Qəzəllər Sadıq bəy Əfşar (1533–1610) Hər nəfəs gündin yədi-beyza edər izhar sübh Hər nəfəs gündin yədi-beyza edər izhar sübh, Belədür dəvayi-ecaz etsə Musavar sübh. Mehridin guya ki, bir xurşidvəş yüz göstərir Kim, nisar eylər həzaran lölöyi-şəhvar sübh. Guyiya gəlmiş kənarına ömrünün günü Kim, qılır hər dəm əyan mundaq sarıq rüxsar sübh. Ta edə rövşən cəhan əhlinə dağ sinəsin, Hər səhərgahını neyçün yakasın yırtar sübh? Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş, Günə qarşu hər dəm anınçun açar dəstar sübh. Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamına Kim, gedər besyar şamü həm gəlür besyar sübh. * * * Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı, Başa urmaqdan əlimdə ixtiyarım qalmadı. Səndə yandırdı ahım etdigin ədəkləri, Yandım onun üçün ki, bir dilsüvarım qalmadı. Dərdmənd oldum qərari-çarə etdigin şükr üçün, Çarə qıl kim, vaqi bu dərdə qərarım qalmadı. Tə'n eyləməyibdir min günün bietibar Kim, yanında itcə etibarım qalmadı. Xoşdiləm sinəndəki qatı xədəngi-zəxminə, Meyli-gülgəştü həvayi-laləzarım qalmadı. Bar idi cəm'iyyətim, eşqinlə də kim ruzigar, Seylə verdi olduğum ol ruzigarım qalmadı. Bəs ki, yaxdı, Sadiqi, ahım odu həmdəmləri, Şəm tək yanımda bir dilsuz yarım qalmadı. * * * Dün urub vaşilə bən xəstədili şad etdün Dün urub vaşilə bən xəstədili şad etdün, Yaxşı bardun ki, bozuq könlümü abad etdün. Yox vəfa cövrü cəfadin bəni məhrum etmə, Çünki cövr ilə cəfayə bəni mötad etdün. Verdin əğyar əlinə meylini, yıxdın evimi, Dad əlindən sənin, ey şux, nə bünyad etdün? Hər nəfəs sövti-vəfa birlə edirsən nalə, Ey könül, ol səgi-kuyini məgər yad etdün? Eylədün, Sadiqi, təndin xali cananə fəda, Yaxşı vardun, bu qəfəsdən onu azad etdün. * * * Yardin kam istəmək eşq əhlinə düşvar imiş Yardin kam istəmək eşq əhlinə düşvar imiş, Aşiqə məşuqdən məqsud bir didar imiş. Gözlərindin günimi aldım, öpərdüm ləlinə, Bilməz idüm ol daği edən tiri-xunxar imiş. Tə'n edə təsbih ilə zahid bənim zünnarimə, Eylədüm biruluq ol daği birər yar imiş. Abi-kövsərdin bəni asudə qıldı cami-mey, Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş. Deyərdim hicran ilə olsam daği vəsli-səmən, Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş. Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq, Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş. Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini, Sadiqi, bu eşq sevdası əcəb bazar imiş. * * * Driğa, dilbərim halım pərişan olduğun bilməz Driğa, dilbərim halım pərişan olduğun bilməz, Könül quşun əsiri-dami-hicran olduğun bilməz. Gəzər ləli xəyal ki, kor edə gah könlümdə, Buların arəsində ol məgər qan olduğun bilməz. Bizi aşiq dad iman yox, zahid oxur kafər, Nə cahildür kim, kafəri iman olduğun bilməz. Bəni hicran bilə öldürən əsiri-yar müşküldir, Məgər yüz göstərüb öldürən asan olduğun bilməz. Gəzər könlüm evin, istər ki, mehrin alələr təkəllümdən, Behəmdüllah ki, mehri canda