Məişət şeirləri Qasım bəy Zakir (1784–1857) Qələtdir qocaya novcəvan sevmək Qələtdir qocaya novcəvan sevmək, Sevgi sevgisinə bərabər gərək. Axşamdan deyə, gülə, danışa, Arada nə kinü nə kədər gərək. Haşa meyli ola pirə növrəsin, Müsavi gərəkdir cüfti hər kəsin; Cəmdəkdir töməsi qoca kərkəsin, Nəinki laçın tək kəbki-dər gərək. Hər kimin ki, tökülübdür dişləri, Hərgiz yeyə bilməz kal yemişləri; Limu məmələrə olan müştəri, Höqqeyi-dəhanı pürgühər gərək. Nə məsrəfi ona şərü qəzəlin, Bir əməldən qeyri özgə əməlin, Həvavü həvəsi olan gözəlin, Şaxi-təmənnası barvər gərək. Şah ola kühənsal, bil ki, gədadi, Tağmürdə meyvənin olurmu dadi?! Tazətər sinəmin nəxli-muradi Rəqibin könlü tək səxttər gərək. Tökəsən ortaya yüz nəqdü nəbat, Dönəsən başına kərratü mərrat. Heç birilə şirin düşməz ixtilat. Xülasə, arada neyşəkər gərək. ... cüft edən kəsin, Busə bazarını müft edən kəsin, Dürrü-nasüftəni süft edən kəsin, Əli titrəməyə, korgar gərək İyirmidən əyfzun olmaya sali, Otuzədən yenə olur həvali. Tutmağa, basmağa vəhşi qəzali, Qoca tülkü bilməz, şiri-nər gərək. Ac qurd kimi özün elə toxuya, “Vəlfəcrini” saf tərsinə oxuya. Qoyma ki, gözü gedə yuxuya, Öpəməgi, qucmağı ta səhər gərək. Çıxarıban köksün bəndü bağından, Kami-dil götürə gül yanağından; Üzündən, gözündən tər buxağından Damadəm büseyi-mükərrər gərək. Tərəddüd olmaya axşama yovuq, İşrət evi sevməz əngəli artuq; Bir şəm ola, bir də aşiqü məşuq, Kəsilə hər yandan rəhgüzər gərək. Rəf olub aradan həyavü hicab, Xaneyi-işrətin edəsən xərab. Hodəfi-məqsudə o tiri-şəhab, Nişəst ola gəh-gəh ta be por gərək. Bu hünərlər gəlməz səksən yaşlıdan, Əli rəşəlidən, titrək başlıdan; Kami-dil istəyən qələm qaşlıdan, Onda bu sifətlər müyəssər gərək. Qoca səhər ertə tiryokin atar, Ət kökmüş quş kimi mürgülər yatar; Gündüzlər dabanın ocağa çatar, Ovasan sübhədən gecələr gərək. Çölə çıxa bilməz, dar olur xuyu, ... etməgə gərək evdə bir quyu. Ağzının, gözünün müttəsil suyu Yediyi təamə damcılar gərək. Yeksər işdən qalır ayağı, əli, Danışanda çaşar, əqli azali; Keçən gün yadına düşər, kövrəli, Öz-özünə ağlar, həm gülər gərək. Sərgi kənarında, əlində qarğu, Oturdullar desin qarğa, quşa hu; Elə ki, yorulub tutanda uyqu, Sövkənib çətənə mürgülər, gərək. Öküz palanına söykər başını, Dincələməz, dəmbədəm durar qaşını; Dinəndə çəkərlər ocaq daşını, Nə düxtər şərm eylər, nə pesər gərək. Yarım saat əgər gec olsa çörək, Ürəyi əzilib, ağlar uşaq tək; Nə çarə, əcəlsiz olmaz öldürmək, Ocaqda bişmişi müqərrər gərək. Şəbçərəzi tükənəndə cibindən, Qab-qaşıq oğurlar, satar evindən; Bu qocalıq ya olmaya dibindən, Olsa da kisəsi dolu zər gərək. Təng olur danışan dəmdə nəfəsi, Keçi ... tək əsər çənəsi, Yç ay yayda yaxşı ağac kölgəsi, Qış olanda yeri günəvər gərək. Qonşuya ki, gedər, əlində asa, Nabinalər kimi lap basa-basa, Yolda ... tutar, düşər tas-basa, Aftafa gəlincə süzələr gərək. Müşkül deyil almaq bir gülbədəni, Nəhayət qorxuram el qınar məni; Paybənd eləyən cavanəzəni Əmri-ilahidən bixəbər gərək. Tazə-təri sevmək artırır qovğa, Eyləməz bu işi aqilü dana; Zakir, səndə