Qitələr Sadıq bəy Əfşar (1533–1610) Ey qorçubaşı, ey sitəm əhlinə pişva, Şahın qulu olan sözinə bipir gərək. Fərmani-şahdur, versən alduğun geri, Fərmanə baxmadun, sənə mövtdən həzər gərək. Hökmə qulaq asmadınü baxmadun daği, Ərbab zülmü cövrini kurü kər gərək. Mən şamlu fəqiriyəm, sən qəcər bəgi, Sən əhli-şərsənü sana bir əhli-şər gərək. Abbas şah hökminə endürmədün boyun, Boynu yoğunlusan, sana tiğü təbər gərək. Şahdan səninçün alayım bir qəcər dağı, Bildüm yəqin ki, kuni-xərə kiri-xər gərək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sadiq-bey-efsar-qiteler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1610). Public domain (author died 1610). Original text only.