pünhan olduğun bilməz. Çəkibdür xəncərin bədgu söz ilə yar qılmaqçün, Bəni bu öldürür ruzigar, axır peşiman olduğun bilməz. Verür ləliyə nisbət Xızr suyin Sadiqi yarın, Nə qafildür, onun əslini heyvan olduğun bilməz. * * * Müşk yolunda can tökən qəlb olması yəqinimdür Müşk yolunda can tökən qəlb olması yəqinimdür, Səvadi-cövhərimin xətti-lövhi cisminimdür. Driga, heç kim qürbətdə bimar olduğum bilməz, Bəla həmsöhbətim, qəm yarü möhnət həmnişinimdür. Gözündən özgə yoxdur ağzıma süd əmizdirən, Gözüm yaşım silən, dilim tutan yara sitəmimdür. Nə yerdə olsa əğyar, eyləməz tərki-mülaqatın, Yeridür gər desəm təri bu çeşmi-pakimdür. Həlal et bənə söz sehrini, ey Sadiqiyi-dövran, Deyəndən bərli canan şairi-əqrəbinimdir. * * * Yenə nə bərq idi kim, saldı eşq canımğa Yenə nə bərq idi kim, saldı eşq canımğa Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa. Yenə nə seyl idi kim, yıxdı səbr bünyadın, Gətürdi rəxneyi-qəm mülkü xanümanımğa. Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım, Buraxdı dami-bəla cismi-natəvanımğa. Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub, Bahar verdi xəzan bərli bustanımğa. Yenə nə bərq idi, ey Sadiqi kim, oldu əyan Ki, etdi şölə füzun atəşi-nihanımğa. * * * Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın, Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın. Məgər məsti-meyi-vəsl ola könlüm bəzmi-işrətdə, Vəgərnə ol qədər keyfiyyəti yox badeyi-minanın. Degilsə qiblədən məqsud qədü qamətin görmək, Nədür bəs sana qarşudur zövqi-məscidə mehrabın. Mana fərmanın olmaq urdu lütf qılma eylərsən, Nədəndü iltifatı o taqi-fərmanə qəssabın. Mənim tək çərx əlindən hər zəman dönüb fəğan eylər, Keşişdən bir havadardur məgər başında dolanın. Nə nan kənar basar xublar mənim tək aşiqə talib, Əcəmidədir tələbkarı çox olsa cinsi-kəmyabın. Cünundin Sadiqi ol bəzmi-eyşin padşahidür, Kim, onda fərq yox xakistəri-gülxənlə sübhanın. * * * Dərddin xanəvü beyt tutdum eymən cananın Dərddin xanəvü beyt tutdum eymən cananın, Xəncərin çəkdi miyanından ki, budur dərmanın. Bəni-qəribi səgi-kuyin eşigindən qavdı, Bu vilayətdə məgər qədri budur mehmanın? Sinədən gör yolu tutdu sirişkim yerinə. Dəmbədəm suzi-dilimdən iritin peykanın. Qaşların payi xəm olduqca dəgər sinəmə ox, Olmayımmı məni-sərgəştə sənin qurbanın. Gözlərin mərdümi mərdümlük edib mane olur, Hər qaçan qətlim üçün tiğ çəkər müjganın. Kərəm etdin qəmu əğyarə vüsalın nəqdin, Padşahım, qanı dərvişlərə ehsanın? Biqərar etdi fələk dönə-dönə Sadiqini, Şimdi bildim ki, qərarı yox imiş dövranın.