qalmayıbdır təvana, Bu sövdaya düşən pürhünər gərək. * * * Könül, baxa-baxa rüxi-zibayə Könül, baxa-baxa rüxi-zibayə Gözündə qüvvəti-bəsər qalmamış. Gözəl sevən gərək dözə cəfayə, Qocalıbsan, səndə hünər qalmamış. Nə dizdə taqət var, nə təndə təvan, Alıbdır sinəni rənci-xofəqan, Bərgi-yasəmən tək dağılıb dəndən, Xəzanədə dürri gühər qalmamış. “Dal”ə dönüb “əlif” qəddin bükülmüş, Çöhreyi-alından ziya çəkilmiş, Tündbadi-həvadisdən tökülmüş, Nəxli-müddəadə səmər qalmamış. Götürülüb vəhdət, tərk olub səfa, İfrata yetibdir cövr ilə cəfa; Deyirlər, sabiqdə var imiş vəfa, İndi dəxi ondan əsər qalmamış. Bu aləm məhəlli-iqamət deyil, Yola düş vəqt ikən, etmə təğafül; Sövdayi-bazari-dəhrdə, ey dil, Sivayi-nöqsanü zərər qalmamış. Mərdümi-zəmanə yeksərü yekcə, Olub gizbü təqəllübə mübtələ; Aşinayə yalan satar aşinə, Heç kimsədə doğru xəbər qalmamış. Pozulub sərasər bünyadi-ülfət, Bağlanıb hər yandan rəhi-məhəbbət; Məşuqun hüsnündə nəşəyi-behcət, Aşiqin ahında şərər qalmamış. Özgə əyyam idi əyyami-dirin, Tapmaq olmaz indi onların birin; Hansı Əzra, hanı Leyla və Şirin, Bir vəfalı məddi-nəzər qalmamış. Yoxdu rahi-nicat bizlərə osla Ənqərib olmasa zühuri-mövla. Mehri-şəriətdə, nə deyim, aya, Pərtövi-bəşarət məgər qalmamış? Ömür başa yetdi bir saat, bir dəm, Bu dövri-fanidə olmadıq xürrəm; Girdabi-bəlayə qərqdir aləm, Bir canibə rahi-güzər qalmamış. Ya şəfi-müznib, ya əffi-günah, Qərqi-məsiyyətdir Zakiri-gümrah, Əmələ ümid yox, taətə pənah, Sizdən özgə bir çarəgər qalmamış. * * * Vəsfi-hal Yaran, mənimlə baziyi-çərxi-xərifə bax! Mən natəvanə eylə nəzarə, hərifə bax! Dərdü qəmi-fəraqı töküb yeksər üstümo, Bari-giranı gör, məni pirü-zəifə bax. Yetmiş yaşında der mənə inkari-eşq qıl, Ol bihəyadən verən əmri-xəfifə bax! Yandırdı cismü-canımı ol nari-qəhrinə, Əxlaqı zişt, tərzü ədası kəsifə bax! Verdi təmam qarətə bir kəndi bigünah, Əhlü əyalə qalmadı bir zərrə cifə, bax. Yaxşı yerin yaman tutar-ayini-dəhrdir, Olmuş cəmi-ali-Xəlilə xəlifə, bax! Bir nəfəs qalmayıb ona bir niş vurmasın, İstər sala gədalığa fitə, qədifə, bax! Doyrana gör yolun düşə, qeyrət gözün açıb, Tiği-sitəmlə qanə bələnmiş zəifə bax! Diki-dəruni kurcyi-“həl min məzid”dir, Məndən bətər əlilü zəlilü nəhifə bax! Qurtar üzündən əhli-Qərabağın, ey könül! Get sərzəmini-Bakidə bir qədər keyfə bax! Səngi-sitəmdən olmadın eymən bu Şişədə, Eylər səfər Şamaxiyə, şəhri-lətifə bax! Qəvvasi-təb bəhri-bəla içrə qərq ikən, Şərhi-qəmi-dirazəvü kutəh rədifə bax! Olsa həyat baqi, gələr dalı dəmbədəm, Yazdım bu babdə bir əcaib lətifə, bax! Zakir kəsib əlaqə qamu zihəyatdən, Ol həyyü layəmutdən istə vəzifə, bax! * * * Cananə üçün zindəganlıq Cananə üçündü zindəganlıq, Cananəsiz ömrdü ziyanlıq, Öldürdün o mehribani, ey çərx, Öldür məni, eylə mehribanlıq. * * * Fərzəndi-əziz Mirzə Fətəliyə Yazıbsan ki, imperator sipahı Dunay çayın keçib bir səhərgahı. Həq-təala özü olur pənahı, Şahənşah qoşunu şəhr alan gərək! Şahbazə nə elər hücumi-kəlağ! Tülək tərlan yerin tutmaz yapalağ! Qələt fikrə düşüb bir neçə sarsaq, Olara tənbihi-bipayan gərək! Qiylü