Şeirlər Seyid Əzim Şirvani (1835–1888) Aləmdə səsim var mənim Əmərəm ləblərini ta nəfəsim var mənim, Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim. Gəldi qanımı töküb yar qurtatsın qəmdən, Şükr lillah ki, könül, dadrəsim var mənim. Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan, Qoy nəva ney tək edim ta nəfəsim var mənim. Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir, Bu əcəb təng olan gör qəfəsim var mənim. Bikəsəm aləm ara, dərdü qəmindən özgə, Nə həvadarü nə yavərü nə kəsim var mənim. Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən, Ey könül, böylə deyil, pişü pəsim var mənim. Karvan getdi, könül, qafil edirsən nalə, Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim. Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm, aləmdə səsim var mənim. * * * Bir dostun məktubuna cavab Əssəlam, ey güli-gülzari-vəfa! Əssəlam, ey gühəri-bəhri-əta! Ey salan yadə məni-heyrani, Sənə qurban bu həzinin cani! Hər zaman ki, fələki-şöbədəbaz Vermiş idi mənə min suzü güdaz, Ol güli-gülşənimin hiçrani, Mənə təng etmiş idi dünyani. Həmdəmim naləvü fəryadü fəğan, Göz yaşını seyl tək olmuşdu rəvan. Çox pərişan idi qəmdən halım, Kafər ağlardı görə əhvalım, Xatirim hicrdə məşğuli-xəyal, Gözlərim müntəziri-rahi-vüsal. Nagəhan nameyi-yari-kamil Mənə bir şəxsdən oldu vasil. Öpübən naməni qoydum gözümə, Gəldi can cismimə, taqət dizimə. Vəh, nə məktub Gülüstani-İrəm! Vəh, nə məktub, güli-baği-kərəm! Vəh, nə məktub ki, babi-rəhmət! Səfhəsi səfheyi-baği-cənnət. Sətrlər sanki xiyabani-behişt, Etdi namən məni mehmani-behişt. Nöqtəsi mərdüməki-dideyi-hur, Vəsfini etməyə əqümdə qüsur. Oxudum naməni, oldum ehya, Etdi Nuh oğlunu ehya İsa. Sanki bir pirəhəni-Yusif idi, Çeşmi-Yəqubi münəvvər elədi. Hər səvadın oxudum, can tapdım, Xızr tək çeşmeyi-heyvan tapdım. Barilaha, olasan şad müdam, Məni şad eylədin, ey fəxri-kiram! Eyləyib xürrəmü xəndan məni, Eylədin aləmə sultan məni. Sən görüm aləmə sultan olasan! Təxti-izzətdə Süleyman olasan! Eylədin mən kimi bir murə kərəm, Etməsin lütfünü həq səndən kəm. Var ümidim ki, xudavəndi-qəfur, Edə mən bikəsə vəslin məqdur. Yenə vəslindən ola şad könül, Ola bu qüssədən azad könül. Gələ bu mürdə olan cismimə ruh, Ala saqilər ələ cami-səbuh. Yenə bərpa ola bəzmi-işrət. Can tapa ləli-ləbindən ləzzət. Daim əbr içrə gün olmaz məstur, Çıxıb axırda verər aləmə nur. Bir qərar ilə deyil çərxi-mədar, Gah olur fəsli-xəzan, gah bahar. Yenə gütlər açılır, yaz olur, Yenə bülbül gülə dəmsaz olur. Vəslüvə can yetər inşaallah! Bu bəlalər bitər inşaallah! Ta təsəlli tapa dil hicrin ara, Bir qəzəl tazədən etdim inşa. Var ümidim oxuyub şad olasan, Hicrə səbr etməyə mötad olasan. * * * Bir məktuba cavab Bir vəqti-xocəstə, hiyni-xürrəm- Kim, talib idi könül dəmadəm. Bir qasidi-xoşxəbər, hünərvər, Yəni rəvişi kəmali-şəkkər, Cünbani-səlasili-müvalat, Həm baniyi-xaneyi-məalat, Ramidehi-xatiri-rəmidə, Şadidehi-qəlbi-qəmrəsidə, Məktubi-şərifini gətirdi, Dildən qəmü qüssəmi götürdi. Nə namə ki, məhz ruhə rahət, Sərməşqi-fəsahətü bəlağət! Dil bəzmini eylədi münəvvər, Can bağını qıldı tazavü tər. Bər verdi ümidimiz nihali, Dil mənzili qəmdən oldu xali. Məzmunu çün oldu cümlə məfhum, Rəf oldu könüldə dərdi-məğmum. Təsnimi-həvayi-inbisatı, Açdı dil ara güli-nişatı. Hər nüktə ki, olmuş idi izhar, Dil oldu qamusuna xəbərdar. * * * Bir məktuba cavab Dusti-girami, sənə olsun səlam! Sənsiz olub eyş bizimçim həram. Gül açılıb, mövsümi-gülzardır, Bülbüli-xoşləhcə yenə zardır. Daği-dilin zahir edib lalələr, Sağəri-reyhanə dolub jalələr. Hüdhüd olub qasidi-şəhri-Səba, Müjdə verir aləmə badi-səba. Təxtə çıxıb bağdə sultani-gül, Zahir edib şövkət ilə şan gül. Sərv açıb bağdə xəzra ələm, Lalə olub xosrovi-mülkiƏcəm. Səfheyi-gülzar olubdur səfa, Bülbül oxur nəğməni sübhü məsa. Fərşi-zümürrüd döşənib gülşənə, Çümlə olub bağ müəttər yenə. Aç gözümi, səfheyi-gülzarə gəl, Az bu qədər möhnət ilə zarə gəl! Çək çəmənə Yusifi-dövranı sən. Kövkəbi-rəxşan, məhi-tabanı sən. Bas qədəmin, bağı elə payimal, Qalmaya gülzardə hərgiz cəlal. Seyyid ilən seyri-gülüstan elə, Düşməni-nadan ciyərin qan elə! * * * Bir nəfər dosta Əla, ey sərvəri-niku-xəsail- Ki, səndəndir fəxarət ruzigarə. Əla, ey sərvəri kim, seyti-fəzlin Yetib aləmdə gün tək iştiharə. Keçən gün tifli-çakərzadə ilə- Ki, həq vermiş onu məni dilfikarə, Durub qəm kəsrətindən kuçə içrə, Edirdik əcz ilə hər yan nəzarə, Nümayan oldu nagəh bir cənazə, Aparırlardı dəfn üçün məzarə. Düşüb bir tifl dalınça o nəşin, Edib qəmdən yaxasın parə-parə. Açıb başın, töküb gülrəng yaşın, Gəlib fəryadə manəndi-bəzarə. Deyərdı nalə ilə key, babacan, Aparırlar səni bir bəd diyarə: Lihafın xiştü bəstər qarə torpaq, Olur tömə vücudin murü marə. Nə abü nə qida, nə şəmü şərbət, Misali-bəxti-əhli-şer qarə. Bu halı tifli-çakərzadə görcək, Gəlib fəryadə düşdü ahü zarə- Ki, vaveyla, məgər ağa, bu nəşi Qoyacaqlar bizim evdə məzarə? Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür, Bu gunə sözləri eylə kənarə. Dedi:- Bu vəsflər kim, söylər ol tifl. Bizim ev halətin gətdi şümarə- Ki, nə abü ğiza, nə şəmü şərbət, Çəkibdi fəqr odu onda şərarə. Həqiqət hal, ey fəxri-zəmanə, Bu halətdir nihanü aşikarə. Əgər bundan ziyadə kəşf qılsam, Düşər od xirməni-səbrü qərarə. Ümidi-Seyyid oldur bu məlalə- Ki, etsin himmətin lütf ilə çarə. Behəqqi - Seyyidi -ruzi-qiyamət- Ki, şafedir hami xürdü kibarə. Nə xahiş eyləsən, olsun müyəssər, Yetişsin şövkəti ruzi-şümarə. * * * Hacı və molla əhvalatı Var idi Şahsevəndə bir hacı, Şahsevənlər təmam möhtaci. Sahibi-dövlət idi çox ol kəs, Naqəvü kusfəndü çoxlu fərəs. Vardı Bozlar adında bir köpəyi, Qoyunun pasibanı, at köməyi. Əzqəza, bir gün öldü Bozlari, Oldu haci onun əzadari. Edibən qüsl, hazır etdi kəfən, İzzət ilə götürdü çox yerdən. Qazıb əhli-qübur içində məzar, Oldu mədfun qəbr-ara Bozlar. Verdi Bozlara yeddi gün heyrat, Istədi həqdən ona həsənat. Hali olmuş bu halə bir molla, Çəkdi fəryad, qıldı vaveyla. Dedi: - Va milləta! Nədir bu xəta, Zaye oldu şəriəti-qərra. Dindən çıxdı bu güruhi-əvam, Bərtərəf oldu hörməti-islam. İt nədir, dəfnü kəfnü qəbristan, Getdi əldən şəriətü Quran. Mindi bi at molla, düşdü yola, Ta gedir məhşər eyləsin bərpa. Çatmamışdı hənuz o hiylətgər, Verdilər haciyə bu halı xəbər- Ki, filan molla qilü qalə gəlir. Dedi: - Yox, özgə bir xəyalə gəlir. Sürüdən tez ayırdı əlli qoyun, Dedi: - Siz bunları yol üstə qoyun. Özü çıxdı onun qabağinə, Mollanın keçdi solü sağinə. Dedi: - Ey naibi-imami-zəman, Sənə olsun atam-anam qurban! Öldü Bozlar, ah, sındı belim, Kaş gözündən bataydı cümlə elim. Necə Bozlar, o çapükü huşyar, Pəncədən şirü yelgədən kaftar. Canavar ondan eylə qorxardı- Ki, sədasın eşitcək ağlardı. Hafizi-xeylü pasibani-rəmə. Gecə-gündüz olan şəbani-rəmə. Sahibi-dövlət ilə malım idi, Baisi-sərvətü cəlalım idi. Çox idi gərdənimdə həqqi mənim, Dedi: - Olsun hərirdən kəfənim. Hər vəsiyyət ki, etdi qıldım əməl, Bir vəsiyyət sizinçün etmiş əzəl. Söyləyib siz cənabə əlli qoyun, Demişəm onları yol üstə qoyun. Qoyun adın eşitdi çün molla, Dedi: - Əhsən bu halə, nami-xuda! İt demə, ol dəxi bizim birimiz, Belə ölmüşlərə fəda dirimiz. Rəhməti-həqqə ol düçar olsun, Səgi-Əshabi-kəhfə yar olsun. Oxuyub sidq ilə ona yasin, Özü də saxladı onun yasin. * * * Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən, Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən. Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi, Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən. Zəbani-türk ilə agah eylər əhli-Qafqazı, Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən. Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı, Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən. Nəsimi sübhtək feyzi olub bu aləmə sari, Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən. Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə, Ki, verdi imperaturi-cahanpərvər ədalətdən. Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami, Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən. Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid, Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən. İlahi padşahi-Rusun eylə dövlətin əfzun, Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən. * * * Həmədan kəndinin hekayəsi Həmədan ölkəsində xud əlan Vardı bir qəryə, xəlqi çox nadan... Bir il ol qövmə rəht olur baran- Ki, qalırlar səfilü sərgərdan. Edir ol qövmi-zar cəmiyyət- Ki, gərək tanrıya verək rüşvət, Ta bizə göydən endirə baran. Bir qədər simü zər qılıb saman, Bağlayıb dəstmalə simü zəri. Kətxuda azim oldu mövlayə, Düşdü biçarə kuhü səhrayə. Gəzdi səhrani zarü sərgərdan, Əldə rüşvət, özü xuda-cuyan. “Rəbbi ərni” deyib gəzirdi rəvan, Nagəhan bir səvarə oldu əyan. Demə kim, bir əmiri-şahsəvar Eyləyibmiş o gündə əzmi-şikar. Əldə şahini-ahənin mixləb, İki tazi yanında tövqi zəhəb. Görcəyin ol əmiri-zişani, Tutdu heyrət o mərdi-nadani. Belə fikr etdi kim, xudadır bu, Dedi kim, dərdimə dəvadır bu. Yürüyüb səcdə qıldı ol kövdən, Dedi: - Ey xaliqi-zəminü zəmən! Məni göndərdi bir bölük füqəra, Ərz edirlər ki, ey şəhi-vala, Bu qədər simü zərdi rüşvətimiz, Yoxdu bundan füzunə qüdrətimiz. Bizə barani-rəhmət eylə əta, Nari-rəht ilə yanmasın füqəra. Ol əlün üstə Cəbrailə qəsəm, Bu iki şux Əzrəailə qəsəm. Bizi rəhmətdən eyləmə növmid, Qifli-məqsudə şəfqətindü kilid. Bildi kim, əqli yoxdu, müxtəsəri, Aldı, etdi qəbul simü zəri. Dedi: - Oldu qəbul rüşvətüvüz, Yaxşı niyyətdü, qorxma, niyyətüvüz. Bu gələn cümə biqüsuru güman Sizə nizal eylərəm baran. Şad olub gəldi ol fəqir, səhər, Verdi bu macəranı xəlqə xəbər. Dedi: - Gördüm xudayi-ərşi-bərin, Əlinin üstə Cəbraili-əmin, İki Əzraili yanında əyan, Tizçəngalü ahənindəndan. Görcəyin səcdə eylədim bünyad, Eylədim rüşvətimi pişnəhad. Gərci bir töhfeyi-mühəqqər idi, Leyk ikram ilə qəbul elədi. Ruzi-cümə o mənbəyi-ehsan Bizlərə vədə eyləyib baran. Əzqəza, ruzi-cümə yağdı yağış, Mürtəfe oldu seyl yeddi qarış. Qəryə heyvanları həlak oldu, Xəlq tufanla zəhrəçak oldu. Dedilər: - Ol xudayi-biminnət Harda görmüşdü min tümən rüşvət? Pulu çox gördü, eylədi ifrat, Deyəsən ki, atıbdı həbbi-nişat. * * * Hikmət İki aqil kəs eyləməz dəvə, Eyləməz bir-birinə büğz əsla. Cəng əgməqlə eyləməz aqil, Əqli başında olsa gər kamil. Onu nadan söysə vəhşətlə, Bu onu ram edər fərasətlə. Dostluq bil ki, tari-mu kimidir, Büğz bir səng, ol səbu kimidir. Gər iki dost olsa sahibdil, Onu hifz eyləmək deyil müşkil. Saxlayar bir tükü iki aqil, Hər ikisi əgər deyillər cahil. Hər ikisi ki, olsa tirəzəmir, Onlara tab eyləməz zəncir. * * * İsgəndər dövründə iki həkim Vardı İsgəndər əsri iki həkim, Mülki-yunanda, vacibüt-təkrim. Onların düşdü çün mübahisəsi- Ki, nədəndir zəmanə hadisəsi? Ol nə bürhan gətirdi hüccət ilə, Bu onu rədd edirdi hikmət ilə. Hər nə mətləb ki, qıldı bü ünvan, Ol gətirdi buna gözəl bürhan. Hərçi ilzamə oldular talib, Birinə olmadı biri qalib. Aqibət şərt qıldı iki təbib, Hərə bir zəhr eyləsin tərtib, O bunun zəhrini içə, bu onun, Ta bu tövdayə kim olur məğbun? Birisi şərbət eylədi tərtib, Zəhr hazır qılıb ikinci təbib. Bir-birə verdilər məhabət ilə, Birisi içdi zəhri cürət ilə, Bilmədi zəhr olduğun anın, Belədir müqtəzası1 dövranın. Etmədi xövf səmmi-nafizdən, Qaldı ol şirdil səhihbədən. Ol biri içdi xövf ilə şərbət, Dari dünyadan eylədi rehlət. Öz işindən onu qiyas etdi, Vəhşətindən zəmanədən getdi. * * * İsgəndərin vəqəsi Nəql edirlər ki, bir gün İsgəndər Eylədi bir xərabə sarı güzər. Gördü nagəh xərabədə bir pir, Arizi rəşki-afitabi-münir. Maili-taəti-xudayi-əlim, Etmədi padşahə bir təzim. Xişmnak oldu padşahi-qəyur, Dedi: - Ey rahi-mərifətdən dur, Nə üçün şahə etmədin təzim? Mənəm İsgəndəri-fələktəkrim. Asiman-qədr şahi-dövranəm, Lütfə dərya, səxavətə kanəm. Mənəm iqlim-girü bac-sitan, Hökmümə tabe oldu cümlə cahan. Dedi: - Ey şah-vacibüt-təkrim, Sənə bir kimsə eyləsin təzim – Ki, ola səndən ehtiyacı onun, Dövlətindən ola rəvacı onun. Qaneəm mən ki, künci-viranə, Sözlərindir yanımda əfsanə. Hirs ilə azdır qulam mənə - Ki, olub indi padşah sənə. Ey olan ol idi qulama qualm, Nə təfaxürdür eylədin elam? Çəkdi ol gün xəcalət İsgəndər, İltimas etdi ol fələkçakər. Dedi: - Eylə məni-həzinə dua – Ki, edə hirsü azı dəf xuda. Seyyida, hirsü azdan həzər et, Gənci-mülki-qənaətə güzər et. Olasan gər Skəndəri-sani, Olacaqsan zəmanədə fani. Nə qalır mülkü malı dünyanın, Nə şükuhü cəlalı dünyanın. * * * İsgəndərin vəqəsi Seyrə çıxmışdı bir gün İsgəndər, Rast bir novcəvanə gəldi səhər. Sərbürəhnə, cünunü divanə, Mənzili bir fəzayi-viranə. Etdi divanəyə o şah xitab, Oldu divanə müstəndi-cəvab. Dedi mən padşahi-dövranəm, Rübi-məskunə, bil ki, sultanəm. Zati-pakımda çün nəcabət var, Məndə dərya kimi səxavət var. Hər nə sən istəsən olur hasil, İstə bir şey ki, ta ola vasil. Dedi divanə: - Ey şəhi-məğrur, Məndən eylə bu dəm məkəsləri dur. Mənə milçəklər eyləyir azar, Məndən olsun buyur, bu ləhzə kənar. Dedi