«El şairləri»ndən Mirzə Mehdi Şükuhi (1829–1896) Əttar Dükan nə dükan, çar tərəf müşk mürdar, Nəsrullah Əttar Hər təblədə ədviyyə kəm, fəzlə bisyar, Nəsrullah Əttar Bir güşədə var çölmək və bir güşədə mənqəl, Bir güşəsi məzbil Gün istisi, od tüstüsü, əlqissə tolanbar, Nəsrullah Əttar Vazehdir ki sən aldığını verməsən əsla, Aləm bilir, ama Çəkməz yenə əl səndən özün qəhbə tələbkar, Nəsrullah Əttar Dörd canvar bənzəysən, ey hirsdə çün muş, vəy xabdə xərgüş Ey hiyləsi çün rubah və vəy rüyəti kəftar, Nəsrullah Əttar Dörd canvara bənzər əcəb dal və qəhhar, həm baş və ayağın Tısbağa və qurbağa və kərtənkələ və mar, Nəsrullah Əttar Dörd quş kimi, ey yeməndə çün bum, vəy qarğu kimi şum Ətamda bir kərgəs və kirdarda bir sar, Nəsrullah Əttar Nəqqaş verib nəqşinə yalqız ilə dudə, düşdük bu nümudə Verdi nə sefidab və nə şənjərf nə zəncar, Nəsrullah Əttar Dörd mə'dəniyyat işlədib əz vayidən atan ..., dil qir ilə təxmir Zərnixlə rəngin sarı, zac ilə gözün dar, Nəsrullah Əttar Hicvin deməyə eylədilər bəndəni məmur, oldum belə məcbur ... kəsmə deyiləm faili-muxtar, Nəsrullah Əttar * * * Behiştin Ləvhəşallah, bu nə hüsndür, cəmal, Məgər sənsən dəbistani-behiştin, Dəhanın çeşmeyi-şərabən-təhur, Hüsni-ruyin gülüstani-behiştin Heç pəri sən kimi işvəkar olmaz, Heç mələk sənin tək ləbi-şəkər olmaz, Gözəllikdə sənə bərabər olmaz, Nə huriyyəsi, nə qılmani-behiştin Vaizə bir göstər ol xətt və xalın, Kəbeyi-ruxsarın, taqi-hilalın, Olunca eyləsin vəsfi-cəmalın, Di, qoy etsin adı-sanı behiştin Cəlləl-xaliq, bu nə gözdür, nə müjgan, Qüdrətin göstərib Xaliqi-Sübhan, Zahid, sənin olsun ravzeyi-rizvan, Belə gülçöhrəsi hanı behiştin Sevək, ey dil, yenə yari-nazənin, Bu gecə sən ilən oldu həmnişin, Əlhəmdülillahi rəbbil-aləmin, Şükuhi dər kamranı-behiştin * * * Kitabxana.az · https://kitabxana.az/collections/sukuhi-el-sairleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1896). Public domain (author died 1896). Original text only.