qalə düşməz kim olsa aqil, Həq bilir-hər üçü zaildi, zail; Durmağa ləşkəri-rusə müqabil Dəmirdən baş, poladdan da can gərək! Düşübdür Osmanlı xəyali-xamə, Xahişi var işin sala nizamə. İngilisin günü üz qoyub şamə, Görələr qəzayi-asiman gərək! Tez azışdı əlhəq kiçik Napolyon, Əmisi tək şəksiz olacaq məğbun. O nə ki, iş tutur həddindən əfzun, Toxuna bəlayi-nagəhan gərək! Bu il neçə iqlim olubdur pərxaş, Xiffəti-urusa edirlər təlaş. Ayağın döşünə yığıb qızılbaş, Dost dostu eyləyə imtahan gərək! Qarabağ atlası dostəbədəstə, Top almaqdır sənətləri peyvəstə; Döyüşdə at salıb Osmanlı üstə, Cərgələrin edə pərişan gərək! Elə dövlət devil dövləti-urus, Hər nakəs eyləyə üstündə cülus, Paşaları yıxa misli-Əşkəbus, Yox edə, – Rüstəmi-dasitan gərək! Hifzü himayəti-dövləti –ali Evləmiş bizləri xətərdən xali; Ömnü amandadır malü əyali, Bu şükrü eyləyə müsəlman gərək! Cəhd elə olasan düşmənə faiq, Döyüş günü künçə girmək nə layiq? Ağanın yolunda nökəri-sadiq Baş verib, baş alıb, tökə qan gərək! Naib olub gedib damadım Əli, Yayın axarında, inşallah, gəli; Osmanlı qovuğu, firəng şinəli Gətirə mənimçin ərməğan gərək. Qoşunda var bizdən yenə dilavər, Biri Nəcəfqulu, biri İsgəndər, Göstərib hər biri cəngdə hünər, Lütfi-şəhənşahdan kamiran gərək. * * * Gedirsən get, sənə fəth ilə nüsrət həmrikab olsun Cəfərqulu xana Gedirsən get, sənə fəth ilə nüsrət həmkirab olsun, Unutma bizləri, seyrin vəli seyri-şitab olsun. İki gündən ziyadə Cəbrailli içrə sən qalma, Neçin, xanım deyn kəs istəməz xolqi xərab olsun. O babili Vəli Məmməd deyil mütləq sənin babın, Nə layiq şahibazın həmnişini bir qürab olsun. Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sorsor tək, Əli-allahidən daim gərəkdir ictinab olsun. Horovluda olur ovqati-şirin təlx həlvasız, Üzüm vəqti satarlar, çünki qoymazlar doşab olsun. Hüseyn boy, Məsum Əli oğlu Əhmod, bir də Feyzullah Olar bir kimsəyə həmdəm olunca bir dəvab olsun. Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdur Ki, həmsöhbət bizə ol növi qövmi-bihesab olsun. Nə hasil əhli-səhra söhbətindən, obi ənqurun Gərəkdir neçə müddət şişədə qalsın, şərab olsun. Əgər mollayə lüftün var bir çetvert dügi göndər, Öləndən sonra cayi ya gülüstan, ya zirab olsun. Bizim düxtərlərin fikrinə qalma, yoxdur ol qız kim. Üzubət qalib olsun onlara, bizə əzab olsun. Düşər tez özgə atına minən, nə əmmə, nə xalə, Sağınma o da Doyran kəhrizi kimi pürab olsun. Gərəkdir yetişə artıqlığınca ləzginin müzdü, Ona nə, xah su çıxsın və ya dolsun türab olsun. Maralyanlı Pərinin ... biz keçmişik hamı, Onun həddi nədir Ceyran xanımla tayü bab olsun. Deyər öz-özünə mən də güləm – itbumu, həm zənbəq, Nəhayət səxt müşküldür ki, hər güldən gülab olsun. Qədirin qədrini bil, tutulan quşdan ona gündə Üçün ver: ikisi yəxni, biri dəxi kəbab olsun. Neçə vəqt ordasan, atlı buyur, yolları hifz etsin, Vilayət getdi əldən, bəlkə dəfi-bihesab olsun. İyirmi gündə bir şeri deyincə, “ya Əli!” dərsən, Gərək şair bizim Zakir kimi hazırcavab olsun. * * * Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk Cəfərqulu