sultan ona ki, divanə, Bir şey istə ki, qadirəm anə. Güldü divanə, söylədi: - Ey şah, Qüdrətin xeyli var imiş kutah. Qüdrətin çünki yoxdu bir məkəsə, Edəcəksən nə lütf hiç kəsə. Mən təki çünki sən də acizsən, Özüvə görmə fəxri çaiz sən. Seyyida, gör ki, sərvəri-mərdan Eyləyib xütbədə bu rəmzi bəyan. Xeyli acizdü bu bəni-adəm, Bir məkəsdən çəkir bəlavü ələm. Məkəsə hökm qılsa ol qəyyum, Fil xortumuna salar xortum. * * * İsgəndərin vəsiyyəti Dəmi-nəzi-rəvanda İsgəndər Eylədi bir vəsiyyət ol sərvər- Ki, anama deyin bu göftari, Xəlqə ehsanım eyləsin cari. Leyk hər kəs çəkibdi dərdü bəla Yeməsin ol təamdən qəta. Çünki saz oldu neməti-əlvan, Qıldı anın vəsiyyətini bəyan- Ki, gərək əkl etsin ol adəm Çəkməyibdir cahanda möhnətü qəm. Mütənəbbih olub kəlamından, Hamı çəkdi əlin təamından. Çünki çəkmişdi hamı möhnətü qəm, Çıxmadı hiç bir nəfər xürrəm. Madəri-əşkbari-İsgəndər Gərci olmuşdu zari-İsgəndər, Bildi ki, mərgə yoxdu bir çarə, Hamının qəlbinə dəyib yarə. Dilbəra, çox da çəkmə möhnətü qəm, Könlüvü eylə qəm günü xürrəm. Gərdişi-çərxi-kəcmədar keçər, Bu qəmü dərdi-ruzgar keçər. * * * Məktublardan sətirlər Günü gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais. Bir bəladır bu dərdi-nadani, Ki onun elm olubdu dərmani. Elmsiz kimsənə hünərsizdir, Elmi-bitərbiyət səmərsizdir. Tərbiyət mayeyi səadətdir. Tərbiyət şəxsə malü dövlətdir. Elmdir baisi-tərəqqiyi-tam, Alimə tay deyil güruhi-əvam. * * * Mir Cəfərə xitab Cəfər, ey ahiyi-biyabanım, Ey biyabani-dildə ceyranım! Ey maralım, gəvəzni-xoşnigəhim, Bürci-dildə cəmalı mehrü nəhim! Belə yazmış bu rəmzi danalər, Əhli-idrakü əhli-mənalər – Ki, cahan içrə var elə işlər Nəzərə ibtidadə xoş görünür. Lakin axır verər nəticə yaman. Buna şahiddir ayeyi-Quran. Elə işlər də vardır, ey sərvər, Sənə zahirdə çox yaman görünər, Leyk axır verər nəticeyi-sud, Olur ol mr sülləmi-məqsud. Huş ilə guş qılsın, ey güli-tər, Bu hekayət sənə kifayət edər. * * * Mir Cəfərə xitab Cəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoşəlhanım! İki yüz yetmiş üçdə, bəd həzar, mötədil fəsl idi, zəmani-bahar. Səni həq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfəraz oldun, Dəxi məndən ki, biniyaz oldun... Demirəm mən gedən təriq ilə get. Sənə bürhan deyil təriqi-pədər, Gör nə yol getdi zadeyi-Azər. Demirəm rus ya müsəlman ol, Hər nə olsan get, əhli-ürfan ol... Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu nəşvü nüma Gərçi viranə oldu zəlzələsən, Çıxmayıb mərifət bu mərhələdən. Vardır hər guşədə yüz əhli-kəmal, Hər biri əhli-elmü sahibi-hal... Xassə kim, padşahi-kişvəri-Rus Edəli təxti-ədlü dad cülüs, Eləyib tərbiyət kəmal əhlin, Gətirib halə bir məhal əhlin. Hər vilayətdə açdı məktəblər, Çatdılar feyzə əhli-mənsəblər. Oxunur onda müxtəlif dillər, Həll olur onda cümlə müşküllər. Ey oğul, bu dəlili-bişəkdir, Adəmi-bisəvad eşşəkdir... Həq buyurmuş ki, ixtilafi-lisan Nemətimdəndir, ey güruhi-cahan! Kim ki, bəs bir dil eyləsə hasil, Oldu bir nemətə o kəs vasil. Cəhd qıl neməti-təmamə yetiş, Elm təhsil qıl, məqamə yetiş Ey oğul, hər lisanə ol rağib, Xassə ol rus elminə talib. Onlara ehtiyacımız çoxdur, Bilməsək dil, əlacımız yoxdur. Çatmayıb şərdən bizə bu xəbər – Ki, ərəbdən siva dil oldu hədər. Nə ərəbdir xuda, nə rum, nə zəng, Nə həbəşdir, nə zəngbarü firəng, Xah boq, xah tanrı, xah xuda Birdi mənada, ey düri-yekta. Ləfz edirsə ifadə mənanı, Sərf edər əhli-mərifət anı. * * * Oğluma Cəfər, ey qönçeyi-gülüstanım! Ey mənim bülbüli-xoş elhanım! İki yüz yetmiş üçdə, bəd həzar Mötədil fəsl idi zəmani-bahar, Səni haqq mən fəqirə qıldı əta, Kəbeyi-qəlbimə yetişdi səfa. On beş ildir ki, ey ətayi-əzim, Sənə adab eylərəm təlim. Yetibən əqlə sərfraz oldun, Dəxi menden ki, biniyaz oldun. Demirəm mən gedən təriq ilə get, Əqli tut, ol gözəl rəfıq ilə get. Sənə bürhan deyil teriqi-pədər, Gör nə yol getdi zadeyi-Azer. Demirəm, nıs ya müsəlman ol. Hər nə olsan, get əhli-ürfan ol, Demirəm sünni ol və ya şiə Tek hədəf olma tiri-teşniə. Demirəm şeyxi ol və ya babi, Her nə olsan, tək olma qüllabi. Ey gözüm nuru, ey ətayi-xuda, Sənə Şirvanda oldu neşv-nüma. Lillahül-həmd xütteyi Şirvan Saniyi-İsfəhandır bu zaman. Gərçi virane oldu zəlzələden, Çıxmayıb mərifet bu merhelədən. Vardır hər güşədə yüz əhli-kamal, Hər biri əhli-elm sahibi hal. Xassə kim abü