək, kiminin taxtı, kiminin kəcavəsi, kiminin dəvəsi yıxılıb palçıqda qalaraq bu növ ilə dörd saatlıq yolu səkkiz-doqquz saatda gəldik. Şami-şərif Kəsvədən dörd saatdır. Yolu, Şama girincə düz yerdir, şəhərə daxil olduqda daşlıqdır. Şəhərin içi döşəmə daşdır. Şami-şərif [Səfərin 16-sı]. Dünyada insanın is[tədiy]i çox və məramı müxtəlifdir. Ona binaən biz dəxi Hicazın yandırıcı gününün altında duman, bulud və yağış arzusun çox çəkirdik və ayaq yandırıcı qum və tozun rütubətli olmağın arzusun edirdik. Bunlar həpsi müyəssər oldu Şamın iki saatlığında, bir belə məkanda ki, biz havanın açıqlığın və yolun quruluğun tələb edirdik ki, şövq ilən çatdığımız Şami-şərifə nəşət ilə daxil olaq. Həqiqət, Qədəmgah qəryəsinin bir saatlığında bir gunə yağış yağıb, tamam libasımızı suya döndərib və yolu palçıq edib bizi sərgərdan qoydu. Çün dəvələr özləri yorğun, dallarında yük giran və yağışdan bilmüzaəf ağırlaşıb, ayaqları sürüşüb, yolun sağ və soluna və ortasına an qıra-an qıra sirişt urdular. Bir hay-huy düşdü hüccaclar arasına. Kimi qışqırıb: “Qaldım”, kimi çağırıb: “[Dəvə] getdi”, kimi deyir: “Yüküm batdı”, kimi deyir: “Mən nə çarə edim?”. O cümlədən bizim Hacı Əli [əfəndi] də qalmışdı. Hərçənd bizim taxtların dəvəsi də bir qaç yerdə yıxıldı, [...]. Qədəmgah qarşısında Əhməd paşa təkyəsinə çatıb, [...] və abadanlıqlar gördükdə şad olub, [...]. Yağmur dökülə-dökülə gəlib Şamın [...] girdik. Kimi həcc qabağına [...]. Misir qapısından girib meydan məhəlləsinin bövük küçəsinə düşdük. Küçə nə qədər vase olsa da yolçu ilə dolmuşdu və küçənin sağ-sol tərəfində olan evlər[d]ə və dükanlar da səğir-kəbir və ünas-zükur məskən tutub hüccacın qafiləsinə seyr edirlərdi. Biz bu nəhv ilə qapıdan girib, meydan küçəsindən Tağ bazarına girib Qanəvatda qonağımız miralay Məhəmməd Xosrov bəyin mənzilinə düşə[nə] qədər dörd-beş saat çəkdi. Hərçənd arası azdı, lakin izdihamlıqdan və palçıqdan sürməyə mümkün olmayırdı və buna [binaən] bizə fürsət oldu ki, taxtdan sağa və sola dəxi seyr edək. Müqəddəm Şamın tərifin çox eşitmişdik, lakin bizə ol qədər xoş görünmədi. Olur ki, havanın müxtəlif olmağından və küçələr palçığ olub, biz palçığda məəttəl olmağımızdan böylə göründü. [Bir] dəxi küçə ilə gedərkən damları və dükanları kəm səliqə [gördük]. Divarları sadə, palçığ ilə suvaq olmuşdur. [...] [bəzi] yerdə xaraba kimi uçub-dağılmış [...], gah-gah görünməsə zahirdən Şam şəhər kimi [...] oxşayır. Amma bir imarətin qapısından içəri girdikdə zahiri batinə müvafiq gəlməyir. Həyatın mərmər daş ilə və sair yonma rəngbərəng daşlar ilə döşəməsi, yaxşı çarhovuzu və limu, türünc ağacları və evlərin çölü nəqqaş və içərisi qayətdə lacivərd, tila və nəqqaş karlı və əlvan şişələr ilə pəncərələri — bunlar qayətdə gözə xoş gəlir. Yayda gərək sərin olsun. Xüsusən hər həyatda çarhovuz var və böyük odalarında dəxi fəvvarələr vardır. Amma suyun bu çoxluğu qışda qayətdə rütubətli edir evlərin. Hava yağmur olub və əlahiddə mənzil aramaqda olub, iki gün Xosrov bəyin müsafiri olub sonra Bəni-Ümmeyə came[sinə] [getdik] və bazara yaxın bir mənzil tutduq [...] quruşa, köçdük içinə. Qışın ortasında həyatımızın ortasında limu və narınc və ağac qəvin ağaclarının üstə meh qayətdə insanı fərəh edir və [...]. Mənzildə farağat olduqda Rusiyyə dövlətinin Şamda vəkili Leonid Telatenidi gəlib bizi apardı paşalar ilə mülaqat etməyə. Misirli İshaq paşa (Şamın valisi olmadığına) qaimməqam rütbəsində işləri dolandırır. Bizə qayətdə mehribanlıq etdi, çün on iki sənə müqəddəm Tiflisdə bizim ilə mülaqat etmişdi. Sonra gedib dəftərdar Xəlil bəy ilə görüşdük. Bir şişman və kamalına və hesab bilməyinə məğrur [adamdır]. Şamın malısın dolandırandır. Ordu müşiri Məhəmməd paşanın xidmətində bir para diruzilərdən söhbət oldu. Firəng lisanında qayətdə fəsih danışıb və üsuli-dövlətə layiq bir cavablar verdi. Ərəbistan ordusu məclisinin rəisi fəriq Davud paşa-[nın] yanına getdik. Ol bir qədər [...] söhbət etdi. Onun yanında üləmadan dəxi bir qədər gö[rünürdü]. Cümə günü Bəni-Üməyyə camesində cüməni qılıb, izdihamlıq ilə çıxıb, atları minib Salehiyyə tərəfinə [getdik]. Şəhərdən çıxıb yarım [saat] yol [bağçalar] arasından keçib girdik Salehiyyəyə. Orda [...] Əbdül[məcid xan] [...] ziyarət edib, Salehiyyə məhəlləsindən İbrahim təpəsinə çıxıb Şamın şəhərinə və ətrafında olan bağçalara seyr etdik. Şam Salehiyyə dağının ətəyində düzdə bina olmuş. Rəbva boğazından ayrılmış yeddi çaylar gəlib Şamdan və ətrafındakı bağlardan keçib qiblə və şərq tərəflərinə axır. Və şəhər köndələn bu çayların üstə oturmuş. Dağdan Şamın imarətlərinin üstdü görünür; necə ki, küçədən qara suvaqlı divarları. Böylə bilirəm ki, Şamın uzunu iki saat olsun və eni bir saat, lakin məğrib və məşriq tərəflərinə üç-dörd saat yol bağlardır. Şimali və qiblə tərəflərinə dəxi birər saatdan ziyadə[dir]. Və bağçalar arasında xırda qəryələr vardır. Və çox yerdə xaraba məscid və günbəddirlər; qədimdən qalmış vardır. Salehiyyə dağından Şamın çölgəsi və bağları və axar suları qayətdə gözəl gözükür. Bir gün dəxi atlara minib gözəl bağçalar arasından (ki, sağdan və soldan limu və narınc və balın ağacları — üstündə mövcud meyvələrilə — başımın üstə sallanmış) keçdik. Əvvəla, Şeyx Xalid həzrətlərinin türbəsinə ziyarət edib, onun nüfusi-bərəkətindən bir qədər