xana Namə yazdım, qıl mənə, ey taci-sər, ərzani kürk, Tiri-sərmanın sərasər cövşəni qalxanı kürk. Müştəbeh olma, mənim qəsdim Xorasan kürküdür, Dövlətindən, özümün də var Dağıstani kürk. Xan hüzurunda büründüm ariyət bir neçə gün, Balişi-pərqudan artıq saxlar imiş canı kürk. Qış günü yox faidə bürünməvu yapıncıdan, Azü çox gər saxlaya saxlar yenə sərmanı kürk. Çıxmaq olmaz sübh yorğandan, keçər vəqti-namaz, Kişidən hər vəch ilə eylər iraq isyanı kürk. Mədhinə baxma, qocanın çarəsin tarı kəsib, Yoxsa ki, bir zad deyil, eylər xərab oğlanı kürk. Piri-biməsrəf bürünsün sərgi yanında onu, At çapıb yortan kəsə məsrəf deyil çapanı kürk. Olsa bir bariş, xuda nakərdə, Doyrandan kənar, İçinə ayran tökülmüş eymə tək islanı kürk. Nazəninlər növrəsi-çorkəsqəbayə meyl edər, Pəşmini nəşminə almaz geysə yüz ruhani kürk. Görmədinmi necə ol şirinü şəkkər xəndənin Eylədi yanında acı binəva Mollanı kürk! Sərvqədlər içrə vay əhvalına ol kimsənin Kim, qədi kutah ola, amma geyə tulanı kürk. Etməsin rəm xublər olsun nə növram ona, Yeridikcə tazı qulağı kimi tullanı kürk. Həqqi, səyyadi-qəzalın cəməsi çəsban gərək; Ürküdər mənəndi-ahu dilbəri-ziybanı kürk. Nə deyim, başdan əyağə sərbəsər məkruhdur, Oxşadır qıllı parağa, müxtəsər, insanı kürk. Simbər ağuşə çəkmək istəyən kürk istəməz, Nə rəvadır incidə ol tazə-tər püstanı kürk. Cümlədən bədtər budur eybi ki, çox bədyümndür, Görmədinmi eylədi viran yekə Şirvanı kürk?! Barbərdar olmayan tusənlərə bir çul yetər, Qocalar qəm barkeşidir, onların palanı kürk. İki yumruq bir başa gücdür, – məsəldir xəlq ara, Cahili zuri-təbiət saxlasın, pirani-kürk. Deyiləm möhtac bir kürk almağa, qəsdim budur, Kim, deisnlər bəxş edib filaniyə sultanı kürkü. Çoxdu Məşhəddən gələn, əhər evdə, üçü, dördü var, Yzri-naməsmudur qiblə buyursa, hanı kürk. Kəs bilib səndən təmənna etdi Zakir, istəməz Nakəsü namərddən, tutsa əgər dünyanı kürk. * * * Car müqəddiməsi Bababəy Şakirə Ey Bababəy, bu humayun əskərin Seşənbədə sərmənzili Car oldu. Məşriq tərəfində tazə qələnin Qrulub xeymələr bərqərar oldu. Söz müxtəsər, gələn günün fərdası Qoyuldu sübhdən cəngin binası, Çulğadı aləmi şurü qovğası, Sanasan qiyamət aşikar oldu. Miqlaçevski olub pişcəng, Canibi-meyxanə sürdü bidirəng, Yeridi topxana, atıldı tüfəng, Göy üzü tutuldu tirə-tər oldu. Görməyib ömründə bu çərxi-əxzər Bahadiri-dövran buna bərabər; Həqiqət göstərdi bir növ hünər, Rüstəmi-dastanə bundan ar oldu. Təhmurəs, Firidun, Fəramərz, Bürzü Cəm oluban yüz il çalalar gürzü, Ebələ aça bilməz kuhi-Əlbürzü, Naçalnikin karı özgə kar oldu. Neçə padişəhlər gəlib getmişdi, Vilayəti-Cardan kənar etmişdi; Bu fəthi bir dəfə Nadir etmişdi, Bir də sahibimdən yadigar oldu. Biz gəlincə olmuş idi qiylü qal. Urus tapmış idi şikəstü zəval. Elə ki, yetişdi bu badi-şimal, Sanasan ki, ləzgi bir qübar oldu. Var idi nifrətü etirazları, Qürurü sərkəşü sərəfrazları, Dağıstan dağının şahibazları Ərseyi-hümadə bir şikar oldu. Alıcı quş kimi özün toxudu, Çünki düşmən müqabildə çox idi; Sağlığına ümidimiz yox idi, Həq saxladı, yaradanı yar oldu. Ərusi