xakinin əsəri, Qabili terbiyət qıhr həcəri. Remzi-hel yestəvi müdəlləl imiş, Bilməyendən bilen kəs əfzəl imiş. Haqq buyurmuş ki, ixtilafi-lisan Nemetimdəndir, ey gümhi-cahan! Kim ki, bes bir dil eyləse hasil, Oldu bir nemətə o kes vasil. Cəhd qıl nemeti-tamama yetiş, Elm tehsil qıl məqamə yetiş. Ey oğul, bir lisanaol rağib, Xassə ol ms elminə talib. Onlara ehtiyacımız çoxdur. Bilməsək dil, əiacımız yoxdur. * * * Öyüd Ey oğul, bil ki, adəmi-bikar, Xüşk olan bir odundu, layiqi-nar. Bunu bizdən deyibdilər əqdəm: Sənəti olmayan deyil adəm. Puç olub getsə dövlətin vayə, Yenə sənətdir əldə sərmayə. Gər ticarətçün olmasa dövlət, Səy qıl, hasil eylə bir sənət. Elmdir əhli-sənətin hünəri, Elmsiz sənətin nədir səməri? Elmsiz sənətin nə miqdarı, “Kari-buzinə nist nəcari” * * * Öyüd Ey oğul, büxldən sən eylə həzər – Ki, bəxilin yeri cəhənizmdir. Gər həlak olsa cümleyi-aləm, Yenə söylər bəxil kim, kəmdir. İstəməz bir kəsi ola xoşbəxt, Öləcək görsə kimsə xürrəmdir. Şəbpərə1 afitabədir düşmən – Ki, ziyasıyla halı dərhəmdir. Seyyida, şəbpərə1 xisal olma – Ki, bu ətvar mərgi-əzəmdir. * * * Qafqaz müsəlmanlarına xitab Əssəlam, ey əhaliyi Qafqaz, Ey rəisani-sahibül-ezaz! Əssəlam, ey güruhi-xeyr-əsər, Millətin qeyrətin çəkən kəslər! …Dadü fəryad, ey güruhi-izam, Oldu zaye bu milləti-islam. Günü-gündən zəlilü xar oluruq, Möhnətü qüssəyə düçar oluruq. Bu qədər dərd kim olur hadis, Ona bielmlik olur bais. Bir bəladır bu dərdi-nadani, Ki, onun elm olubdu dərmani. Bu təəccübdür, ey güruhi-bəşər, Bir kişi yatsa, naxoş olsa, əgər, Axtarır bir təbibi-danadil, Ta ki səhhət ola ona hasil. İndi naxoşdu milləti-islam, Ona lazımdır eyləmək əncam. Dərdimizdir bu dərdi-nadanlıq Ki, tutubdur bizi pərişanlıq. Qeyrilər etdilər tərəqqiyi-tam, Qaldı zillətdə firqeyi-islam. Hər vilayətdə var beş-on kəsəbə, Əlli min seyyidü axund, tələbə. Əlli dərviş, əlli mərsiyəxan, Hamının sözləri tamam yalan. Əlli min suxtə, əlli min sail, Əlli min hoqqabazi-naqabil. Hamının fikri xalqı soymaqdır, Quru yerdə bu xalqı qoymaqdır. Xalqa bunlar hamı qurublar dam, Bir bunu anlamır bu qövmi-avam. Bizə qeyrilər eyləyir töhmət, Çün tərəqqi edibdir hər millət. Gərçi var iş qanan kişi tək-tək, Əksəri-xalq avamdır bişək. …Bilmirik biz hədis mənasın, Qanmırıq əhli-şər fitvasın. Bixəbər olmuşuq şəriətdən, Başımız çıxmır elmi-hikmətdən. Kəsb üçün Həzrəti-Rəsulüllah, Dedi: "Əlkasibü həbibüllah". …Ziynəti-şəxs elmi-ürfandır, Elmsiz şəxs misli-heyvandır. …Çünki var idi bizdə nadanlıq, Bizə üz verdi çox pərişanlıq. * * * Şahbaz bəyə Qəsidə Hər aşiqi-sitəmzədə kim, pakbaz olur, Daim zəmanədə işi suzü güdaz olur. Görməz həqiqi aşiq olan vəsli-yarını, Bəzmi-vüsal qisməti-əhli-məcaz olur. Əhli-hünər cahanda oiur çox niyazmənd, Hər kəs ki, bihünərdü o kəs biniyaz olur. Şahi gədayə çərx cdər sahib-irtica, Məhmud könlü bəsteyi-zülfi-Əyaz olur. Ədnayədir nəvazişi bu çərxi-əxzərin, Bilməm sipehri-dun niyə odnanavaz olur?! "Fəali-mayüridi"* salır xaki-zillətə, "Məfüli mən ərad"† dönüb sərfəraz olur. Qəddin xəm eyləyib ona gərdun qılar nəmaz, Hər mərdi-xubtinət kim, binəraaz olıır. Abai-səbədir mənə düşmən, həm ümməhat, Meydani-qəmdə hər gecə bu türkü taz olur. Eylər piyazi çərx əsəl kami-ğeyrdə, Həlva yesəm və leyk mənimçün piyaz olur. Gahi-simaki-rameh olur tirə könlümə, Gahi-simaki-əzəl ona çarəsaz olur. Sibtilərin müxalifı Qibli olur, vəlı Oövmi-Qüreyş xəsmi-rəsuli-Hiçaz olur. Haşa qılır, sobatım alır çərxi-nərdbaz, Məşhıırdir ki, mərdi-ınüqəmmordə baz olur. Seyri-sipehrdən nə horasım, əgor mənə Fəryadrəs zəmanodə ol Şahbaz olur? Ol şahibazi-əsr ki, ədlindən ol şəhin Güncüşk aşiyani həmon çeşmi-baz olur. Ol şahibazi-övci-ədalət ki, dərgohi Lütf ilə əhli-fəqrə şəbü ruz baz olur. Ol sərfərazi-mülki-səxa kim, cənabına Hər kimsə kim, dəxil düşər sərfəraz olur. Seyyid dəxildir senə, ey mənbəyi-əta, Xövf etməsin ki, aləm ara biniyaz olur. Cismi-cahannümadü zəmirin zəmanədə, O1 camdən əyanə golır, hər nəvaz olur. Ey tacidar, haləti-pürixtilahını Gər yekbəyek yazam sənə, qissə diraz olur. "Xeyrül-kəlam qəllə və dəllə"* demiş həkim, Hikmət yanında tul süxən bicəvaz olur. Öz yazdığım kəlam özümə xoş gəlir, vəli Şayəd ki, ğürbeyi-məsoli-şahbaz olur. Mən xuşəçini-xirməni-ehsanınam sənin, Lütf eyləsən, bu il yenə halım təraz olur. Naz eyləsəm, nə