Qəzəllər Mirzə Mehdi Şükuhi (1829–1896) Gələn birdir, gedən birdir, qalan bir Gələn birdir, gedən birdir, qalan bir, Gələn qalmaz, gedən gəlməz, əcəb sir. Bir əvvəl var, bir axir var deyillər, Bu bir sözdür, nə əvvəl var, nə axir. Açar min məclisi-bazi dəmadəm, Tamaşayə qurulmuşdur bu çadir. Məali-küfrü imandən xəbər yox, Nə fərq eylər bu mömindir, o kafir. Tərazi-xaməsindən tük yayınmaz, Təaləllah, əcəb ustadi-mahir. Yaman getdi cavanlıq, mən qocaldım, Pəri kuyində bir div oldu zahir. Nə hasil zurü zərdən cüz təəssüf, Driğa, gənci-Xosrov, cəngi-Nadir. Şükuhi ölməyincə bu tilsimi Deyil sındırmağa bir kimsə qadir. * * * Gözlərimdən tökülür bu dili-müztər qanı Gözlərimdən tökülür bu dili-müztər qanı, Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı. Gündə min aşiqi öldürsə xədəngi-nazın Könlümün çox sənə, zalim, yenə qeynər qanı. Türreyi-guşeyi-çeşmin elə qan ilə xizab, Xoş olur şəhpəri-laçində kəbutər qanı. Dişlədim ləlüvi, ey qanı sovuq, qan oldu, Sən də lök qanımı, tut qanə bərabər qanı. Nigəhin gizlədir ol məst gözün, çünki bilir, Qanlının qanına bais olu xəncər qanı. İçərəm qanuvu, bu aşiqə, zahid, az öcəş, Çün müsəlmanə hədərdir tökə kafər qanı. Az fəğan eylə, di get, ay qanı dolmuş aşiq. Eşidər yari-sitəmgər yenə eylər qanı. Can verən eşqdə bir sən deyisən, ey Naşi, Çox bu meydanda axıb nazlı igidlər qanı. * * * Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var Piri-meyxanayə bax, Cəmdə nə var Keydə nə var? Bəxşişə seyr elə, Hatəmdə nə var, Teydə nə var? Bir qədəh saldı ayaqdan səni, biçarə hərif, Pey apar, gör mən içən cami-peyapeydə nə var? Görməyən guşeyi-çeşmi-siyəhi-canani, Nə bilir guşeyi-meyxanə nədir, meydə nə var? Nə qədər var nəfəsim, çəkməyim əfgan neylim, Bir quru nalədən özgə, de görüm, neydə nə var? Canımı, malımı aldın, dəxi, zalım, bəsdir, Bu Şükuhi dediyin müflisi-laşeydə nə var? * * * Yenə, ey gözləri məftun, sənə məftunəm mən Yenə, ey gözləri məftun, sənə məftunəm mən, Zarü məhzunü digərgunü ciyərxünəm mən. Nola bir lütf ilə dindir məni, xoşnud eylə, Gərçi düşnam ilə, səndən yenə məmnunəm mən. Rəsmdir şəqqeyi-zənciri qırar divanə, Vermişəm zülfünə dil, gör necə Məcnunəm mən. İstərəm çox səni, canımdan əziz canın üçün, And içəm canuva nahəq yerə, məlunəm mən. Busəyi-lütf qılıb, aldın əvəz can nəqdin, Ala öz busəvi, ver canımı, məğbunəm mən. Gözümün yaşı kimi tökmə əyağə meyi-nab, Saqican, təşneyi-ləli-ləbi meygunəm mən. * * * Öldüm, nedeyim, derdimi bir yara deyən yox Öldüm, nedeyim, derdimi bir yara deyən yox, Neylim ki, bu biçarəyə bir çare deyen yox. Ol zülfüperişandır edən könlümü viıan,- A1 şanə ele zülfunü bir dara, - deyən yox. Aşıq dilini özgə ne anlar, bir özüm tek Yüz min dil ile yalvaıa-yalvara deyən yox. “Ne beylə çəkibsen üzə ol zülfi-siyahı? Gel verməgilən cənnəti küffara”-deyən yox. Zülfün yele venne ki, verər ömriimü badə, “Çox vermə həva beyle xatakara”-deyen yox. Biçarə Şükuhi! Səni öldürdü bu zalım! Səd ah, bu keyfiyyeti sərdara deyən yox. * * * Kitabxana.az · https://kitabxana.az/collections/sukuhi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1896). Public domain (author died 1896). Original text only.