bəxt oldu qüssədən azad, Çıxdı aralıqdan mayeyi-fəsad; İtaətə gəldi Şeyx ilə həmzad, Şükr olsun Allaha, tezbazar oldu. Hər kim baxa irəliyə, dalıya, Ölənədən özün salmaz balıya; Xain olan bu dövləti-aliyə Dağılıb hər yerdə tar-mar oldu. Soruşsan, kim getdi meydana əzəl, Getdi Rüstəm bəylə Mirzə Adgözəl; Pirbabalar etdi bu növi cədəl, Cahıllar baxıban şərmsar oldu. O ki, bizim atlılardan bir para Vermiş idi özün püşti-divara, Nə dəğdəğə çəkdi, nə düşdü dara, Bir az yoldaşından intizar oldu. Əgər xəbər alsan Kərim əmini. Xəncər ilə biçir qoçaq zəmini; Xub tapıbdı kasıblığın çəmini, Car səfəri ona səbəbkar oldu. Çünki görübdülər dadın, ləzzətin, Qeyri kar onlara görünür çətin; Hər kəs tapdı ata-baba sənətin, Əli Mərdan oğlu gəllədar oldu. Ərz edəndə baxa idin Şirinə, Yüz ilidir babası gəlibdir dinə; Yanılış danışar düşəndə yenə, Bir kəs ki, binadən Vartazar oldu. Məəttələm cinli Səfərəli bəg Hərçənd qısadı, əmma pesərək; Bu oğlu İsmayıl nədəndi görək, Həmi cələb düşdü, həm zağar oldu. Dızaq xəlqindədir kisibin bolu, Bu işdə onların uzundu qolu; Gədə-gudə basdı meşəni, kolu, Kimi yoxa çıxdı, kimi var oldu. Mən özüm də bir gün çıxdım cövlana, Görmüyübsən, yolum düşdü bu yanə; Bir tüfəngli ləzgi, mərdü mərdana Tutulub əlimdə giriftar oldu. Yer-yemiş babında misali-cənnət, Eşidibsən gəndən özün də əlbət; Alma şahbalıtı yeyənə minnət, Hər çadıra girsən bir tağar oldu. Dımıq qoyun əti mənəndi-şəkər, Basdırma, qovurma hər şamü səhər; Bala barmaq batırmayır gədələr – İnək ayranından bimiqdar oldu. Sərasər əhvalı şərh etdim sizə, Qənimətü yəğmə çıxıbdır dizə; Tarının bir lütfü budur ki bizə, Nə bir yağış yağdı, nə də qar oldu. Feyzə yetmək olmaz, olmasa irşad, Həmrahi-birahın dad əlindən, dad. Ümidvarəm ola bu səfər bir zad, Qumuq səfərimiz lap bikar oldu. * * * Gövhər ağaya Ey gövhəri-pakizeyi-dəryayi-lətafət, Vey kani-həqayiq! Övsafi sifatın məni-məddahə nə hacət, Aləm sənə aşiq. Şəkkər ləbinə kuhən ər dursa müqabil, Şirini olur təlx. Ruyin görə, haşa ana ta ruzi-qiyamət, Əzrasını Vamiq. İyzəd ki, çəkib yer üzünə pərdeyi-ətləs, Bivəch deyil bu; Tutmuş sənə, ey mehrü məhi-bürci-səadət, Gərduni süradiq. Ləli-ləbinə badeyi-gülgün desə hər kəs, Vur boynunu dərdəm. Qan eyləyənin qətlinə əhkami-şəriət, Yeksanü müvafiq, Fərq etməyə sübhün kişi ta sidq ilə kizbin Vacib dögi səcdə, Vacibdir əyilsin sənə hər dəm səri-taət, Nə gizb, nə sadiq? Ol günbədi-dəvvarə yetir kəlləmi, ey mah! Sal sayəni başə. Yəni elə bu bəndəyə inamü inayət, Bir türfə yaxalıq. Bəsdir bir işarə, dəxi küstaxlıq etmə, Ey Zakiri-təmma; Bir kimsəyə bir kimsə edən vəqt şəfəqqət Öz adına layıq. * * * Qocalıq Ah kim, aldı mənim əqlü kəmalım qocalıq, Eylədi misli xəzan çöhreyi-alım qocalıq, Bidi-Məcnun tək əyib sərv nihalım qocalıq, Günbəgün etdi füzun dərdü məlalım qocalıq, Doladı, dəstinə, əfsus ki, yalım qocalıq! Əlliyə yetənədək bilməz idim quru, yaşı, Həll edərdi ənəgim mum kimi qarə daşı, Gördüm atmışda qatı löqmələrə yoxdu xaşı, İndi it yalı kimi gündə gərək qaşıq aşı, Zindaganlıqdımı bu, ağrını alım qocalıq? Azılarımda