eybi var, öz Şahbazıma, Adətdü nazpərvər olan əhli-naz olur. * * * Şeyxül-islam Molla Əhmədə Məsnəvi Şeyxül-islam, ey həya kani- Ki, sənə yoxdu dəhrdə sani. Hikmətin əvvəlinci Loğmani, Ömrün olsutı cahanda tulani! Dövlətü şövkətin tnüdam olsun! İzzətin həm ələddovam olsun! Ey verən şəri-Müstətäyə rəvac, Əhli-islam lütfuvə möhtac. Rəmz "əzbün Fəratü milhi-ücac*", Lütfü qəhrindir, ey nəbimərac. Qəhr kim, lütfiin ilə müzmərdir, Bu cəlal ol cəmalə məzhərdir. Ey riyazi-şəriətin şəcəri, "Güntü kənzün" hədistnin səməri. Qülzümi-vəhdətin səmin gühəri, Rahi-şərin əmirü rahbəri. İlləti-caiyi-cahan sənsən, Baisi-xəlqi kiin -fəkan sənsən. Ey olan əhli-clm mümtazı, Füzəla fövcünün sərəfrazı. Elmin Əllaməyə edər nazi, Fəzlivü görsə fəxr edər Razi. Sənə jagird Əhmədi-Hənbəl. Xadimin Şeyxi-Tusdan əfzəl, Sərvəra, istima qıl halım, Eyləyim ta ki ərz əhvalım. İndi düz qırx iki olub salım, Eləməz bir tərəqqi iqbalım. Günbəgündən zəlilü xar oluram, Möhnətü qüssəyə düçar oluram. Oxudum, elm eylədim hasil, Oldum aləmdə fazilü karnil- Ki, olam bir muradə raən vasil, Məni xar etdi bəxti-naqabil. Elmdən hasilim ziyan oldu, Günü-gündən işim yaman oldu. Məni-divaneyi-zəlumü cəhul, Nəfsi-biçarani edib məşğul. Eylədim kəsb elmi-fıqhü üsul, Olmadı hiç bir murad vüsul. Mənə öz elmim oldu vizrü vəbal, Mənzilim hər məkanda səffi-mal. Eylədim əhli-eimə xidmətlər, Ta ki qıldıın "Mütəwəli" ozbər, Məni incitdi cüdi-"Layəhzər". Müxtəsər, zaye oldu nuri-bəsər. Özgə nəhv ilə sərf oldu zaman, Olmadı Əmrü Zeyddən saman. Ey olan mütki-fəzlə əllamə, Vey olan şeyx əhli-islamə, Sinədə gərm olub bu hongamə, Gor yetə şəfqətinlə əncamə. Faş olur sirri-nəssi "mən əvha", "Və huvəşşcyxü, yühyiü-mövta"*. Seyyida, ol cənabə eylə dua- Ki, duadır təriqeyi-şüəra. Barilaha, bəhəqqi-şiri-xuda, Ona tulani ömr eylə əta! Xatirin şad elə bu dünyadə, Əhməd olsun şəfiin üqbadə. * * * Xeyirsöyləməzin hekayəsi Varı bir xeyirsöyləməz nadan, Dilinə xeyir gəlməyib bir an. Dedi bir şəxs ona kim, ey müztər, Edirəm mən bu gün İraqə səfər, Bir dua eylə, ey əziz, mənə Ki, səlamət gəlim yenə vətənə, Hər nə əynimdə var libasi-səfər, Sənə verrəm, çıxardıban yeksər. Dedi kim, indi ver mənə, heyhat, Eylədin bəlkə qürbət içrə vəfat. * * * Şirvanın təzə bəyləri haqqında Çünki xəllaqi-cahan xilqəti-imkan elədi, Kənzi-məxfidə olan sirri nümayan elədi, Mənbeyi-feyz idi, bu aləmə ehsan elədi, Kimini eylədi heyvan, kimi insan elədi. Ənbiya silkini sərdəftəri-dövran elədi. Əqli sultan yaradıb, qıldı həvasi xüddam, Qəlbi-insanı edib hikmət ilə ruhə məqam, Xilqəti-aləmə çün feyzini göstərdi təmam, Ta qoya aləmə ol qadirü qəyyum nizam, Bəzini xan eləyib, bəzini sultan elədi. Sirri-hikmətdi bu iş kim, hamı kəs xan olmaz, Xar lazımdır ola xar, gülüstan olmaz, Xan xar etmək üçün xaliqə nöqsan olmaz, Hamı kəs bəy ola bilməz, hamı kəs xan olmaz, Hikməti-kamiləsin həq belə şayan elədi. Mülki-Şirvan bu diyarın ki, gülüstanı idi, Mustafa xani-fələkşovkət onun xanı idi. Bu diyar əhli onun tabeyi-farmanı idi, Var idi bir neçə bəylər ki, onun canı idi, Onların hər birinə bir cürə saman elədi. Etdi çün dövləti-Rusiyyə bu mülki təsxir, Səltənət mülkünü ta istədi qılsın təmir. Yaranal Yermolovi-sahibi-əqlü tədbir Şirvanın bəylərini birbəbir etdi təhrir, Hər kəsin layiqi-əhvalını tibyan elədi. Çün bu təhrir zamanından ötüb bir müddət, Bəy olan kimsənələr şəhrdə tapdı şöhrət, Xəlq gördü ki, edir bəylərə dövlət hörmət, Bağladı şövqlə bəy olmağa çoxlar niyyət, Kimi bəy yazdı atasın, kimisi xan elədi. İmperatora bu iş çünki olub kəşfü oyan, Ta ki, təhqiqi-məratib ola verdi fərman. Gəldi Şirvanə Puçin açdı bu əmrə divan, Onun əhdində bu iş tapmadı yeksər saman, Təzədən gəldi, Məlikbəylərov ünvan elədi. İçdilər and çilenlər hamısı Quranə, Ta ki, meyil etməyələr əyrüiyə, böhtanə, Hər kəsin layiqinü şərh edələr mərdanə, Bəylərin bəyliyi ta sabit ola divanə, Xan, kimi bəy eləyib, ya kimi dərban elədi. Saqi, doldur, mənə bir cam, əmiranə gətir, Tövsəni-təbimi bu ərsədə cövlanə gətir, Bimü bak eyləmə, hər bir sözü mərdanə gətir, İndi, ey təb, bəy əhvalını meydanə gətir, De görüm, bəylik işin el necə ünvan elədi? Bəli, ol gün ki, çilenlər seçilib tapdı nizam: Müxtəsər ərz qılım, yaxşı deyil tuli-kəlam. Gördü bəylər neçə yüz ərzə verən var, hamı xam; Dedilər kim, at