Gəraylılar Yəhya bəy Dilqəm (1830–1865) Gəncənin Şəmkir elində, Bu gün bir novcavan gördüm. Gözləri canlar alandı, Qaşlarını kaman gördüm. Duruşu gəldi xoşuma, Yem verdi könlüm quşuma, Sevdası doldu başıma, Oldu halım yaman gördüm. Göldə üzən gözəl sona, Nə girirsən donnan-dona, Neçə molla, alim ona, Verdi əldən iman gördüm. Gözüm düşdü o dilbərə, Baxmadı mənə bir kərə, Elə bil ki, göydən yerə, Yeni huri, qılman gördüm. Dilqəmi saydı bir gəda, Rubənd açdı mələkzada, Müxtəsər, şəbi-yəldada Mən onu mahtaban gördüm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/yehya-bey-dilqem-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1865). Public domain (author died 1865). Original text only.