Müxəmməslər Xəstə Hasan (1799–1859) Allahın aslanına Həm kərimsən, həm alimsən, həm qüvvətli, həm də uca. Gecə-gündüz könlüm istər, dilim eylər iltica. Qapında bir ac doydurasan, elə bir getdin Haca, Cəbrayıl ki, vəhy gətirdi, “ay Rəsul, gəl sən Mehraca” Xətəbin nişan verdi, Allahın aslanına. Cimcimədən yol eyləyib, Qəhqaha kəmənd atan, Məhəmməd Əli Mürsəlin Abu Talıbdır atan, Gecə-gündüz cəng eyləyib qolunda qana batan, Sayılı borşdan qurtarıb, başın nəffara satan, Yoxdur ki, sənin kimi ər, ərənnər meydanında. Aşıq oldum, dünya gəzdim, doymadım dünyadan hələ. Onun tər camalına cənnətdən alma gələ. Almanın çarpa qılasan, əlində üzüm qala, Bü dünya belə yaranıb, çoxların yola sala, Gəl ey Xəstə Hasan, üz vurmaginan, çıx sofu damanına. * * * Əyri Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri. Tut yükünü, al bacını, qurma mənnən bazar əyri. Ovçusan ovun gözlə, qoymaginan təzər əyri. O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. Hər kimin dövləti çoxsa, bu dünya mənəm deyər, Hər kimin dövləti azsa, çörəyini yavan yeyər, Hər kimin dövləti yoxsa, ah-zar edər, ömür kecər, O səvəfdən yaş gözündə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. Gecələri çox uzundur: yata bilməm, yerim dardır. Dönərəm o yan, bu yana, heç bilmirəm nə xəyaldır. Mənə derlər Xəstə Hasan, sevdigin sox zülümkardır. O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri. Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.