təfəkkür edib qəlbimiz aram tutdu. Türbədar Şeyx İbrahim əfəndi Fəraqi ilə mülaqat etdik. Onu öz yolunda iyi görüb şad oldum, lakin bir qədər qəzəbnak və tünd olduğuna, eyib gəlir. Xeyli söhbət etdi həzrətin əyyamından və türbə təmir olmaqdan. Sonra Panbuqlu babaya ziyarət etdik. Onun barəsində xeyli kəramət söyləyirlər. İkinci. Bizi Üçlər və Yeddilər məqamına apardılar. Cəbəlin nisfində məqamlar yapmışlar — üstlərində otdan. Cərrarlar gunəgun kəramətlər söyləyirlər. Ən əsl kim bilir onların məkan-məqamın?! Qırxlar daha üskək olduğuna və özümüz də yorulduğumuza, ona çıxmadıq. Və on[un] üstə də dəxi Qabil Habili öldürən yer deyü söyləyirlər. Üçüncü. [Bağlar arasından keçib] bir saatdan ziyadə Rəbva boğazına çatdıq. Deyirlər ki, İsa əleyhüs salam bu mağaralarda kafirlərdən gizlənibdir. Haman boğazdan Şama gedən yeddi çay ayrıldığın gördük. Qayətdə nəfis yerdir. Dördüncü. Çay[ın] sağ tərəf[in]ə keçib Məzəh qəryəsinə düşdük. Orada Dəhyə həzrətlərinə ziyarət edib, Məzəh içindən keçib, bağçalar arasından dolanıb Göy meydan kənarına düşdük. Səkidə durub xeyli seyr etdik meydanın sağ və sol tərəflərində olan səkidəki bağçalara və həm Göy meydanın özünə. Bu yer qayətdə nəfis görünür. Meydan çök[ək]də olduğuna daim yaşıl otluqdur — ətrafında bağçalar (dəxi üstlərində hənuz yarpaqları yaşıl) və gah yerdə bağçalarda evlər. Və şəhərə girən yerdə gözəl Səlimiyyə və Salmaniyyə məscid və təkyələri qədim padşahların şan-şövkətin göstərir. Gəlib, haman camedə əsri qılıb, gözəl yapısına baxıb qayıtdıq mənzilimizə. Bu camelər (və yanında təkyələri) ziyadə məsarif ilə bina olmuş imiş; dəxi qayətdə məsarifi var. Hər ayda külli [...]bəsi yoxdur. [...] mənfəətli adamlar çıxmayır ki, ətrafda olan [...]. Babi-səğər də böyük məzarıstanda Bilal həzrətlərinə və Əzvaci-Mütəhhərə həzrətlərinə və sair ali-rəsulillah həzrətlərinə və bəzi əshabələrə ziyarət etdik. Və bu məzarıstanda ziyadə şərafətli kəslər vardır. Bunun kənarında məlun padşah Yezidin xaraba olmuş imarəti təpə olmuş və şəhərin murdar ilə dolmuş yer[i]dürür və bir tərəfi də şəhərin bağçalarıdır. Şimdi dəxi ol xaraba murdarlıqdır. Ata-anasından küsən və hərzə gəzən zükur-ünas qumar oynamağa və fəna işlərə cəm olan yerdir və xeyli daldalanacaq yerləri dəxi vardır. Biz ordan keçərkən dəxi çox qumar oynuyan uşaqlar gördük və həmd[əxi] hərzə gəzən övrət və yanlarında kişilər gördük. Xatirimizə Yezidin hərəkətin gətirib və məkanından dəxi nifrət etdik. Və Babi-şərqidə dəxi bir əshabələrin qəbirlərinə ziyarət etdik və şəhərin ortasında xeyli ziyarətgahlara ziyarət etdik. O cümlədən Sultan Səlah[əd]din və Sultan Nurəddin Mahmud həzrətlərinə ziyarət etdik. Sultan Səlah[əd]din həzrətlərinin hünərlərin xatirə gətirib, [...]. Xalid ibn Vəlid həm xatirimə düşdü. Allah rəhmət edə! Şamda şeyxlər çoxdur, lakin xalidi, nəqşbəndi ziyadədir. Şeyx Məhəmməd Xani iyi üsulunda işin yeridir. Və Şeyx Əhməd Müqai dərviş və mömin adam görünür. Şeyx Sahib təkyə sahibidir, lakin təkyəsində adam yox və çıxmaz. Və Xalid həzrətlərinin oğlu Nəcməddin əfəndi qayətdə gözəl adamdır və vaxtında iyi olur, inşaallah! Təriqi-mövləvi və qadiri və rüfai çoxdur. Xüsusən rüfai ziyadədir və şeyxləri də dəf və zəng ilə zikr edir. Və Məlik Tahir üstə ki təkyəyə bir dəfə getdik. Orada uşaqlar çox gördük və cəzb də oldular. Sonra mən çıxanda cəzb olan uşağın biri gəlib məndən pul da istədilər. Allah əzimüşşan bizlərə [...] tovfiq versin. Amin! Müşir Məhəmməd paşa bizi qonaq etdi Yevrapa sayağında. Qayətdə mehribanlıq etdi. Və özünün kamalı var. Üsuli-dövlətiyyədən agahdır və mərifəti var. Bir gün dəxi məclis rəisi Davud paşa bizi qonaq etdi. Ol məclisdə “Mövludi-şərif” oxundu qayətdə təsirilə. Və üləmalardan çox var idi. Ol gecə məclisimiz ruhani oldu, qayətdə xoş keçdi. Və Davud paşa [...] və təriqi-nəqşbəndi ixlas kəslərindən [...]. Miralay Həmid bəy Qarslı bizi dərvişanə qonaq etdi. Vükə[la]lar əmini Mustafa ağa çalan və çağıran ilə qonaq etdi. Əsgər Əli paşa vali gəlib bizə qayətdə mehribanlıq etdi. Bu nəhv ilə qırx gün Şamda oturduq. Rütubətli havası bizi xeyli incitdi. Lakin hava iyi olub bağçalar ilə getdikdə kö[n]lümüz açılırdı — ağacları yarpaqlı və üstündə narınc və limu, zeytun, yerləri səbziyyat. Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə iyi kəslər[i] olmuş, əmma şimdi hər xüsusda köhnəlmiş kibi görünür və xalqının təbiəti nəfsaniyyətdə ziyadədir. Qüdrəti-ilahidən iyi kəslər və mövsüm istər ki, bir qədər Şamı oynağa salsın. Və iyi qalası varmış; şimdi xarabadır və özləri sərəncamsız, nizami-xeyriyyeyi-zabitəyə müvafiq icra olmamış. Hevran və Diruzi asi olmuş nizam qərəsi verməmək üçün. Və Şam əhalisi dəxi firab verirlər. Şamdan Beyruta qədər Rəbi[ül]-əvvəlin iyirmi yeddisində qatırlar və atların [birini] yetmiş beş quruşa tutub günortadan bir saat müqəddəm yola düşdük. Gəlib Məzəhdə vali paşa tərəfindən təyin olmuş qırx nəfər süvari (zabitiyyədən üstə Salam ağa mülhəq olub) [ilə] başladıq Salehiyyə dağın çıxmağa. Dörd saat yol dərə-təpə ilə gedib, bir bulağ üstə düşüb, namaz qılıb və iki saat düz ilə gedib Dimas qəryəsində düşdük. Məzəhdən dağa çıxıb dal tərəfə — Şamın yaşıl sərilmiş bağçalarına və qəryələrinə seyr etdik. Yolumuzun sol tərəfində Diruzun qarlı da[ğları] görünür və sağ tərəfimizdə Rəbva boğazına gedən çay və ətrafında bağlar fəhm olunur. Və Dimasın bir saatlığında sağ tərəfdə bir dağ görünür üstə qaç ədəd ağaclar ilə. Deyirlər ki, orada Qabil Habilin meyitin qoyubdur. Ona binaən ora ziyarətgah hesab olunur. Payızda Şamdan və ətrafdan oraya çox adam cəm olub, qurbanlar kəsib, ziyarət ed[irlər]. [...] , lakin şimdi diruzi qorxusundan [...]