> * * * Gözə ol şəh yolidin özgə gubari bolmasun Gözə ol şəh yolidin özgə gubari bolmasun, Məndin özgə kimsəgə andin güzari bolmasun. Gülşəni-kuyində kim, sərvi-qədi məvasidür, Hər tərəf əşkimdin özgə cuybari bolmasun. Köyməsün könlüm evün bivəch, ya Rəb, hicr odu, Təndə bərqi-vəsldin özgə şərarı bolmasun. Məndin özgə bolmasun məhrəm hərimi-bəzmdə, Tən nəmidin özgə onda pərdədarı bolmasun. Müntəzir bol kim, gəlür qətlünğə dersən, ey rəfiq, Hər nə bolsa-bolsun, əmma intizarı bolmasun. Dedi kim, bəzmində bolsun pərəstkarı, Sadiqi, Leyk meyli-işrətü busü kənarı bolmasun. * * * Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün Kim, edər yüz min cəfa hər dəm bana əğyar üçün. Ayrılığ zə'fi bilən bəs kim, ölürmən dəmbədəm, Tutdular yüz min kərəz1 matəm məni-bimar üçün. Yox sana lütfivü var əğyara dersən, ey rəfiq, Necə bir könlüm məlul olsun bu yoxü var üçün. Müşkili-düşvari-eşqə etmə tədbir, ey həkim, Eyləməz tədbir... bu müşkili-düşvar üçün. Bir qədəh mey birlə dün bəzmində rəf' oldu qəm, Can fəda bolsun anın tək həmdəmi-qəmxar üçün. Sadiqi, azürdə istər hər zəman canan səni, Guiya xəlq eylədi xaliq səni azar üçün. * * * Çarə kimdür ələmi biçarə olmuş könlümü Çarə kimdür ələmi biçarə olmuş könlümü, Qandadur bir cəm edən sədparə olmuş könlümü. Cənnətü cuyi dil bəni avarə qıldı, bilməzəm, Qanda, ya Rəb, istəyim avarə olmuş könlümü. Etmə, zahid, vaizü təsbihə talib Tanruçün, Mən' əsiri mübtəla zünnarə olmuş könlümü. Yağıleydi nafə tək qan əşki-gülgün kaş ki, Payvənd ol zülfi-ənbərbarə olmuş könlümü. Sadiqi tək yandurun ey ahi-atəşbarını, Arsızlıqda müti əğyarə olmuş könlümi. * * * Müddəi qövlilə çün kim salmadın gözdən bəni Müddəi qövlilə çün kim salmadın gözdən bəni, Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni. Bənə dağ eylədi puşidə üryan cismimi, Neylərəm, ey həmnişin, şimdən geri pirahəni. Keçdi dün damən keşan səndin baxam çak, Eyb olmaz çün kim, əlimdən getdi dövlət daməni. Mehrin, ey məh, eyləməz ta mehriban könlümğə seyr, Edəməz hərçənd kərəm olsa quyaş bəzm ahəni. Göz üzün gördü, fəqihə eylədi tərki-səlah, Ey gözüm mərdümləri, əhli-səlamət rəhzəmi. Müddəilə aşiqi bixanüman sanman ki, var, Guşeyi-qəm mənzili, künci-məlamət məskəni. Sadiqi, Qarun vəqt urmaqda eşqilən ki, yar, Sinəyə getməz gənci-məhəbbət məxzəni. * * * Şad olamazmı bilür bir qəmi-aləm nə imiş Şad olamazmı bilür bir qəmi-aləm nə imiş, Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş. Mən ni qədr çü avarə olam kuyindən, Bilür ol ləhəzatın qədri ki, həmdəm nə imiş. Ey soran lütfilə matəmzədələr əhvalın, Bəzmi məndin xəbər al, anla ki, matəm nə imiş. Yürəgim qan oluban tutdu gözüm rəhgüzərin, Şimdi bildüm səbəbi-əşki-dəmadəm nə imiş. Sadiqi birgə xərabatnişin ortamudur, Qəsri-qeysər nədürü səltənəti-Cəm nə imiş. * * * Bir nigarın hicrivü nabədin cəhanın möhnəti Bir nigarın hicrivü nabədin cəhanın möhnəti, Kaş aləmdin kəsileydi könülnün ülfəti. Sordu dün aləmni ol şux vücudun irmədüm, Ahü əfğan kim, tilimni tutdu eşqin dəhşəti. İl gözinə qoydu çün Şirin nişani Kuhkən, Aqibət urdu başiğə tişə eşqin qeyrəti. Dün təbib istürdi kim, söhbət nişani-məndə bar, Bu sözün, ey həmnişin, əlbəttə yoxdur söhbəti. Gərdi-xakistər bolub cismimdə, naseh, qılma mən', Eyb imastur aşiqin bolsa bu mayelik kisvəti. Gərçi eşqin tüstüsün Fərhadü Məcnun