Qəzəl Salman Mümtaz (1884–1941) O gün millət ki əltafı olub şövkətli sultanın, Hilalın haləsi qılsın əhatə türk övtanın. Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur, Daha əflakə yüksəlməz əninü ahü əfğanın. Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü, Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın. Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın. Səmaya doğru toğrul tək sən, ey türk oğlu, uç, yüksəl Ki, sənsən şanlı övladı şərəfli əski Turanın. Bulud altında qalmışdı əgərçi kövkəbi-bəxtin, Gör imdi nəcmi-zahir tək hilalın, nəcmi-tabanın. Gərək taği-müqərnəsdən asılsın türkün tuğrası, Mələklər zibi-duş etsin livasın Ali-Osmanın. Bütün, Mümtaz, ellərdən olar türk milləri mümtaz, Sürər bundan sora türklük çərəfli-çanlı dövranın. Şərhlər * * * Kitabxana.az · https://kitabxana.az/collections/salman-mumtaz-qezel İctimai mülkiyyət (müəllifin vəfat ili: 1941). Public domain (author died 1941). Original text only.