. Rəbi[ül]-əvvəlin 28[-i]. Gecə qalıb sübh tezdən yola düşdük. Dörd saat yolumuz qayət məşəqqət idi. İki tərəfimizdə üskəkdağ (dərəsi dar və daş) və yolda qorxulu idi. Və iki saatda dərə-təpə olsa da yaman deyil idi. Sonr[a] üç saat yolumuz asan oldu, çün Buqa ovasına düşdük, ortasında Mərc adlı qəryədə qaldıq. Gecə mənzilimizin iyi olmamağı və yağış yağmağı bizi məyus etdi. Lakin sübh açıldı. Rəbi[ül]-əvvəlin 29[-u]. Namazdan [sonra] Mərcdən çıxıb, iki saat düzlə gedib, çıxdıq dağda olan karvansaraya. Orada durub durbin ilə [seyr] etdim. Yanımızda — çayın boğazında bir səkidə qədim[dən] yapılmış Qəleyi-İlyas görünür; bir gözəl yerdə qayətdə bərk qala, lakin şimdi xaraba. Buqa ovası Diruzi dağlarının arasından düşüb uzun gedir ta Həmi tərəfinə qədər. Uzun[u] iyirmi saata qədər və eni gah-gah dörd saat, gah əlli saat olur və ortasından böyük çay axır. [...] suyun ətrafa çıxartmaq olur. Bu ovada əlli-al[t]mış qəryə var çox ziraət livə bağlı-bağçalı. Lakin diruzilər onları çox incidirlər. Qayətdə abadanlığa layiq ovadır. Məlaq qəryəsində müslim oturur. Onun bir saatlığında Zəhələ qəsəbəsi var; məvran millətidir; qayətdə dövlətmənddirlər. Balbak qalası da oraya yavıqdır. Üç saata neçə xanlar keçib dağın başına çıxdıq. Yağış yağıb, dərədən axan çay görüb bizim məmləkət xatirimizə düşdü... Bir qədər gedib başladıq dağı düşməyə. [...]tvədər ya gördükdə şad olub süzmək istəd[ik], la[kin] yolun daşlığı və fənalığı hər dəqiqədə bizi məəttəl edib atlarımız fikir ilə bu daşdan ol daşa üsulilə ayaq basıb gedirdi. Axirül-əmr axşamdan Xan Hüseyn karvan sarayına çatdıq. Bu doqquz saatda qayətdə ehtiyat etdik [ki], at ilə yıxılıb dərələrə düşməyək. [...] pillakən kimi idi. Yolumuzun sa[ğ] [...] və dərələrdə abadan Hevran qəryələri görünür və sol tərəfdə diruzilərin qəryələri görünür. Bunların köyləri və bağçaları dağı pillakən-pillakən edib, arasında salıbdılar üzüm tənəkləri; yerdə uzanıb yağmır suyu ilə sulanır. Və çox əncir və zeytun vəçəm ağacları var. Və həm cabalları da var ki, üpək yapırlar. Rəbi[ül]-əvvəlin 30[-u]. Gündoğanda yola düşüb, sağ və solda münbit qəryələrə tamaşa edə[-edə] və bağçalar arasında seyr edə-edə və Beyruta və dənizə baxa-baxa üç saat [yol edib], atlarımızdan düşüb bir xanda oturduq və yolun daşından [salama]t qurtulduğumuza şad olduq. Hevran hakimi Mir Heydər və Diruzi hakimi Mir Əmin bəy himmət etsələr, əlbəttə, yollar iyi olur, lakin ol fəqirlərin macal və fürsəti yoxdur ki (din davasından, gunəgun mənsəblərin [...]), [...]. [...]yırlar. Bir saat istirahət [edib], [...] [cəna]b Qənstantin Bazili Quazi (?) və fəriq İzzət paşanın [əmri ilə qabağ]ımıza gəldilər. Bizim qarşımıza düşüb, bağların içindən keçib, şəhərə daxil olub İzzət paşanın evinə düşdük. Onun mehribanlığı bizim yorulma[ğımı]zı bir saat söhbət etdikdə fəramuş etdirdi. Beyrut bizə qayətdə xoş gəldi. Əvvələn, İzzət paşanın qaibanə məhəbbəti, saniyən, köhnə aşnamız Bazili cənablarının mehribanlığı, əlavə, Səda valisi müşir [...] Ərzurum davasında bizi gördüyünə və həm o [...] saat bizim ilə Çərkidə mülaqat [...]. [...] etdilər. Hər bir h[...] [...]. Tamam Beyruta seyr et[dik]. [...] [dağlar]ı və dağınıq təpələri [...]. [...] görünür. Qışda yaz havası kimi hava [var idi]. Ağaclar üstə yap[raqlar tərpənmir, havanın] istiliyi adamı çaşdırır. Müqəddəm Səda valiləri Əkkada otururmuş, Beyrut bir cüzi şəhər hesab olurmuş. Misirli İbrahim paşa Şamilə Pəlaştin torpağın zəbt etdikdə Beyrut bir qədər məşhur olub. İmdi vali oturub. Şam və sair Ərəbistan vilayətlərinin iskələsi hesab olur. Şəhərdə qayətdə abad evlər [var] və daha abadan olmağa zənn olur. Hesab etməlidir hər sənədə beş-altı yüz ev təzədən yapılır. Və içində hər millət var. Müsəlmanı azdır. Qaç came var. Ol cümlədən [...] həzrəti-Yəhya peyğəmbərin şəhid olmuş əllimüq[ərrəbi] [...] məkana gəldik. Gedib orda cümə qaldıq. İzzət paşa yapdı[ran] [...] bu yerdədir. Özü böyük və məkanı dəxi [şərafətlidir]. Qüdsi-şərif[dən İzmirə qədər] В ИЕРУСАЛИМЕ Гефсимание (türbeyi-həzrəti-Məryəm ana) Иордан Пустынно-(...) Юдоль плачевная Лавра Св. Саввы Иосифатова долина Храм Воскресения Часовня Св. Ероба Собор Голгофа Обитель апостола Якова (həzrəti-Yəqub məqamı) Сион Гора Элеонская (Tur dağı) Геенна Царские пещеры Монастыри Иерусалимские Вифлеем. Rəbiül-axirin beşində nemsə vapurun tutub, axşama bir saat qalmış minib və axşamdan [...] [saat keçmiş] yola düşdük. Ol gecə rahatlıq ilə durub sübhdən üç saat keçmiş Yafə şəhərinə çatdıq. Rəbiül-axirin 6[-sı]. Yafədə zöhrü qılıb, qonsul vəkili cənab Mir Əbut hazır edən atlara süvar olub şəhərdən çıxdıq. Bağçalar arasıyla və kəndlər kənarından, gözəl çəməngah və laləzar düz ilə dörd saat yol edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastrına düşdük. Ay işığı və hava gözəl olduğuna, dam üstə oturub ətraf cəvanibə seyr etdik. Bizim məmləkətdə çillənin otuz beşində evdə oturmağa kürksüz mümkün deyil. Şimdi