Təkbeytlər Seyid Əzim Şirvani (1835–1888) Qaşında zəxm görüb ey büti-hilal-əbru Qaşında zəxm görüb ey büti-hilal-əbru, Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu. * * * Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsən Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsən, Etməz əbnayi-zaman tək səni layəqil məst. * * * Demə fəraq odunun duzəxə şəbahəti var Demə fəraq odunun duzəxə şəbahəti var, Behiştə duzəxin, ey bixirəd, nə nisbəti var?! * * * Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu gün Yeri vardır yazıla səfheyi-əflak üzrə. * * * Hər günüm hicrində, şahim, bir qiyamət etmisən Hər günüm hicrində, şahim, bir qiyamət etmisən, Bir bilirsənmi nələr ey sərvqamət etmisən?! * * * Mən səni əğyarə mail sevməzəm mən edəli Mən səni əğyarə mail sevməzəm mən edəli, Düşmənimdir ol ki, könlü hüsnüvə mail degil. * * * Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar Seyyid, ötəndə guşeyi-çeşmilə baxdı yar, Ol etdigi qəzəbləri həm eyni-naz imiş. * * * Olmazam vəsl ilə asudə ki, həngami-vüsal Olmazam vəsl ilə asudə ki, həngami-vüsal Rəşk qıllam ona kim, həsrəti-didar çəkər. * * * Xublər könlümü istəllə ki, səndən alalar Xublər könlümü istəllə ki, səndən alalar, Ey pəri, qoyma ki, özgə məni təsxir etsin. * * * Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid Dəxi, mehri-vəfa axtarma əhli-hüsndən, Seyyid, Bu rəsmi-köhnə mənsux oldu ol şuxin cəfasından. * * * Vədeyi-didarı fərdayi-qiyamət söylədin Vədeyi-didarı fərdayi-qiyamət söylədin, Səxt dilşadəm ki, hərgiz ol günün fərdası yox. * * * Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi Əlaci-dərdimə səy etmə, ey təbib, dəxi, Bu dərd o dərd degil kim, dəvapəzir olsun. * * * Bir gecə hicran cəzasıyçün əgər məhşər günü Bir gecə hicran cəzasıyçün əgər məhşər günü Almaram ərz etsələr yüz hurü qılmani mənə. * * * Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır Apardım qəbrə mehri-ruyün, amma qorxum ondandır – Ki, xakimdən çıxıb gül, qeyrlər ondan gülab etsin. * * * Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər Əvvəl mənə bir lütf edib sonra qılır bidadlər, Ta kim şikayət etməgə lütfi pəşiman eyləsin. * * * Bunca daş atma fələk, Seyyidi-divanəyə kim Bunca daş atma fələk, Seyyidi-divanəyə kim, Atsa bir daş eləyər şişəni sədparə sənin. * * * Yar hər namə ki, hər aşiqi-biyarə yazar Yar hər namə ki, hər aşiqi-biyarə yazar, Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar. * * * Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım Göftgu eylərdi əğyar ilə, görcək göz yaşım, Gəldi kim, ondan sual eylərdim əhvalın sənin. * * * Ta giriftarınam, eşqin məni dilşad etmiş Ta giriftarınam, eşqin məni dilşad etmiş, Rəhmət ol şəxsə ki, əvvəl bunu bünyad etmiş. * * * Cəmali-Yusifə Yəqub meylindən əyandır kim Cəmali-Yusifə Yəqub meylindən əyandır kim, Kişi öz oğluna aşiq olarmış, yar olmazmış. * * * Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə Bu qanlar tökməgindən rəşkim artır kim, qiyamətdə Açarlar tutmağa, əl hər tərəfdən xəlq damanın. * * * Nə yaxşı vəsldə namehriban idin mənə kim Nə yaxşı vəsldə namehriban idin mənə kim, Zamani-hicrdə çox etmədi kəbab məni. * * * İstəsən ey mələkül-movt ki, canım alasan. İstəsən ey mələkül-movt ki, canım alasan. Get, mənə surəti-yarımda nümayan ol, gəl. * * * Həmdəmi-yar əgər fəriştə ola Həmdəmi-yar əgər fəriştə ola, Aşiqi-zarı bədgüman eylər. * * * Əgər vüsalüvi həq xəlqə qismət etsəydi Əgər vüsalüvi həq xəlqə qismət etsəydi, Ümid kimsənə tutmazdı baği-rizvanə. * * * Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı, Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?! * * * Seyyid o növ vermədi can dərdi-yardən Seyyid o növ vermədi can dərdi-yardən – Kim, düşməni eşitcək onu şadman ola. * * * Hər yerdə töksə qanım ol şuxi-sərvqamət Hər yerdə töksə qanım ol şuxi-sərvqamət, Qan