çaldılar, Şimdi eşq olub olardin bizgə verdi növbəti. Sadiqidin badə tərkin istəmə, ey əhli-zöhd, Guiya mey birlə bolmuşdur müxəyyər tinəti. * * * Mənzilim dərgahi-cananımda bolğay kaş ki Mənzilim dərgahi-cananımda bolğay kaş ki, Ya ona mənzil mənim canımda bolğay kaş ki. Bu gecə can təndə mehmandur mən ilən, ey rəfiq, Bu gecə cananım da mehmanda bolğay kaş ki. Çeşmə gərdə su yığub mənzil tutar, ey əksi-tən, Mənzili bu çeşmlər yanımda bolğay kaş ki. Ayrılıq dağı bilə yandı könüldin idi can, Yanmaqdadır bu könül yanımda bolğay kaş ki. Kaş bolğaydı qulağidə fəğanım birlə ah, Ya qulağı ahü əfğanımda bolğay kaş ki. Kərəmruluq göstərib qalmışam birun, Bu rəviş birəhm sultanımda bolğay kaş ki. Sadiqi, əvvəl qədəm qoyma fəqir bu viranə, Mənzilim dərgahi-cananımda bolğay kaş ki. * * * Qalmağay erdi bu aləmdə məhəbbət kaş ki Qalmağay erdi bu aləmdə məhəbbət kaş ki, Tuşkey erdivü berdin rəsmi-müvəddət kaş ki. Çün əlif tək vahid olmaqdur cəhandin aqibət, Tutmağay erdi kişi hiç kimlə ülfət kaş ki. Bilməs ermişlər kişi qədrin vətən əbnası çün, Tutğay erdi damənimni xaki-qürbət kaş ki. Dersən, ey naseh ki, məndin tut nəsihət, aqil ol, Tutğay erdi bu könül məndin nəsihət kaş ki. Sihhətim verdi iyadətdin peşimanlıq sana, Bermegey erdi mana əyyam sihhət kaş ki. Öldürür, ey Sadiqi, ol ay bu gün-danla səni, Bergey erdi bir-iki gün çərx möhlət kaş ki. * * * Etmə vaqif öldügümdin növhəgər həmdəmləri Etmə vaqif öldügümdin növhəgər həmdəmləri, Qorxaram tutqay məlalət xatiri-xürrəmləri. Et sən, ey əhli-cəhan bəzmi-cəhandə şadlıq Kim, özüm birlə apardum cəhandin qəmləri. Qeyrə məhrəm xublər bəzmində naməhrəmdür, Bu sözə şahid bu kim, məhrəmdür məhrəmləri. Könlüm almaqdı, nə bim, etkay gözün mərdümləri, Yoxdur yüz min dilavərdin cuyayguləri. Növhə qurmazlar cəhan dövründə matəmdidələr, Sadiqi, sən olmasan sərhəlqeyi-matəmləri * * * Çadruyə yüzni, ey şux, diraz qılma məni Çadruyə yüzni, ey şux, diraz qılma məni, Dağıtma kakilinə, biqərar qılma məni. Rəqib bəzmi əz şürbi-mey hərarətdin, Ərəq töküb yüzdin əşkbar qılma məni. Bu gün nihan səri-kuyinə gəlmişəm, ey dil, Nihani ah çəkib aşkar qılma məni. Bəraət hesabdə tut bu əsbabından, Qəribü bikəsü bietibar qılma məni. Cəmali heyrəti bihuşim söləşmə, rəqib, Sadiqi-sadiq səva durub hüşyar qılma məni. Qədəm qoyub ura gözüm laf urdu mərdüm, Qıl imdi rəncə qədəm, şərmsar qılma məni. Gülüm, çavurma yüzün qeyrə, Sadiqi yanlığ, Bu gülşənində rəşki-məzar qılma məni. * * * Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə, Yanar əflak könüldən çəkilən ahlərə. Qoyma xali gözümi şəm'i-rüxün əksindən, Qoysalar eyb degil şəm nəzərgahlərə. Qeyr tutdu ətəgin saidini öpmək üçün, Dövlət əl verməsə yeg himməti kütahlərə. Dərdi-dil xublərə hacəti-izhar degil, Ərzi-hal eyləmə sən səngi-dil agahlərə. Sadiqi, söyləmə zöhhadə qədəh keyfini sən, Rəhi-meyxanəni göstərmə bu gümrahlərə. * * * Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə, Bumudur