Taziyanələr Abbas Səhhət (1874–1918) “Varsa doğru sözə həvəs səndə” Varsa doğru sözə həvəs səndə “Kəlniyət”, durma gəl bizim kəndə. Üç nəfər düz adam sənə tanıdım: Hac Xasay, hac Səməd, Əlibəndə. Heç Biri öz tüpürdüyün yalamaz, Verdiyi sözləri geri alamaz. * * * Teleqraf gündə verir xalqa xəbər Telqraf gündə verir xalqa xəbər Balkan əhvalına dair yalanı. Döndərib bir sürü dilsiz qoyuna Türklərin əsgəri tək aslanı. Yetişir Sofiyadan tazə xəbər, Getdi bolqar qoşunu çox irəli. Bir deyən yoxdu, canım, boylə isə Qırx kəlisanı neçün verdi geri? * * * “Ruskoye slovo”, “Novı vremya” “Ruskoye slovo”, “Novı vremya” Balkandakı vulkanları yandırır, Dəm vurarkən insaniyyətdən bu əsr, Qüruni-vüsəta vəhşiyyəti andırır. Balkandakı müharibəyə Menşikov bu gün “Hürriyyəti-əzimə” – deyə qoymuş ad neçün? “Yekdigərə məhəbbət ediniz!” əmr edib Məsih, Etmir bu qövli-əqdəsə bəs etiqad neçün? Qəzetlərin iyrənc yalanlarından İnsan olan kəsin könlü bulanır. Şaqqıldadır damağını Menşikov, Turşu yemiş kimi ağzı sulanır. * * * “Var idi heç olmasa Şirvanda beş-üç il qabaq” Var idi heç olmasa Şirvanda beş-üç il qabaq Məscidin cünbündə tək bir əhli-sünni məktəbi. Şiə, sünni birləşib batinləri birləşməmiş Ooydular adın onun haşa “Üxüvvət” məktəbi. Ortaya çıxdı balıq, xərçəng, ördək yoldaşı, Mollalar bilməm dağıtdı, ya cəmaət məktəbi. * * * Teleqraf müxbiri şərm eyləməyir Telqraf müxbiri şərm eyləməyir, Döndərib aslana balkanlıları. Tutdurur sərçə kimi minlər ilə Hər vuruşda yazıq osmanlıları. Balkanlılar müttəfiqən çalışır Rum elinin tutanda bir köyünü. Telqrafçı deyir: “On şəhr alındı!” Allah yıxsın yalançının evini. * * * Bölgü-bölgü olmuş bu gün Türkiyə Bölgü-bölgü olmuş bu gün Türkiyə: Bir dəstəsi məşrutiyyət istəyir. Bir firqəsi istiqlaliyyət sevir, Bir dəstəsi cümhuriyyət istəyir. Heç kəs düşünmür kim, bu firqəbazlıq Məğlubiyyət, məqhuriyyət istəyir. * * * Ata çıxan ağacı oğlu budaq-budaq gəzər Dünən gecə bikar qaldığıma görə durdum ayağa, bayır-bucaq pal- tarımı geyib başımı bulaya-bulaya qətiteyyi-mənzil edib getdim yetişdim kluba. Gördüm üç cüt bir tək müsəlman “ürəfaları” var. Bunların bir hissəsi qumar və bir hissəsi içkiyə məşğuldur. Burası təəccüblü bir şey deyildir. Çünki indi içki içməmək və qumar oynamamaq eyibdir. Buna sözümüz yox: fəqət bir şey məni təəccübləndirdi. İçki stolunun başın- da əyləşənlərdən birisinin altı yaşında oğlu da yanında vardı. Atası oğlu üçün stəkana pivə töküb qabağına qoyduqda oğlu ona protest eləyib çığırdı: Yox, ata, mən pivə içməyəcəyəm, mən şərab içəcə- yəm. Nə isə, stəkanı atası doldurdu. Uşaqcığın, inan ki, əli tutmurdu, gücü çatmırdı stəkana. Xülasə, kəmali-iştəha ilə nuş elədi. Bunu gördükdə dedim, bəli, bizim yevropalaşmağımız elə belə olar... “Ata çıxan ağacı oğul budaq-budaq gəzər”. İndi bu məsum balanın görünüz ki, gələcəyi necə parlaq və ziyalı bir isan olacaqdır. Bizlərin içki məc- lisimizi görənlər bilər ki, nə qədər ədəbli-ədəbli sözlər orada danışılır və elə uşaqların tərbiyəsinə nə qədər faydası var. O cümlədən haman saat orada oturan ağalardan birisini gördüm, ayağa durub, tufana tutul- muş gəmi kimi valaylıya-valaylıya papağını da əyri qoyduğu halda mənə xitabən: – Ağa Şeyx Şeypur! Şairin bir beyti bu saat xatirimə düşdü – dedi: “Nihali-sərvdir qaşın nun ol nihal üzrə, Misali-nöqteyi-nun xalın ol müşkin hilal üzrə”. ...Yaxşı, bircə de görüm qaşın nunə nə şəbahəti? Nunun ağzı yuxarı, amma əyri qaşın ağzı aşağa, bunda heç bir mü- nasibət görmürəm. – Ha ha ha... – dedim – bəli, bəli, afərin sənin bu zirəkliyinə, çox yaxşı anlamısan. Yəni taxsır səndə deyil, şairlərimizdədir. O elə demə- səydi, sən də belə deməzdin. Türkün bir misalı var: “Ata çıxan ağacı oğul budaq-budaq gəzər”. Hə, indi qulaq as, mən də səninçün birisini deyim: – Yüz il bundan müqəddəm nemsə şairlərindən məşhur Şiller “Eşqiyalar” adlı faciəsində bir bahadırın dilindən deyir: “Nə hiddətlənirsən, deyəsən gedib türkləri Yevropadan çıxaracaqsan”. Odur ki, indi Yevropanın yetişmiş uşaqları da həmin sözləri küçələrdə deyirlər! Pəs keçmiş rəhmətliklər yaxşı demişlər ki, “Ata çıxan ağacı oğlu budaq-budaq gəzər”. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sehhet-taziyaneler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1918). Public domain (author died 1918). Original text only.