Əsərlər Ümmügülsüm (1899–1944) Dərdli nəğmə (“Turan düdüyü”) Nargin əsirlərinin dilindən Dərdli-dərdli sürükləndim, inlədim, Acı-acı fəryadlan dinlədim, Gəldim iştə dərdim sənə söylədim Ərzimi dinləyən, soran nərədə? Uyudulmaz dərdim, ovulmaz könlüm, İlk bahar olsa da açılmaz gülüm. Gəl yaramı sən özün sar, sevgilim, Duyulmaz dərdimə dərman nərədə? Dağıtdılar yuvasını bülbülün, Susdurdular nəğməsini bu elin, Xəzan vurdu yarpağını hər gülün Canana can verən o can nərədə? Məskənimiz bir fəlakət ocağı, Bəsdərimiz firtmalar ocağı, Sönmüşmüdür, əcəb yurdun ocağı Anadolu nerdə, Turan nərədə? Qərib sürgün olur bizim adamlar, Ninni söylər uğultulu dalğalar, Mərhəmət naminə səni haraylar, Ədalətin nərdə, vicdan nərədə? Təlatümə uğramışız həpsimiz, Qalmamışdır inan daha səbrimiz. Bir sahil yoxmudur çıxa gəmimiz Ağlaşır analar, duyan nərədə? Seba, yetir sevgilimə sözümü,' Mükəddər halımı, gülməz üzümü, Yanıqlı ahımı, ağlar gözümü, Aşiqler nərədə, canan nərədə? * * * Mənim andım Gönnəzsə gözüm bir an üzünü, Ruhumu oxşayan munis gözünü, Dinləməzsəm əgər dadlı sözünü, Ötən bülbüllərdən soraram səni. Səni düşünürəm, ey gözəl xülya, Sensən kirpiyimdən asılmış röya. Nuhun dövrü gəlsə, dağılsa dünya, Yenə kainatda araram səni. Uyutmaz qəlbimi başqa bir şəfqət, Ruhumu oxşamaz heç bir məhəbbət, Əgər aralığa düşərsə firqət, Əsən küləklərdən soraram seni. Ey Sadiq, sadiqəm əhdimə, səne, And olsun allaha, doğma vətənə, Sənsiz nəsib olan ölümdür mənə, Haraya getsən də, taparam səni. * * * Təbim Axı, hər vaxt şən idin sən İndi susdun, nədən, təbim? Nəşə saçır bağça, çəmən, Zövq al, sən də dillən, təbim! Bizim ele gəlsə bahar, Günəş doğar al laləzar. Güllərin də ilhamı var, Gül açanda güllən, təbim! Gül bülbülün həmdəmidir, Bahar sevgi aləmidir. İlqanmız böyləmidir- Aynlırsan məndən, təbim? İgidlərin hünər çağı, Üzə gülür vətən bağı, Çəkmə mənə sinə dağı, Şer yarat, şənlən, təbim! * * * Böyük Sabirə Yadımdadır, bir gün, bir axşamçağı, Yayıldı aləmə həzin bir xəbər: Gülerkən gülşəndə gülün yarpağı, Sabir, böyük şair öldü, - dedilər. O zaman ağnlı bir ürəklə mən, Ağlamışdım sənə, ey dahi şair! Düşündüm, yatmadım ta səhərəcən, Söz qoşmaq istədim hüznünə dair. Cocuq da olsaydım, tamrdım səni, “Molla Nəsrəddin”in hər səhfəsindən. Az güldürməmişdi sözlərin məni, Müdriklik duyardım xoş nəfəsindən. Tanırdım mən səni, ey cəsur insan, Dözürdün həyatın çətinliyinə. Səni qorxutmurdu nə ölüm, ne qan, Hamı heyran idi mətinliyinə. Hər sözün aynadı qaraya, ağa, Qorxmazdın bəylərdən, şahlardan belə. Əyməzdin başını, dönmüşdün dağa, Daim vunışardın cəhalət ilə. Bəzən də ən həssas şair diliylə Oxşardın qəzəllə qönçəni, gülü. Nece qıydı sənə ölüm əliylə, Ağlatdı hicranm vətəni, eli. * * * Bayrağım enərkən Sən, Bayrağım! Yüksək şanlarınla enərkən Mavi göyə bir duman gəldiyini gördüm bən. Qoynundakı ağ nurlu ay-ulduzum sönərkən Üzərimə doğacaq günəşlərdən bezdim bən. Al-yaşıllı bağında çiçəklərin solarkən Ürəyimdə pək acı bir inilti yüksəldi. Hıçqırıqlar içində bayılırkən, düşərkən Məni tutub qaldıran xain, murdar bir əldi. Yazıq, səni Bayrağım, endirdilər öyləmi? Səni yıxıb devirən o zəhərli ruzigar, O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar, Yanar ocağımı da söndürdülər, öyləmi? Bir röyamı oldu o gördüklərim hepisi? Bağlandımı üzümə türk elinin qapısı? * * * Hicran Bir solğun çiçəyəm, bir san yarpaq, Candan şikayətkar, canandan iraq. Çıxdım ki, yollardan alayım soraq, Xəbər verən yoxdur, sorma dedilər. Aynlınca hilal qaşlı yanmdan, Mən yaslara batdım, geymədim əlvan. Düşünüb o yıldız gözləri hər an, Ağlarkən, kəndini yorma dedilər. Könül şəkvəsini kimə söyləsin? Qəlbimin dərdini kimlər dinləsin? Səni sevən, sənsiz ömrü neyləsin? Dalınca qoşarkən, varma dedilər. Mənim