biz böylə, çöldə oturmuşuq. Rəmlə bir qaç yüz evli qəsəbədir. [Ço]x monastrlar var. Müsəlmanı azdır, amma ətrafında xaraba minarə[li] məscid görünür. İsa əleyhüs salam bu məkanda bir qədər olubdur, ona binaən [isəvi] buranı ziyadə şərafətli tutur. Yolda gəlirkən bir məscid var. [...] biz dəxi ziyarət etdik. Və sağ və sol tərəfimizdə su quyuları və mal və qoyun, otlayan sürülər görünürdü. Və həm su bərgəsi də vardır. Və haman yolda dəvə ilə cüft sürəni də gördük. Rəbiül-axirin 7[-si]. Sübh namazın qılıb yola düşdük. İki saat yol düzlə gedib, sonra dərə arasına düşüb başladıq dağ çıxmağa. Sağ və solda qaç ziyarətgahlar gördük. Dərvişlər baydaq və dəf ilə gəlib, üstə zikr edirlər idi. Çox kəndlər görünür və həm ziyadə bağçaları var; zeytun və incir və üzüm ziyadəraqdır. Və üç saat qədəri dağ çıxıb, Abi-qoç qəryəsinə çatdıq. Bulağ üstə düşüb namaz qıldıqda Abi-qoç [bəyi] Hacı Mustafa bəy özü gəlib bizi tanıyıb, qəhvə və nahar gətirdi bizə və [mənzilinə] təklif etdi. Rəmlə və Qüds beynində olan kəndlərin bəyliyi Abi-qoç nəslin[in]dir. Hacı Mustafa bəy şimdi dəxi onların bəyidir. Bu qəryədə Üzeyir peyğəmbər yuxuya g[edə]n məkanı göstərdilər. Burdan üç saat genə dağlar ilə gedib, Qüdsi-şərifə çatdıq. Oranın paşası Hafiz paşa bizə qayətdə hörmət etdi. Oğlun və kahyəsin qabağımıza göndərdi öz atıyla. Başıpozuqlar dəf çalır və qapıda [...] və yerə tamam xalq tamaşaya çıxmışdılar. Bu nəhv ilə bizi gətirib bir iyi mənzildə düşürdülər. Orada paşa bizi müsafir etdi. Axşam namazın qılıb getdik hərəmi-şərifə. Həyatına girən də bir əlahiddə müfərrih insana hasil olur. Girib hərəmdə namaz qılıb, dəlilimiz qarşımızda Səxrətüllaha ziyarət edib və [rəsulillah əfəndimiz] qədəmi-mübarək basan məkana ziyarət edib, tamam ənbiyalar üçün yapılmış məqami-mübarəklərə dua edib, müraciət etdik mənzilə, çün qayətdə yorulmuşduq. Rəbiül-axirin 8[-i]. Sübh namazın hərəmdə qılıb, genə şərafətli məkanlara ziyarət edib və Səxrətüllah altında iki rükət sünnət qılıb getdik Məscidi-əqsaya. Orada dəxi namaz qılıb, ətrafında olan məqamlarda dua edib çıxdıq həyatına. Haman əzim həyatda nə qədər məqamlar var isə tamamına ziyarət etdik. Onları müfəssələn bilmək olur Qüdsi-şərifin tarixi və şərafətindən ki, bir balaca kitab basma[q] olmuş. Sonra gedib, paşa ilə mülaqat etdik. Bizə hörmət və mehribanlıq etdi. Köhnə vəzirdir və bir yaxşı adamdır. Zöhr namazın qılıb, atlara minib, qalanın gündoğan tərəfindəki qapısından çıxıb, Yusifət dərəsindən çıxıb, Turi-Zeyta dağının qiblə tərəfindən keçib bir xaraba qəryəyə düşdük. Orda bir qayanın içində Üzeyir əleyhüs salam türbəsinə ziyarət edib, müraciət etdik Turi-Zeytaya. Cəbələ bir qədir çıxdıqda incir və zeytun ağaclarının dibində durub seyr etdik ətraf cəvanibə. Oradan iyi görünür Bəhri-Lutəleyhüs salam və Vadiyi-Musa və irmaği-Yordan və onlardan məşriq tərəfə ündür cəbəllər. Bu məkanlar ənbiyalar və övliyalar məbədgahları olduğundan, qayət şərafətli görünür. Bir qədər durub, o yerlərə seyr edib və keçmiş tarixlərdə gördüyümüz əhvalları xatirimizə gətirdik. Tamam aləmdən yəhudilər Beytül-müqəddəsə ziyarətə gəlib qəsdləri bu olur ki, Vadiyi-Musaya düşüb oraya da ziyarət etsinlər, lakin ürbanların qorxusundan gedə bilməyirlər. Xaçpərəstlər Bəhri-Lutəleyhüs salam kənarında bir qayada Savva adlı kənisə qayırıb, daşa girənlər oturmuşlar. Və müqəddəmən özlərinin təzə sənələrindən altı gün keçmiş tamam Qüdsi-şərifdə[n] və sair ətrafdan ziyarətə gələnlər cəm olub, irmaği-Yordan kənarına gedib, xaçların suya salallar imiş, lakin ətrafda olan ürbanlar bir qaç dəfə onları taraş edibdir. Ona binaən şimdi-şimdi kənisələr də ol məzhəblərin də ol üsullarına əncam verirlər. Bu gündə haman gün olduğuna, xaçpərəslərin əksəri Beytül-ləhmdə cəm olub, xaçı suya salmışlar və bövük pəhrizlərindən sonra tamam xaçpərəslər də cəm olub, üzərlərində dövlət tərəfindən əsgər təyin olub gedib Yordan irmağının kənarında bir gün qalıllar. Sonra çıxdıq Cəbəli-Zeytanın başına. Orada həzrəti-Ömər əyyamında islam təsərrüfünə keçən vaxta şühədaların və övliyaların qəbirlərinə ziyarət edib keçdik məscidə. Haman məscidin dairəsində bir günbədi içində İsa peyğəmbərin səmaya üruc etdikdə ayaq basan yerinə dua edib və Musa əleyhüssalamın əsasın basan yerdə dua-niyaz qılıb, çıxıb Beytül-müqəddəsə və hərəmi-şərifin və qalanın dairəsinə cəbəl üstündən durub bir qədir baxıb düşdük Gidron dərəsinə. Orda keşiş[ə] həzrəti-Məryəm türbəsin açdırıb, girib ziyarət edib və iki rükət namaz qılıb çıxdıq dərə aşağa; gəlib əskidən qalan günbədlərin yanında körpüdən keçib, hərəmi-şərifin qiblə tərəfindən Davud əleyhüssalamın türbəsi olan dairəyə gəldik. Orada ziyarət edib və onun türbədarı olan şeyx ilə bir qədər söhbətləşib, şəhərin içindən keçib, mənzilimizə gəldik. Rəbiül-axirin 9[-u]. Sübh namazın öz camaatımız ilə səxrənin altında qılıb, genə hər məqamlarda dualar edib çıxdıq hərəmi-şərifin mərmər fərş olunmuş dairəsinə, bu dairədən qayətdə təşəkkür ilə gözəl yapılmış cameyə və səki üstündə yapılmış çox ənbiyaların məqamına və hərəmi-şərifin bövük olan məhəlləsinə (ki, bəzi [yeri] çəməngah və bəzi yeri mərmər daş ilə döşənmiş və bəzi yeri ağaclar görünür) seyr etdikcə insanın qəlbi müfərrih olur. Və güşad olduğuna, Turi-Zeyta tərəfindən və həm sair tərəflərindən