Müstəzadlar Molla Pənah Vaqif (1717–1797) Bəzənibdir Yarım nə gözəl geyinib, əlvan bəzənibdir, Balapuşi-yaşil, Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir, Xurşidə müqabil. Sübhi duruban cilvə verir iki yanağə, Dünyaya salır nur, Bir hüsni-bədi-tələti-taban bəzənibdir, Xoş rövnəqi kamil. Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə, Can almağa durmuş, Hər qəmzəsi bir afəti-dövran bəzənibdir, Bir qəmzəsi qatil. Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir, Hərdəm gəlir ondan, Səndəl qoxulu zülfü pərişan bəzənibdir, Qarətgəri-kamil. Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət, Ərər xəcil oldu, Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir, Aləm ona mail. Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi, Gedəydi bu zülmət, Məcmueyi-xubana şəhənşah gələydi, Edəydi ədalət. Hicran, mənə sən çox elədin zülmü sitəmlər, Səndən edərəm mən, Fəryadıma ol xosrovi-dərgah gələydi, Gör kim, nə şikayət. Biləydi ki, Fərhad kimi təlxməzacəm, Bir dadə yetəydi. Ol ağzı şəkər, sözü şirin xah gələydi, Edəydi inayət. Vaqif, gecələr eyləmək olmaz qəmə dərman Gər olmasa həmdəm, Allahdan olub lütf o həmrah gələydi, Qıl gündə mübahət. * * * Bir nimtənə kim, ta ola zərbəftü nikutər Bir nimtənə kim, ta ola zərbəftü nikutər, Diba ona möhtac, Mətnində tamam rabitə mövzunu sərasər, Tək haşiyə qıyqac; Üstündə onun aşiqü məşuq müsəvvər, Dil şövqünə minhac; Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər, Nəzzarəsi bəhhac; Tiri-nəzəri-əhli-təmaşayə müqərrər, Hər butəsi amac; Içində onun şölə verə tələti-dilbər, Ta bəndeyi-vəhhac; Görən deyə bu mahdır, ol çərxi-pürəxtər, Ya bəhri-pürəmvac; Kəbə evinin örtüyünə duta bərabər, Simasını hüccac; Gər düşsə ətəyi ələ, əlbəttə, tez eylər, Bizdən qəmi ixrac; Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər, Könlü edə tarac. Şənü əşrəfi xələti-şahanədən artıq, Pirayeyi-şövkət; Fərrü fərəhi zibi ərusanədən artıq, Sər dəftəri-ziynət; Tənü tərəbi nəşəyi-peymanədən artıq, Zövqi-meyi-cənnət; Zər düymə giribanına dürdanədən artıq, Mənzum ola, əlbət; Əqli gedə, sərxoş divanədən artıq, Onu geyən övrət, Dönə ərinin başına pərvanədən artıq, İşlər tapa surət; Zülfə bu dönüm sarmaşa əl şanədən artıq, Candan çıxa həsrət; Oxuna bucaqlarda kütubxanədən artıq, Ehkami-şəriət; Tərifi düşə dillərə əfsanədən artıq, Ta ruzi-qiyamət; Cəm olsa əgər bir yerə yüz cameyi-əkbər, Cümləsinə sərtac. Ol vaxt ki, şod hazirü mövcudü mühəyya, Inrəxti-dilaviz, Bayəd ki, fürüstadə şəvəd zud bəinca Əz peyk səbükxiz, Əz bəhri-hüsuləş binişin, fikri bifərma Gu çareyi-təcviz, Nəleyn-bə papuş ze-ahən bəkəf əmma Dərgir əsa niz, Ziri-qədəm əfkən həmə məxluq sərapa Ba nikü bəd amiz, Mipors zi-hər millətü hər cins, xüsusa Əz mərdümi-Təbriz, Rov zəhməti, imruz bikəş əz peyi-fərda Ey puri-dilaviz! Nə ğüssə zi pəs xorü, nə əz piş qəm əsla Bi pərdəvü pəhriz, Tən deh bəqəza baş peyapey peyi-sevda Məngəh bə digər niz, Ta anki bizayi pesəri ey Əbu-Cəfər Çün düxtəri-sərrac. Zahir ki, mənə tənü təərrüz yetən eylər, Yəni ki, flani, Imdən geri arayişi-əsbabi-zən eylər Tevri-Sefəhani, Bu bidəti nə ləzgi və nə şahsevən eylər Nə kürdi-Kolani, Derlərdi ki, külfətlərinə pirəhən eylər Kirbasü kətani, O böylə deyildi görəsən ki, nədən eylər, Kim azdırıb ani; Seyrani gülüstanə məgər ki, gələn eylər Təğyir həvanı, Özün ki, qocalmış kimi xoy dəyşirən eylər Oğlani-zəmanı, Rişxənd edibən daxi neçün çöp dərən eylər Hatəm xan ağanı, Neylim, tuturam mən qələt anı deyən eylər Fərmani-xudanı, Böylə buyurubdur ər edə övrətə zivər Ol xaliqi-əzvac. Vaqif ər olan övrətə heyran necə olmaz, Çağ etsə damağın? Heyran ki, olur bəndeyi-fərman necə olmaz? Sözün sölə sağın. Sevməzmi, nə sözdür, dili suzan necə olmaz Pərvanə çirağın? Dönməzmi hübabə, evi viran