Deyişmələr Yəhya bəy Dilqəm (1830–1865) Dilqəm Qasidi-bizəval, ərzi-halımı, Cəlallı canana dedin, nə dedi? Mahi-cəbin telli, zülfü-müsəlsəl, Qaşları kamana dedin, nə dedi? Qasid Ərzini söylədim mələkmənzərə, Danışmasın böylə əfsanə dedi. Olmaz məndən ona yari-vəfadar, Dolansa yüz çərxi-zamana dedi. Dilqəm Əzəldən aşığam mən o dilbərə, Qəddi sənubərə, sədri mərmərə, Sinəsi billura, ətri ənbərə, Ləli bədəxşana dedin, nə dedi? Qasid Məni gətirməsin heç vaxt dilinə, Qövsi-qüzeh mən sonanın telinə, Onun kimi naşı sərraf əlinə, Düşməz mənim kimi dürdanə dedi. Dilqəm Yar yad oldu məndən biganələr tək, Düşmüşəm çöllərə divanələr tək, Dolannam şamına pərvanələr tək, Yanaram mərdana, dedin, nə dedi? Qasid Belə cavab verdi o mələkzada, Əfsanə ömrünü verməsin bada, Əbəs yandırmasın balların oda, Nə olar şam dada pərvanə dedi. Dilqəm Mənə həyat verir dostun vüsalı, Üzündə yandırır həbəşi xalı, İskəndər məsnədli, Hatəm səxalı, Adil Nuşrəvana dedin, nə dedi? Qasid Buyurdu sərdara, neçə sərhəngə, Əmir-üməraya, pişvazi-cəngə, Qul adma satm Hində, Firəngə, Ya atm dəryayi-ümmana dedi. Dilqəm Zülfü mürcümlənib, yenib buxağa, Hüsnü zinət verir qəsrə, otağa, Calallı canana, o şəbçirağa, Dilqəmi-xaqana dedin, nə dedi? Qasid Buyurdu mahala, neçə diyara, Qohum-qardaşmı çəkdirin dara, Özü qolubağlı, cismi sədpara, Dilğəmi gətirin zindana dedi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/yehya-bey-dilqem-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1865). Public domain (author died 1865). Original text only.