Qoşmalar Molla Pənah Vaqif (1717–1797) Ağ gəlin Dərdin məni heyvalara döndərdi, Ey saçları siyah, üzü ağ gəlin! Ta ki, gördüm cəmalının şöləsin, Əridi bağrımda tamam yağ, gəlin! Sənin həsrətini vilayət çəkər, Qəmzən yayı dəyər, məlalət çəkər, Cəmalından mələk xəcalət çəkər, Hüsnün eylər aya, günə lağ, gəlin! Nə olur, üzündən niqab alasan, Bir ləhzə halıma nəzər salasan, Səhərdən açılmış təzə lalasan, Sənin seyrangahın olur dağ, gəlin! Qəddin tək nə ər-ər, nə şümşad olur, Onu görcək, qəmdən can azad olur, Mənim könlüm sənin ilən şad olur, Sən eylərsən damağımı çağ, gəlin! Bəlalərdən səni saxlasın xuda, Sən tək gözəl eldən olmasın cüda, Xəstə Vaqif ölsə, başına fəda, Təki olsun sənin canın sağ, gəlin! * * * Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi -Vaqif** Ey Vidadi, sənin bu puç dünyada Nə dərdin var ki, zar-zar ağlarsan? Ağlamalı günün axirətdədir, Hələ indi səndə nə var, ağlarsan? -Vidadi** Vaqif, nə çox yan baş-ayaq atarsan, Mənə dersən: nə bu qədər ağlarsan? Sənin də başında məhəbbət beyni- Əgər olsa, eylər əsər, ağlarsan! -Vaqif** Ta cəsədin cüda olmayıb candan, Bil özünü artıq sultandan, xandan, Habelə ayrılıq nədir ki, ondan Bu qədər çəkibən azar, ağlarsan? -Vidadi** Ağlamaq ki, vardır, məhəbbətdəndir, Şikəstəxatirlik mərhəmətdəndir, Əsil bunlar cümlə mürüvvətdəndir, Olsa ürəyində, betər ağlarsan! -Vaqif** Say qənimət diriliyin dəmini, Keçən həmdəmlərin çəkmə qəmini, Ağlın olsun, sil gözünün nəmini, Dəxi geri gəlməz onlar ağlarsan! -Vidadi** Oxumadın "fəlyəzhəku" ayətin, Çəkməyibsən yarü həmdəm firqətin, Bilsən əgər ağlamağın ləzzətin, Ta gedincə nuri-bəsər ağlarsan -Vaqif** Kimdi indi bu dövrdə ol adəəm, Pərisi yanından heç olmaya kəm. Qaralırsan bulut kimi dəmadəm, Ağ yağış tək yaşın yağar, ağlarsan. -Vidadi** Billəm çox uşaqsan, ürəyin toxdur, Ləhvü ləəb ilə həvəsin çoxdur, Qocalıq əsəri könlündə yoxdur, Hələ sonra əqlin kəsər, ağlarsan! -Vaqif** Toy-bayramdır bu dünyanın əzabi, Əqli olan ona gətirər tabi, Sən təki oğlana deyil hesabi, Hər şeydən eləyib qubar ağlarsan! -Vidadi** Oğlan, sən uşaqsan, cavansan hələ, Yenicə cisminə düşüb vəlvələ, Təzə dəyənəyi alıbsan ələ, Qaim tut ki, nagah düşər, ağlarsan. -Vaqif** Kəndini əlindən aldıran fələk. İnəklərə buzov saldıran fələk, Yarü yoldaşını öldürən fələk, Məgər səni belə qoyar, ağlarsan? -Vidadi** Neylərsən söyləmiş buzov-inəyi, Bizimlə eyləmiş belə hənəyi, Həzrətqulu bəyin ağ dəyənəyi- Alıbsan əlinə məgər, ağlarsan! -Vaqif** Bidəmağ olmaqdan nə düşər ələ, Şükr elə Allaha, gəz gülə-gülə! Uşaq ha deyilsən, tez-tez habelə- Könlünün şişəsi sınar, ağlarsan. -Vidadi** Uzaqdan bax, yaxşı fəhm et satirə, Bu iş baxmaz heç könülə, xatirə, İstər yüz il bu yollarda qatirə, Bir gün yanar canü cigər ağlarsan! -Vaqif** Keçən işdən mərd igidlər pozulmaz, Atalar deyibdir: "Tökülən dolmaz". Qatıq üçün qışda ağlamaq olmaz, İnşaallah, gələr bahar, ağlarsan! -Vidadi** Dövlətindən yetdik nanü nəməyə, Düşdük indi cadü qatıq yeməyə, Söz ki, çoxdur, yeri yoxdur deməyə, Əgər bilsən, ey bixəbər, ağlarsan. -Vaqif** İç qatığı, ye darının cadını, . . . . . . . . . . . . . . İstəmə dövranın dadlı zadını, Sənə olur o zəhirmar, ağlarsan! -Vidadi** Ey mənə göstərən qatığı, cadı, Onu yeyən tapar külli muradı, Dünyanın sənə də ləzzəti, dadı- Bir gün olur axır zəhər, ağlarsan! -Vaqif** Nə qədər dirisən, ölü deyilsən, Qocalıban yaylar kimi əyilsən, Padşahsan, əgər özünü bilsən, Neçün olub candan bizar, ağlarsan! -Vidadi** Elə ki, taxıldı burnuna çeşmək, Qocalıq əl verib, dəxi nə şişmək! Uşaqlar içində düşər gülüşmək, Sənin də acığın tutar, ağlarsan! -Vaqif** Yalqız çox qocalan bayatı sevər, Gah öyünər, tək-tək özündən deyər, Sən də yetişibsən o həddə məgər, Beyninə bayatı uyar, ağlarsan? -Vidadi** Külli Qarabağın abi-həyatı, Nərmü nazik bayatıdır, bayatı, Oxunur məclisdə xoş kəlimatı, Ox kimi bağrını dələr, ağlarsan! -Vaqif** Müxəmməs deməyin seyrəklənibdir, Bayatıda zehnin zirəklənibdir, Qocalıbsan, qəlbin köyrəklənibdir, İşdən-gücdən olub bikar ağlarsan. -Vidadi** Gəl danışma müxəmməsdən, qəzəldən, Şeri-həqiqətdən, mədhi-gözəldən, Sənin ki, halını billəm əzəldən, Elə deyib canan, dilbər ağlarsan. -Vaqif** Yetmişdə ki, belə nəm gələ gözə, Kəsməyə arasın, baxmaya sözə, O zaman ki, yaşın yetişər yüzə, Gör ki, onda nə bişümar ağlarsan. -Vidadi** Sarı Çobanoğlu gəlsin yanına, Axund deyib canın qatsın canına, Onun şövkətinə, sənin şanına, O, yaxşı müxəmməs düzər, ağlarsan. -Vaqif** Çökər bir gün qabağına Əzrayıl, Deyər: ey kor bəndə, qəflətdən ayıl! Görərsən bir əcəb şəklü şəmayıl, Ürəyinə qanlar damar, ağlarsan. -Vidadi** Əzrayıl ki, çəngəl çalar canına, Çevrilib baxarsan hər bir yanına, Ol zamanda sənin o əfğanına, Nə bir gəlin, nə qız yetər, ağlarsan! -Vaqif** Onun ki, çəngəli əzayə düşər, Çaxnaşar cəsədin, lərzayə düşər, Tamam sümüklərin vay-vayə düşər, Diriykən dərini soyar, ağlarsan. -Vidadi** Axirət sözünü salma yadına, Mütləq dürüst deyil etiqadına, Məhşər günü kimsə yetməz dadına, Fəryadın fələyə çıxar, ağlarsan. -Vaqif** Yanarsan, tənindən çıxar tütünün, Tutuşar boğazın, kəsilər ünün, Hələ vardır bundan betər pis günün, Üqbayə edəndə səfər ağlarsan, -Vidadi** Mömin olub qəlbin olsaydı səlim, Bilərdin xudanın oldurun kərim, Sənə kərəm eylər əzizü həkim, Nə çəkərsən xövfü xətər, ağlarsan! -Vaqif** Çün gedərsən o qaranlıq dar yerə, Qonşu olmaz, çağıranda səs verə, Bir kimsə tapılmaz qapından girə, Görərsən dörd tərəf divar, ağlarsan. -Vidadi** Möminəm, zikrimdir daim ilahi, Uzaqdır könlümdən külli mənahi, Əfv olur möminin cümlə günahi, Sənin də könlündən keçər ağlarsan. -Vidadi** Vaqif, nə çox yan, baş-ayaq atarsan, Mənə dersən, nə bu qədər ağlarsan? Sənin də başında məhəbbət beyni Əgər olsa, eylər əsər, ağlarsan! -Vaqif** Ta cəsədin cüda olmayıb candan, Bil özünü artıq sultandan, xandan, Qəriblik, ayrılıq nədir ki, ondan Bu qədər çəkibən azar, ağlarsan? -Vidadi** Ağlamaq ki, vardır, məhəbbətdəndir, Şikəstəxatirlik mərhəmətdəndir, Əsil bunlar cümlə mürüvvətdəndir, Olsa ürəyində, betər, ağlarsan! -Vaqif** Say qənimət diriliyin dəmini, Keçən həmdəmlərin çəkmə qəmini, Əqlin olsun, sil gözünün nəmini, Dəxi geri gəlməz onlar ağlarsan! -Vidadi** Ağlamaq möminin əlamətidir, Nəbinin dininin xoş adətidir, Əgər bilsən, həqqin kəramətidir, Ta gedincə, nuri-bəsər ağlarsan! -Vaqif** Əlindən