Varsağı Şah İsmayıl Xətai (1487–1524) Biz də xanədanə gedər der idik Biz də xanədanə gedər der idik, Mehman canlar, bizə səfa gəldiniz. Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz. Bəli dedik bir gerçəgin dəstinə, Canım qurban olsun haqqın dostuna, Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz. Getdi yoldaşlarım, qaldım yalınız, Bağçada açılır qönçə gülünüz, Şəkər məhəbbətiz, dadlı diliniz, Mehman canlar, bizə səfa gəldiniz. Bayquş kimi nə bəklərsən viranı, Şükür olsun səni bizə verəni, Sultan Xətayinin işi, yörəni, Mehman canlar, bizə səfa gəldiniz. * * * Dədəm, xoş gəldin, xoş gəldin Qaibden dəlil göründün, Dədəm, xoş geldin, xoş gəldin! Bizi sevib sevindirdin, Dədem, xoşgəldin, xoş geldin! Iki can idik birləşdik, Məhəbbət qapısın aşdıq, Şükür didara irişdik, Dedəm, xoş geldin, xoş geldin! Üstümüzə yol uğratdm, Gövhər aldın, gövher satdın, Ərliyini isbat etdin, Dədəm, xoş geldin, xoş gəldin! Bir ağacda güllər bitər, Dalında bülbüller öter, Şahıma bərgüzar gedər, Dədəm, xoş geldin, xoş gəldin! Boylə, Şah Xətaim, boylo, Pirim dəstur versin söylə, Şaha məndən niyaz eyle, Dədəm, xoş gəldin, xoş gəldin! * * * İçmişəm bir dolu, olmuşam ayıq İçmişəm bir dolu, olmuşam ayıq, Düşmüşəm dağlara, olmuşam geyik, Sənə derəm, sənə, sürməli keyik, Qaçma məndən, qaçma, avçı deyiləm. Avçı deyiləm ki, düşəm izinə, Qaça-qaça qanlar endi dizinə. Sürmələr hey çəkdin qonur gözünə, Qaçma məndən, qaçma, avçı deyiləm. Sənə derəm, sənə, geyik ərənlər, Bizə sevda, sənə dalğa verənlər, Dilərəm mövladan yenməz vuranlar, Qaçma məndən, qaçma, avçı deyiləm. Aydır Şah Xətayim: – Uçan-qaçandan, Zərrəcə qorxmarıq bu dadlı candan, Gedib də’vaçı olma atana məndən, Qaçma məndən, qaçma, avçı deyiləm. * * * Qalsın könül, yol qalmasın. Gəl, könül, incimə bizdən, Qalsın könül, yol qalmasın. Əvvəl-axır yol qədimdir, Qalsın könül, yol qalmasın. Ərənlər bizə busudur, Yalan söyləyən asıdır, Bu, gerçəklər nəfəsidir, Qalsın könül, yol qalmasın. Baxçada açılan güldür, Mə’nayi söyləyən dildir, Pəs əzəldən qədim yoldur, Qalsın könül, yol qalmasın. Başındadır altun tacı, Budur ərənlər me’racı, Kəskindir yolun qılıcı, Qalsın könül, yol qalmasın. Ey divanə, ey divanə, Aşiq olan qıyar canə, Xətayi der Taclı xanə: – Qalsın könül, yol qalmasın. * * * Bax, nəzər eylə də həmən arif ol. Bir gözəlin vücudunun şəhrinə, Bax, nəzər eylə də həmən arif ol. Dükanında dedigin mətaına Bax, nəzər eylə də həmən arif ol. Seyr et özgə ərənləri görəsin, Təbib sarar yürəgimin yarəsin. Çərb eyləmə məhəbbətin çırasin, Bax, nəzər eylə də həmən arif ol. Hərcayi gözələ qoşma başını, Hərcayilik edib atar daşını, Müştəri bulunsa söz qumaşını, Bax, nəzər eylə də həmən arif ol. Xətayim der: – Rəhm etməzəm yalana, Özün təslim edər kəndi gələnə, Ay Əlidir, gün Məhəmməd bilənə, Bax, nəzər eylə də həmən arif ol. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xetai-varsagi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1524). Public domain (author died 1524). Original text only.