Əsərlər Səməd Mənsur (1879–1927) Ey həkim Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim! Nə cibimdə parə, nə evdə çörək var, ey həkim! Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim! Ət yemək pəhrizini əmr etmə kim bazardə, Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim. * * * Rəngdir Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir. Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir, Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir, Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir. Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir. Görmədim bir zərri-xalis buteyi-nasutdə, Mənəvi min ləkə gördüm ləldə, yaqutdə, Biqərəz insan olur görmək fəqət tabutdə, Bilməzəm varmı sədaqət aləmi-lahutdə , Azma fikrim, cümlə ecazü kəramət rəngdir. Hər kəsin cibrili kəndi qəlbidir, vicdanıdır, Var isə insafı şəxsin, dinidir, imanıdır, Bədnihad insanların öz nəfsi, öz şeytanıdır, Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır, Mabəqi övhamdır, şərü təriqət rəngdir. Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə, Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə, Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə, Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə, Anladım ki, zöhdü təqva, eyşü işrət rəngdir. Qıl təsəvvür bir daha şairlərin xülyasını, Aşiqi-zarın başında seyr qıl sövdasını, Qəbri aç, göstər ona Şirinini, Leylasını, Bir ayılsın da, düşünsün gördüyü röyasını, "Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngdir". Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya, Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda, Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda, Nəfsi uğrunda görürsə hər bəla, hər macəra, "Məslək"ə isnad edər, məslək, dəyanət rəngdir. Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm, Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm, Böylə halda kimsədən bihudədir ummaq kərəm, Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm, Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir. İndi ki, mümkün deyil aləmdə olmaq kamyab, Ey gözüm qurbanı saqi, ver genə sağər şərab, Ver genə sağər şərab, ey saqiyi-alicənab, Bəlkə badənlə edə Mənsur rahət iktisab, Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir. * * * Söyüşün Söyüşün, ey nəciblər, söyüşün! Fəxri-millət ədiblər, söyüşün! Söyüşün, görsənə şücaətiniz, Söyüşün, vazeh ola qeyrətiniz, Söyüşün, kəşf ola nəcabətiniz, Söyüşün, artıq ola hörmətiniz! Söyüşün, ey nəciblər, söyüşün! Fəxri-millət ədiblər, söyüşün! Çünki yoxdur bir özgə sənətiniz, Həcv satmaq olub ticarətiniz, Pul qazanmaq olarsa niyyətiniz, Gərək hökman ola rəqabətiniz. Söyüşün, ey nəciblər, söyüşün! Fəxri-millət ədiblər, söyüşün! Yazılar aləmin bazar eləyin, Ərsəni bir-birinə dar eləyin, Bir-birin səbnədən kənar eləyin, Nə xəcalət çəkin, nə ar eləyin. Söyüşün, ey nəciblər, söyüşün! Fəxri-millət ədiblər, söyüşün! Hər kimin xılt olursa xununda, Şübhə yoxdur onun cünunda, Nə ola kuzəni dərununda, Əsəri görsənir birununda. Yəni siz ey nəciblər, söyüşün! Fəxri-millət ədiblər, söyüşün! * * * Bizdə də var, sizdə də var Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var. Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var. Nəfsi-mənhusi üçün müttəsil hər cildə girən Aşiqi-zövqü-səfa sizdə də var, bizdə də var. Sanma biganə məni xoş görünən halınıza, Toqi-zənciri-bəla sizdə də var, bizdə də var. Bigünah kəsləri mührumi-səadət eləyen Qəlbsiz əhli-cəfa sizdə də var, bizdə de var. Mərifət qanmayan erbabi-rəyasət min-min Qan udan əhli-ziya sizdə də var, bizdə də var. Sanma səhvən özünü mehri-məhəbbət kanı, Ədəmi mehri vəfa sizdə də var, bizdə də var. Vətənin satmayan, əhbabinə təqdim eləyən Şanlı ərbabi-səxa sizdə də var, bizdə də var. Gərçi bizlər elədik qibleyi-aləm tərkin Təzədən xan, bəy, ağa sizdə də var, bizdə də var. Müstəbidlik bəşərin mayeyi-zatində imiş, Qan içən Şümri-dəğa sizdə də var, bizdə de var. Derler ərzi-bəşər axır olacaqdır cənnət Boylə bir zənni-xəta sizdə də var, bizdə de var. * * * Gülməlidir Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm, Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm. Rəngidir ruhi bədən, məsnədü çənbər, deyirəm. Rəngidir bütgədə, atəşgədə, minbər, deyirəm. Duyaraq cümleyi-afaqə bərabər, deyirəm, Etirazın mənə, ey tazə cavan, gülməlidir. Tayiri fikrim ilə göyləri gəzdim yeksər, Ta görüm ki, nə imiş şəmsü kəvakib və qəmər. Parlayır dideyi - əcubə kimi min əxtər, Hərə ulduz arayır baxtına həp ondan əsər- Gözləyir, mənzərəsi etdi məni zirü-zəbər, “Nöh fələk”dən hanı bəs namü nişan? Gülməlidir. Parçalar gördüm uçur hər tərəfə sərgərdan, Bilmək olmaz belə saylannı - milyan-milyan. Hamı bihuş-şüur etmədə daim dövran, Ədəmi-nəzmi-nizam əqlimi qılmış heyran, Nə demək Əqrəbü Cövza, o Həməl, ya Sərətan. Vəhmdir həpsi xəyalat, inan, gülməlidir. Göyü, əflakı burax, ərzdən et əzm-kəlam, Bu nədir fırlaniyor ortada top kimi müdam? Milyon illər dönüyor, lüccədə tutmaz aram, Milyon illər edəcəkdir yenə şuğlunda davam, Neçin, aya, nəyə lazım bu təkabu, bu xuram? Ədlin olsun necə gör bu dövəran, gülməlidir. Parça bu cismi-müdəvvərdə doğulmuş insan, Bir takım gəlməlidir, bir takım ifnayə rəvan, O gələnlər, yaşayanlar gedəni görməz, aman! Bu nə qəflət, səbəbi rəngidir, ey adəmyan, Rəngi qoymuş bu kiçik şeyləri həp sərgərdan, Hirsi-sevda ona heç verməz aman, gülməlidir. Görə bildinmi bu aləmdə sədaqətdən əsər? Kimdə gördün, nə zaman? Ver bizə də barı xəbər. Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər? Hansı bir qüvvə bunu qılmış ona müstəhzər? Bəlkə mən səhvdəyem, səhvimi, vazeh, göstər, Yoxsa bu səndəki hiddət, həyəcan gülməlidir. Bu səadət, bu təcahül, bu cəram ağlamalı, Xalq təhzibinə manedi, müdam ağlamalı. Hamı məmnundur özündən, bu, tamam ağlamalı, Hamı vermiş ferəsi-nəfsə lücam, ağlamalı. Xasü am ağlamalı, püxtəvü xam ağlamalı, Bunu inkar eləyən mötərizan gülməlidir. Rəngi anlatdı məni təcrübələr çox əyyam, Nərəyə baxdım isə rəngi göründü mənə tam. Bircə misra da qoyub Xacə bütün bəhsə xitam: “Hər kəsi ruzi-behi mitələbəd öz əyyam”1. Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam, Mənü sən gülməlidir, pirü cavan gülməlidir. Rəngi bu dehrdə təlin eləmişdir beşəri, Gəlməz heç guşədən aləmdə ədalət xəbəri Al da tədqiq elə “Timon Afinski” əsəri, Gör: Şekspir nə deyir - Hikmətin ali pədəri, Rəngidir, rəngi-deyir, xilqətin ancaq səməri, San bir rəngə boyanmış bu cahan, gülməlidir. * * * Səni mən sevməyirəm, sevməyirəm Bir zaman millətimiz alim idi, Bilmirəm noldu ki, yatdı əbədi. Get-gedə qəflət edib, elmə dedi: ‘Səni mən sevməyirəm, sevməyirəm”. Cahil olduq da qapandı gözümüz, Qanmadıq, evmizi yıxdıq özümüz. Sənətə, elmə bu oldu sözümüz: Səni mən sevməyirəm, sevməyirəm”. Rövzəxan söydü bizi hilət ilə: Xəlqin ağzın qapadı lənət ilə. Anlayan şəxsə dedi nifrət ilə: Səni mən sevməyirəm, sevməyirəm”. Mollalartəfriqeyə 0ldu səbəb, Çıxdı yetmiş ikidən çox məzhəb. Dedi yek digərə bunlar əğləb: Seni mən sevməyirəm, sevməyirəm”. Zillətə, cəhlə düşəndən bu yana Düşmən olduq mədəniyyətlə fəna. O bizə