Müxəmməs Salman Mümtaz (1884–1941) Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun, Dağıtdın xavəri-islamdən küffar kabusun. Məsaciddən dilərdi rus asa öz nəhs naqusun, Gəbərdib, torpağə sərdin həyasız niyyətin rusun. Günəşdən parlaq amalın olub Şərq əhlinə əzhər, Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər! Şərhlər * * * Kitabxana.az · https://kitabxana.az/collections/salman-mumtaz-muxemmes İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.