xubların çarəsi biçarəsinə. Tüşdilər bir-birinə didəvi dil ləlin üçün. Qan olur, girmək olurmu buların arəsinə. Yandı bağrım, könül ayinəsini tutdu qübar, Düşəli xalü xəti arizü rüxsarəsinə. Girdbad eylədi dəvi məni-sərgəştə ilən, Yetiməz hər kişi dəşti-qəmin avarəsinə. Dedilər sərvi-qədi cilvəgər oldu yarın, Getdimi göz seyli sirişkim bilə nəzzarəsinə. Tökülən damənimə qətreyi-əşkim gecələr, Fələkün tənə edər sabitü səyyarəsinə. Sadiqi, gər yürəgün qanın içər, ah etmə, Könlüni vermiş idün qəmzeyi-xunxarəsinə. * * * Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar, Axır cəhanı fitneyi-axırzəman tutar. Əglənmədi könüldə dəmi qanıma degil, Bişək bəla imiş bu ki, qanlını qan tutar. Var əqrəb rəqəmi nurluğun müşahibəti, Ya Rəb, nədən bu iti münhəmi yəman tutar. Məcnunə nisbət eyləmə kim, məni-rəmidəni, Derlər ki, qövs batanda əbnin dastan tutar. Ar etmə itlərinlə fəğan etsə Sadiqi, Ari degil bu işdə üzün həmzəban tutar. * * * Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz, Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz. Ey edənlər mehr ilə xoşdil qərəz ərbabını, Gah-gahi bəzmi həm cövrilə xürsənd eylənüz. Ya çəkin divanə könlümni vəfa zəncirinə, Ya çəkib tiği-cəfa pərkənd-pərkənd eylənüz. Ağrı rüxsarındamıdur xəstə könlüm dərdnak, Ey dəvacular, tədava çün gülbənd eylənüz. Bidi-məqtuli imastur tilbə nasehlər məni, Əql təklifidin ol qabili-bənd eylənüz. Sadiqitin qeyri-rusva sanmanız, ey əhli-həvəs, Əql ərbabın səri-Məcnunğə manənd eylənüz. * * * Ey əcəl, al canımı, aləmni ansız körməyin Ey əcəl, al canımı, aləmni ansız körməyin, Canımı canansızü cismimni cansız körməyin. Cilvə qılmas qaməti könlüm ara kur et közüm, İstərəm bu bağnı sərvi-rəvansız körməyin. Qoy yıxılsın səbr bünyadı, tökülsün cami-eyş, Közümi seylabsız, bağrımı qansız körməyin. Keçdi ömrüm yarsız, ey çərxi-dun, tap al canım Kim, həyat əyyamını ol novcəvansız körməyin. Gər xəyalı gəlməsə gözdin qılay qət'i-nəzər, Sadiqi, hərgiz bu evni mehmansız körməyin. * * * Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur, Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur. Çün söz birlə əhvalın sorar əğyari-bidərd, Neçün şad olmasunlar, rəhmsiz mərhəmləri bardur. Məgər kim, ol səri-ku itləri məlum qılmışlar, Mənim yox olduğum kim, əcəb matəmləri bardur. Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin, Qavansunlar olar kim, özgəcə aləmləri bardur. Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə, Müəyyən oldu kim, aləmdə su adamları bardur. Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar, Əgər naşad olursa Sadiqi, biqəmləri bardur. * * * Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot, Yoxu barım örtədi səndin yıraq təprədi ot. Gözü könlüm vəh neçün boldu xəyalın məskəni, Kim erür bu mənzilin səqfi, suyü bünyadı ot. Keldi gülgun sigritüp bir şuxü mən boldum əsir, Barça el salim məni-bədruzğə uçradı ot. Qop yanımdın həmnişin kim, şöləligdür ahi-gərm, Qıl həzər Tanrı üçün, bilmas bilişni, yadı ot. Sanma bitəsir ahım uçqunun, ey müddəi, Bolma qafil kim, irür əlbəttə ot övladı ot. Rəhm qıl həmdəmlərə, ey Sadiqi, köp çəkmə ah, Köyməsün Məcnünivü yandırmasun Fərhadı ot. * * * Öylə sərkeşlik edir sərvi-qədi-rənası Öylə sərkeşlik edir sərvi-qədi-rənası Ki, yetişməz bəni-üftadəyə istiğnası. Əl uzatmaq üçün sağərə yetməz mey ola, Saqinin guşeyi-çeşmilə bizə iması. Bir kərəz xatiri-pürçininə yol tapmiyəli, Səri-kuyindəki matəmzədələr qovğası. Meyli kəcrulərəvü lütfi dürülər caridir, Xubluq rövzəsinin sərvi-güli-rənası. Bəsi bənzər qədinə sərvi-səhinin, ya Rəb, Bicəhət durmağ ilə bunca nədir dəvası? Üstüxani-tənimi eşq hüması götürür, Yerdə qalmaz kişinin yaxşı isə kalası. Olmasaydı itigi həlqə bequş olmaz idi, Sadiqi, mehrü vəfa təkyəsinin babası. * * * Püstə nə deyər, bəhsini eylər o dəhanın Püstə nə deyər, bəhsini eylər o dəhanın, Ağzına bax ol ağzı açuq hiç mədanun. Bir kərrə turub qibleyi-rüxsarinə qarşu, Həsrətdən açıq qaldı gözü qiblənümanın. Gördü məni, ağlar üzümə gül kimi güldü, Seylabi-məhəbbət evini yıxdı cəhanın. Hər didə gəlüb getməsi canə qatı xoşdur, Ol qönçədəhəndin xəbəri varmı səbanın? Yüz dövrə əgər eyləyə Yusif, sənə yetməz, Məqdurmidir yetməsi xurşidə məhanın. Ayru tüşəli dərdü qəmü möhnətə düşdüm, Hicran səbəbi oldu bu yüz türlü bəlanın. Qurtulmadı vəsl ilə dəxi Sadiqi qəmdən, Şimdən bəri yox çarəsi bu dərdə dəvanın. * * * İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə, Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə. Nəmi-əşkim əsəri yıxdı gözüm bünyadın, Yıxmaq olmaz bu məmurəni Ceyhunlar ilə. Könlə zikri-ləbin eyləmədi zülfini ram, Nə talandur ki, tutulmaz belə əfsunlar ilə. Nola gər olsa sarı çöhrəsi ərbabi-qəmin, Yüzümüz olsa dilər arizi gülgunlar ilə. Şadlıq qandavü mən qanda, budur məqsudum. Ki, tutum guşeyi-qəm xatiri məhzunlar ilə. Yüz çavurdi sənəmim şimdi olalı ki, kərəm, Bəxti-bərgəştələrü taleyi varunlar ilə. Sadiqi, gər sözünə yar qulağdur, nə əcəb, Yandaşur gövhəri-nəzmin dürri-məknunlar ilə. * * * Sərv qaldı cilvədən sərvi-xuramanım görüb Sərv qaldı cilvədən sərvi-xuramanım görüb, Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb. Gər pərişanəm, vəli şadəm ki, eşqidən rəqib, Xatirin cəm eylədi hali-pərişanım görüb. Yardən də'vayi-qətlim eyləsəm irməs əcəb, Gər pərişan ola şux hali-peşimanım görüb. Mahi-no ovci-fələkdə sanma gər kim aftab, Tutdu üz şərməndəlikdən mahi-tabanım görüb. Oldu təsiri-cünunim öylə kim, rahi –ədəm, Tutdu Məcnuni-dəhrdən hali-giryanım görüb. Sinəmi şak eylədüm hər yan məni bidərdlər, Etdilər rüsvayi-aləm daği-pünhanım görüb. Yar cövrü bəs degilmi, Sadiqi, şad olma kim, Tərki-cövr etdi fələk birəhm cananım görüb. * * * Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç, Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç. Vüsal bəzmida əgər tüşsə ərzi-halə məcal, Hicab dəf'i üçün