ölüb, itlərə oldu bayram, Hər biri bir təmən-xam üə cövlan elədi. İki bəy düşmədi rüşvət təməinə əsla, Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa. Qaldığı vurdu işin, gözləmədı şərmü həya, Getdilər xəlqin hamı başına yüz dərdü bəla, Unudub Allahi bunlar hamı tüğyan elədi. Qarasaqqallı Həsən oldu pul almaqda vəkil, Aldı pul, eylədi qismət, hamıya durdu kəfil, Ət bazardan daşınıb mənzilə zənbil-zənbil, Etmədi mədələri yağlı qidanı təhlil, Saldı ishalə çoxun qatı elədi. Çoxusu gəlmiş idi şəhrə bular bisərü pa, Bir də gördük ki, geyib hər biri bir tirmə çuxa. Görcəyin xəlq oları, söylədi, ey bari-xuda. Tülkü quyruğunu harda batırıbdır nohura, Yenə bunlar kimi soydu, kimi üryan elədi? Bəylərin hasil olub dövri-fələkdən tamı, Yedi, yağlandı, qarın saldı qoyun tək hamı, At ölüb, itlərin oldu neçə gün bayramı, Gördü şiybanlı Qasım görmədiyi əyyamı, Getdi on dörd gecə Şiybanda çirağan elədi. Yekə bəylər pul alıb bir neçə alçaq bəydən, Kühən atlar necə ki, arpa qapar eşşəkdən, Tutdular aqibəti qırma, barıtdan, zəngdən, Nüh beyin pul tökülüb üstünə yerdən, göydən, Qocalıq Nuh kimi axırı tufan elədi. Necə insafdı kim, Hacı Həsən bəy bir pir, Deyəsiz bəy deyil, axır ola sizdən dilgir, Bəxş edib siz təki çox bəylərə şali-Kişmir, Tərxanov Knyazovu gördü olub şeyxi-Kəbir, Çox inayətlər edib hər işə tərxan elədi. Bu nə insafdır, ey peyrəviyani-Bərmək, Eylə kəs var ki, çox yaxşıdı ondan eşşək, Onu siz bəy edəsiz, olmaya Mirzə Hacı bəg, Bavücudi ki, çiləndir, özü də çox zirək, Siz edən zülmü nə Süfyanü nə Mərvan elədi. Xud pristatel özü Hacı bəyə verdi bəzək, Dedi hər nal çəkər oğlu nə rəvadır ola bəg? Bəs nədəndir ki, boy oldu, görəsən, zimral Səhək? Aşikar işdi ki, həmməzhəbinə etdi kömək, Batini zahir edib qəsdi-müsəlman elədi. Qaraqaş oğlu ki, heç bəy döyüdü, bəg dedilər, Pul ki, gəldi araya, bardağa səhək dedilər, Kim ki, pul vermədi, — ol yazığı Bərmək dedilər, Müxtəsər, eşşəyə at, ata da eşşək dedilər, Bu eşşəklər yeyibən arpanı tüğyan elədi. Bu çətin məsələ, ey müftiyi-pakizə-xisal, Yazılıb, səndən olur şər təriqilə sual. İndi bu bəylərə arvadı həramdır, ya həlal? Sən əgər doğru deməzsən, qalı boynunda vəbal, Şarii-şər bu hökmü necə tibyan elədi? Gər qubernat ötürə əlli pristav Sibirə, Yenə zənnim bu deyil, bir-birinə iş yetirə, Çünki bədcins əmələ cümlə dönübdür qətirə, Həmzəni saxladı Qurbanbəyov, arvad gətirə, O da Qurbanbəyova canını qurban elədi. Kişinin dövləti-Qarunə çatar imkanı, Mülkü mal ilə müsəxxər eləyib Şirvanı: Bağı, buzxanəsi, karvansarası, dükkanı, Nökəri, faytonu, atı, qoyunu, çobanı, Dövlətü malı onun aləmi heyran elədi. Xud, tutaq ki, demədiz bəy filana, bəhmanə, Gəldi sərdar sabah, düşdü bir iş, Şirvanə. Hansınızda tapılar düşmoyə layiq xanə? Tüpürüm astarı bez yatdığınız yorğanə! Bilmirəm həq sizi bunca necə heyvan elədi. Birisi xan ola gər olmaya evdə nanı, Həsrəti-nan ilə hərdəm çıxa qəmdən canı, Bilmirəm, neyləyir o xanlıği, ya dünyanı, Hər kimin dövləti vardır, odur əsrin xanı, Pul edən hökmü nə xanü nə də sultan elədi. Adı bəy olmaq üçün bəy olumu hər gümrah? Özünü yüz bəzəyə, şir ola bilməz rubah, Nənəş oğlu gətirib bir bəyə Şirvanda pənah – Ki, onu bəy eləsin, bir elə sən tanrı nikah! Eylə kamil kişinin adını nöqsan elədi. Şirvanski yazıb öz adını bir bəyzadə, Ta ki, fəxr eyləyə əslü nəsəbü əcdadə, Çox deyildir bu ona, fikr edəsən mənadə. Biz dedik ki, yazacaqdır adını şahzadə, Yenə insaf eləyib kim, bu yazıq xan elədi. Yüz manatdan yuxarı xərc eləyib Hacı Manaf, Bəylərin xanəsini şamü səhər etdi təvaf, Dedilər bəydi, bunun bəyliyinə yoxdu xilaf, Bir sual etdi pristatel, ey əhli — insaf-Ki, neçün Xan ləqəbin Üryanın üryan elədi? Qarasaqqallı Həsənbəy duruban tez ayağa, Ərz qıldı ki, onu şərh qılım mən, ay ağa, Nə qədər xan tutardı onu kürkə, papağa, Dağıdıb paltarın, üryan gələrdi otağa, Qoydu xan adını Üryan, lotu meydan elədi. Kül sənin başına Şirvan, əcəb oldun nadan – Ki, sənə sahib olur indi gəlib hər … atan, Hanı əyyami-qedimin, hanı ol Mustafa xan – Ki, çıxıb taxtına izzətlə edərdi divan! Çərxi-zən-qəhbə əcəb bizləri suzan elədi. Advoqatlar demə, bu xəlq ilə manəndi-yağı, Başı Fondilki, Haput orta, Ağacan ayağı, Soydular ərzəçinin qalmadı cismində yağı, Yazıq Abdulla bəyin həm uduzuldu boyağı, Həm özün soydu lotu, gör necə üryan