necə olmaz, Yıxmazmı otağın? Həmdəmsiz igid çaki-giriban necə olmaz, Açmaz yaxa bağın? Al qana boyar, qərqeyi-tufan necə olmaz, Göz qarasın, ağın? Qönçə dəhənin görməsə, giryan necə olmaz, Xəndan dodağın? Ol xanəxərabın ciyəri qan necə olmaz, Boş görsə qucağın? Peşkəş belə yoldaşına baş, can necə olmaz? Onun ki, ayağın Götürmüş ola çiyninə peyğəmbəri-sərvər Ol sahibi-merac. * * * Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq Sən qönçə kimi hər bir edən demdə yaşınmaq, Artar bizə yüz mertebo odlanna yanmaq. Mən aşiqəm, ey gül səne, olmaz bunu danmaq, ölən günedek eyleməzəm səndən usanmaq, Daxi nə yaşınmaq, nə bürünmek, nə utanmaq? Bəsdir bu dayanmaq! Allaha şükür, lale yanağında eyib yox, Dişində, dəhanində, dodağmda eyib yox… Bir zorreco zülfündə, buxağında eyib yox, Qaşında, gözündə, qabağında eyib yox, Daxi ne yaşınmaq, ne bürünmək, ne utanmaq? Bəsdir bu dayanmaq! Men ha sənin ol məh üzünü görmüşəm yüz yol, Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol, Həm yoldaşını, həm özünü görmüşem yüz yol, Şəkker kimi şirin sözünü görmüşəm yüz yol, Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! Mən xud deyilən bədnəzər, ey gözləri şehla, Məndən üzünü yaşınsan sən elə bica. Qoysan, eləyim üzünə doyunca tamaşa, Öldürdün axır, məndə ki* can qalmadı əsla, Dəxi ne yaşınmaq, nə burünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! Qeyridən əgər ki, edəsən sən bu hicabı, Billəm ki, sözündür vəli məqbulu hesabı, Yoxsa, məni görcək, üzünə çəkmə niqabı, Gel, tanrı üçün, Vaqifə çox vermə ezabı, Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq? Bəsdir bu dayanmaq! * * * Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi, Gedəydi bu zülmət, Məcmueyi-xubana şəhənşah gələydi, Edəydi ədalət. Hicran, mənə sən çox elədin zülmü sitəmlər, Səndən edərəm mən, Fəryadıma ol xosrovi-dərgah gələydi, Gör kim, nə şikayət. Biləydi ki, Fərhad kimi təlxməzacəm, Bir dadə yetəydi. Ol ağzı şəkər, sözü şirin xah gələydi, Edəydi inayət. Vaqif, gecələr eyləmək olmaz qəmə dərman Gər olmasa həmdəm, Allahdan olub lütf o həmrah gələydi, Qıl gündə mübahət. * * * Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə Ey zülfü siyəh, sinəsi əbyəz, gözü alə, Nə türfə cavansan! Ağzın kimi yox qönçə, yanağın kimi lalə, Gülzari-cinansan! Görsə üzünü məh yetər, əlbəttə, zəvalə, Xurşidi-cahansan! Heç bəndə sənə olmaya, yarəb ki, həvalə, Sən afəti-cansan! Söz yox ki, bu zənəxdanəvü ruxə, xətü xalə, Xubluqda əyansan! Dibaçeyi-lövhi-qələmə katibi-qüdrət Yazmış səni əvvəl. Heç adəmə üz verməmiş əsla belə surət, Pürzinətü seyğəl, Zülfün sözü hər nüsxədədir, ey pəri tələt, Bir şərhi-mütəvvəl. Göydə yetirir müttəsil ayə, günə, xiclət, Hüsnündəki məşəl. Müjganın urar tənə oxun göydə hilalə, Xub qaşı kamansan! Rəftari-qədin eylədi sayə kimi pamal Şümşadı çəməndə. Qan ağladır ol qönçeyi-xəndani məhü sal, Ləlindəki xəndə. Sultani-cahan sərvərisən – sahibi-iqbal, Aləm sənə bəndə, Göftarın edər tutiyi-şəkkərşikəni lal, Hər nitqə gələndə. Sən Xosrov olubsan, vəli, hər şəhd məqalə Şirini-zəmansan! Sənsən, sənəma, cümleyi-xubanə şəhənşah, Yox sən kimi dilbər. Bərqi-üfüqündən ki, üzün bir çıxa nagah, Xurşidə bərabər, Salır özünü ziri-niqabə şəfəqü məh, Manəndeyi-əxtər. Insan ola bilməz bu sifət pak, münəzzəh, Cəm olsa sərasər, Sən cinsi-mələksən yetişibsən bu kəmalə, Ya ruhi-rəvansan? İsna əşərə çakəri-kəmtər ola Vaqif, Sərdaridir əla, Xaki-dəri-evladi-peyəmbər ola Vaqif, Neylər dəxi dünya? Ol gündə ki, həngameyi-məhşər ola Vaqif, Tut daməni-mövla, Fəryadrəsin Heydəri-səfdər ola, Vaqif, Xof eyləmə əsla! Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə, Tövfiq bularsan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-mustezadlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.