gözəl ruzgar əsir. Bir qaç saat bu sayaq ilə durub, fərəh götürüb mənzilə döndük. Sonra burada olan əsgərin min başısı Məhəmməd bəy ilə əsgər qışlasına getdik. Orada qaimməqam Məhəmmədəmin bəyin şərbətin və qəhvəsini içib, piyada bəy ilə şəhəri gəzib getdik rumların monastrına. Oraya çatmamış həzrəti-Ömər namaz qılıb tikdirdi[yi] minarəni gördük. Şimdi bir qədər başı dağılmış, lakin genə səlat vaxtında azan oxunur. Monastrın həyatında zəvvarlar çox idi və xırda-xuruş füruxt edənlər dəxi vardı. Sonra paşa tərəfindən təyin olan qapıçılar kəlisəyə girməyə bizə yol göstərdi. (Çün burada xaçpərəstdən dörd mənsəbin kəlisəsi var və bəzi ovqat nizaları olduğuna, paşa tərəfindən mühafiz oturur). Biz kəlisəyə girdikdə Rusiyyəli tərəfindən burada olan keşiş arximandrid Parfiri gəlib, qabağımıza düşüb tamam kəlisələrin ziyarət etdiyi yeri göstərdi. Bir qədər onlara tamaşa edib getdik monastr dairəsinə. Onun üstündən şəhər və ətrafiyi gözükür. Orada Patrik və naibi arxiyerey Milti ilə mülaqat edib çıxdıq üstə, seyr etdik ətraf cəvanibə. Qışın ortasında tənəkdə saxlanmış üzüm gördük. İki salxım bizə verdilər. Hər salxımı iki girvankə olurdu. Oradan qalanın bürcünə çıxdıq. Qayətdə üksək. Tamam şəhər ordan gözükür. Şəhərdə dörd-beş yerdə monastrlar var. Və firəng əhalisindən dəxi burada oturub ticarət edirlər. Bürcdən düşüb, Misirli İbrahim paşa yapdırdığı qışlaya girdik. İyi qışladır və əsgər təmiz oturur. Sonra şəhərə seyr edə[-edə] mənzilə müraciət etdik. Ol gecə gedib, paşa həzrətlərinə mülaqat edib və vidalaşıb genə cameyə getdik. Qüdsi-şərif neçə min sənəlik şəhər olub, neçə ənbiyalar və neçə bövük padşahlar paytaxtı olduğuna, əski binalar çoxdur və olur ki, qaç dəfə bina üzrə binalar yapılmış. Xüsusən Beyti-şərifin binası və Süleyman əleyhüs salamdan qalmış binalardır. Şimdi də altında bövük-bövük sütunlar və yonma daşlar gördük. Şəhərin qalası dəxi ol əyyamdan qalmış isə də sonra tədric ilə başqa padşahlar dəxi artırıb və təmir etmişlər. Şəhərin yapıları və çarçusuiyi olsa da soqaqları təmiz deyildir və içində xarabalar dəxi görünür. Əhalisi hər miləldən var. Müsəlmanı ziyadəraqdır. Xaçpərəs və yəhudi qış mövsümündə buraya çox cəm olub, “qızıl yumurta” dedikləri eydlərindən sonra dağılıb hər kəs öz məmləkətinə müraciət edirlər. Bir bu vaxtlarda Qüdsi-şərifdə izdihamlıq, alış-veriş ziyadə olur, bir dəxi mövludi-Musa günündə. Ətraf cəvanibdən, qəryələrindən və həm ürbanlardan buraya ziyadə xəlayiq cəm olur. Osmanlı və Ali-Osman dövlətinin torpağından müsəlmanlar buraya ziyarətə az gəlirlər. Amma Məğrib və Misir tərəfindən çox gəlirlər. Və Buxara və Dağıstan və Qazan hüccaclarından gah-gah Beyti-şərifə ziyarət etmək üçün gəlirlər. Onların yolları budur: həcdən Şam məhfili ilə gəldikdə Məan qəsəbəsindən ayrılıb, dörd mənzilə Xəlil-ərrəhmana gəlib oradan bir günə Qüdsi-şərifə gəlirlər; yainki Şami-şərifdən qara ilə [gəlib], Təbəriyyədən və Nablus şəhərindən keçib, altı-yeddi mənzilə [Qüdsə] çatır və yainki Şamdan qara ilə üç-dörd mənzilə Beyruta gəlib və oradan on iki saata vafur ilə Yafə şəhərinə çatır və Yafədən iki günə Qüdsi-şərifə rahat gedilir. Əgər Misir yolu ilə gəlsə İsgəndəriyyə şəhərinə gəlib, vapur ilə dəxi bir gün-bir gecədə Yafə şəhərinə yirişilir. Oradan fövqdə yazılan sayaq üzrə Qüdsi-şərifə gedilir. Rəbiül-axirin 10[-u]. Sübh namazın Beyti-şərifdə qılıb, məqamlar ilə vidalaşıb gündoğan vaxta yola düşdük. Paşının oğlu və kahyəsi və əmələcatı bizi ötürdülər bir saatlıqda rumlar bina salmış həzrəti-İlyas məqamına qədər. Oradan gəldikdə yolun sağ tərəfində məqami-Xızır əleyhüs salam və bir qədir dəxi getdikdə həzrəti-Yəqub əleyhüssalamın zövceyi-kəriməsi məqamın göstərdilər. Uzaqdan ziyarət və dua edib keçdik Beytül-ləhm adlı qəsəbəyə. Oradan həzrəti-İsa əleyhüssalamın təvəllüdü məqamına müşərrəf olub haman məkanda oturduq bir saat qədəri. Xaçpərəslər bir bövük monastır tikmişlər və cəmiyyətləri orada çoxdur. Və oranın keşişi bizim qabağımıza çıxıb, mənzilinə təklif edib, bizi düşürüb qəhvə, şərbət verdi. Bir qədər onların kənisələrinə seyr edib və Beytül-ləhm qəsəbəsinə baxıb və qarşısında olan əncir və zeytun ağaclarına baxıb yola düşdük. Beytül-ləhm qəsəbəsi min evdən ziyadə olur. Əlli-a[l]tmış evləri müsəlman və baqisi gavırdır və az yəhudilərdə var. Qüdsi-şərifdən buraya iki saata gəlib və buradan dəxi iki saat yol edib bir bövük, əskidən bina olan bərgə yanında [dayandıq]. Bir qədim qalası var və çeşməsi var. Bu çeşmədən və həm yağmur suyundan bərgəni doldurub, sonra daş ilən yapılmış arx ilə dağlardan keçirib, Beytül-ləhmə aparıb və oradan Qüdsi-şərifə çatdırılır iyirmi dörd saat yol ilə. Dağları, təpələri dolandıra-dolandıra Qüdsi-şərifə yirişdiribdilər. Bu suyun Qüdsi-şərifə getməyi üçün əlahiddə vəqfiyyatı var; xarab olduqda təmirinə məsrəf olunur. Oradan enib, əvafi-zöhr edib üç saatlıqda Xəlil-ərrəhman şəhərinə çatdıq. Oranın müdiri Mustafa bəy bizi istiqbal edib, aparıb hərəmi-şərifin yanında bir iyi mənzildə bizi düşürdü. Fürsəti fövtə verməyib haman saat hərəmi-şərifə girdik, namaz qılıb ziyarət etdik həzrəti-İbrahim əleyhüs salama və həliməsi həzrəti-Sarətə və oğlu həzrəti-İshaq əleyhüs salama və zövciyyəsi həzrəti-Qəyyura və İshaq əleyhüssalamın oğlu həzrəti-Yəquba və həliməsi