Gəraylılar Xəstə Hasan (1799–1859) Erməniyə yol açıldı, Yuva saldı Dırqınada. Yerli getdi, yersiz qaldı, Əcəb haldı Dırqınada. Adına deyillər Tigrən, Üzündəki ətdən igrən, Əlindəki dəmir dirgən, Çalhaçaldı Dırqınada. Çayırları düz gördülər, Özlərini yüz gördülər, Xəstəni yalqız gördülər, Qalmaqaldı Dırqınada. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.