Qoşmalar Xəstə Hasan (1799–1859) Ağı gözlər Bəyzadələr məclisinə gələndə, Ağlı kamil olan a yağı gözlər. Ustadından nəsihət alan kimsələr, Ağlı kamil olan a yağı gözlər. Dəli könül, öz yerində paşasan, Qanlı fələk, kimi qoydun yaşasın? Ay anlamaz, niyə çıxdın başa sən? Ağlı kamil olan a yağı gözlər. Xəstə Hasan dəryalara dalanda, Şirin canı eşq oduna salanda, Ömür keçib vədə tamam olanda, Bu yazıq canım ay ağı gözlər. * * * Dadıma mənim Çox şükürlər olsun şahlar şahma, Yetişdi bu halda dadıma mənim. Göndərdi, üstümə gəldi ərənlər, Bir sevgi saldılar yadıma mənim. Torpaq verdi mənə, bir gözəl yeyim, Yoxdu simli sazım, mən sizə deyim, Əynimə geydirdi qəm paltar — geyim, ‘‘Xəstən’’i artırdı adıma mənim. Pirlər məndən qat-qat dəri soydular, Söylətdilər, söhbətimdən doydular, Mənim adım Xəstə Hasan qoydular, Dedim, Haqq yetişsin dadıma mənim. * * * Əfəndim Mən Xəstəyəm, bağda bostan əkərəm, Dırqınada bir gözələ nökərəm, İndi cani-dildən nara çəkərəm, Tamam çarşı-bazar yanar, əfəndim. * * * Gözəllər Gözəllərin dərgahına uğradım, Birər-birər bəri varın, gözəllər. Bəriyə varanda can təzələnər Haqq yetirib bu güzarı, gözəllər. Kiminiz xınalar əzmişsiz üzə, Kiminiz şəkərlər qatmışsız sözə, Üz tutub nəzərlər çevirin bizə, Sevindirin dostu-yarı, gözəllər. Xəstə Həsən deyər, dürdü sözümüz, Gözəllərdə qaldı iki gözümüz, Baxa-baxa bir aşığa yüzünüz, Yetirtməyin zəhrimarı, gözəllər. * * * Qızların Fəsli bahar, yaz ayları gələndə, Açılar qoynunda gülü qızlarm. Tumurcuq-tumurcuq tər buxağından, Axar bbbrindsn balı qızların. Hürülərin, pərilərin eşisiz, Bu qərib könlümün qəm yoldaşısız, Əlli qızın, yüz gəlinin başısız, Qucmağa yaraşır beli qızların. Xəstə Hasan, öldüyümü bilsələr, Səlib verib səlatımı qırsalar, Məzarımı yol üstündə qursalar, Gələndə uğrasın yolu qızların. * * * Maşallah Təzədən bir gözəl çıxdı aləmə, Yanağı gül, buxaq lala,maşallah! Onun gözəlliyin aldım qələmə, Bədr sifət, ay camala maşallah! İsmin Mələkdir, yoxsa Salatın, Xətəmin zərnişan, sırması altun, Qaldır, niqabını aç,Güləbatın, Dal gərdəndə sarı telə,maşallah! Xəstə pir əlindən içibdi bada, Gözəllər yolunda gedərəm bada, Daha tərif olmaz bundan ziyada, İndi baxdı gülə-gülə,maşallah. * * * Mənim Xəstə Hasan, qəmli-qəmli söylərəm, Qara xəncər vurub bağrım teylərəm, Səksən üçdə ömrü tamam eylərəm, Sayılmaz tarixi qədərim mənim. * * * Mənim Ey ağalar, sizi tərif eyləyim, Nədəndi çəkilməz bu nazım mənim? Təmizdi əlfamız, pakdı sözümüz, Hayıf ki, görməyir bu gözüm mənim. Dəryada işləməz yelkənsiz gəmi, Ürəkdə olmasın dərd ilə qəmi, Ulu məclislərdə yapaydım dəmi, Əlimdə olaydı bu sazım mənim. Mən Xəstəyəm, oxuyardım, yazardım, Qəvvas olub dəryalarda üzərdim, Çarx misallı bu dünyanı gəzərdim, Neyləyim, tutmayır bu dizim mənim! * * * Muyların Mənim sonam cilvə verib özünə, Darayıb, gərdənə tökər muyların. Görən həsrət, görməyənnər qiyamət, Bu qədər sitəmə yetər muyların. Şan verib şanədən, cığalı başdan, Yan verib yanınnan, tökülüb döşdən, Müjgan kirpiklərin o qələm qaşdan, Enər dal gərdənə yatar muyların. Xəstənin sevdiyi növbahar fbsli, Binadan gözəldi onnarın nəsli, Necə yaxdı xan Kərəmi xan Əsli, Məni də yandırar betər muyların. * * * Olar Xəstə Hasan xonçaların xonçası, Könül evi övliyalar baxçası, Bu gün əziz gündü, bayram gecəsi, Bəylər sitəminnən qul azad olar. * * * Oynamasın Geyinib-kecinib toya gedənlər, Amanat, amanat qız oynamasın. Cavandı oynamaq ona xoş gedər, Yüngüllük eyləyib tez oynamasın. Yad-yağılar əyri-üyrü baxarlar, Ağ əllərə əlvan həna yaxarlar, Töhmət edər, başımıza qaxarlar, Kəlağay altından göz oynamasın. Xəstə Hasan deyər: alagöz yarım, Sənə qurban olsun dövlətim, varım. Demirəm oynamasın, oynasın yarım, Ədalı-işvəli naz, oynamasın. * * * Pərişan Çıxdım bu dağlan seyran eylədim, Gördüm yar gəzdiyi yerlər pərişan. Durdum, öz-özümə fikir eylədim, Bir mən deyiləm də, aləm pərişan. Ahü-zar çəkərəm, Bursalı dağlar, Yarından ayrılan of çəkər ağlar. Saralmış tənəklər, virandı bağlar Bülbülün qonduğu dallar pərişan. Xasta Hasan der, öldüyümü duysalar, Yığılsalar, bir araya gelsələr, Məzarımı yol üstündə qursalar, Bəlkə-bəlkə yolu düşə qızların. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.