cuş edər o yerdən ta daməni-qiyamət. * * * Qasid məni bəhanə qılıb getdi kuyüvə Qasid məni bəhanə qılıb getdi kuyüvə, Ol kudə bu bəhanə ilə mənzil eylədi. * * * Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə Bundan bil iştiyaqımı kim, bunca rəşk ilə Bir qeyri qasid eyləyirəm ərzi-hal üçün. * * * Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan Çıxarmı xatirimdən buseyi-ləli-ləbi-canan, Nəmək həqqin fəramuş eyləyənlər kamyab olmaz. * * * Qamətü qaşından olmuş əzbərim nun-əlqələm Qamətü qaşından olmuş əzbərim nun-əlqələm, Məktəbi-eşq içrə mən tifli-səbəqxanın sənin. * * * Səni hüsn ilə binəzir görüb Səni hüsn ilə binəzir görüb, “Vəhdə hu la şərikə-la” dedilər. * * * O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim O məh yanında bir gün qisseyi-tufanı kəşf etdim Ki, şayəd vaqif olsun əşki-çeşmim macərasından. * * * …Dilərdi tüstüdən olmaq kənarə …Dilərdi tüstüdən olmaq kənarə, Bətər ondan bu iş kim, düşdü narə. * * * Abbasını rədd edən sipahi Abbasını rədd edən sipahi, Yox eybi, çıxartsın altı şahi * * * Alimin kuşüvə al göftarın Alimin kuşüvə al göftarın, Sorma xasiyyət ilə ətvarın. * * * Bu səffədə piri tulla gürgə Bu səffədə piri tulla gürgə, Damə atılır kühən süpürgə. * * * Eşidib ölməgüvi şəhrdən öldüm, getdim Eşidib ölməgüvi şəhrdən öldüm, getdim, Eylə, ey mah, məni tərki-səfərdən ehya. * * * Yad ol günlər ki, bavər eyləməzdim, ey könül Yad ol günlər ki, bavər eyləməzdim, ey könül, Gər şikayət eyləsəydi kimsə hicri-yardən. * * * Eşitdim ta qiyamət qamətindən bir əlamətdir Eşitdim ta qiyamət qamətindən bir əlamətdir, Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir. * * * Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab Ruzi-qətli Seyyidin eylər neçin yar iztirab, Gər bu məzlumə o şuxi-səngdil qatil degil? * * * Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu Hər zaman derlər ki, qıl bir tazə dilbər arizu, Padşalıq etmişəm ki, pasibanlıq bilməzəm. * * * Qeyrlər meyl etməgindən yarə bihal olmuşam Qeyrlər meyl etməgindən yarə bihal olmuşam, Bəs nolur halım mənim ol meyli-əğyar eyləsə. * * * Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan Əla, ey tiri-dilbər kim, könüldə mihmanımsan, Əgər can çıxmasaydı cismdən, derdim ki, canımsan. * * * Fariqimdən degiləm şad, vəli əğyarın Fariqimdən degiləm şad, vəli əğyarın Bağrı qan olmaq üçün gül təki xəndan oluram. * * * Ölmə eşəgim, sabah olur yaz Ölmə eşəgim, sabah olur yaz, Yonca bitibən işin olur saz. * * * Bir yaxşı üçün yaman sevərlər Bir yaxşı üçün yaman sevərlər, Gül xatirinə tikan sevərlər. * * * Ləbbəstədir əhli-hal ağzı Ləbbəstədir əhli-hal ağzı, El ağzı, demək, çuval ağzı. * * * Yağmurdən eyləyən fərarı Yağmurdən eyləyən fərarı, Axır doluya düşər güzarı. * * * Yat rahətilə, tut öz sayağın Yat rahətilə, tut öz sayağın, Yorqanuva düz uzat ayağın. * * * Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz Rəqibim rəşk edər kim, Seyyidə dilbər cəfa qılmaz, Haçan mən xatiri-dildarə düşdum kim, cəfa qılsın? * * * Təəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə Təəccübdür ki, Məcnun qaldı zində Hicri-Leyladə, Məgər ol vəqt hicranın yox imiş beylə təsiri? * * * Yüz mama olsa, ey güruhi-bəşər Yüz mama olsa, ey güruhi-bəşər, Bu məsəldir ki, güc doğanə düşər. * * * Bəli, hər bir kəsin var bir səyağı Bəli, hər bir kəsin var bir səyağı, Böyük başın böyükdür ağrımağı. * * * Ey əzizim, hesab yox yaşda Ey əzizim, hesab yox yaşda, Bu müşəxxəsdi əql olur başda. * * * Sazı səksəndə ögrənən idbar Sazı səksəndə ögrənən idbar, Bir də anı qiyamət olsa çalar. * * * Can kuyi-nigarə oldu azim Can kuyi-nigarə oldu azim, Şəhri görənə bələd nə lazim. * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyid-ezim-tekbeytler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1888). Public domain (author died 1888). Original text only.