qalıb bir neçə övraq dəndan, Gərgər düşməz o da soxt təamə çəndən, Dolaşa dəməgina oxşar edəndə xəndan. Abi-guşt ilə gərək müttəsil acıtmalı nan, Kimə məqdurdu bu orduna ... qocılaq? Dolanırdı nə qədər var idi, tənda qüvvət, Gündə pərvanə kimi başıma yüz göz övrət, Hər evdə düşsə yolum əhli çəkərdi minnət, İndi öz sahibi-xanəm mənə etməz rəğbət. Nə ümid ilə gedim özgədə qalım, qocalıq? Duş gördüm neçə məhparə edər seyri-çəmən, Ayağın öpmək üçün somtlərinə düşdüm mən, Gəldi göftarə biri, söylədi key piri-kuhən, Nə gəzirəsən burada, yoxsa azıbsan köçdən? Rişəxənd mənzili etdi məni zalım qocalıq! Hər sənəm görsə deyərdi əcəb oğlandır bu, Ya Foramərz və ya Rüstəmi-dastandır bu, Xoş onun halına ki, bir gecə mehmandar bu, Gülüşüb indi deyirlər necə vartandır bu, Çünki etdin belə tiz ilə zəvalım, qocalıq. Hanı ol sərv, görürdün gecələr ayə baxar, Sübhlər tusəni-sərxoş kimi səhrayə baxar, Gəh zəni-dəlləkə, gəh düxtəri-mollayə baxar, İndi sən xəstə, qoyub baş mütəkkayə baxar, Kəsdi eşqü həvəsim, zövqi-vüsalım qocalıq. Tüf sənə kim, məni sən zövqü səfadən saldın, Nəzəri-mərhəməti-mahiliqadən saldın, Hər iki çeşmi-cahanbini ziyadən saldın, Şahibazi-həvəsi ovci-həvadən saldın, Sındıdın səngi-sitəmlə pərü balım, qocalıq. Gər mənə ruyi-zəmin simü zərü dövlət ola, Asitanəm, eşiyim rəşki-dəri-cənnət ola, Puşişim xosrovü xaqan verən xələt ola, Neylərəm anı kələz dalı kimi qət-qət ola, Sifətü gərdəni-ayinəmisalım, qocalıq. Qorxuram çərx mənə zülmi-mükərrər eləyə, Ağqız oğlu Piri tək dillərə əzbər eləyə, Qaralı Şəmmiyə hörmətdə bərabər eləyə, Axırı Hatəm ağadan dəxi bədtər eləyə, Çörü-çöp dərməyə də qalmaya halım, qocalıq. Gərək indən belə qapıda bürünüb gəbəni, Qoymayam qarğa-quşu sərgidən apara dəni Ki, məbada ura övrət üzümə ta siləni, İltimasım budu kim, öldü, xilas eylə məni, Oğul, uşaq əlinə vermə saqqalım, qocalıq. Zakirəm, türfə xiyaban ilə bağım vardır, Yatmağa, durmağa rəngin otağım vardır, Nə qədər aşü plov yesə qonağım, vardır, Yaxşı nəvvadələrim, oğul-uşağım vardır, Yoxdu bir özgə qəmim fikrü xəyalım, qocalıq. * * * Ağarıbdır Divanə könül, dəxi usan yal ağarıbdır! Pərvaz eləmə, bəsdi pəri bal ağarıbdır! Sərdən bu həvavü həvəsi sal, ağarıbdır, Əvvəl nə isə, indi ki, əlhal ağarıbdır, Layiq döğü bundan sora, saqqal ağarıbdır. Bir neçə zaman al, yaşıl geydimü taxdım, Hər qaşı, gözü sürməlini gördümü axdım, Rüxsarəsinin atəşinə canımı yaxdım, Otuzdan iki, üç keçdi, güzgüyə baxdım, Gördüm ... dönmüş yenə, xal-xal ağarıbdır. Sallandı surum, başıma ta qopdu qiyamət, Ol üzüqara bir neçə dəm verməmədi fürsət, Öz-özümə dedim, ki, düşüb qürrəyə əlbət, Ayda, yarım ayda çəkilib bir yerə xəlvət, Çəkdim nə qədər hər nə ki, filhal ağarıbdır. Demmi, deməyimmi ki, bu ildən ağarıb baş, Müşkül burasdır ki, nihan sirr olacaq faş, Nifrət edəcək yarü rəfiq həmsərü sirdaş, Yolmaq diləsən dəxi gərəkdir qoyasan aş, Çəkməkdən ötüb başı, bütün sal ağarıbdır. Məhvəşlərə xoşdur, nə ki, oğlan danışsa, Yüz föhş edib, hərzəvü hədyan danışsa, Ağsaqqal əgər ayeyi-Quran danışsa, Başdan ayağa hikməti-loğman