kəndini aldıran fələk, Inəklərə buzov saldıran fələk, Yarü yoldaşını öldürən fələk Məgər səni beylə qoyar, ağlarsan? -Vidadi** Neylərsən söyləmiş buzov-inəyi, Bizimlə eyləmiş belə hənəyi, Həzrətqulu bəyin ağ dəyənəyi – Alıbsan əlinə, məgər, ağlarsan? -Vaqif** Kimdir indi bu dövrdə ol adəm, Pərisi yanından heç olmaya kəm, Qaralırsan bulut kimi dəmadəm, Ağ yağış tək yaşın yağar, ağlarsan. -Vidadi** Billəm çox uşaqsan ürəyin toxdur, Ləhvü ləəb ilə həvəsin çoxdur, Qocalıq əsəri könlündə yoxdur, Hələ sonra əqlin kəsər, ağlarsan! -Vaqif** Toy-bayramdır bu dünyanın əzabı Əqli olan ona gətirər tabı, Sənin tək oğlana deyil hesabı, Hər şeydən eyləyib qubar ağlarsan! -Vidadi** Oğlan, sən uşaqsan, cavansan hələ, Yenicə cisminə düşüb vəlvələ, Təzəcə dəyənək alıbsan ələ, Qaim tut ki, nagah düşər, ağlarsan. -Vaqif** Bidəmaq olmaqdan nə düşər ələ, Şükr eylə Allaha, gəz gülə-gülə! Uşaq ha deyilsən tez-tez habelə Könlünün şişəsi sınar, ağlarsan! -Vidadi** Uzaqdan bax, yaxşı fəhm et satirə, Bu iş baxmaz heç könülə, xatirə, Istər yüz il bu yollara qat zirə, Bir gün yanar canü ciyər, ağlarsan! -Vaqif** Keçən işdən mərd igidlər pozulmaz, Atalar deyibdir: "Tökülən dolmaz". Qatıq üçün qışda ağlamaq olmaz, İnşaallah, gələr bahar, ağlarsan! -Vidadi** Dövlətindən yetdik nanü nəməyə, Düşdük indi cadü qatıq yeməyə, Söz ki çoxdur, yeri yoxdur deməyə, Əgər bilsən, ey bixəbər, ağlarsan! -Vaqif** İç qatığı, ye darının cadını, . . . . . . . ……… Neylərsən dünyanın dadlı zadını, Sənə olur o zəhrimar, ağlarsan! -Vidadi** Ey mənə göstərən qatığı, cadı, Onu yeyən tapar külli muradı, Dünyanın sənə də ləzzəti, dadı, Bir gün olar axır zəhər, ağlarsan! -Vaqif** Necə ki, dirisən, ölü deyilsən, Qocalıban yaylar kimi əyilsən, Padişahsan əgər özünü bilsən, Neçin olub candan bezar, ağlarsan! -Vidadi** Elə ki, taxıldı burnuna çeşmək, Qocalıq əl verib, dəxi nə şişmək… Uşaqlar içinə düşər gülüşmək, Sənin də acığın tutar, ağlarsan! -Vaqif** Yavuz çox qocalan bayatı sevər, Gah öyünər, tək-tək özündən deyər, Sən də yetişibsən o həddə məgər, Beyninə bayatı uyar, ağlarsan? -Vidadi** Külli Qarabağın abi-həyatı, Nərmi-nazik bayatıdır, bayatı, Oxunur məclisdə xoş kəlimatı, Ox kimi bağrını dələr, ağlarsan! -Vaqif** Müxəmməs deməyin seyrəklənibdir, Bayatıda zehnin zirəklənibdir, Qocalıbsan qəlbin köyrəklənibdir, İşdən-gücdən olub bekar ağlarsan. -Vidadi** Gəl danışma müxəmməsdən, qəzəldən, Şeri-həqiqətdən, mədhi-gözəldən, Sənin ki, halını billəm əzəldən, Elə deyib canan, dilbər, ağlarsan. -Vaqif** Yetmişdə ki, belə nəm gələ gözə, Kəsməyə arasın, baxmaya sözə, Ol zaman ki, yaşın yetişər yüzə Gəl gör, onda nə bişümar ağlarsan. -Vidadi** Sarı çoban oğlu gəlsin yanına Axund deyə canın qatsın canına, Xanın şövkətinə, sənin şanına, O yaxşı müxəmməs düzər, ağlarsan. -Vaqif** Nədəndir bənizin heç olmur duru, Savılıb bostanın olubdur quru, O zaman ki, sənə . . . . . Gözlərin çanaqdan çıxar, ağlarsan. -Vidadi** Dərdlərinə dərman olmaz heç kəsin, Əbubəkrə hərgiz yetişməz səsin, Mitilin altında qalır nəfəsin, Mürği-ruhin göyə uçar ağlarsan. -Vaqif** Bir gün çökər qabağına Əzrayıl, Deyər, ey kor bəndə, qəflətdən ayıl, Görərsən bir qərib şəklü şəmayil, Ürəyinə qanlar damar, ağlarsan. -Vidadi** Əzrayıl ki, çəngəl sala canına, Çevrilib baxarsan hər bir yanına, O zamanda sənin ah-əfğanına, Nə bir gəlin, nə qız yetər, ağlarsan! -Vaqif** Onun çəngəli ki, əzayə düşər, Çaxnaşar cəsədin lərzayə düşər, Tamam sümüklərin vay-vayə düşər, Dirikən dərini soyar, ağlarsan. -Vidadi** Axirət sözünü salma yadına, Dürüst deyil, mütləq, etiqadına, Məhşər günü kimsə yetməz dadına, Fəryadın fələyə çıxar, ağlarsan. -Vaqif** Yanarsan, təpədən çıxar tütünün, Tutuşar boğazın, kəsilər ünün, Hələ vardır bundan betər pis günün, Üqbayə edəndə səfər ağlarsan. -Vidadi** Mömin olub qəlbin olsaydı səlim, Bilərdin xudanın olduğun kərim, Sənə kərəm eylər əzizü həkim, Nə çəkərsən xovfü xətər, ağlarsan. -Vaqif** Çün gedərsən o qaranlıq dar yerə, Qonşu olmaz, çağıranda səs verə, Bir kimsə tapılmaz qapından girə, Görərsən dörd tərəf divar, ağlarsan. -Vidadi** Möminəm, zikrimdir daim ilahi, Uzaqdır könlümdən külli mənahi, Əfv olur möminin cümlə günahi, Sənin də könlündən keçər, ağlarsan. -Vaqif** Zahir olur iki şəxsi-qəzəbnak, Əllərində şeşpər, çapikü çalak. Onları görəndə zəhrin olur çak, Qutun qurur, nitqin batar, ağlarsan. -Vidadi** Münkir sözü, sual sözü, sin sözü, Söz bir gərək, nə danışmaq min sözü. Dünya, axirətdən belə din sözü, Əlin yoxdur, bəs müxtəsər, ağlarsan. -Vaqif** Bu yanından çıxar o zalım şeytan, Su göstərər, səndən ta ala iman, Nə Ömər tapılar, onda nə Osman, Hər biri bir yanda batar, ağlarsan. -Vidadi** Məzarın, məhşərin həqdir cəhəti, Məhrum qalmaz Məhəmmədin ümməti, Sən ki, tərk edibsən tamam sünnəti, Çox çəkərsən qəzəb, qəhər, ağlarsan. -Vaqif** Çünki işin çəp düşübdür əzəldən, Fayda olmaz işlədiyin əməldən, Mələk verər dəftərini sol əldən, Günahını bir-bir sayar, ağlarsan. -Vidadi** Mələklər ki, gələr sahib izzətdən, Ayıra mömini asi millətdən, Görər ki, deyilsən əhli-sünnətdən, Səni yolum-yolum yolar, ağlarsan. -Vaqif** O gündə ki, qaçar pədərdən püsər, Gövdənə çulğaşar, ilan sərbəsər, Su verməz içəsən saqiyi-kövsər, Kəbab təki bağrın yanar, ağlarsan. -Vidadi** Əvvəl Bubəkrdir peyğəmbərə yar, Ömərdir islamı eyləyən izhar, Osmani-Zinnureyn, Heydəri-kərrar, Olarlar saqiyi-kövsər, ağlarsan. -Vaqif** Çün töhmət edibsən o həştü çara, Əlin necə yetər sənin onlara, Qapılarda dolanarsan avara, Gör başına gələr nələr, ağlarsan. -Vidadi** Əbubəkr, Ömər, Osmanü Əli, Cümlə həştü çahar imami-vəli, Neymanü şafei, Malik, Həmbəli, Onları cəmiən əzər, ağlarsan. -Vaqif** Ol zaman ki, qaynar kəllədə beyin, İmam əzəm danar sözün, hər şeyin, Heç üzə mən baxa bilmənəm deyin, Səni görcək gözün yumar, ağlarsan. -Vidadi** Allahın ki, heç çəkməzsən minnətin, Tərk edibsən peyğəmbərin sünnətin, Nə görərsən məsumların hörmətin, Əgər ağlamazsan, əgər ağlarsan. -Vaqif** Həştü çahar çün halını duyarlar, Sanma səni öz halına qoyarlar, Əvvəl onlar səni diri soyarlar, Sümüyünü ta gömərlər, ağlarsan. -Vidadi** O zaman ki, məşhər xalqı durarlar, Divan olub sorğu-sual sorarlar, Əgər səni bu məzhəbdə görərlər, Yerbəyer budayıb əzər, ağlarsan. -Vaqif** Demə ki, dadıma yetər Maliki, Dərdə düşər səndən betər Maliki, Qaçar ilim-ilim itər