söylədi, bizlər də ona: “Səni mən sevməyirəm, sevməyirəm”. Yar ararkən özünə Sonya xanım, Deyirik: “Gəl, başma mən dolanım”. O bizə söylər: ‘İtil, get, a canım, “Səni mən sevməyirəm, sevməyirəm”. Çatacaq övladımız on yaşına, Qətlü qarət dolur ancaq başına. Deyir öz qovmuna, öz qardaşına: “Səni mən sevməyirəm, sevməyirəm”. Günü-gündən işimiz oldu yaman, Rahətü afiyətü əmnü aman Əlvida etdi bizə, qıldı bəyan: “Səni mən sevməyirəm, sevməyirəm”. * * * Naz et Ey rəhmli canan, elemə ülfəte adət, Nazınla vüqarın verər ətvarına zinət, Bihudə gülümsünmə, vüsalında nə ləzzət, Sıx qəlbimi, yansın ciyərim, qanımı qəynət, Cövrünlə dəri-sirri-nihanı mənə baz et! Naz et mənə, ey sevgili yarım, mənə naz et! Gər olmaya dövründə gülün xari-dilənduz, Gər mümkün ola bülbül üçün vəsl şəbü ruz, Nə bülbül olur dəhrdə, nə nəğmeyi-cansuz, Qoyma ki, cəmalın ola üşşaqına dilduz, Hicrində məxatib səbəbi-talei-biruz, Təlimimi, təhsilimi, ey şux, diraz et! Naz et mənə, ey sevgili yarım, mənə naz et! Mahiyyətin əsrin nə bilir mərdümi-məsud, Məsud olanın hər diləyi kəndinə mövcud, Şeri, qəzəli, musiqisi, qəlbi qəmalud, Onlar da sanır hər üçünü kəndinə məbud. Qoyma, gözəlim, mən olayım heykəli-bisud, Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et! Naz et mənə, ey sevgili yarım, mənə naz et! Hicranı sevən görməsin ömründə vüsali, Firqətlə yanan yalnız olur mətləbə hali, Təzyiqdədir fəzl, hünər, rəncü məlali, Məsud mənə, dilbər, o rəbbanı cəmali, Dindirmə məni, qeyriləri məhrəmi-raz et Naz et mənə, ey sevgili yarım, mənə naz et! İnsanlar hamı görmədiyi aləmin istər, Sağlam ürəyin xəstə satıb, mərhəmin istər, Nəfsi, həvəsiyçin səni yox, həmdəmin istər, Hər kəs özün istər, deyərəm xoş dəmin istər, Mən istəmərəm vəslini, könlüm qəmin istər, Mən söyləmərəm çövrü, cəfanı mənə az et! Naz et mənə, ey sevgili yarım, mənə naz et! Eşqdir əzəldən yaradan kövnü məkani, Dünya denilən əski binayə odu, bani, Kibrində, qümrunda rümuzati-məani, Şairlərə cövrün veriyor təbi-rəvani, Mənsurun, əya, tanrısı, ey sevgili cani, Yax qəlbimi hicranın ilə, təbimi saz et! Naz et mənə, ey sevgili yarım, mənə naz et! * * * İki aşığın deyişməsi Qoca aşıq Cavan aşıq bir qulaq ver amandır, Səndən somşmah neçə sözüm var. Düşünməsən, onda halın yamandır, Alaram sazını, onda gözüm var. Cavab Sözlərini somş, qorxutma məni, Söz bilməsəm ortalığa girmərəm. Cavanhğım aldatmasın heç səni, Cavabın verərəm, sazı vermərəm. Qoca aşıq ° R|mdir ki, qan ağlayır qəminden? ° J^İ^dir ki, heç düşməyir dəmindən O kimdir ki, ayrılıb həmdəmindən Buna cavab verən aşıq var olsun! Cavab ° kəndlidir qan ağlayır qəmindən, Ispalkomdur heç düşməyir dəmindən, O Çagindir ayrılıb həmdəmindən Söz soran aşığa allah yar olsun! Qoca aşıq O nədir ki, surətləri soldurur? O nədir ki, cibişdanı doldurur? O nədir ki, toyuqlan güldürür? Buna cavab verən aşıq var olsun! Cavab O ÇEKA-dır surətləri soldurur, O rüşvətdir cibişdanı doldurur. Təriflərdir toyuqlan güldürür, Söz soran aşığa allah yar olsun. Qoca aşıq O nədir ki, qazan kimi qaynayır, O kimdir ki, dil-dodağm çeynəyir, O kimdir ki, heç bilməyir neyləyir? Buna cavab verən aşıq var olsun! Cavab İnqilabdır qazan kimi qaynayır, DcvletUdir dil-dodağın çeynəyir, Narkomlardır heç bilməyir neyləyir, Söz soran aşığa allah yar olsun. Qoca aşıq O kimdir k.i, alov yağır gözündən? O kimdir ki, məna çıxmır sözündən? O kimdir ki, qorxar özü-özündəu Buna cavab verən aşıq var olsun. Cavab Mirzoyandır aiov yağ«r gözündən, Mirbəşirdir məna çıxmaz sözündən, Qəzənfərdir qorxar özü-özünoən Söz soran