Müxtəlif şeirlər Salman Mümtaz (1884–1941) Bu da yahu, keçər Qonşulann elmə həvəskar ola, Tibb oxuya, fənnə xəberdar ola, Leyk müsürman gedə cindar ola Dinmə, danışma, bu da yahu, keçər. Rus mine ominibosu, seyr edə, Nems minə deıjabili teyr edə, Molla Cəfər həmzadı təxsir edə, Dinmə, danışma, bu da yahu, keçər. Xivə xanı saxlaya altmış bala, Sim bədən, zəhrəcəbin, göz ala, Məsti-meyü şəhvət olub dal qala, Dinmə, danışma, bu da yahu, keçər. Əbdüləhəd xan sata milləti, Badə verə namus ilə qeyrəti, Puç eyləyə Rusiyyədə sərvəti, Dinmə, danışma, bu da yahu, keçər. Kərpic atan millətə salar ola, Qatır satan ləşkərə sərdar ola, Sırf avam şəxs süpəhdar ola Dinmə, damşma, bu da yahu, keçər. Layihə təqdim edə İngiltərə, Hökm verə zabitə, həm əsgərə, Daxil edə Ləngə ilə Bəndərə, Dinmə, danışma, bu da yahu, keçər. Hacı Məmiş ayda bir arvad ala, Keyf eyleyə, işrət edə, dad ala, Xansənəmi boşlaya, Pərzad ala, Dinmə, danışma, bu da yahu, keçər. Beylərimiz qasdinara keyf edə, Destə ilə fahişəni zeyf edə, Verməyə pul millət üçün heyf edə, Dinmə, danışma, bu da yahu, keçər. İntelligentlər gezələr naz ilən, Gülşənara dilbəri-tənnaz ilən, Evdə qala Gülpəri Çimnaz ilən, Dinmə, danışma, bu da yahu, keçər. * * * Bir tuluq “O mələkzadətıi mütləq sevirəm”. Xalidbəy Səbribəyzadə Şeri-Cavidi görüb gülmüş idim, Demə, biçarədə yoxdur təqsir. Qəhqəhəylə uğunub ölmüş idim, Səbribəyzadəden imiş təğyir, Bən onu çox sevirəm, gop sevirəm. Yeni şair, o müdiri-məğlub, Görmüşə gülmüşü qılmışdı rədif, Gərək, əlbəttə, dəyişsin üslub, Qaba Qafqaz dilin etsin də zərif, Bən onu gop sevirəm, çox seviram. Gör nə xoş qafiyələr işlətmiş: Diqqət et, ağlayaraq, sallayaraq, Üdbayə dodağm dişletmiş, İki dedim, iki dedin sayaraq, Bən onu gop seviram, gop seviram. Heyfsən, qəti-ümid etmə, gözüm, Sən ki, varsan, səmər eylər Qafqaz, Hər söz ilə dəlirib, bitmə, gözüm, Dediyin, işlədiyindir dəmsaz, Səni bən çox seviram, çox sevirem. Kədərim yox, sevərim bən səni çox, Gözəlim, noəməlim, bibədəlim, Şüəra çeşminə əşannı sox, Sən xuram et, dalıdan bən də gəlim, Səni bən hey seviram, gop seviram. * * * Kitabxana.az · https://kitabxana.az/collections/salman-mumtaz-muxtelif-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.