Maliki, Yaşınıb bir yerdə yatar, ağlarsan. -Vidadi** Həşrədək qalarsan ahü-zar ilən, Həsrətilən, çox-çox intizar ilən, Kələz ilən, əqrəb ilən, mar ilən, Ağzınadək qəbrin dolar, ağlarsan. -Vaqif** Çox kimsələr qıl körpüdən asılar, Həmbəlinin qaraulu basılar, Qorxusundan bir bucağa qısılar, Dinə bilməz mat-mat baxar, ağlarsan. -Vidadi** Həsən Kaşinin ta başın kəsərlər, Kəsib onu cəhənnəmdən asarlar, Qızdırıb-qızdırıb oda basarlar, Onu görüb əqlin çaşar, ağlarsan. -Vaqif** Şafeinin olmaz o qədər suçu, Əvvəldən axıra ayrıdır köçü, Gələr fəriştələr amma bu üçü Tutar bir-birinə çaxar, ağlarsan. -Vidadi** Şafeini imamlardan ayırma, Əmmə xanı görüb riya qayırma, Bu sözləri ləzgi içrə buyurma, Səni qalmıqlara satar, ağlarsan. -Vaqif** Qəbirdən ki, çıxıb gedərsən Şama, O günlərin dönər toya, bayrama, Əlin yetməz peyğəmbərə, imama, Qiyamət başına qopar, ağlarsan. -Vidadi** Qapılarda çox toxuna-toxuna, Ömərdən, Osmandan, gəzmə saxına, Olarsız ki, heç qoymazlar yaxına, Döyə-döyə öldürərlər, ağlarsan. -Vaqif** Əqlin olsun, on iki imama inan, Fayda verməz sonra olmaq peşiman, Yəqin bil ki, qurulacaqdır mizan, Əməlin qarşında durar, ağlarsan. -Vidadi** İmamlar ha deyil sənin yoldaşın, Olsaydı gözündə olardı yaşın, Sən əqldə vardır neçə qardaşın, Olur olsun, sən müqərrər ağlarsan. -Vaqif** Vəqtkən dəli olma, gəl eşit məndən, Gəzmə yalvar-yapış onlara gendən, Amma qorxun olsun Əbülhəsəndən, Səni əzim-əzim əzər, ağlarsan. -Vidadi** Qulluq etməyibsən Əbülhəsənə, Gələ o günündə yar ola sənə, Yetişməz dadına heç bir kimsənə, Qalarsan nailac, naçar, ağlarsan. -Vaqif** Axır sənin necə haldır bu halın, Hansı mətləbdədir fikrü xəyalın? Vədə günü atın, qoyunun, malın, Əgər doğmaz, əgər doğar ağlarsan. -Vidadi** Çün sevməzsən atı, qoyunu, malı, Eşitməzsən, hərgiz bu qalmağalı, Bəs nədir yığıbsan neçə əyalı, Doğmaz şad olarsan, doğar, ağlarsan. -Vaqif** Heç axtarma şahi-Heydər Əlini, İmamü hümami, tamam vəlini, Yığ başına təpik atan dəlini, Olar ki, bir-birin qırar, ağlarsan. -Vidadi** Tanırsan Şəmkirli dəli qazını, Həsəni-Kaşini, Nəsir Tusini, Tərki-sünnət olan tamam asini, Görərsən duzəxə girər, ağlarsan. -Vaqif** İmam ki, iraqdır etiqadından, Tamam bildiklərin çıxar yadından, O zaman çəkilər ah nihadından, Fəryadın fələyə çıxar, ağlarsan. -Vidadi** Olan peyğəmbərin doğru rahında, Xuda saxlar onu öz pənahında, Səni hər kim görər həq dərgahında, Qatar qabağına qovar, ağlarsan. -Vaqif** Başına cəm olub, əqlin yığılmaz, O səbəbdən dərdin, qəmin dağılmaz, Sənin malın buzov salıb, sağılmaz, Hər kəs inəyini sağar, ağlarsan. -Vidadi** Şeytan ki, dünyada aldadır kimi, Xoş gəlir o kəsə dünyanın dəmi. Çox yığma başına hurü sənəmi, Qafil, özgələrə gedər, ağlarsan. -Vaqif** Cəhənnəmə getsin gedən həmdəmlər, Olar üçün çəkmə sən bunca qəmlər, Keçən günləri ki, indi bu dəmlər, Dəli könül əbəs anar, ağlarsan. -Vidadi** Göz neçün ağlayıb tökməsin nəmi, Heyvan ha deyil ki, çəkməyə qəmi, Əqlin olsa, anıb yarı, həmdəmi, Leylü nahar, şamü səhər, ağlarsan. -Vaqif** Həqqi-peyğəmbərə, o çariyarə, Tamam imamlara həştü çaharə, Uymasan, yanarsan duzəxdə narə, Kimsə olmaz sənə yavər, ağlarsan. -Vidadi** Nahaq yerə əhli-həqqə dəyənlər, Peyğəmbərin doğru yolun əyənlər, Azğın-azğın çariyarə söyənlər, Çaqqal tək duzəxdə ular, ağlarsan. -Vaqif** Nə yaradır ürəyinin yarası, Bu vaxtadək olmayıbdır çarası? Uzun illər kəsilməyib arası, Şamü səhər, leylü nahar ağlarsan? -Vidadi** Bir göz ki, ağlamaz, həm tökməz yaşı, Əlbəttə, xalidir beyini, başı, Olmasa, yad eylər yarü yoldaşı, Hərdəm ki, yadına düşər, ağlarsan. -Vaqif** O qədər dolandın sağdan və soldan, Dövləti, xanı da çıxardın yoldan, Qoymadın ki, verə parçadan, puldan, Səni xələt əhli tutar, ağlarsan. -Vidadi** Çox bulanma bu dünyanın qanına, Vəfa yoxdur sultanına, xanına, Danasını bir gün qoymaz yanına, Bizim inək kimi təpər, ağlarsan. -Vaqif** Dünya işində ki, qoçaqsan, qoçaq, Ölüdən qıvraqsan, diridən qaçaq, Bir gün sağ olursan, yeddi gün naçaq, Övrətlər bağrını üzər, ağlarsan. -Vidadi** Səni qamışlıqda yaşıran fələk, Əqlini başından çaşıran fələk, Meyxanədən tez-tez düşürən fələk, Belə qoymaz bir gün sürər, ağlarsan. -Vaqif** Öləndən sonra o güruhi-nacı, Məzarına salmaz sayə qıyqacı, Özündən irəli çürük ağacı Ağzının üstündən çəkər, ağlarsan. -Vidadi** Allah rəbbindir Məhəmməd Şəfi, Külli halə oldur əlimü səmi, Deyilmi yəğfiruzzünubi cəmi, O gündə gözlərin görər, ağlarsan. -Vaqif** Minərsən qatırı, sürə bilməzsən, Yolun altın, üstün görə bilməzsən, Xan gələr, yerindən dura bilməzsən, Qələbəyi qolundan tutar, ağlarsan. -Vidadi** Ağqız oğlu Piri dünya qardaşın, Hatəm xan ağadır sində yoldaşın, Sarı çoban oğlu gözəl dindaşın, Nə çəkərsən sən dərdü sər, ağlarsan. -Vaqif** Soruşarlar səndən neçə xəbəri, Üstünə çəkərlər tiğü təbəri, Söylərsən sözünü dəli, sərsəri, Hər biri bir yandan budar, ağlarsan. -Vidadi** Olunandan sonra sorğu-sualın, Yenə ağlamaqdan olmaz məcalın, Savılmaz başından bu qalmağalın, Hər ləhzədə həzar-həzar, ağlarsan. -Vaqif** Münkir-nəkir necə olsa ötüşər, Sor ki, sonra işin hara yetişər, Divar gələr bir-birinə bitişər, Səni oyum-oyum oyar, ağlarsan. -Vidadi** Oxuram, gər cürmim var isə əzim, İnnəlləhə hüvvət təvvabür-rəhim, Həqqin olduğuna qəniyü-kərim, Əzəl etməyibsən bavər, ağlarsan. -Vaqif** Qıl körpüdən ta ki, sürçər ayağın, Cəhənnəm xovfindən yarılır yağın, Qorxma, yenə Əli olar dayağın, Əgər anıb həştü çahar ağlarsan. -Vidadi** Şiə xalqı tamam dolar duzəxə, Qalarlar duzəxdə od yaxa-yaxa, Mahaldır ki, biri duzəxdən çıxa, Cümlə olar zirü zəbər, ağlarsan. -Vaqif** Vaqif, gərçi əzabı var dünyanın, Sən neçün xovfini çəkərsən, anın, Tutubsan ətəyin Şahi-mərdanın, O gülər – gülərsən, ağlar – ağlarsan. -Vidadi** Əhli-sünnət vəl-cəmaət peyvəstə, Gedərlər cənnətə dəstəbədəstə, O gündə şad olar Vidadi xəstə, Səni yanlış görüb gülər, ağlarsan. * * * Sərasər bir yerə yığılsa xublar Sərasər bir yerə yığılsa xublar, Sənin bir muyinə tay ola bilməz. Günəş təki şölə verər camalın, Belə gözəllikdə ay ola bilməz. Heç gözəli sən tək şux görməmişəm, Nə fayda, hüsnünü çox görməmişəm. Uzun kirpiyin tək ox görməmişəm, Qaşların tərzində yay ola bilməz. Həsrətindən bağrım qan ilən dolub, Heyva təki rəngim saralıb-solub, Bu xubluq ki, həqdən bəxş olub, Heç kimsəyə belə pay ola bilməz. Qəddin şahbaz, ağ bədənin səmən tək. Yanağın