həzrəti-Rəbiqəyə, sümmə sibti-Yusif əleyhüs salama, sümmə rəsulillah əfəndimizin qədəmi-şərifləri deyən yerə. Və mağarəyi-şərifə gəlib duayi-niyaz etdik. Rəbiül-axirin 11[-i]. Sübh namazın hərəmi-şərifdə qılıb hərəmin dairəsin gəzdik. Süleyman əleyhüs salam binası olduğu [bilinən] (bövük daşlarındanki, otuz beş qarış uzunluğu və yeddi qarış enliliyi olur) [binanı] görüb təəccüb etdik. O dairədə fəqir-füqəra üçün dəxi şorba xana var və həm dərvişlər təkyəsi var. Sonra çıxıb bazarların gəzdik. Dükanlarında məkulat və ürbanlara lazım olan əşyalardan qeyri bir zad görünməyirdi. Bu şəhər min evdən ziyadə olur. Əhli tamam müsəlman[dır] və özləri də kənd adamlarına oxşayırlar. Mabeynlərində fantaziya əslafi-zaiqə (?) bilmərrə yoxdur. Və yəhudilər özgə məmləkətlərdən ziyarət qəsdi ilə gəlirlər. Lakin hərəmə onları qoymayırlar və özləri kənardan baxıb ölüb bu torpaqda dəfn olmaqlıqların istəyirlər. Şəhəri bir qədər gəzdikdən sonra genə gəldik hərəmi-şərifə. Orada həzrəti-Yəqub türbəsində [Hacı] Əli əfəndiyə “Sureyi-ərrəhman”ı oxutdum, qulaq asdım və təfəkkür etdim öz halıma. İbrahim xəlil əleyhüs salam əyyamından [qalan] zəbh eydində anadan olub, İsmayıl adına müşərrəf olub və qırx altı sənə ömr edib, bu şərafətli məkana gəlib ziyarət etməyi Allahi-zülcəlal həzrətləri bizə nəsib etdi yinə şükür etdik. Sonra cümə namazın külli camaat ilə əda edib, fövqəzzikr olan türbeyi-ənbiyalar ilə vidalaşıb yola düşdük. Bir saat yol üzüm və zeytun bağçaları ilə gəlib və bir saat qədəri dəxi dağa çıxıb, oradan dərya və Qəziyyə və Yafə obaları görünüb və dağın dibindəki köylər və ətrafında bağçaları və keçi və mal sürüləri və çəməngahlar qayətdə müfərrih etdi bizi. Xəlil-ərrəhmandan üç saat yarım yol gedib, Beytulla qəryəsinə çatdıq. Orada bir birəli evdə qaldıq. Rəbiül-axirin 12[-si]. Sübhdən yola düşüb, düz yol ilə doqquz saat yol edib Ağır adlı qəryə[yə] çatdıq. Orda bir fəna evdə qaldıq. Gecə külək əsib və bərk yağış yağıb həyatımız göl kimi oldu və dəryanın ləpəsinin sədası bizi [...] ləndirdi. Rəbiül-axirin 13[-ü]. Oradan çəməngahlar ilə (və bəzi yerdə bağça ilə) dörd saat yol edib Yafə şəhərinə çatdıq. Ol günü rahat etdik və dərya əmin olmadığına, firəng vapuru İsgəndəriyyədən gəlib çatmadı. Rəbiül-axirin 14[-ü]. Yafə böyük şəhər olmasa da Qüdsi-şərifin iskələsi olduğuna, gurdur. Xüsusən gəlib-gedən zəvvarlar çoxdur. Bir dəxi zeytun, liman və portaqal çoxdur. Şəhər bir təpənin üstədir. Yaxşı daşdan damları var dəryaya baxan. Və ətrafında qala var top qoyulmuş bürclər ilə. Amma top nizamla mühafizə olmayır. Topçuları yer[li]ləridir, ayda bir-iki dəfə hər birinə qaraul növbəti düşür. Qalanı və şəhərin küçələrini gəzib çıxdıq bir bağçaya. Şəhər[in] tamam ətrafı bağçadır və bağçalarda oturmağa evləri də var. Bağçaları qəribədir. Bizə görə, ətrafında çəpər yerinə firəng incili ol qədər sıx əkilibdir ki, arasından keçmək olmaz — xüsusən tikan olan vaxt. Və həm meyvəsi iqrar olur, satılır. Bir yarpaq üstə iyirmi dörd ədəd əncir saydım. Portoğal və limon və şirin limu və narınc və türünc və ağac qavını qayətdə sıx əkilmiş; sıxlığından dibi kölgədir. Üstündə hədsiz meyvələri vardı. Bir budaq özüm kəsdim. Üstə üzüm salxımı kimi on yeddi portoğal vardı. Bizim yerdə qızıləhmədi alma, gətirəndə ağac dayaqlar vıran kimi burda davırmışdılar. Və qeysi və ərik və badam ağacları da çoxdur. Bəzi badamlar çiçək açmışdı. Neçə yüz portoğal özümüz seçib qı[r]dıq. Meydan və bazarlar tonqal-tonqal tökülmüş limu və portoğal ilə doludur və on altısın bir quruşa füruxt edirlər. Bazarları da yaman deyil. Daha ziyadə abadan olmağa layiqəti var. Bir iyi cameyə girib namaz qıldıq. Camaatı çoxdur, lakin şafiilər ilə hənəfilər imamları beynində niza gördüm; ayrı-ayrı namazı əda etdilər. Rəbiül-axirin 15[-i]. Gecə İsgəndəriyyədən gəlmiş firəng posta vapuruyla sübhdən üç-dörd saat keçmiş yola düşdük. Hava gözəl olduğuna, vapurun üstə oturub sağ tərəfimiz də Fəlastin kənarına seyr etməyə məşğul olduq. Neçə xırda qalaçalar və Apalonya və Qeysəriyyə şəhərinin xarabaların gördük. Qeysəriyyədə hənuz böyük xaraba imarətlər gözükür. Və kənardan uzaq — on saatlıqda Nablis dağları görünür (ki, qədimdən adı Sişəm imiş) və İsa peyğəmbər [burada] olmuş öz həvariyyunlarıyla. Və bir qədər getdikdə dağın dibində və dərya kənarında qədim Dura (şimdi Tantur) və Ataliyə xarabaları görünür. Sonra çatırsan Qarmil burnuna, orada firəng papaslar bir böyük monastr yapmışlar. Qayətdə güşad və nəfis məkandır. Burdan dərya bir qədər kənara girir. Qiblə küncündə Xaif şəhəri var gözəl bağçaları ilə. Oradan Nəzarət qəsəbəsinə on saat yoldur. İsəvi arasında məşhurdur, çün İsa peyğəmbər əksər ovqat orada oturmuş. Və Xaifdən üç-dörd saat şimali tərəfinə dərya kənarında Əkka qalası görünür. Onun böyüklüyü və bərkliyi məşhur olmuş. Şimdi dəxi, deyirlər ki, nizam ilə saxlanır. Tarixlərdə məşhur bir şəhərdir, qədim adı Ptalmey. Heyf edirəm ki, gecə olduğuna Sur (Təhr) və Səyda (Sədun) şəhərlərini görmədik. Onla[r]dan qədimdən məşhurdur hənuz Qəzyə ilə Lazaqiyyə arası ki, qara ilə on gün yoldur; bir valilik hesab olur. Adına Səyda valiliyi deyirlər. Axşamdan üç-dörd saat keçmiş gəlib Beyrut iskələsinə çatdıq. Sübh namazın qılıb düşdük şəhərə, genə qədimi qonağımız İzzət paşa yanına. Ol bir para aşnalarımız ilə