Qəsidələr Şah İsmayıl Xətai (1487–1524) Həqiqət bəhrizatun əkbər oldı Sifətünden anun bir gövhər oldı. Məhəmməd Mustafadur kani gövhər Kəmalu qüdrətünden Heydər oldı. Həsəndür mülkü eşqün doğru yarı Anun hüsnünə Yusuf çakər oldı. Hüseyin Kərbəladur sahi meni Ona münki olanlar kafər oldı. Əli Zeynalebadünin bağrı bil, Mövalilər imamı Cəfər oldı. İmam Kazım, Əli, Musa, Rizadan Təqidür, hanqi şah əsgər oldı İirşdi vəd əsi Sahib-Zamanun, Ulu divan quruldı, məhşər oldı. Olar ki, tabeyi mərvanil ərdür, Sürüldi çıxdı dindən əbtər oldı. Şahın övladına iqrar edənlər Əxilər, ğazilər, əbdallar oldı. Vilayət baxçasının bağibani Üzin açdı cahanə ənvər oldı. Təcəlləsi zuhur oldı imamım, Xəvaric görmədi kor və kar oldı. Şahım astanəsində qulları çox Xətai cümləsindən kəmtər oldı. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xetai-qesideler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.