lalədən ziyada göyçək. Ustad səni çəkib manəndi-mələk, Bundan artıq həqqü say ola bilməz. Vaqifəm, mən sənə heyran olmuşam, Qaşların yayına qurban olmuşam, Dərdindən didəsi giryan olmuşam, Qanlı yaşım kimi çay ola bilməz * * * Ağlayır Qasid, tezcə yardan gətir bir xəbər, Ol gülü-xəndanım neçün ağlayır? Zalımın torundan çıxmış kənara, Xub tülək tərlanım neçün ağlayır? Bənövşə ətr alır zülfü muyundan, Baxan doymaz qamətindən, boyundan, İnsaf deyil, qurban deyəm qoyundan, Ona qurban canım, neçün ağlayır? Vaqif, çoxdur dərdin, mən də bilərəm, Bir gün görməyəndə yəqin ölərəm, Ağlasan ağlaram, gülsən gülərəm, Xəstəyəm, dərmanım neçün ağlayır? * * * Ayrıldıq Xeyli vaxtdır ayrılmışıq yar ilən, Gördük, amma tanışmadıq, ayrıldıq. Qaldı canda gizli-gizli dərdimiz, Bircə kəlmə danışmadıq, ayrıldıq. Qərib-qərib durduq biganələr tək, Soyuq-soyuq baxdıq divanələr tək. Dönmədik başına pərvanələr tək, Eşq oduna yanışmadıq, ayrıldıq. Yarım saat bir arada qalmadıq, Eşq atəşin canımıza salmadıq, Yalvarıban yarın könlün almadıq, Elə getdi, barışmadıq, ayrıldıq. O zaman ki, aşnalığı tərk etdik, Cüda düşdük, xeyli ciyər bərkitdik. Aralıqdan könül quşun ürkütdük, Bir-birilə qonuşmadıq, ayrıldıq. Vaqif sevdi bir iqrarsız bivəfa, Bada getdi tamam çəkdiyi cəfa, Görüşübən eyləmədik xoş səfa, Qucaqlaşıb sarışmadıq, ayrıldıq. * * * Aşiqəm Bir əndamı nəsrin, dodağı qönçə, Bir qaməti gülbün yara aşiqəm. Olsa yüz üzü gül, girməz eynimə, Mən ancaq bir gülüzara aşiqəm. Gecələr sübhədək eylərəm nalə, Hərgiz düşməz könlüm özgə xəyalə. Bir gərdəni mina, ağzı piyalə, Bir ləhcəsi şirinkara aşiqəm. Bir buxağı turunc, sinəsi meydan, Bir sözü cəvahir, mirvari dəndan, Bir maral baxışlı, kirpiyi peykan, Bir qaşlan zülfüqara aşiqəm. Bir güləndə ləblərindən bal axan, Bir bəzənib sərxoş tovus tək çıxan, Bir niqab altından pünhani baxan, Bir əcayib xoşgöftara aşiqəm. Vaqifəm, bədəndən canım dağılır, Məcnun kimi xanimamım dağılır, Görməyəndə din-imamım dağılır, Gecə-gündüz mən didara aşiqəm. * * * Badi-səba, bir xəbər ver könlümə Badi-səba, bir xəbər ver könlümə, Ol güli-xəndanım neçün gəlmədi? Xəyalım şəhrini qoydu viranə, Sərvərim, sultanım neçün gəlmədi? Sərxoş yerişinə qurban olduğum, Görməyəndə dəli-devran olduğum. Mina gərdəninə heyran olduğum, Sərvi-xuramanım neçün gəlmədi? Qaşı kaman, kirpikləri qəməlim, Ağzı şəkkər, dodaqları yeməlim, Əlvan kəlağaylı, bəyaz məməlim, Sinəsi meydanım neçün gəlmədi? Mehrabü mənbərim, Kəbeyi-ülyam, Əqlim, huşum, canım, həm dinim, dünyam, Elim, günüm, obam, Misrü Züleyxam, Yusifi-Kənanım neçün gəlmədi? Nəsrin binaguşlum, bənəfşə muylum, Pərilər tələtlim, məlaik xoylum, Büllur lətafətlim, sənubər boylum, Huriyü qılmanım neçün gəlmədi? Ağzı xeyir sözlüm, dili diləklim, Tər qollum, ağ əllim, gümüş biləklim, Qarıçqay cilvəlim, tavus bəzəklim, Libası əlvanım neçün gəlmədi? Vaqif, ilə döndü bir saətimiz, Nə səbrimiz qaldı, nə taqətimiz. Bu gündən belədir qiyamətimiz; Gəlmədi cananım, neçün gəlmədi? * * * Bax Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax! Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax! Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmü adil padişahi-qadirü qəhharə bax! Sübh söndü,şəb ki,xəlqə qiblə idi bir çıraq, Gecəki iqbalı gör,gündüzdəki idbarə bax! Taci-zərdən ta ki ayrıldı dimaği-pürqürur, Payimal oldu təpiklərdə səri-sərdarə bax! Mən fəqirə əmr qılmışdı siyasət etməyə, Saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax! Qurtaran əndişədən ahəngəri-biçarəni, Şah üçün ol midbəri təbdil olan mismarə bax! İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda, Ta həyatın var ikən nə şahə,nə xunxarə bax! Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç, Nə qıza,nə oğula,nə dustə,nə də yarə bax! Vaqifa,göz yum cahanın baxma xubü ziştinə, Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax! * * * Bayram oldu Bayram oldu, heç bilmirəm neyləyim… Bizim evdə dolu çuval da yoxdur. Dügüylə yağ hamı çoxdan tükənmiş Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm, dəxi qoymazlar kəndə. Xalq batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə evdə bir sahibcamalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. * * * Bəri bax Ala gözlü, sərvi boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax. Gecə-gündüz fikrim-zikrim, əzbərim, Üzüldü taqətim, aman, bəri bax! Kim dözər mənim tək belə firqətə, Rəncü-məşəqqətə, bari-möhnətə? Haçandır düşmüşəm tari-zülmətə, Çəkilsin üstümdən duman, bəri bax! Payibəndəm qəmi-eşqə giriftar, Hicran həsrətindən can oldu bimar. Razi-dilim edə bilməm aşikar, Çəkərəm dərdini pünhan, bəri bax! Günbəgün könlümün artır qubarı Pərişandır, tapmaz o qəm küsarı. Ölsün, itkin olsun belə əğyarı, Gəzməsin arada yaman, bəri bax! Çox çəkər hicrini Vaqifi-xəstə, Leylü-nahar, şamü-səhər peyvəstə, Ey yanağı lalə, ləbləri püstə, Ağzı nabat, şəkkər zəban, bəri bax! * * * Bir-birinə həmdəm iki növcavan Bir-birinə həmdəm iki növcavan, Biri güldür, biri gülgəz yanaqlı, Biri tər sinəli, ayna endamlı, Biri när məməli, nəsrin buxaqlı. Biri laçın gözlü, tərlan qəmzəli Biri qırğı başlı, sona cilvəli, Biri şokker sözlü, şirin kəlməli, Biri qənd ağızlı, qaymaq dodaqlı. Biri sərasər ağ, həm siyah telli, Biri buğdayıdır, amma şəkilli, Biri xoş qılıq, mələk misilli, Biri sərv boylu, şümşad budaqlı. Biri bəstə boylu, nannc örtüklü, Biri şux baxışlı, xəricərkirpikli, Biri dar gərdənli, süzgün sümüklü, Biri uzun qaşlı, həıri gen qabaqlı. Axır cana yetirərsiz Vaqifi, Ağlayıban götürərsiz Vaqifi, Bir gün olur, itirərsiz Vaqifi, O qədər gəzərsiz əli çıraqlı. * * * Cəmalın gözümdən nihan olalı Cəmalın gözümdən nihan olalı, İstərəm baxmayım dünyayə, Pəri! Xəyal eylədikcə o sərv qəddin, Dönər qanlı yaşım dəryayə, Pəri! Olsalar yüz mələk, yüz huri qılman, Yüz mina gərdənli, zülfü pərişan, Yüz lalə yanaqlı, ləbləri mərcan, Könül dönməz səndən kimsəyə, Pəri! Sən gedəli, mən ziyadə ağlaram, Vermişəm ömrümü bada, ağlaram, Hər düşəndə qəddin yada, ağlaram, Ünüm çıxar ərşi-əlayə, Pəri! Səndən ayrı bağrım kababa dönmüş, Yıxılmış dil şəhri xəraba dönmüş, Firqətin damu tək əzaba dönmüş, Didarın cənnətül-məvayə, Pəri! Bir görəydim sənin gül cəmalını, Cadu gözlərini, yay hilalını, Müənbər saçını, hindu xalını, Yetərdi hər dərdim dəvayə, Pəri! Peyvəstə qurulsun qaşın kamanı, Oxların sinəmdən