Müşairələr Mirzə Şəfi Vazeh (1794–1852) -Vazeh:* Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə, Musiyi-İnranə guya, Tur şəklin göstərir. -Naci:* Tigin almış dəstinə, ol çeşmi-cəlladın sənin, Canə qəsd etmək dilər, məxmur şəklin göstərir. Cismi-zarımdan çıxar hicrin əlindən nalələr, Böylə bir təndir tənim, tənbur şəklin göstərir. Xətti-rüxsarın edib tarac hüsnün mülkünü, Bir xərabə şəhr içində mur şəklin göstərir. -Naseh:* Güz sirisgi mərduməknin nöqtəsin bərbad edib, Aqibət bir gün olur kim, kur şəklin göstərir. Tilbə könlüm tillər ilə asılıb, tildir səbəb, Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir. Kəhrəba dik rəngi-zərdim sanmağay bihudə kim, Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir. Dinu dil nəqdini isar etsə Naseh, tang imas, Bir mühəqqər töhfə ilə mur şəklin göstərir. * * * Kitabxana.az · https://kitabxana.az/collections/vazeh-musaireler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1852). Public domain (author died 1852). Original text only.