Şeirlər Sayat Nova (1712–1795) thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiri Rəhmət pir ustada, körpü tikənə. Ötən təməlinə bir daş düzeyer. El üçün can qoydum, ömrüm tükətdum. Məzarum qayasını qardaş düzeyer. İgid odur namaqi var, nuni var. Qalxar dizdən tökər, çox-çox kuni var. Hər kimin bir batman qurğuşunu var. Varup zərəbxana fərraş düzəyer. Çarxu-fələk beylə çovqan çalubdur. Ocaz zadələri nəndən salubdur. Hər kim şala həsrət qalubdur. İndi xucrasına qumaş düzəyer. Məvlam nicat yetur soli sağıdan, Saxlaginən namagyan bağıdan. Onun içun çəkilmənəm yağıdan, Sinəmə yaralar sirdaş düzəyer. Nə bülbülsən ki, pərvazın gör(ü)nmaz. Möhübət kəs(i)lmiş, nazun görünmaz. Bəndə Sayatnova yazun gör(ü)nmaz. Yetan qalam almış naqaş düzəyer. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sayat-nova-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1795). Public domain (author died 1795). Original text only.