keçsin nihanı, Gül bədənin heç görməsin yamanı, Lütf eylə Vaqifi-şeydayə, Pəri! * * * Deyiləm Bahənə tutuban, bizdən gen gəzmə, Sirr sözün yadlara deyən deyiləm, Könül rəva görməz səni yad görə, Səni özgəsinə qıyan deyiləm. Arzum budur gözüm tikəm gözünə, Danışasan qulaq asam sözünə, Ta ölüncə baxım günəş üzünə, Arzum canda qalıb doyan deyiləm. Vaqif deyir, doymaz sevən sevəndən Ta ölüncə əl götürmənəm səndən, Əbəs-əbəs neçün qaçırsan məndən, Mən ki, zalım, adam yeyən deyiləm?!. * * * Durnalar Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar! Sizə müştaq durur Bağdad elləri, Gözləyə-gözləyə qalıb yolları, Asta qanad çalın, qafil telləri Heyifdir, salarsız düzə, durnalar! Xeyli vaxtdır yarın fərağındayam, Pərvanə tək hüsnün çırağındayam, Bir ala gözlünün sorağındayam, Görünürmü, görün, gözə, durnalar! Mən sevmişəm ala gözün sürməsin, Bədnəzər kəsibən, ziyan verməsin, Saqın gəzin, laçın gözü görməsin, Qorxuram səfnizi poza, durnalar! Nazənin-nazənin edərsiz avaz, Ruhlar tazələnir, olur sərəfraz, Vaqifin də könlü çox edər pərvaz Hərdən sizin ilə gəzə, durnalar! * * * Dodaqlarından Mənim yarım sığallanıb gələndə, Sanasan qan süzür dodaqlarından. Şölə verir zənəxdanın çevrəsi, Nur tökülür göyçək yanaqlarından. Gərdən çəkib, tənə qılar qulara, Həsrətindən bağrım dönər sulara, Pərilər evladı derlər bulara, Bular da gözəldir ocaqlarından. Ağ sinən gözəldir, gərdən gözəldir, Sərasər əndamın birdən gözəldir, Sərv qəddin sənubərdən gözəldir, Qolların, topuğun, buxaqlarından. Dəhanın sədəfdir, dişlərin inci, Sən məni eylədin ellər gülüncü, Libasın əlvandır, çarqat narıncı, Saçaqlar yaraşır qıraqlarından. Vaqifin dərdini biləydi yarı, Dərdinə bir dərman qılaydı yarı, Qədəm basıb müdam gələydi yarı, Öpəydim əlindən, ayaqlarından. * * * Ey huri liqalım, mələk simalım Ey huri liqalım, mələk simalım, Gözəllikdə olmaz kimsə sən kimi! Al yanağın həlqə-həlqə yanında Bənəfşə zülflərin – yasəmən kimi. Gərdənində tellər nə gözəl teldi, Onların məskəni o nazik beldi, Nə səngi-mərmərdi, nə bərgi-güldi, Bu ağ əndam kimi, bu bədən kimi. Qamətin tək heç bir qamət biçilməz Dodaqların tər qönçədən seçilməz, Bülbül cəh-cəh vurub güllər açılmaz, Belə şirin-şirin sən gülən kimi. Nə xoş sitəmkarsan zalimü xunxar, Onun üçün səndən çox gileyim var, Bilmənəm ki, sənə nə demiş əğyar, Xəyalındır məndən genə gen kimi. Vaqifi möhnətü fərağa salma, Əğyarın sözünü qulağa salma, Məni öz dərindən qırağa salma, Heç aşiq tapılmaz sənə mən kimi * * * Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, Bir zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək – Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayınanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir. * * * Evində Duruban eşqilə güzar eylədim, Bir pərinin oldum mehman evində. Zərrəcə görmədim hörmət, izzətin, Qaldım elə, peşman-peşman evində. Ta ki, məni gördü ol qəlbi qara, Çəkdi yaşmağını o gül rüxsara, Döndərdi üzünü, tutdu divara, Sanasan ki, yoxdur insan evində. Dodağı şəkərdir, göftan şərbət, Nə fayda, eyləməz şirin məhəbbət. Məxlesi ki, yoxdur onda bir ləzzət, Boldur elə acı qəlyan evində. Keçmə o dilbərin sən otağından, Tər bənövşə qoxar hər bucağından. Sanki bir guşədir cənnət bağıdan, Açılıbdır güli-əlvan evində. Vaqif, bir kimsə ki, bizdən yaşına, Yəqin bil ki, bizlən olmaz aşina. Gəldiyimiz heç gəlmədi xoşuna, Tapdım mən halım ürfan evində. * * * Eyləyəm Harda gördüm bir şux, kaman qaşlını, İstərəm canımı qurban eyləyəm. Tutam zülfün ucun, dönəm başına, Bağrımı oduna büryan eyləyəm. Mən bilirəm qədrin sərxoş cavanın, Həlqə-həlqə zülfün, tər zənəxdanın. Bu gül əndamlının sərvi - rəvanın, Durum yerişinə seyran eyləyəm. Mən onun dərdinə oldum mübtəla, Şəmi xiyalıma o verir ziya, Xublardan ki, mənə gəlsə hər bəla, İstəməm ona mən dərman eyləyəm. Xublara vermişəm din-imanımı, Şövkətü-şanımı, adü-sanımı, Cəllad tək gözləri alsa canımı, Namərdəm mən əgər aman eyləyəm. Vaqifə rəhm eylə bari, ilahi, Agah et dərdimdən ol üzü mahi, Qədəm basıb bizə gəlsin nagahi, Bir gecə mən onu mehman eylərəm. * * * Təzkireyi-Nəvvab Ey Vidadi, yenə xan qulluğunda, Qaim olub, nə qiyamət eylərsən? Yaman gözdən Allah özü saxlasın, İxlas ilə, kişi, xidmət eylərsən. Bizim hərəmlərdir Quran oxuyan, Üstündən, başından ənbər qoxuyan, Olar deyil ölkən,* çatı toxuyan, Kimin işin kimə nisbət eylərsən? Belə dursan o qapıda qışü yaz, Yetişərsən bir çörəyə sərəfraz, Doğru budur, bundan əyilsən bir az, Yəqin bil ki, çox xəyanət eylərsən. Sizdə ki, bir övrət qurar bir palaz, Boşalıb olanda ərişi nasaz, Çağırıb çaxdırır hər yerinə paz, Bunu ona bir mərifət eylərsən. Xoş halına sənin, uzun dırnaqlı, Baldırı çirməkli, yalın ayaqlı, Yorğanı, yastığı tozlu-torpaqlı, Həmdəm ilə hər dəm söhbət eylərsən. Bumun silə-silə qatığı çalar, Axşamadək eyməsini it yalar, Altına yıxılcağ çır-çır çığırar, Eşqin yatar, qət’i-şəhvət eylərsən. Bit öldürüb, gedər xəmir yoğurur, Mamaçılıq eylər, uşaq doğurur, Söz xəbər alanda bar-bar bağırır, Qulaqların batar, heybət eylərsən. Axşam-sabah durar əlində çatı, Buzov bağlar, gəlib tumarlar atı, Palçığa bulanar suru-sufatı, Öylə zada sən də ülfət eylərsən. Əllərin, yüzlərin yuduqları yox, Yaşlarında doğru dedikləri yox, Hazır çobandırlar, düdükləri yox, Onlar ilə hər dəm söhbət eylərsən. Belə olur tərakəmə oymağı, Övrət bilməz kişisindən doymağı, Özgəyə yedirir yağı, qavmağı, Qatığına sən qinaət eylərsən. Günün qulağı ta oradan batar, Mitilin bürünüb çaşta tək yatar, Ev zadını tamam özgəyə satar, Əgər yanın bir dəm xəlvət eylərsən. * * * Əfəndi Siyah telli bir sənəmin ucundan Badə getdi din-imanlar, əfəndi! Ol oda ki, mən düşmüşəm yanıram, Düşməsin heç müsəlmanlar, əfəndi! Könül deyil sən gördüyün havada, Dərdim olur gündən-günə ziyada, Hər zaman düşəndə ləbləri yada Tökülür gözümdən qanlar, əfəndi! Bilməm nə nəhs gündə çıxdım bu dağa, Bir lalə üzündən düşdüm irağa, Yana-yana qaldım belə fərağa, Bərbad olsun ol zamanlar, əfəndi! Mənim meylim yoxdur sultandan, xandan, Yarımın arzusun saxlaram candan. Xalq da bilir, mənim könlümdür andan Olsa yüz min növcavanlar, əfəndi! Molla odur hər nə görsə kitabda, Onu şərh eyləyə haqda-hesabda, Vaqif deyir sənə, mənə bu babda, Hələ azdır bu divanlar, əfəndi! * * * Gəlin Xumar gözlərini sevəndən bəri, Dəxi özgəsinə uymanam, gəlin! Xoryat ilə belə