gözlərimdən günəş çəkildi, Parlaq həyatıma zülmət töküldü. Vərəmli qəlbimə oxlar dikildi, Q°y axsın qanlan, sarma dedilər. Günəşim bir daha doğmayacaqmı? Vəhşi qaranhğı boğmayacaqmı? Kölgələri şəfəq qovmayacaqmı? Sordum, ümidini qırma dedilər. * * * Xəzərə xitab Yenə bu gecə də keçdi yandan, Gözümdə yuxu yox, yenə bidaram. Yenə qaranlığın bağnnı yaran, Xəzərin suyudur, tutmayır aram. Çağla çoşğun dəniz, qollannı aç, Qucaqlaşaq, verək köks-köküsə. Gül də, biz ki, dostuq hər qəmli səsə, Qovulduq evimizdən, yollannı aç. Gözümüz yaşlıdır, sinəmiz dağlı, Mən deyim dərdimi, dinlə ey dəniz! Ana qəlbi olur balaya bağlı, Dinlərmisən məni, söylə ey dəniz. Bir gecə yansı əziz balamız, Alındı əlimizdən bir laçm kimi. Söndü işığımız, uçdu yuvamız Həyat tarixində bunu gördünmü? Çağla, coşğun dəniz, göz yaşımıztək, Dağıt sulannı bizdən əks edən, Nə gələr payımız gen təbiətdən, Ağla bir səmimi yoldaşımıztək. Darmadağm eylə dalğalannla Bizi dar divara alan qalanı. Heçliklərə sovur nalələrinlə Çıxılmaz tilsimə salan qalanı. Nəymiş təqsirimiz, neyləmişik biz? Bunu sən sual et, mənim dilim yox. Hansı xəyanətin şərməndəsiyiz, Bunu sən sual et, mənim dilim yox. 1937, Bayıl həbsxanası * * * Könül Dərdli könül, söylə nə ahü-zardır, Coşğun dəniz kimi üsyan eylərsən. Gen dünya başına yenə də dardır, Gizlin eşqləri bəyan eylərsən. Yenə sığışmırsan bu dar qəfəsə, Alovlar qatırsan çıxan nəfəsə. Keçdi xəyahmdan yenə də kimsə Gözümün yaşını rəvan eylərsən. Yenə dərd əlindən gəlmisən cana, Eyləmisən məni dəli-divanə. Əridi şam kimi can yana-yana Kəsilir, doğranır, fəğan eylərsən. Qaranlıqdır sənə hər işıqlı gün, Yanarsan daima, çıxmaz tütünün. İnsafa gəl könül, mənə şən görün, Axan yaşlanmı ümman eylərsən. 7 dekabr 1937, Bayıl həbsxanası * * * Maraq Dəmir pəncərədə qalmış gözlərim, Araram fəzada son qismətimi. Od saçar ağzımdan çıxan sözlərim, Hiss edərmi göylər fəlakətimi? Göriin gözlərimə, sən ey gələcək, Görün ki, tükəndi, qalmadı səbrim. Qaldır pərdələri ey çərxi-fələk, Nə gözləyir məni, yoxdur xəbərim. Söylə ki, nəsibim, müqəddəratım, Hansı əllərdədir? Tanıtdır mənə. Yəni vicdan varmı, ya ki, həyatım Qatacaq göz yaşı dərinliyinə? 1937, Bayıl həbsxanası * * * Ayrılıq Mən saralıb sollam qərib ellərdə, Sözüm dastan olar bütün dillerdə, Gözüm qaldı çiçəklərdə, güllərdə, Gül dərmədim, düşdüm çəmən aynsı, Sürgünəm, düşkünəm vətən aynsı. Ağlaram gözümün yaşı bitincə, Sızıldaram əlim sizə yetincə, Şerler düzərəm incədən incə, Canım candan cida, bədən aynsı, Sürgünəm, düşkünəm, vətən aynsı. Könül həsretidir gül benizlərin, Lalə yanaqlann, gülər üzlərin, Xurmayı tellerin, ala gözlərin, Gül dərmedim, düşdüm çəmən aynsi, Sürgünəm, düşkünem vətən aynsı... Aprel 1938, Bayıl həbsxanası * * * Doğma musiqi Qopardı ruhumu bu gün yerinden, Elimin qəlbindən gələn nəğmələr. Dinlərəm mən səni ey doğma vətən, Könül dalğalanar, heycana gələr. Titrərkən telləri tar, kamançanm, Ürəyim döyündü, əlim titrədi. Ey gözəl vətənim! Eşqinlə sənin Gözlərim yaşardı, dilim titrədi. Ah gözəl musiqi, susma bir az da Qoy ötsün bülbüllər, onlar menimdir. Bir aləm canlanır hər tarda, sazda, Bütün o sənətkar canlar mənimdir. Çal, doğma musiqi, çal ki, sesinə Qərib könüllərin ehtiyacı var. Vurğun aşiqlərin hər nəfəsilə Xəstələr dərdinə min şəfa tapar. Çal, gözəl musiqi, gözəl muğamat, Çal, bir az ağlayım, gülüm seninlə. Qoy bəlkə özümü bir yanm saat Elimin qəlbində bilim səninlə. Bütün varlığımla dinlərəm səni, Sən öz canım kimi yaxınsan cana. Mən könül dostuyam, yad sanma məni Canım səninlədir, getsəm her yana! * * * Kitabxana.az · https://kitabxana.az/collections/ummugulsum-eserler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1944). Public domain (author died 1944). Original text only.