əl tola-tola qədəh iç. Gör, ey disan fələkün sübhü şamı yeksan, Əgər səbah qədəh tutü gər məsa qədəh iç. Əgər ki, meykədəğə tüşə, möhtəsib, güzərin, Xilafi-məşrəb edüb qılma macəra, qədəh iç. Demə xumari bəladür deyü qədəh içmən, Ki, bar duayi-qədəh dafeyi-bəla, qədəh iç. Qanadı ensə məqamın bəqa əcəl, ey dil, Unutma dövri-qədəhnivü cabəca qədəh iç. Zəman küdurətidin, Sadiqi, əgər bilsən, Mükəddər olmaya könlün, mükərrəra qədəh iç. * * * Könlümün hər dəm girər ol mahsima qoynuna Könlümün hər dəm girər ol mahsima qoynuna, Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna. Sinəmi hal eyləyub ol ay xəyalın bəklərin, Öylə kim, bəkləşdürür xaçını tərsa qoynuna. Bağa girsəm bu sarıq rüxsarü gülgun əşk ilə, Qönçənin istər girə gülbərgi-rəna qoynuna. Gövhəri-əşkim cəhanı tutdu, övladur bu kim, Qoymaya şimdən geri lölöni dərya qoynuna. Qeyr əgər əhbab ilə bəzmi-vüsala yol tapar, Sadiqi alır xəyali-yarı tənha qoynuna. * * * Vüsali müjdəsidin əşkbar gözüm Vüsali müjdəsidin əşkbar gözüm, Gər ağlamas nə əcəb edir nisar gözüm. Gözüm bəyazında xalın xəyalı bağladı nəqş, Qırağını sanma kim, eylədür aşkar gözüm. Könüldə qalmasa bir qətrə qan əmanətdür bana Ki, hər barda tökər qətrə səd hezar gözüm. Fəraq yanımda ki, ağlar oldu səbəbi, Satur qara günə bu tirə ruzigar gözüm. Ni tan yarutsa gözüm xəlvətini sübhi-vusal, Fəraği-şamdə köp çəkdi intizar gözüm. Fəzayi-kuyinə qoy seyri-əzmi birlə qədəm Ki, zahir eylədi hər yanda laləzar gözüm. Qərib aləm imiş eşq, Sadiqi, kim irür, Xəzani çöhrə bilə əbri-novbahar gözüm. * * * Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi, Famxanəsində bir idüm rövşənzəmir etdi. Məgər kim, mai-meydən özgə bir şərbət bulunmazdı, O gün kim, çərxi-varun xilqətim xakin xəmir etdi. Yatıb tutmaqda fərqi yox gədanın şahdən, dövran, Əgər yalın ona qaqım buna bəstər həsir etdi. Behəmdüllah, bu gün bir növcəvan, saqi, əlim tutdu, Məni-üftadəni ənduhi-dövran gərçi pir etdi. Sənin dür tək sözünə, Sadiqi, canan qulaq tutmaz, Səni tutdum ki, dövran ənvəri qıldı zəhir etdi. * * * Şövqim gətürdi cilvəyə ol sərvqaməti Şövqim gətürdi cilvəyə ol sərvqaməti, Münkir imiş, ey həkim, gör imdi qiyaməti. Axır fəqih badə ayağına qoydu baş, Anı qutardı piri-Mutğanın kəraməti. Əğyarı gör nedüm ki, dil azurdə olmayım, Ol ta qəbulun olmadin, olmaz şaməti. Halım yetişdi bir yerə kim, çərx rəhm edüb, Etdi hisar cövrümə səngi-məlaməti. Ey Sadiqi, quvanma vüsalinə dilbərin, Künci-fəraqı bəklə ki, yoxdur nədaməti. * * * Qıldı həngami-səfər sərvi-xuramanım vida Qıldı həngami-səfər sərvi-xuramanım vida, Vəqtidür qılsa təni-dilxəstəni canım vida. Vəsl xanı üzrə çün küfrani-nemət qılmadım, Bəs nədin, ya Rəb, bu yanlığ qıldı imanım vida. Barsa hər yanğə barur ardınca əşki-həsrətim, Eyləməz ol xaki-padən çeşmi-giryanım vida. Yardən şimdi vida əyyamidür, dustlar, Eyləmən heyrət qılursa əqlü samanım vida. Üzri-təqsirat ilə güngü lal olsam, ni bang, Kim, bu