Cığalı təcnislər Xəstə Hasan (1799–1859) Bir-bir çək Məni bir salatın dəvət elədi, Dedi: oğlan, al badanı bir-bir çək Aşıq bir-bir çək, Bir-bir doldur, bir-bir cək. At zülfün, kəmənd elə Sal boynuma bir birçək. Dişləmişəm, ləblərini incidif, İncidifsə dişlərimi bir-bir çək. Sin səhərdən oxun atdın bir yerə, Qalxdı göyə, gəldi endə bir yerə. Mən aşiq bir yerə, Dara zülfün bir yerə, Dəstələyim telini, Düzüm çin-çin bir yerə. Hər ikimiz dərdi qoyax bir yerə, İnanmasan inci gətir bir-bir çək. Sonam, səni görməyəli yay indi, Ya büyündü, ya sabahdı, ya indi. Mən aşiq yay indi, Ya bir azdan, ya indi, Hilal qaşın təhrindən, Usta quruf yay indi. Bu Xəstənin dilədiyi ya indi Bir yanaxdı, bir buxaxdı, bir birçək. * * * Qara hey Mən deyirəm, bu dünya da beş gündü, Mən bilirəm beşini də qara,hey! Mən aşığam, qara hey, Oxu dərsin qara,hey. Seyrağubu görmüşəm, Qamətini qara,hey. Sağlıq xəbərimi yara versələr, Dost sevinər, düşmən geyər qara,hey. Xəstə düşdüm, döşək ilə dər saldım, Cəfa çəkdim, dünya üçün dər saldım. Eyləmi, dərs aldım, Eşiyinə dər saldım. Eşitdim seyrağub gəlir, Onun üçün dərs aldım. Ağlı kamil bir ustaddan dərs aldım, Oxumuşam əlif,əbcət,qara,hey. Bayqu məskən salıb, yara deməzlər, Leylidən Məcnundur yara,deməzlər. Aşıq, yara deməzlər, Sirri yara deməzlər. Sizlərdə necə qaydadır, Dərdə çara deməzlər. Xəstənin öldüyün yara deməzlər, Baxarsan ki, məzarımdı qara,hey! * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.