Deyişmələr Molla Pənah Vaqif (1717–1797) -Molla Pənah Vaqif** Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək, Od çıxır ağzından ol dud ilə çaxmaq bar tək. Gülləsi əşkim əsər çeşmim şərari nar tək, Müşk, barut ətrilə həm türreyi-tərrar tək, Etmədi mütləq dimağımı müəttər bir tüfəng. -Hüseyn xan Müştaq** Sən Qarabağ içrə qurmusan tələb meydnını, Tutmusan dildə olan bədü vəfa mizanını, Görməyibsən əsri-ehsanın məgər cövlanını, Bir tüfəngin bu qədər sən çəkmisən hicranını Eylədim təslimi-Rafe çeşmi pa bərsər tüfəng. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.