yanıklığ eyladi şuxi-suxəndanım vida. Canü tən mabeynda samani-ülfət qalmadı Kim, qılır yüz növ külfət birlə cananım vida. Sadiqi bülbül kibi yığlab tilar avarəliğ Kim, bu gülşəndin qılur gülbərgi-xəndanım vida. * * * Qəmi-fəraqın ilə dərdnak olub gedərin Qəmi-fəraqın ilə dərdnak olub gedərin, Nə dərdnak ki, qəmdin həlak olub gedərin. Gedərlərsə cünun əhli-çakpriahən, Yəbanə söyləmə, min sinəçak olur gedərin. Yakarsa hicr odu aludə cismimi, nə ziyan Ki, vəsl uçmağına safü pak olub gedərin. Rəqib tə'ni gidərməz məni, məazüllah, Demə bu mərəkədən zəxmnak olub gedərin. Qapında böylə ki, qəm payimaliyəm, bilürin Ki, aqibət rəhi-şövqində xak olub gedərin. Vida vəqtidür, ey müddəi, cünunimi gör, Saqın, saqın, yenə bitərsü bak olub gedərin. Nə dövri-xasdur, ey Sadiqi, bu kim, məni-məst, Gəlüb təmani-hünər, eybnak olub gedərin. * * * Əgər dünya budur, bixanü biman olmamız yegdür Əgər dünya budur, bixanü biman olmamız yegdür, Buraqıb işrət əsbabını üryan olmamız yegdür. Bu isə şeyxü vaiz, məscidü minbər tamaşası, Xərabat əhlidin məstü qəzəlxan olmamız yegdür. Bularsa ol cəmaət kim, urarlar lafi-bəxşayiş, Yetər cəm'iyyəti-xatirpərişan olmamız yegdür. Əgər dövlət budur kim, dundən, xəlqi itaətdən, Gəl, ey həmdəm, əlaxan olmamız yegdür. Bulay kim, əl verə bir sərvi-xoşrəftar pabusu, Cəhanda sayədən xak ilə yeksan olmamız yegdür. Nədir keyfiyyəti zöhdü ribavü şəttü damanın, Gigib divanəvəş məstü qəzəlxan olmamız yegdür. Gəhan gülzarının xəndan gülü bərbad olur axır, Buludtik gah xəndan, gah giryan olmamız yegdür. Bulunmaz çün cəhan məmurəsində xaneyimunis, Ənisi-qəm, müqimi-gənci-viran olmamız yegdür. Dədü damın hərifi olmanız, muri-zəifləriz, Demə, ey Sadiqi, mülkə Süleyman olmamız yegdür. * * * Doldu gözüm qubari-səri-kuyi-yardən Doldu gözüm qubari-səri-kuyi-yardən, Gör, gör nələr yetişdi bana ruzigardən. Eşq atəşinə yanma, yakılma demək nədür, Od macərasın istəmədi kimsə xardən. Canandan ayrı təneyi-düşmən nədür bana, Yox ictinabı kalbüdün səngsardən. Tüşdüm mühiti-eşqəvü qurtarmağa bəni, Mövci-bəla arayə çəkər bir kənardən. Əğyarı mötəbər eləmək güc gəlür, nolur, Gər tüşsə Sadiqi nəzəri-etibardən. * * * Əlkidə al alma, imas kim, ata tutar Əlkidə al alma, imas kim, ata tutar, Al ilə aldı könlümi ol şuxi-gül'uzar. Cami-nişat tutsa bir o şah bəzmidə, Tan yok əgər ki, qəm sipəhin qılsa tarü mar. Yüz min nişat birlə quvan, ey könül, sana, Həm yardür müyəssərü həm busü həm kənar. Ol tərki-məst eylədikdin öpər qədəhi-şərab, Tüşsə əlinə, can əvəzin verməgə nə bar. Səngi-həvadisi-qəm ilə yıkılır könül, Saqi şərabi-sağəridin qılmasa hisar. Abbas şah bəzmidə yeksan içər qədəh, Çingiz birlə Sadiqi rindi-meykusar. Bolsun bu şahi-cahangirə dəmbədəm, Dövlət mütivü bəxt rəfiqü zəmanə yar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sadiq-bey-efsar-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1610). Public domain (author died 1610). Original text only.