vidalaşıb genə firəng vapuruyla getmək qəsdinə düşdük. Rəbiül-axirin 16[-sı]. Sübhdən iki saat keçmiş vapura minib yola düşdük. Sağ tərəfdə Diruz və Hevran dağlarına, üstündə abadan qəryələrinə və cəm ağaclarına tamaşa edə[-edə] sürüb səkkiz saatda çatdıq Trəblis şəhərinin iskələsinə. Kənardan yarım saatlıqda şəhəri və böyük qalası var və aşağısında portoğal və limu bağları görünür. Və iskələdə dəxi dam və tükanlar var. Uzaq olduğuna vapurdan düşmədik və axşamdan bir saat keçmiş vapur yola düşdü. Ol gecə sürüb Lazaqiyyə iskələsinə çatdıq. Rəbiül-axirin 17[-si]. Sübh vaxt[ı] özümüzü Lazaqiyyə qarşısında gördük. Qayığa minib getdik iskələsinə. Orada dükanlara və məscidə və karvansaraya baxıb piyada bağçalar arasıyla getdik şəhərə. Bazar-tükanlarından keçib, bir cameyə girib cümə namazın qıldıq. Çıxıb, bir qədər dəxi şəhərə seyr edib və Məribi şeyxin türbəsinə ziyarət edib müraciət etdik vapura. Lazaqiyyə bir iyi şəhərdir. Görünür ki, ticarəti də yaman deyil. Anatolı şəhərlərinə oxşayır. Xalqı ərəbdir. Ətrafında bir qala kimi hasarı var və ətrafında yaxşı bağçaları vardır. Ol günü iskələdə qalıb axşamdan iki-üç saat keçmiş yola düşdük. Rəbiül-axirin 18[-i]. Sübh vaxt[ı] özümüzü İsgəndərun iskələsində gördük. Qayıq ilə düşüb gəzdik. Bir xaraba yerdir. Bir qaç tükanları var. Lakin bu iskələyə çox mal gəlir Hələbdən və Firəngistandan. Hələb[ə] at karvanıyla üç gün yoldur və Mərəşə dörd gün. Qədimdən məşhur imiş və bir para xarabaları var. Özü də batlaq yerdədir və havası da fənadır. Buraya məsarif edib iyi iskələ yapmağa layiqəti var. Ol gecə orada [gecə] yarısına qədər qalıb sonra yola düşdük. Rəbiül-axirin 19[u]. Sübh vaxt[ı] Tarsus şəhərinin iskələsi Marsana çatdıq. İyi iskələsi var, lakin ev azdır. Bu iskələlərdə qonsul bandralarından ziyadə və üskak imarət görünməyir. Və iskələdən bir qədər uzaq bir böyük bağlı-bağçalı qəryə var. Bura Qaraman və Anatolı iskələsi hesab olunur. Burdan Tarsus şəhərinə iki-üç saat yoldur. Və Adanaya dörd gün və Qonyaya altı gün yoldur. Ol tərəflərdən bu iskələyə gəlib, hər tərəfdən gedirlər. Burdan Anatolu dağları görünür. “Sureyi-Kəhf”dəki mağara bu dağlardadır deyirlər. Tarsus bir iyi şəhərdir deyirlər. Axşama qədər iki-üç saat qalmış burdan yola düşdük. Sağ tərəfdə kənara tamaşa etdikdə çox xaraba şəhərlər görünür. Ol cümlədən Ponpi polis şəhərinin xarabası və sütunları aşkar görünür. Gecəyə düşdüyünə, sağ tərəfdə Sətaliyyə şəhərin və sol tərəfdə Qıbrıs adasın görmədik. Ol gecə yol getdik. Sübh (ki ayın iyirmisidir) Anatolu dağlarına [seyr] edərək, sürüb, gecə Rodos adasına çatdıq. Yafədən buraya gələnə qədər hava qayətdə xoş olub, rahat gəldik. Rəbiül-axirin 21[-i]. Sübh vaxt[ı] özümüzü Rodosun qarşısında gördük. Vapurun qaptanı havanın tövrünə baxıb, fəna olmağın təsəvvür edib və Rodos limanından ehtiyat edib məramı bu oldu ki, durmayıb ötsün, lakin İsdanbuldan gələn posta vafurun gözləmək iqtiza etdi. Və başımızın üstündə buludlar və altımızda dəryanın mövcləri təlatüm eləyib və ruzgarın səsi vafura düşüb, başladıq təhərrük etməyi. Sübhdən üç-dörd saat keçmiş qaptan vapuru limana sürdü. Girib timur atan vaxta külək və mövc ifrat lanıb, vaburumuzu oynatıb, iskələdən çıxardı. Qaya yavuq olduğuna, qayətdə vahimə oldu. Tez sürətlabarın kəsdilər. Vapur dəryanın üzünə çıxıb başladı dəryanın üzündə oynamağı. Od salıb, vapuru dolandırıb, genə əvvəlki limana saldılar. Lakin bu aralıq da qayətdə xovf olundu, hətta su qəmərənin içinə girdi. İskələdən adamlar gəlib, bələdlik edib, bir nəhv ilə dayandırıb, iplərin kənardakı dəyirmanlara və sütunlara bağladılar vəlabarın dəxi atdılar. O günü axşama qədir və gecə sübhə qədər hava saatbasaat fəna oldusa da bir nəhv ilə vapurda keçindik. Rəbiül-axirin iyirmi ikisində hava dahı ziyadə fəna olub labarın biri də qırıldı. Hərçənd şəhərdən bir bövük labar gətirib saldılar, lakin saatbasaat hava fəna olub və vapur tərpənib, xovf ziyadələndi [ki], iplər qırılıb, dəryanın mövcü vapuru götürüb, daşa vurub çölə atmasın. Havanı belə fəna görüb qəsdimiz vapurdan çıxmaqlıq oldu. Genə səbri- ixtiyar etdik. Axşama bir saat qalmış buranın valisi paşa tərəfindən qayıq gəldi məxsusi bizi çıxarmağa. Qayığın qalxıb-düşməyi bizi qayətdə qorxutdu isə də ipə bağlayıb bizi, qayığa mindirdilər vapurdan. İskələyə gəlincə xeyli dalğalar aşdıq. İskələ kənarındakı məscidə bizi qoydular. Qərantində olduğumuza binaən adamlarımıza ixtilat olmadı isə də lakin paşa tərəfindən bizə təam və sair mayəhtac gəldi. Axşam olduqda hava dahı ziyadə fəna olub, vapurda qalan adamlarımızın fikrin edib, ol gecə rahat ola bilmədik; xeyli xovf çəkdik və həm can şirin olmağın təsəvvürün etdik. Bərkə düşəndə mala, yoldaşa baxmaz imiş! Çün bu səfər də bu qədər dənizlərdə bir belə qorxuya düşmüşdük, şükür Allahın kərəminə, bu da dəf oldu. Sübh (ki rəbiül-axirin iyirmi üçüdür) tamam adamlarımızı və əşyalarımızı düşürüb qərantuna getdik. Qərantində dörd gün qalıb, çıxıb qarşıda Murad Rəis türbəsinə ziyarət edib paşa təyin edən iskələ kənarında təzə imarətdə sakin olduq. Və Bəhri-səfid cəzirələrinin valisi müşir İsmayıl paşa həzrətləri ilə görüşüb, özünün bizə olan məhəbbətindən razılıq edib və özü də qayət bizə mehribanlıq etdi. Rodos cəzirəsi Bəhri-cəfid içində bir məşhur cəzirədi. Dörd-beş yüz [il] bundan əqdəm Beytül-müqəddəsi müsəlman əlindən çıxarmaq üçün Firəngistan əhliləri cəng-cədəl edib, səkkiz sənə Qüdsi-şərifə təsərrüf etdikdən sonra Sultan Səlahəddin onları basıb Suriya və Fələstin torpağından çıxardıqda haman firənglər gəlib Rodos cəzirəsinə dolubdurlar. Bir əzim qala yapıbdılar. Onun xəndəyi və divarı və neçə qat top xanaları və mazqalları və pünhani yolları intəhayi-mərtəbədə bərkdir, içinin mühümmatü zəxirə yerləri hədsizdir. Və kənardan gələn sudan qeyri içində quyu suyu çoxdur. Və qarallar oturan əmalat xaraba olsa da iyi və bövük yapısı məlum olur. Çox kilsələri məscid yapmışlar. Və küçələri gərək çağlı iyidir. Xüsusən xırda ağ və qara daşlar ilə döşəyib dilər; qayətdə təmiz və nəfis görünür (içində yaxşı qonaqlar, xırda portəqal və limon bağçaları ilə). Bazarı çox gur, qələbəlik deyildir. Bahar[da] gəmilər [gələn] vaxt gərək gur olsun. Qaç danə bövük camelər Osmanlı padşahları tikdirib külli vəqflər ehsan etmişlər. Bir gün topçu Məhəmməd ağa min başısı bizi aparıb tamam qalanı gəzdirdi və mühümmat qoyulan anbarları göstərdi. Gərək çağlı təmiz və nizamlıdır. Qanlı qapının başı üstündə olan odada oturub bu qalanın islam əlinə düşməyindən sual etdik. Sultan Süleyman Fateh yüz min əsgər Bəhrə göndərib və yüz min əsgər Anadolıdan cəm edib qalanın üstünə gəlib. Çox mühasirə və cəng etdik[də]n sonra Qanlı qapı tərəfindən yürüş götürübdülər. Qırılan əsgərin meyiti xəndəyi doldurub, üstündən əsgər girib qalanı fəth etmişlər. Sonra xaçpərəsləri cəzirənin kəndlərinə çıxarıb müsəlmanlar [onların] evlərin zəbt etmişlər. Şimdi qalanın içində müsəlman evlərindən qeyri bir qaç min yəhudi evləri vardır. Xaçpərəslər köylərdə oturub cizyə verirlər. Hətta qala içində ticarət edən xaçpərəsləri cümə qılınan vaxta qaladan tışra çıxarıb qapıları bərkidirlər. Qalanın ətrafında çox bağçalar var içində iyi qonaqları ilə. O cümlədən bir firəng bağı var hədsiz portəqal ağacı ilə. “Əsldən vəqfimiz” deyirlər. Və bir dəxi Hafiz ağanın bağçasına və imarətinə seyr etdik. Qayətdə səliqə [ilə əkilmiş] və nəfis bağça və məkandır. Şəhərin kənarındakı cəbələ çıxdıqda oradan əski Rodos və ətəyində abadan və gözəl bağlar görünür. Oraları gəzdikdə Əznilli deyən bir seyr yeri var (qalanın bir saatlığında), oraya da düşdük. Gərək bahar[da] qayətdə dilgüşa yer olsun, çün yaxşı çahar hovuzları (ətrafı gunəgun daşlar ilə döşənmiş), yaxşı səliqə ilə əkilmiş ağaclar və yaxşı çəməngah yerlər bizə qayətdə xoş gəldi. Rəbiül-axirin iyirmi birində Rodosa düşüb, cəmadiyül-əvvəlin on dördünə qədər bu cəzirədə qaldıq. Özümüz rahat olub xoş keçirdik, lakin yola düşmək və su səsi bizi bir qədər rahat etməyirdi, çün on beş gün dəryanın yüzü iki gün bir-birinin dalısıy can rahat olmadı. Və rüzgarda müşəvvəş idi. Sonra hava iyi oldu. Beyrut tərəfindən gələn vapurların intizarında ikən xatirimiz də lövbəlövn təsəvvürlər, ümidlər və vəsvəsələr edib, mabeynimizdə söyləyirdik ki, böylə gedərik, şöylə gedərik. Qəzayi-ilahidən, firəng vapuru çatdı, bizdə cəmadiyül-əvvəlin on dördündə günorta vaxtı vapurun içinə girib, dəryanı əmin görüb və havanı qayətdə xoş görüb, məsrur olub, yoldaşlar şad olurlardı ki, yaxşı oldu ki, fəna havalarda vapurlara süvar olmayıb, şimdi bu vapur ilə.... [Cəmadiyül-əvvəlin 18-i]. ...İlahinin işindən kor olduğumuz [...]bizim üçün bir əzim göstərmə oldu. Vapur yola düşdü. Axşama bir-iki saat qalmış bir qədər rüzgar əsib, dəryanın yüzündə göyərçin qanadları kimi bala-balaca su dalğalandı. Bir qədər vapur sallandı isə də lakin özümüzə təskin verib, Əstənku adlı cəzirənin sol tərəfindən keçib sabaha iki saat qalmış Sisam cəzirəsi ilə Nəqay cəzirəsinin mabeyninə çatdıq. Hava ziyadə furtına olub, vapurun təhərrükü saat basaat çoxlandı. Saqqız adasına üç saat qalmış sabah açıldı. Dəryanın mövcü ifrat təfrit oldu. Bir tərəfdən külək, bir tərəfdən dağlar kimi əmvaclar və bir tərəfdən vapurun dağ kimi mövclər üstündən axıb getməyi [üzündən] vapur da olan maehtiyaclara zəlzələ düşüb adamlar qayətdə vəhmələndi. Həqiqətdə, iki saat dəryanın bövük-bövük ləpələri vapuru iyirmi-otuz arşun yuxarı qaldırıb-aşağı düşürməyi və kənarlardan gələn ləpələrin dolu kimi vapurun içinə tökülməyi adamı vahiməyə saldı. Allahın şəfqəti-mərhəmətindən, külək qarşıdan və yandan [əsmədi yinə], [...]. Ruzgar daldan olduğuna, vapurun çarxların bağlayıb yelkən açdılar. Bu nəhv ilə qaç saat sürüb günortaya üç saat qalmış Anadolı tərəfindən Çeşmə qəsəbəsi ilə Saqqız adasının arasına girdik və bir para xırda adaların arasından keçdik. Ona binaən dəryanın ləpəsi az olub vapura çox güc edə bilmədi, lakin genə hava dutqun, dəryanın yüzü qara və duman idi. Hətta sol tərəfimizdə Saqqız şəhərində yaxşı görə bilmədik. Axşama bir saat qalmış İzmir şəhərinin yaxınında Yengi qalaya çatana qədir ruzgar gah qarşıdan, gah sağ tərəfdən əsib, bizi ziyadə incitdi. Yengi qalanın qabağından keçdikdə rahat olub, axşama yarım saat qalmış gəlib İzmir qarşısında labar atıb, Allaha şükür edib, gecə orada qalıb istirahət etdik. O gecəsi sübhə qədər yağış yağıb vapur üstə olan kəsləri qayət batırdı. Dünənki.... * * * Kitabxana.az · https://kitabxana.az/collections/qutqasinli-sefername İctimai mülkiyyət (müəllifin vəfat ili: 1861). Public domain (author died 1861). Original text only.