danışsa, Axırda deyər: söyləmə naqqal, ağarıbdır. Ol xanəxərabın tükü bir rəng, ola barı, Mən eyləmə, ifriti görəndə qaçar adəm. Həmsinin olur bir-birilə ülfəti möhkəm, Rişim xəti-canan ilə yekrəng idi bir dəm, Netsin dəxi biçarə, bu minval ağarıbdır, Qumraldan isə yaxşıdı dum ağ olanı, Çox yerdə deyərlər ki, durun gəldi filanı, Əlbəttə, səd əlbəttə, ona yaxma hənanı, Guya, açılanda çənənin hər iki yanı, Ağ toyuq alıb ağzına çaqqal, ağarıbdır. Ol xanəxərabın tükü bir rəng ola barı, Nə qarədi, nə qırmızı, nə ağ, nə də sarı, Əsli bu ki, bir ... döğü, kəssin onu tarı, Bir hal ilə ağ olsa idi səhl idi karı, Amma bu parax quyruğu bədhal ağarıbdır. Bundan sora laf urma, könül, özgə hünərdən, Əldən nə gəlir, salma qonum-qonşunu sərdən, Qoyma apara qarğa-quşu sərgini dərdən, Xublar duramaz, adətdir ... yerdən. Görsə ki, gəlir yüz çənəsi çal, ağarıbdır. Saqqalı ilə sadələrin olmaz arası, Növxəttə məhəl qoysa da, bil, yoxdu çarası; Onunku odur tüksüz ola gözü qarası, Əndamə düşər rəng ilə beş gün zağarası, Çi sud, görəsən ki, yenə dal ağarıbdır. Keçdi o ki, zövq eylər idin gahi səfərdə, Evdə oturanda meyü məhbub nəzərdə, İndi dəxi yox tabü təvan canü cigərdə, Gah yanını ver balışə, gah çıx günəverdə, Çək kürkün ucun başına ... ağarıbdır. Yalın ki, ağardı sənə müştaq zən olmaz, Yüz toh verəsən içinə əsla ... olmaz, Başdan-başa yaşılü alə bəzən, olmaz! Bostanda çürür rəğbət edib, bir üzən olmaz, Hər meyvə ki, tağmürdə olub, kal ağarıbdır. Zakır, yapış ol Əhmədi-muxtar ətəyindən, Xeybər dağıdan Heydəri-kərrar ətəyindən, Yüz gəz tutasan yarımasan yar ətəyindən, Baxmaz üzünə, əl götü dildar ətəyindən, Eşşək də yeməz kim, görə qanqal ağarıbdır. * * * Əfsus, günüm keçdi şərü şur ilə daim Əfsus, günüm keçdi şərü şur ilə daim, Gəldi dəmi-rehlət. Tutmuş hələ dünyanı könül hirs ilə qaim, Tədbirinə lənət! Getdi hamı həmdərdi-xoşəxlaqü mülayim, Qaldım məni-həsrət. Çöldə Əli bəy, Təhdilidir qələdə tayım, Onlar da kəmülfət. Yoxdur ədədi fövt olanın, hansını sayım? Məcmuuna rəhmət! Ağzımda uçuq qəbrə dönüb otuz iki diş, Üç-dördü qalıbdır. Bir-birini tutmaz dəxi onlar görə bir iş, Kökdən boşalıbdır. Əzbəs ki, yonar möhnətü dərdü qəmü təşviş, Bağrım yuxalıbdır. Xam quyruğa batmaz nə qədər cəhd eləyəm... Çoxdan koralıbdır. Oldur səbəb əfləkə çıxar hayü hərayım, Baxmaz mənə övrət. Bəzi zəni xoşbəxt sanır mərdümi-olmaq, Der şövhəri xandır. Həmvarə geyər əyninə zərbəft ilə dibəq, Həm hökmü rəvandır. Sən bil ki, ünas əhlinə xoşdur gəzə çiplək, Ta varı cavandır. Yoxdur qınamaq hiç bizim həmsəri mütləq, Çün xeyli zamandır. Düşməz yavuq əsla hədəfi-məqsədə yayım – Sınmış oxa nisbət. Müddətdi düşüb dıkı-dərunum saf əməldən, Əfsürdə çırağəm. Bir loqmadan əfzun yeməzəm xofvü xələldən, Bu barədə dağəm. Birəğbət olub xahişim itami-gözəldən, Guva ki, naçağəm. Fərq etməz idim bir zaman ayranı əsəldən, İndi bu səyağəm. Vay oldu ki, bir gün tükənə qənd ilə çayım, Alır məni xiffət. Batmış şikəmin aldı bizi heyvarə fikri, Doymalı deyil bu? Qış aş, pilov döğdəğəsi, yaz kərə fikri, Bağrımız edər su. Köç vəqti ulaq