Şeirlər Şeyx İbrahim Gülşəni (1423–1534) Qərib Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib Fikri-zikri olubanu dərd ilə ney dəm qərib Vay əgər həsrətlə verəm canımı axır nəfəs Görmədən sevdiklərimi dünyadan getsəm qərib Sevnişir xəlqi cahanın ay görüb bayram içün Yaşlı kimi qayğılıdır movt ilə ol dəm qərib Dönübən sahib əzayə ün çökübən dərd ilə Gözlərindən axıdırmış yaş yerinə dəm qərib Ya ilahi,Rövşənidən ayrı zari-hüzn ilə Gülşəni kimi cahanda olmasın adəm qərib * * * Bəni hər dəmdə nedim öldürür eşq Bəni hər dəmdə nedim öldürür eşq, Qara yerə dirilmə girdürür eşq. Qılup rüsvavü məlamət rindü bədnam Cəhan xəlqini bana güldürür eşq. Nedim Məcnun kibi xəlqi cəhanun Yerub sevmədügini sevdürür eşq. Girüb bazari-hüsnə sevduginə Bəha can ver, deyübən öldürür eşq. Olub məst, xiyalun unuduram, Özüm xafi önümə düşürür eşq. Nə sevdadır başumda püxtəvü xam Ki, mehr ilə dəmadəm pişirür eşq. Qiyamətdür məgər bu səpvqamət Ki, həşrin xəlqün ana düşürür eşq. Cəhan qovğasın aşiq başına Aru kimi yığuban düşürür eşq. Demin rüsvavü rində, saxla canun Qaçan gizləyüb ani yaşurur eşq. Gözüm dəryasının rövşən suyunu Bulandırub rəvandan aşurur eşq. Bana der Gülşəni kim Rövşəninün Xiyalundan bilumi şaşurur eşq. * * * Eşqə könül verməyən cananı qıymaz bana Eşqə könül verməyən cananı qıymaz bana, Bəlləgini tərk edüp, qal ilə gəlməz bana. Eşqi murad edübən tərki-murad etməyən, Olubanı namurad, eş ilə uymaz bana. Eşq ilə Məcnun olan əql ilə divanəvəş, Olubani münkirim, qal ilə gəlməz bana. Diri ikən ölüymüş, istəyibən bulmazam, Çünki diri olmayan eşq ilə duymaz bana. Cani-cahandan köçüb, istəməyən eşqərin, Dirilu üçün eşqlə cananı verməz bana. Bir nəfər yüz belə can verübəni almayan. Diləsəm ondan baha eşq ilə saymaz bana. Eşq oduna yanmayan, Gülşəndir, sanmanuz. Rövşənin yürəki mehr ilə yanmaz bana. * * * Əcəb yüzin görən necə qılar tab Əcəb yüzin görən necə qılar tab, Çu andan bibədəl olur şeyxlə şab. Əcəb nərgislərin uyur oyanux, Görənün gözünə necə girər xab. Əcəb durci-göhər kimi dəhandan Düşünmidür görünən madəri-tab. Əcəb ay kimi alınundan münəvvər, Cəhanda varmıdur bir taqi-mehrab. Əcəbmi təşnəliqdən can verərsə, Görənlər ləblərüni lə’li-sirab. Əcəbmi, ey pəri, yüzin görəndə Günəş sararuban, qararə möhtab. Əcəbmi gözlərümdən yaş yerinə Axudam həsrətündən seyli-sürxab. Əcəbmi Gülşəninün Rövşəniçün İnildü zarisin manəndi-dulab. * * * Gedər derlər, gedər derlər Bənim könlüm alan dilbər, Gedər derlər, gedər derlər. Bəni Məcnun tək o Leyla Edər derlər, edər derlər. Nə sevdadır deyiniz bana, Eşidib qalmanız tana Könül bəndən qaçıb ona, Gedər derlər, gedər derlər. * * * Gəl, ey Misri-dilim dilbər Gəl, ey Misri-dilim dilbər, Əzizi canımın, cananı dilbər. Günəş kimi nəzirün yox cahanda, Mələksima gözəllər canı, dilbər, Cahanda xublarının təndə rəvanı, Bilindi səndən imiş canı, dilbər, Məzəllahki, edəm səndən özgə, Davasız dərdimə dərmanı, dilbər. Yunban həsrətündən axıduram, Gözümdən yaş yerinə qanı, dilbər, Cahanda Rövşənidən özgə degil, Bana, ey Gülşəni, sən xanı dilbər. * * * Gülüstan xar olubdur bana sənsiz Gülüstan xar olubdur bana sənsiz, Genişlik dar olubdur bana sənsiz, Çıxıb sevdası eşqimin başuma, Xəyalun yar olubdur bana sənsiz. Fəragun zikri söyləmək dilümdən, İnildə zar olubdur bana sənsiz. Cahanda bir nəfəs, ey dilbəri-şux, Dirilmək ar olubdur bana sənsiz. Fəragun zövqüdür ağudan acı, Ki, zəhri-mar olubdur bana sənsiz. Yanaram həsrətindən gecə-gündüz, Çü hicran nar olubdur bana sənsiz. Dəmadəm Gülşəni der Rövşəniyə, Rəqibim yar olubdur bana sənsiz. * * * İstəyüp dərdinə eşqin bulmazam andan dəva İstəyüp dərdinə eşqin bulmazam andan dəva, Nə qədərdür yaşuma çün bilməzəm andan qəza. Bir nəfəsdə yüz bəlasin çəkmədin eşqin nedim? Çün usanmaz könlüm andən çəkübən yüz bin bəla. Gün kimi yüzüm sürübən hər qapudan istərəm, Sevdügimin izi-tozun gözimə kəhli-cila. Alalı könlümi verməz bir pəripeykər nedim? Çün könül nedə, dilər kim canımı daxı ala. Nasehim tərki-həva deyübəni ögüb verər, Bilməzəm tərkündən alun nədür anunçun həva. Girəli medani-eşqə başumu top etmişəm, Kim çalub çövkan dilər ardına düşüp qova. Rövşəni pərvərdəsidir Gülşəni anun içün, Gün kimi rövşən görünür aləmə andan ziya. * * * Dust Nədir eşqindən özgə canım ey dust Odur can ilə çün cananım,ey dust Könül misrində Yusifdən əzizim Sənin sevgin imiş sultanım,ey dust Saçın küfrün görən iman üzündən Bilir ol küfr ilə imanım,ey dust Qiyamət vəchin imiş zahir oldu Günəşdən aləmə bürhanım,ey dust Bu gün yüzün görüb,danla deməzəm Çü danladır bu gün durağum,ey dust Xəlayiq həşrin istər nəşr içində Qiyamətdən görəməz şanım,ey dust Dəvasız dərdın içün Gülşəni der Nədir can,vermədin dərmanım,ey dust * * * Kitabxana.az · https://kitabxana.az/collections/seyx-ibrahim-gulseni-seirler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1534). Public domain (author died 1534). Original text only.