can-can olmusan, Məgər ki, mən onu duymanam, gəlin! Cefridar sürməni çəkibdir gözə, Havalanıb dəxi endirməz bizə, Mən ha billəm, qanın qaynar tüksüzə, Mən tutduğum eldən qoymanam, gəlin! Başına döndüyüm, suları yolu, Gedəndə boş gedər, gələndə dolu. Məmələrin üstdən çatının zolu, — Sən qıysan, mən sənə qıymanam, gəlin! Başına döndüyüm, telli, toqqalı, Qaşları canımı haq-nahaq alı, Ağarıbdır, qırxmaq olmaz saqqalı Vallah, üzün üstə qoymanam, gəlin! Taxtına çıxmanam, taxtın ucadır, Qoynuna girmənəm, yarı gecədir, Deməginən Molla Pənah qocadır Səni tamam yesəm doymanam, gəlin! * * * Gərək Bulud zülflü, ay qabaqlı gözəlin, Duruban başma dolanmaq gərək. Bir evdə ki, belə gözəl olmaya, O ev bərbad olub talanmaq gərək. Əndamı ağ gərək, sinəsi mərmər, Siyah zülfu qamətinə bərabər, Qoynu içi guya müşklə ənbər, Basdığı torpağı yalanmaq gərək. Sərxoş durub saraymdan baxanda, Ağ gərdənə həmayillər taxanda, Gözə sürmə, qaşa vəsmə yaxanda Canım eşq oduna qalanmaq gərək. Çıxa sarayından canlar alan tək, Xişmə gələ cəh-cəh qəhri olan tək, Şahmar zülfü dal gərdəndə ilan tək, Hərdəm təıpənəndə bulanmaq gərək. Vaqif, sənin işin müdam ah olsun, Səg rəqibin ömrü qoy kütah olsun. Həmdəmsiz kimsənə əgər şah olsun, Gədadır o kimsə, dilənmək gərək. * * * Həsrətindəyəm Çox zamandır, yarın həsrətindəyəm, Gələydi, bir onu barı görəydim, Bülbül tək fəryadım çıxdı fələkə, Cənnət iyli gülüzarı görəydim. Basaydı üzümə gül ayağını, Öpəydim üzünü, həm dodağını, Gah açaydım ağ sinənin bağını, Qoynundakı qoşa narı görəydim. Gah alaydım gərdənini qucağa, Gah üzüm sürtəydim zülfə, buxağa, Gah da oturaydım qabaq-qabağa, Danışaydı, xoş göftarı görəydim. Bilirmola bağrımdakı yaranı, Necə yaxmış mən tək günü qaranı, Yar məndən kəsməzdi belə aranı, Bu qoymayan kimdir, barı, görəydim. Vaqifəm, hicrandır mənim məhşərim, Gecə-gündüz canan olmuş əzbərim, Kərəm eyləyibən gəlsə dilbərim, Kəsilirmi ahu zarı görəydim? * * * Görməmişəm Sənin təki siyah telli, gül üzlü, Bu cümlə cahanda mən görməmişəm. Ağzı nazik, qaşı uzun, qəddi düz, Bir belə sinəsi gen görməmişəm. Bir mah üzlü sevdim keçən sənədə, Xırda xallar zənəxdanda, çənədə, Vilayəti gəzdim, heç kimsənədə Bir belə şövkətü şan görməmişəm. Gözəllər içində türfə, ali şan, Deyib, gülüb şirin-şirin danışan, Çox görmüşəm siyah zülfü pərişan, Amma ki, qəddinə tən görməmişəm. Sədəf dəhanında dişlərin düri, Dəyər bu dünyaya onun hər biri. Ya mələksən, ya hurisən, ya pəri, İnsanda sən təki can görməmişəm. Xəncər kirpiyindən saçılır qanlar, Sənə qurban yüz min qaşı kamanlar, Durub sallananda üzülür canlar, Vaqif deyər belə xan görməmişəm. * * * Gözəlin Özgə ilə hərgiz olmaya işi, Qafiyə qəzəldən həm cıxa başı, Bulaqtək qaynaya həm gözu, qaşı Artıq ola həm kəmalı gözəlin. * * * Hayıf ki, yoxdur! Kür qırağının əcəb səyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın Bir gözəl obası, hayıf ki, yoxdur! Elə gözəllər var bunun içində, Ələ düşməz hərgiz Çinü-Maçində. Söyləgən, oynağan, dürüst biçimdə Bəzəyi, libası, hayıf ki, yoxdur. Ucu əşrəfili, bulut kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı əlvan, qəsabə qıyğac, Altından cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün burulması, hayıf ki, yoxdur! Ayna tutub hərdəm camal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Vaqif haqdan dilər lütfü kərəmlər, Belə yerdə qalan, vallah, vərəmlər. Yenə yada düşdü bizim sənəmlər. Getməyin binası, hayıf ki, yoxdur! * * * Qabağında O şux qəmzələrin, xəncər kirpiyin Gundə olur yuz min qan qabağında, Xumar-xumar baxan ala gozlərin Gərəkdir verəsən can qabağında. Qaşın qabağında sığallı bircək, Sayə salmış uzə şolə mubarək, Amma iki dəstə tər bənovşə tək Qoymuş al yanağın yan qabağında. Zulfundən qoxuşar gulu reyhanlar, Qurban hər muyinə yuz min cavanlar, Pişvazına gəlir huri qılmanlar, Məlayik durmuşlar san qabağında. Vaqif qurban zənəxdanın cahinə, Şirin guluşunə, xoş nikahinə, Qul olasan belə xublar şahinə, Durasan hər axşam, dan qabağında. * * * Qurban olduğum Sallana-sallana dövlətxanadan, Bir çıxa boyinə qurban olduğum. Göydə mələk, yerdə insan gözəli Sənsən, xoş xoyinə qurban olduğum. Hüsnün kitabını bülbüllər oxur, Yay qaşın bağrıma xədəngin toxur, Həlqə birçəyindən yasəmən qoxur, Bənəfşə muyinə qurban olduğum. Ləblərin şirindir şərbətdən artıq, Üzünü görməkdir dövlətdən artıq, Eşiyindir sənin cənnətdən artıq, Kəbeyi-kuyinə qurban olduğum. * * * Vaxtı deyil Bir fitnə fellinin, üzü xallının, Bir şirin dillinin qurbanıyam mən. Bir qənd məqallının, ləb zülallının, Bir ağzı ballının qurbanıyam mən. Bir süsən muylunun, səmən boylunun, Fəriştə xoylunun, mələk soylunun, Bir cənnət kuylunun, tuba boylunun, Bir şümşad qollunun qurbanıyam mən. Bir gözü şərlinin, cəng nəzərlinin, Zülfü ənbərlinin, müşk tərlinin, Bir səmənbərlinin, zər kəmərlinin, Bir incə bellinin qurbanıyam mən. Bir çox ülfətlinin, məhəbbətlinin, Bir mərhəmətlinin, şəfəqqətlinin, Bir pəri tellinin, gün tələtlinin, Bir məhcəmallının qurbanıyam mən. * * * Məhəmməd Bir cavan tazədən gəlib ərsəyə, Əcayib oğlandır, adı Məhəmməd. Zahirən özü tək pak imiş əsli, Ola bilməz heç övladı-Məhəmməd. Yeni gəlib xətti tər bənövşə tək, Qaşı, gözü gözəl, surəti göyçək. Danəndə, fəhmdə, qabil və zirək, Sahibkamal, söz ustadı Məhəmməd. Məhşər hekayəti müşkül hekayət, Ya həzrəti rəsul, eylə inayət Vaqifəm, qulami şahi vilayət, Elə mənə bir imdadı, Məhəmməd. * * * Mənim sevdiyim Zulflərin sunbuldur, yanağın lalə, Baxışı tə’n edir vəhşi qəzalə, Gözləri məstanə, ağzı piyalə, Gərdəni minadır mənim sevdiyim. Boyu yaraşıqlı sərvi xuraman, Əndamıdır ağ gul, sinəsi meydan Kələğayı gulgəz, libası əlvan, Bir guli-rə’nadır mənim sevdiyim. * * * Neyləmişəm məndən üz döndəribsən Neyləmişəm, məndən üz döndəribsən? Allahı sevirsən, bir gəz bəri bax! Aç üstün qabağın zər qəsabənin, Zülfün təxtəsini görkəz, bəri bax! Ey gözləri cəllad, kirpiyi almas, Gör nə derəm, bir sözümə qulaq as! Axır sənə mən eylərəm iltimas, Burayatək naz istəməz, bəri bax! Söylə görüm, nə demişəm sənə mən, Bidəmağ olubsan əbəs yerə sən? Bu qədər incitməz sevəni sevən, Dostluq yolu belə olmaz, bəri bax! Mən sənin vəsfini, ey mahi-kərəm, Hafizdən, Camidən artıq söylərəm, Haqq bilir ki, səni necə istərəm, Ay bivəfa, qədirbilməz, bəri bax! Bu necə adətdir, necə ərkandır, Deməzsən filanı bizə mehmandır, Vaqif