Qoşmalar Mirzə Mehdi Şükuhi (1829–1896) Bir belə Əbəs-əbəs çəkmə zəhmet sevdiyim, Verme ziynət xəttü xalə bir belə. O giindən ki, sənə aşiq olmuşam Yetməmişəm gül camalə bir belə. Mən, saqican, bu sevdadan doymaram, Gül üzünə tamaşadan doymaram, Men bu meydən, bu minadan doymaram, Nə tutacaq bu piyalə? - bir bele. Baş qoymuşdum astananm daşına, Rəhm etmədin gözlerimin yaşma, Məni səndən ayıranın başına, Görüm tari bir daş sala, bir belə. Şer, ile men səni qoymaram, zalım, Istəsən molladan hökmünü alım, Sən menim mülkümsən, sən mənim malım, Var əlimdə bir qəbalə, bir belə. Meclisi-işrətin xəlvət olanda, Rəqiblər dağılıb, fursət olanda, Veslin Şükuhiye qismət olanda, Ona elə laməhalə, bir bele. * * * Gəlsin, gəlməsin Bir deyən yoxdur o məhcəmalə Aşiqi-nalan gəlsin, gəlməsin? Həsrəti çoxdur bəzmi-vüsalə, Bu didəgiryan gəlsin, gəlməsin? Aşiqi-zarın gülşəni-nazə Gəlibdir, səndən istər icazə. Buyur bir görüm, ey güli-tazə. Nə oldu fərman, gəlsin, gəlməsin? Aşiqin sənsiz didəgiryandır, Lalətək bağrı qüssədən qandır. Hər nə hökm etsən, bəndəfərmandır, Ey şəhi-xuban, gəlsin, gəlməsin? Aşiqin sənsiz bil şadlıq etməz, Ölüncə səndən əl çəkib getməz, Heç kəs öz yarın belə sinsitməz, Ey sənə qurban, gəlsin, gəlməsin? Bülbüli-zarın ruzi-ələstdən, Nalə çəkməkdən düşdü nəfəsdən, Ha elə-belə künci-qəfəsdən, Naləvü-əfğan gəlsin, gəlməsin? Çox yubandırma, gəl səni tari, Xaki-dərində Naşiyi-zari, Di qurtar, kafir, bu biqərari, Öldü müsəlman gəlsin, gəlməsin? * * * Görüm Bülbül kimi bu gülşənə gəlmişəm, Lalə görüm, sünbül gorüm, gül görüm. Deyirlər səndə var çox şivə, xəndə, Bircə kəlmə danış görüm, gül görüm. Bir yol gördüm yıxdın xanimanımı, İtirdim aləmdə adü sanimı. Bir də üzün göstər, gəl al canımı, Gəlmişəm tanrıya təvəkkül görüm. Mən razıyam hər nə olsa müqəddər, Zülmün Şükuhiyə xoşdu, sitəmgər. Bu mən, bu baş, bu yol, bu sən, bu xəncər, Zəhmət çəkib ayağa dur, gəl görüm! * * * Keçər Bir də yolum düşsə yar otağına, Mənim işim hamı kəsdən saz keçər, İşə düşər deyib, danışıb, gülmək Aralıqdan yüz min ərkü naz keçər. Gül gülə sövkəşib, laləyə lalə, Qumrular, bülbüllər çəkərlər nalə. Saqi, bu mövsümdə gətir piyalə, Bir az keçməz, payız gələr, yaz keçər. Saqi dolandırsın cami-gülrəngi, Düzülsün məclisə lalə, mərdəngi, Oxusun xanəndə, oynasın cəngi, Xəyalımdan setar keçər, saz keçər. Yəhərləyin kəhər atı dubarə, Tüfəngimi verin, gəlmişəm zarə, Mən istərəm bir də çıxam şikarə, Çox deyillər: "Bu kövşəndən qaz keçər". Az mənim bağrımı qan ilə doldur, Dərdin bu canımda hamıdan boldur, Deyillər: "Könüldən könülə yoldur", Şükuhi könlündən niyə az keçər? * * * Kitabxana.az · https://kitabxana.az/collections/sukuhi-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1896). Public domain (author died 1896). Original text only.