kəmliyi, dağü dərə fikri, Olmaz belə qayğu. Ta çənd otaq dərdi-səri, pənçərə fikri, Əndişeyi-bahu. Yegdir ki, ləhəd küncü ola köşkü sorayım, Sərmənzili xəlvət. Çöl əhlinə bir il belə gər qış gələ qatı, Lağər düşə çarpa. Yeksər qarışar bir-birinə türk ilə tatı, Aşuradı Guya. Hər kəs götürür dəstinə bir örkənü çatı, Hiyzüm qıla peyda. Gözlər ki, bitib ot, kökələ camışü atı, Arxayın olub ta Gəh-gəh deyə, ey ilxıçı, qorxıldımı dayım? Nə eyş, nə rahət. Bir vəqt görən qamətimi sərvi-rəvan tək, Bivasitə, biqal. İstərdi basıb bağrına, nazım çəkə can tək, Manəndeyi-ətfal. Məhparə hamı tabe idi əmrimə xan tək, Nə üzr, nə ehmal. Atmış bucağa, ah, məni köhnə palan tək Baş yoldaşım əlhal. Qorxum budu indən belə əndək də yaşayım, Saf eyləyə niffrət. Lağlağı deyildim belə, billəh, keçən ovqat Kəndin zənü mərdi, Bir nəfsə əyər zərrəcə təqsir ola isbat, Yapraq tək əsərdi. Hərgah deseydim özünü get qayadan at, Filfövr gedərdi. Saymaz məni əknun Tükəz oğlu kimi bədzat, Çəkmimmi bu dərdi? Dünyada bu hal ilə dəxi mən nə qalayım, Yetməzmi bu zillət? Saqqal dönüb ağ sümağa, söyləmə, Zakir, Qəflətdən ayıl sən! Sövdayi-qiyamətdə gərək ər ola mahir, Taət yolun öyrən. Qorxum burasıdır ki, olam Pinçi tək axır. Baqqal daşı, yek mən. Köçəmək dəmidir, yatma, kişi çapükü şakir Dur, düş yola, təpərən! Bahörmət ikən çarə odur mərgi arayım, Şayəd ola qismət. * * * Xurşudbanuya Ey bürci-səltənət, mahi-ənvəri, Düşməyəsən görüm ziyadən səni! Gecə-gündüz budur həqdən diləyim, Hifz eyləsin yaman bəladən səni! Sipehri-bərinin hilalı sənsən, Şərafətdə mələk misalı sənsən, Güləşəni-Xəlilin nihalı sənsən, Barvər istərəm xudadən səni. Məsihi çıxardan ərşi-əlayə, Salan üftadələr başına sayə, Yetmişdə İshaqı verən sarayə, Qurtarsın bu rəncü inadən səni. Bəstəri-möhnətdə bixurdü bixab, Kim razı olur ki, çəkəsən əzab, Ol saqiyi-Kövsər eyləsin siyrab, Əzizim, daruyi-şəfadən səni. Çubi-çini nədir, qibləsən, nəsən, Təəccüb eylərəm bu əhvalə mən; Dəstgirin olsun Hüseynü Həsən, Fərağət olasan cəfadən səni. Səqfi-sərayını ey güli-növrəs, Həddi nədir elə nişimən məkəs? Tərcih verə gərək aqil olan kəs, İsəmətdə yüz huriliqadən səni. Tikilən evlərə atandır səbəb, Payəndazın olsa, canlar nə əcəb! Cami-bəzmi-eyşin daim ləbaləb, Qalmayasan zövqü səfadən səni. Bu nə keyfiyyətdir, bu nə macəra, Rəyncə dolanmaz təqdiri-qəza? Pədəri-mərhumun hər sübhü məsa Günilərdi badi-səbadən səni. Şikəstə Zakirə veribsiz əmək, Əmək bilməyəni kor etsin nəmək, Necə ki, baqidir həyatı, gərək Unutmaya xeyir-duadən səni. * * * Xurşudbanuya Xəbər alasan bu vilanın əhvalın, Böylədir keyfiyyət, mənim əzizim. Tezlik ilə əgər əncam etməsən Keçər vəqti-fürsət, mənim əzizim. Toyun tədarükü cümlə mühəyya, Sazəndə, bazəndə bütün cabəca. Məəttəl qalacaq yəqin bil, əmma Xan verməsə rüsxət, mənim əzizim. Hər nə ki, eylərəm peşkəş, pəyandaz, Məhəlgüzar olub heç birin almaz. Gümanım var edə ol bəndənəvaz Gər at olsa, rəğbət, mənim əzizim. Kari-xeyrə əlac olmasa səndən, Dəxi indən belə iş keçib məndən Bir ərəbi-bədöy gəlib-gedəndən Göndər, əlbət-əlbət, mənim əzizim. