Müxəmməs Xəyyat Mirzə (1885–1922) Arif olan, bilin, çəkib bu sinəmə dağı gözəl, Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl. Görəni candan eləyir hüsnünün varağı, gözəl. Xəstə ki, hələ xəstədir, öldürürsən sağı, gözəl. Xudam səni xəlq eləyib aşıqlara yağı, gözəl. Yanağına, qabağına tökülüb telləri qəşəng, Qönçəli bir bağça kimi açılıb gülləri qəşəng, Deyəsən qüdrət qaşıdı, ağ nazik əlləri qəşəng, Bizimlə xoş danışan o imran dilləri qəşəng, Mollalara qəsd eləyir, tullayıb yaşmağı gözəl. * * * Kitabxana.az · https://kitabxana.az/collections/xeyyat-mirze-muxemmes İctimai mülkiyyət (müəllifin vəfat ili: 1922). Public domain (author died 1922). Original text only.