Təcnislər Xəstə Hasan (1799–1859) Bax birisinə Əvvəl dörd kitabdan, hər bir hesabdan, Siftə qələm çalmış Hax birisinə. Kəbeyi-şərifdə, Sami mehrabda, Oxuyur katiblər: bax,birisinə. Əzizim, Həbibim "Ya Rəsul’’, — dedi, Əyyub dərdə düşdü, "yara sil",一 dedi. Axdı qanlı hicran,"yarasil",一 dedi, Niyə nəhlət endi,bax,birisinə. Xasta Hasan deyər: bir budaq üstə, Bayqunun məskəni bir budaq üstə. İki alma bitmiş bir budaq üstə, Biri şöylə verdi, bax birisinə. * * * Bir günəş Yetişdi hesablar, doldu mətləbə, Şükür, üstümüzə çaldı bir günəş. Çılpaqdı cəsədim, zəifdi atım, Genə derlər min, dağları bir gün aş. Nə oğuldu, nə uşaqdı, nə bala, Nə xatadı, nə qəzadı, nə bəla. Könlüm yoxdu nə şəkərə, nə bala, İsidərlər, içirərlər bir gün aş. Baxdı siyah taleyim də oldu gün, Açammazlar bağladığım ol dügün, Eşitsələr Xəstə Həsən öldügün, Çağırarlar, gəl məzarı bir gün eş. * * * Gözəl Ömrü bada verdin, günü talana, İndi sən ömrümün ayağı,gözəl. Sənnən qeyri mənim yeyib-içdiyim, Tamam mənə oldu ay ağı,gözəl. Get bazara, gəl qəbrini qazana, İyid odur, malı özü qazana. Qurtarıbdı, su tökginən qazana, Otur, biç kəfbnim, o ağı,gözəl. Xasta Hasan deyər: xasta sinnidi, Gey-qurşan əyninə, xasta sinnidi. Ölüm Haqdan gələr, xasta sinnidi, Gəl, kəsmə üstündən ayağı,gözəl. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeste-hasan-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1859). Public domain (author died 1859). Original text only.