öz qulundur, sənə qurbandır, Öldürsən də, vallah, dinməz, bəri bax! * * * Ola Xublar arığından yarımaq olmaz, İyidin həmdəmi gərək çağ ola. Bəstə boylu gərək, mina gərdənli, Zülfü siyah, var əndamı ağ ola. Döşün açıb əl dəyəndə yaxaya, Ağ gülün bağrına peykan toxuya. Bədənindən müşki ənbər qoxuya, Zülyü gərdənində bir qucaq ola. Bir mayabud gərək, baldırı yoğun, Sərasər ət basa dizin, topuğun. Əl vuranda dura buğumbabuğum, Titrəyə, quyruqdan çox yumşaq ola. Hayası üzündə, əqli başında, Öldürə Vaqivi gözü-qaşında. Ya on üç, ya on dörd, on beş yaşında, Nə ondan böyükrək, nə uşaq ola… * * * Olur Hər yeten gözələ gözəl demenəm, Gözətdə bir qeyri əlamət olur: Zülf bir yana düşər, gərdən bir yana, Özün bilməz, bir özgə babət olur. Oynayanda pərvaz edər nimtənə, Zülf dağılar, üzde dönər xərmənə, Sərəndazın ucu düşər gərdənə, Açılsa bel-buxun, qiyamət otur. Müjgan oxun atar, yay qaşın çəkər, Dələr bağnm başm, ürəyim sökər, Sözü duzlu olur, dodağı şəkər, Hekayəti şirin hekayət olur. Gerdəninə müşkin tellər düzülür, Hər qıya baxanda canlar üzülür, Sürmələnmiş siyah gözlər süzülür, Otunıb durmağı qiyamət olur. Gözəl olan belə alişan gəzər, Niqab çəkər, zülfü pərişan gəzer, Sehər seyrə çıxar, gülüşan gəzər, Sevməyində tamam hərarət olur. Vaqif qurban olsun qoşa tağına, Zülfii üz yanında, üzü ağma, Belə gözəl düşə ay qabağına, Tamaşa eyləyən bitaqət olur. * * * Oynasın Başına döndüyüm, toy adamları, Siz də deyin toya gələn oynasın. Adını demirəm eldən ayıbdır, Filankəsin qızı, filan oynasın. Nə müddətdi ona güvənən bizik, Həsrətin çəkməkdən canımız üzük, Hər əlinə alıb bir danə üzük, Üzüyü dəstinə alan oynasın. Bir tuba boyludur, boyu növrəstə, Həsrətin çəkməkdən olmuşam xəstə, İşarət eylərəm anlayan dosta, Dostunun qədrini bilən oynasın. Mən Molla Vaqifəm, eylərəm əfğan, Gözlərim də yaş yerinə tökər qan, Uzun boylu, yeniyetmə, novcavan, Məni bu dərdlərə salan oynasın. * * * Öpəydim Əldə ayna, gözə sürmə çəkəndə Ala gözün bulağından öpəydim Zənəxdanın çevrəsindən, xalından Qələm qaşın qabağından öpəydim Zülf ilən bəzənib gələndə üzün Yenə can almağa qəsd edir gözün Vəsfi-zəbanından çıxanda sözün Dilin, dişin, dodağından öpəydim Alaydım yaşmağın, açıb kəmərin Çıxarıb əynindən zərbafın, zərin İyləyb-iyləyib zülfi-ənbərin Üzdən sonra buxağından öpəydim Vaqifin bağrını döndərib közə Yar odur yarının gövrünə dözə Yarım sallanıban gələndə bizə Düşübən əl-ayağından öpəydim. * * * Pəri Boyun sürahidir, bədənin büllur, Gərdənin çəkilmiş minadan, Pəri! Sən ha bir sonasan, cüda düşübsən Bir bölük yaşılbaş sonadan, Pəri! İxtilatın şirin, sözün məzəli, Şəkər gülüşündən canlar təzəli, Ellər yaraşığı, ölkə gözəli, Nə gözəl doğubsan anadan, Pəri! Üz yanında tökülübdür tel nazik, Sinə meydan, zülf pərişan, bel nazik, Ağız nazik, dodaq nazik, dil nazik, Ağ əllərin əlvan hənadan, Pəri! Ovçusu olmuşam sən tək maralın, Xəyalımdan çıxmaz hərgiz xəyalın, Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri! Günəş təki hər çıxanda səhərdən Alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən, Əskik olmayasan sənadan, Pəri! * * * Sevdiyim Yenə məni yanar-yanar odlara, Dağılmış ayrılıq saldı, sevdiyim! Mən ha getdim möhnət ilə, dərd ilə, Can sənin yanında qaldı, sevdiyim! Siyah zülfün buxaq altda qayrılır, Ala gözlər can almağa sayrılır, Canandan ayrılan candan ayrılır, Xalq içində bir misaldı, sevgilim! Sərv qəddin sənubərə tən deyil, Tamam sənin təkin gülbədən deyil, Dəxi əzəlki tək sən görən deyil, İndi halı yaman haldı, sevdiyim! Qaşların qurulu yay tək çəkilir, Kirpiklərin dəyir, ciyər sökülür, Danışanda qəndü şəkkər tökülür, Dilin, dodaqların baldı, sevdiyim! Ol Xədicə haqqı, Səkinə haqqı, Xeyrənnisə haqqı, Əminə haqqı, Kəbə, Məkkə haqqı, Mədinə haqqı, Dərdin bu Vaqifi aldı, sevdiyim! * * * Sevdiyim, ləblərin yaquta bənzər Sevdiyim, ləblərin yaquta bənzər, Sərasər dişlərin dürdanədəndir. Sədəf dəhanından çıxan sözlərin Hər biri bir qeyri xəzanədəndir. Nədəndir sözümə cavab verməmək? Həm camal gizləyib, üz göstərməmək. Gecələr gözlərim xabı görməmək, Ol siyah nərgisi-məstanədəndir. Mən ha səni nuri-ilahi sannam, Camalının şöləsinə dolannam, Atəşinə mərdü mərdanə yannam, Bu xasiyyət mənə pərvanədəndir. Bir namə yazmışam can üzə-üzə, Badi-səba, apar sən o gül üzə, Soruşsa yar ki, bu kimdəndir bizə? Söyləgilən: — Sizin divanədəndir. Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır, Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir. Müştaqdır üzünə gözü Vaqifin, Yolunda payəndaz üzü Vaqifin, Sənsən fikri, zikri, sözü Vaqifin, Qeyri söz yanında əfsanədəndir. * * * Sevmişəm Uzun ağ, dəyirmi, gözun məstana, Baxışın bağrımı dondərdi qana. Ağzın sədəf, dişlərindir durdana Əcayib cəvahir lə’li sevmişəm. Halqalanır zulfun buxaq yanında, Yay qaşların ucu qulaq dalında, Zənəxdan icində yanaq yanında Qara telli bir xətalı sevmişəm. * * * Səhər-səhər həsrət ilən gəzirdim Səhər-səhər həsrət ilən gəzirdim, Cüt qoşa nar gördüm iki sinədə. Birisi qız idi, birisi gəlin, Can qurban eylərəm ikisinə də. Gəlin bulaqda əl-üzünu yuyur, Qız deyin gəl gedək, həriflər duyur, Belə gözəl sevən əldənmi qoyur, Can qurban eylərəm ikisinə də. Gəlnin dodağıdır Təbrizin məti, Əlli-altmış tümən qızın qiyməti, Belə gözəl sevən neylər cənnəti, Can qurban eylərəm ikisinə də. Gəlinin yaxası polad iynəli, Qızın yaxasıdır çarpaz düyməli. İkisi də bir-birindən öyməli, Can qurban eylərəm ikisinə də. Kababım olaydı, közüm olaydı, Yar yanında ötkün sözüm olaydı, Vaqif deyir: iki gözüm olaydı, Baxaydım bunların ikisinə də. * * * Sənə Oturuşun gözəl, duruşun gözəl, Sallanışın gözəl, yerişin gözəl, Xoyun, xulqun gözəl, hər işin gözəl, Bəxş olub bu xubluq xudadan sənə. * * * Şamama Bir sənəmin sinəsinə muştağam, Cox cəkirəm ahu zarı, şamama! Mən ha qaldım həsrət, əlim yetişməz, Sən get, gör cananı barı, şamama. Mətləbidir bir novrəstə – konlumun, Olmadı dərmanı xəstə konlumun, Onun ucun bu şikəstə konlumun Nə səbri var, nə qərarı, şamama! Yaxa acıb ta ki, sinə gostərdin, Sərasər bağrımı qana dondərdin, Mənim dərdimdəndir sənin də dərdin, Rəngindir nə yavuz sarı, şamama! Mənim yarım bir əcaib dilbərdir, Uzu təzə guldur, zulfu ənbərdir, Sanasan ki, iki qəndu şəkərdir Qoynundakı qoşa narı, şamama! Qurbanam Vaqifin bu xaməsinə Ki, yazar dərdini dost naməsinə, Yetə bilməz yarın şamaməsinə, Olsa bu dunyanın varı şamama! * * * Şamama Can verib yüz minnət ilə almışam, Göndərirəm səni yarə, şamama! Tazə tağdan üzülübsən, oxşarsan Yarın qoynundakı narə, şamama. Cismin nə nazikdir, gül bədən kimi, Bir xoş qoxun gəlir, yasəmən kimi, Nədən saralıbsan sən də mən kimi, Nədir dərdin, ey biçarə şamama? Haqdır, səndə vardır xeyli nəzakət, Yarın şamaması bir qeyri babət; Qorxuram çəkəsən külli xəcalət Dursan onla bərabərə, şamama . Yarın şamaməsi oxşar şəkərə, Heyran olur mələk, əgər göstərə, Yaraşıqdır ağ sinəsi mərmərə, Qılıb cox ciyərlər parə, şamama. Giribandan nagah olandı aşkar, Dağılır ağılın, huşum – hər nə var, Xəstə Vaqif tifil kimi qan ağlar, Neçün qılmazsan bir çarə, şamama? * * * Vaxtı deyil Getdim ala gözlü yarla danışam, Dedi oğlan, dur get, söz vaxtı deyil. Arif çoxdur, etmək olmaz işarət, Oynatma qaşını, göz vaxtı deyil. Cadu qəmzələrin mənlən yağıdır, Bad əsir, zülfünü üzdən dağıdır, Bundan sonra öpüb, qucmaq çağıdır, İxtilat keçibdir, söz vaxtı deyil. Vaqif deyir, yalvar yara, könlün al, Bir busə diləyib, boynuna qol sal, Ara xəlvət ikən, etmə qilü qal, Tez ol, çıxdı canım, naz vaxtı deyil. * * * Vaqifin Ey Məkkəni, Mədinəni yaradan, Bir fikir çək əhvalına Vaqifin. Ol qaşı qibləyə üz sürtmək istər, Mədəd eylə iqbalına Vaqifin. Gözündən irağa düşübdür yarı, Kəsilib könlünün səbrü-qərarı. Üz çevirmiş yenə Mədinə sarı, Nə düşübdür xəyalına Vaqifin. Mənim yarım deyil ol Kəbədən kəm, Xal həcərül-əsvəd, dəhanı zəm-zəm, Bir zaman olsaydım onunla həmdəm, Xət çəkilər vəbalına Vaqifin. Sərxoş durub mina boylu sağıdan, Yaralıdır qəmzəsi ol yağıdan. Zülfü ənbər – ağlı başdan dağıdın; Nə sözü var kamalına Vaqifin. Yüz zülfü pərişan, hindu xal olsa, Yüz şəkər göftarlı, ləbi bal olsa, Yüz şirindil, ənbərbu maral olsa Yetə bilməz maralına Vaqifin. * * * Vidadi ilə müşahirə Vaqif, nə tez sənəmlərdən əl çəkdin, Birin bir inəyə qiymət eylərsən, Hələ sonra keçiyə də enərsən, Alsa müştəriyə minnət eylərsən. Demədimmi alma ağ dəyənəyi, Danadan, buzovdan etmə hənəyi, İndi nə çox istəyibsən inəyi, Hələ sonra daha şiddət eylərsən. Dovtələb olubsan, gedibsən xandan, Ölüncə çıxmanam ta gülüstandan, İnşaallah çalışsan, habelə candan, Hər nə desən bir aqibət eylərsən. Bir igidsən, işlərində daim ol, Demənəm ki, qəflət eylə, naim ol, Xan buyuran qulluqlarda qaim ol, Gör düşmənə nə həqarət eylərsən. Əgər Allah xana verə nüsrətlər, Zaye olmaz heç çəkdiyin zəhmətlər, Başa gəlir eylədiyin niyyətlər, Gər sidq ilə nəngü qeyrət eylərsən. Quşçu Namazəli yeyib-yatmasın, Daim sözün məsləhətə qatmasın, Çox da özün hər meydana atmasın, Qafil o igidi xiffət eylərsən. Bizim Abdullahın vardır qədəmi, Onun da ha imdi gəlibdir dəmi, Yenə qoymaz o Gəncədə adəmi, Əgər ki, sən bir işarət eylərsən. Baqqal ilən Əli müştağındadır, Molla Səfərəli fərağındadır, Xeyrin olsun hər kəs yığnağındadır, Onlar ilən zövqü işrət eylərsən. Biz də təşrif buyurmuşduq bağacan, Eşitdik gəldiyin Nəsib ağadan. Mən ha bilməz idim ta bu çağacan, İndi bildim hünər, cürət eylərsən. * * * Yoxdur Kür qırağının əcəb seyrangahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıfki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın Bir gözəl obası, hayıf ki, yoxdur! Çoxdur ağ bədənli, büllur buxaqlı, Lalə zənaxdanlı, qönçə dodaqlı. Amma şirin dilli, açıq qabaqlı, Könül aşinası, hayıf ki, yoxdur! Havasından torpağımın, yerinin, Dadızmaz dəhanın, ləbi-şirinin, Pəri çoxdur, nə fayda heç birinin Adamlıq ədası, hayıf ki, yoxdur! Ucu eşrəfili, bulut kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac, Kəlağayı əlvan, qəsabe qıyqac, Altında cunası, hayıf ki, yoxdur! Zər haşiyə al nimtənə üstündə, Xallar üz yanında, çənə üstündə, Buxağın altında, sinə üstündə, Zülfün bunılması, hayıf ki, yoxdur! Laçın təki başda ala tomağa, Yaşmağı tutmağa dişə, dodağa, Cəllad kimi durub qabaq-qabağa Baxıb can alması, hayıf ki, yoxdur! Çünki yorğunuyam mən bu yolların, Bilirəm tərzini hər üsulların, Gümüş biləklərin, bəyaz (ağ)qolların, Sarı kəhrəbası, hayıf ki, yoxdur! Ayna tutub hərdən camal görməsi, Zülfə, zənəxdana sığal verməsi, Səhər ala gözün siyah sürməsi, Əlinin hənası, hayıf ki, yoxdur! Vaqif haqdan dilər lütfii kərəmlər, Belə yerdə qalan, vallah vərəmlər. Yenə yada düşər bizim sənəmlər, Getməyin binası, hayıf ki, yoxdur! * * * Zülfün Gərdənində, qamətində ayıb yox, Amma nə gözəldir pərişan zülfün! Ətrindən dinlənir sərasər ərvah, Ya müşki-ənbərdir, ya reyhan zülfün. Gülab səpilibən dəyəndə şana, Qoxusu çulğaşır cümlə cahana, Döndəribdir məni Şeyx Sənana, Nə din qoyub məndə, nə iman züfün. Ağ əlin ki, dəyər o müşki-naba, Bənzər bulut içrə girən məhtaba. Həlqələnir, dönür ucu qüllaba, Asar gündə min-min dilü can zülfün. Yastılanıb ay qabağın yanında, Başı çıxır tər buxağın yanında, Siyah xalın, al yanağın yanında Əskik olmaz hərgiz, hər zaman zülfün. Vaqifəm, olmuşam zülfə giriftar, Könlüm viran, halım xarab, günüm zar, Bir nəzər qıl mənə, ey çeşmi-xumar, Eyləyibdir məni sərgərdan zülfün. * * * Gözlərin cəlladdır Gözlərin cəlladdır, baxışın yağı, Qanlı qəmzən kimi olmaz bəla, qız. Nazlı-nazlı danışıban güləndə, Dönürsən şəkərə, qəndə, bala qız. Ləblərin süsəndən, güldən əladır, Seyr ilə gülşəndən, güldən əladır, Tamam ağ bədənin güldən əladır, Qamətindir sənubərdən bala, qız. Ömrünə çox dua-səna demişəm, Suçumu, dərdimi sana demişəm. Mən canımı qurban sana demişəm, O zaman ki, oldu qalü bəla, qız. Qamətin, gərdənin, boyun gözəldir, Müşkin, irəyhanın, buyun gözəldir, Səni sevən deyir bu ən gözəldir, Hərgiz olmaz bu dünyada belə qız. Vaqifəm, düz danış, əyilmə məndən, Aparma əqlimi, əkilmə məndən, Ağlaram ki, əmim, əyil məməndən, Məni sinən beşiyində bələ, qız. * * * Hər gedən gəlmiş,mənim ol qəmküsarim, Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş, Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş. Getmiş idi ixtiyarım biləsincə yarımın, Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın, Üstümə ol tuti dilli şux nigarım gəlməmiş. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb, Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır, Kimdir ona can verən, fərmani-yarım gəlməmiş? * * * Kitabxana.az · https://kitabxana.az/collections/vaqif-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1797). Public domain (author died 1797). Original text only.