Bağlamalar Aşıq Abbas Tufarqanlı (1600–?) Şikəstə könlümün məqsudu usta, Bu Təbrizin sonaları neçədi? Tikilibdi çarşıları yanaşı, Sarayları, binaları neçədi? Ərənlər üstümdə oldu nümayan, Bir camal göstərdi, bəyan və bəyan, Bir səf mələk gördüm, bir səf də qılman, Dal gərdəndə siyahları neçədi? Müştaq oldum bir Pərimin tağına, Canım qurban olsun xoş yığnağına, Mən Abbasam, girsəm xublar bağına, Eyvan, otaq, xanaları neçədi? * * * Kitabxana.az · https://kitabxana.az/collections/tufarqanli-baglamalar İctimai mülkiyyət. Public domain. Original text only.