Qəzəllər Kazım ağa Salik (1781–1842) Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl, Gunə-gunə tər şükufə, laləzarın fikr qıl! Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax, Munca kuhi Bisütuni-bərqərarın fikr qıl! Gah qırağında qərar et, mövc edən dəryanı gör, Gah dərya içrə əyləş, həm kənarın fikr qıl! Əbrü badü bərfü baranın qamusun qıl xəyal, Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl! Gah dərdü qəm verir könlə, gəhi zövqü sünır, Gündə yüz gunə dalanan ruzigarın fikr qıl! Dövlətü mal ilə nadan dəstini qılmış fəraq, Təngdəst etmiş cahanda huşyarın, fikr qıl! Demə kim, quşlar həvadə pər ilə pərvaz edər, Yerdə xoş rəftar edən bipay marın fikr qıl! Kimsə baş açmaz xudanın etdiyi əfaldən, Sirrinə yetməz fərasət ruyi-karın fikr qıl! Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə, Leyk anı bilməyə qəlbinin qubarın fikr qıl! Fikr qılma kim, görüm dünyada ol ayinəni, Hiç kəs görməz bu gün, bəs, razi-yarın fikr qıl! Öylə pünhandir ki, pünhanlıqda olmuşdur əyan, Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl! Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər, Əmrinə eylə itaət, zicrü narın fikr qıl! Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr, Etibar etmə cahana, etibarın fikr qıl! * * * Möhnətindən daima halım pərişandır, fələk Möhnətindən daima halım pərişandır, fələk! Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk! Var isə bir özgə dövramn, onu göstər bizə, Yoxsa ki, yaxşı dolanmaz bu nə dövrandır, fələk? Bu nə sövdadır edirsən, ona kim razı olub? Verdiyin dərdü bəladır, aldığın candır, fələk! Sudi yox, nöqsanı çox, bir bibinadır sərmayəsiz, Gər hesab etsən, ziyadə xəlqə nöqsandır, fələk! Sən dəxi bir etdiyindən etiraz et, etiraz, Cümlə aləm gərdişindon didəgiryandır, fələk! Sən nə afətsən ki, səndən hiç can bulmaz rəha. Ya gəda, dərvişü ya soltanü ya xandır, fələk! Salikəm, əl çəkmişəm mən böylə sövdadən, yəqin Çox çətin sövda edirsən, sanma asandır, fələk! * * * Yenə bır mahlıqa şolə salıb bag içrə Yenə bır mahlıqa şolə salıb bag içrə, Sanki tavusi-çəmən çətr vurub zağ içrə. Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal, Mədəni-zər tapılır, gər arasan, dağ içrə. Zülfu xab görünür ruyi-səmən üzrə nə xoş, Nə əcəb, türfə düşüb rəngi-qarə ağ içrə. Yandı canım, bədən içrə şəbi-hicrində bunun, Necə kim şəm yanar hər gecələr yağ içrə. Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim, Kim qoyar ruzi-bəhadə aruği çağ içrə. * * * Qubadır Kəmali-rifəti-Şirvan mə'lum, Maarif mə'dəni xaki-Qubadır. Neçə əhli-bəlağət var onda, Biri Ağabəyü Mirzəbabadır. Biri "Qüdsi" ləqəb Abbasqulu bəy, Diyari-nəzmü şe'rə padşadır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/salik-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1842). Public domain (author died 1842). Original text only.