Tuyuğlar Şah İsmayıl Xətai (1487–1524) Ya Əli, canım sana olsun fəda Ya Əli, canım sana olsun fəda, Qulkəfadır şə’ninə həqdən nida. Bu Xətayi könlünə qıldın nüzul, Mərhəba, ey şahi-aləm, mərhəba. * * * Mustafa fəxri-cəhan, sən həmdəmi Mustafa fəxri-cəhan, sən həmdəmi, Zatunuz həm ləhmi anın həmdəmi. Ey Xətayi, bil Əlidir, bigüman, Qabi-qövseynin rümuzi məhrəmi. * * * Zati-həqq məfhumi-nəssi lafəta Zati-həqq məfhumi-nəssi lafəta, Qullara səndən gərək lütfü əta. Bəndədən kəsmə inayətlən nəzər, Bu Xətayi bir qulundur pür xəta. * * * Bu Xətayi bəndənin gör halini Bu Xətayi bəndənin gör halini Kim, yolunda qoydu başü malini. Pürgünahəm, tə’nə qılma, zahida, Bəndəsinin həq bilür ə’malini. * * * Mən Hüseyni məzhəbəm, şahın qulu Mən Hüseyni məzhəbəm, şahın qulu, Yə’ni kim, mə’nidir Allahın qulu. Ey Xətayi, padşah olmaz kişi, Olmayınca uş bu dərgahın qulu. * * * Zatın Allah məzhəridir, ya Əli Zatın Allah məzhəridir, ya Əli, Kibrü kin səndən bəridir, ya Əli. Bu Xətayi qeysərü xaqanü Cəm Qənbərinin Qənbəridir, ya Əli. * * * Sayeyi-xurşidi-sübhandır Əli Sayeyi-xurşidi-sübhandır Əli, Əhli-fəqrə şahi-mərdandır Əli, Ey Xətayi, geymiş aslan kisvətin, Laləkan qəsrində dərbandır Əli. * * * Ol Əlidir aləm ümmid olan Ol Əlidir aləm ümmid olan, Ol Əlidir dünyada təcrid olan. Ol Əlidir, ey Xətayi, bixəta, Dünyəvi üqbadə (həm) cavid olan. * * * Gər Əlinin mülki-insandır yeri Gər Əlinin mülki-insandır yeri, Dər həqiqət ərşi-rəhmandır yeri, Ey Xətayi, kimdə var mehri-Əli, Rəhməti-həq, baği-rizvandır yeri. * * * Mən məvali məzhəbəm, rahım Əli Mən məvali məzhəbəm, rahım Əli, Hacətim, zikrim, nəzərgahım Əli, Oldu ənqa tək Xətayi bivücud, Qafi-qüdrət, sirri Allahım Əli. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xetai-tuyuglar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.