aşığa allah yar olsun. Qoca aşıq O kimdir ki, aran .bilməz, qış bilrnəz? O kimdıı ki, pul qazanar, iş bilmə.z? O Kimoır ki, aylarla bışnıiş bıiməz"? Buna cavab verən aşıq var olsun. Cavab O fəhlədir, aran bilməz, qış bilməz, Dövlətlidir pul qazanar, iş bilməz, O kəndlidir, aylarla bişmiş bilməz, Söz soran aşığa allah yar olsun. * * * Bacıoğlunun dayıya ərizəsi Ay dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz, Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz. Yer mənim, lehmə mənim, vışka mənim, neft sənin, Beləliklə, düzələr müşkül işi hər kəsənin. Mənim olsun suları, çayları bu dəryanın, Balığı, ikrası olsun a dayı, qurbanın. Muğanın çölləri, səhrası mənim, arxı mənim, Pambığı al sənin olsun, kim olar söz deyənim. O dəmir yollarının altı mənim, üstü sənin. Yük vaqonları, klaslar, paravoz, tüstü sənin. Varidatı sənin olsun, buna yoxdur sözümüz. Poçtu da, gömrükü də al, veririk lap özümüz Qoy Böyük şor duzu qalsın bizə bozbaş yeməyə, Dilimiz olsun Azərbaycana bir söz deməyə. Nə qədər misü-dəmir var, sənin olsun, nə sözüm! Nə dənizdə, nə qıraqda əbəda yoxdu gözüm! Əmri-fərman sənin olsun, onun icrası mənim, Hər şeyin nəfi sənin, davası, qovğası mənim. Can dayı, səndən ufaq bir diləyim var mənim. Mən ölüm sanma ki, başqa kələyim var mənim. Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet, Ver ki, daim eləyim əmrinə qul tək xidmət. Bizim el qorxma yatıbdır, yeri rahatdır ona Ona gəl dəyməyinən, bir yekə minnətdir ona. * * * Dayının bacıoğluya cavabı Bacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk? Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək? “Bu sənin, o biri mənim” yazdığını anlamadım. Sərhədindən dışarı sən deyəsən atdın addım. Mən dayı, sən bacıoğlu, sən uşaq, mən yekəyəm, Sən bir ovlaq kimi şeysən sürüdə, mən təkəyəm. Görünür boşdu başın, yoxdu sənin mərifətin, “Bölüşək” nə? A ədəbsiz, gicişir yoxsa ətin? Naəlac oldum əzəldən sənə tapşırdım işi: Çaşaraq yoxsa sanırsan özünü sən də kişi? Sənə verdim kabinet, avtomobil, portfeli, Əqlini aldı başından səni lap etdi dəli. “Mən”, “mənim” bir də desən, bax kəsərəm lap dilini, Bir də dinsən verərəm qoltuğuna zənbilini. Əbləh oğlu, səni qoydum ora huşyar olasan, Tutasan göz qabağın, bir uca divar olasan. Arxada mən işimi sazlayım, əncama salım, Azəri türklərini qafil edib damə salım. Əbləhanə bu xəyalatı başından uzaq et! Gecə ye bozbaşını, iç çayını, get işə yat! Yer mənim, neft mənim, kənd ilə xırman da mənim. Qəsəbə, şəhr mənim, bağ ilə gülşən də mənim. Ortağım yoxdu dənizdə, quruda, dağ-daşda, Bir özün yaxşı düşün, var isə ağlın başda? Sən özün, varü-yoxun, əhlü-əyalın da mənim, Baxışın, tərpənişin, fıkrü xəyalın da mənim. Adə russan? Malorus, ermənisən? Sarsaq adam, Səni millət sanaraq qeydinə bir zərrə qalam? Sən unutma ki, mənim bəndeyi-fərmanımsan! Əmrimə etsən itaət, gözəl oğlanımsan! Sözümə baxmasan, onda çəkərəm Moskvaya! Səni də bənd edərəm adı görünməz yuvaya. * * * Oğlum Əhməd Tofiqə vəsiyyətim Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman, Hüquqa malik olur millət, gülür vətənim. Hüquq-hüquq nə gözəl şey! Yetişməz isə əlim, Mən ölmüş olsam, unutma hüquqa həsrətimi, Qızıl qüyuddə mənən çəkən əziyyetimi. O gün məzanma qoş! Sanma bir ovuc xakəm O gün vürudunu gözlər o xaki-qəmnakim. Qoşub məzarıma ver Əhmədim, bəşarətini Duyar qubarım inan giryeyi-səadətini. * * * Kitabxana.az · https://kitabxana.az/collections/semed-mensur-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1927). Public domain (author died 1927). Original text only.