elədi… Xəlqlər çox yığılıb söylədilər hədyan söz, Yıxdı Şirvanın evin axın bu böhtan söz. Həqq-nahəq cəm edər hər biri bir dəstan söz, Məsləhətçün oxunan söhbət edər ünvan söz, İnanan kimsə bilir ki, lotu meydan elədi. İy çəkirlər tufa tək ta ki, görüb harda var aş, Kimdə var ağca pilov, hər gecə yağlı bozbaş, Çoxu var ki, götürüb çün özünə böylə maaş, Öz evində yeməyib, and içərəm, bir gecə aş, Qarnın otarmaq üçün nəfsini heyvan elədi. Əhli-divanın işin şərh qılım bir neçə bab, Şərhi itmamə yetişməz yazila ətli kitab; Füqəralər yanıban zülm oduna oldu kəbab, Bir tərəfdən elədi zəlzələ Şirvanı xərab, Bir tərəfdən də, bular aləmi viran elədi. Hələ qoy zəlzələnin söhbəti qalsın baqi, Şərh edim cümlə polisə işini, ey saqi, tökdü bizim başımıza torpağı, Tikdi hakim bizə hər həftədə bir sarsağı, O da gəldi gücünən tabeyi-fərman elədi. Aldılar saqqalını çün ələ bədzat əmələ, Etdi soyğunçuluğu hər biri bir zat əmələ. Hər biri tovladı soymaqlığa bir qat əmələ, Aldılar xəlqdən eşşək əmələ, at əmələ, Necə ki, hər biri bir ayğırı madyan elədi. Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak, Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq, Məsləhətçin eleyibler neçə əşxası qaçaq, Neçə kəs var ki, nahəqdən olubdur dustaq, Kimi öldürdü görək, hansı sinib qan elədi? Etdi Əbdül Əli bəy xatirimi xoş və xüram, Xassə kim, Xan çobanı taifəsi cümlə avam, Biri bilməzdi ki, var məhzəri-divanda məqam Həm şəhərdə, həmi çöldə işinə verdi nizam, Gəzdi hər yan Məlikov, yaxşıca divan elədi. Dağılıb çöllərə açdı hərə bir növ kələk Qırxdı xəlqin başını hər biri misli-dəllək, Sac Lahıcdan qutarıb, qalmadı Salyanda ələk, Cifə cəm etməyə kim, bunlar ilə Şeyxəli bəg, Gəh mürid etdi özün, gahi müsəlman elədi. Sarısaqqallı naçalnik demə, bir qorxaq inək, Çünki çullardı, palanlardı onu hər eşşək, Hərə bir növ onun … vurdu kəpək, Bir neçə müddət ağamız bizim oldu İsa bəg, Bir zaman gəldi bizə hökm o Tərxan elədi. İncinar oldu Qasımbəy, bizə çox verdi əzab, Həqq evin yıxsın onun, etdi bizi xanəxərab, İncınarlıq özü bir elmdi bihəddü hesab. Bu avam oğlu avam harda görüb fəsli-kitab, Haradan gəldi, özün qabili-əyan elədi? Atdı divanını hər müfsidi-bədzat üstə, Mindi gündə atını, çapdı özü tat üstə, Gəzdi hər yanda, beş eşşək yedi bir at üstə, Bir gün az qaldı ki, yüz qan düşə dibdat üstə, Yenə həq lütfünü gör xəlqə njgəhban elədi. Mirovoy sudyada vardır neçə bədzat əmələ, Üz güləş, qəlbi qara, saqqalı manəndi-şələ, Şələ saqqalı qoyub ciyfeyi-dünyayə tələ, Aşina gözlədi bu Seyyidi-sərgəştə hələ, Şərmdən adlarını yazmadı, pünhan elədi. Gərçi it qırdı salıb çoxların etdi ixrac, Leyk bundan belə olmaz qəmi-pünhanə əlac, Özgə növ ilə tapıb şəhrdə bir növ rəvac. Onları həqq özü bir əppəyə etsin möhtac, Necə ki, özləri çox kimsəni binan elədi. Var neçə molla ki, Şirvanə olar tazə gəlib, Qoymağa küfr ilə islamə bir əndazə gəlib, Şərin övraqına bir şəneyi-şirazə gəlib, Şöhrəti-elmi salıb aləmə avazə gəlib, Hər biri rövnəqi-islamı nümayan elədi. Bisəbəb əhli-vəfa naləvü fəryad eləməz, Üqdəsi olmasa, könlündə cərəs dad eləməz, Büğzü var, çərxi-dəni əhli-dili şad eləməz. Yıxmasa yüz evi, bir büqəni abad eləməz, Tikməmiş bir evi, yüz min evi viran elədi. Bu xəyal ilə ki, şayəd ələ bir xeyr düşə, Çapdılar hər tərəfə, baxmadılar yayə, qışə, Sərqətərlər hamını saldı işə, verə dişə, Kürdəmir doşabı, Bakı üzümü düşdü işə, Ozünə hər biri bir növ ilə saman elədi. Hər kəsin olsa başında yekəraq əmmamə, Görünür xəlqdə guya ki, odur allamə, Minbər üstə çıxıban gərm eləyir həngamə, Buınların vəsfini təhrir qıl, ey can, xamə, Ərseyi-fikrdə yüz şövq ilə cövlan elədi. Şeyxül-islam özü nəql etdi bunu çox məzəli, Özgə növ ilə düşübdür bu işin xud əzəli, Bu Şüreyh qazinin oğlu yəqin olmuşdu dəli, Batinən qazilik üçün içi getmişdi, vəli, Təmai-xam onu axırda pərişan elədi. Yaxşı yadımdadı bir vəqt zəmani-mazi, Şeyxül-islam, filani dedi olsun qazi, Zahirən el üzünə olmadı ol kəs razi, İndi də feyz üçün inkar qılır fəyyazi, Gəldi zahir kişini aləmə dastan elədi. Heyf əzl oldu Ağamməd kimi blr nər qazi, Şiədən indi olub Molla Ələsğər qazi, Dün soruşdum ki, məgər böylə olur hər qazi? Dedilər sünnidə vardır hələ bədtər qazi – Ki, müsəlmanlığı öz adına böhtan elədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.