Divanilər Usta Abdulla (1865–1943) (Göyçə mahalının Daşkənd kənd sakini Süleymana həsr olunub) Mən aşiqəm, el içində Dolanaram zaman-zaman. Qəlbim dedi, belə şəxsə Şeir qoşam, dastan yazam. Allah bilir nanəciblə, Müxənnətlə yoxdur aram. Aqil görsəm səcdə qıllam, Gedin Süleymana baxın. Cavanlarda mətin gördüm Hüseynlə Bayraməli, Xaliqim alim yaradıb, Bayram ilə Abuzəri. Arasalar xalisini Sərraf seçər simuzəri, Hər kəlamı nəsihətdi, Gedin Süleymana baxın. Abdullayam, ağsaqqaldı, El içində hörməti var. Şirin ləhcə, xoş zəbanı Ona verib pərvərdigar. Danışanda o məclisdə Aşıq, molla sakit durar, Söz götürər, elm yığar, Gedin Süleymana baxın. * * * Kitabxana.az · https://kitabxana.az/collections/usta-abdulla-divaniler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.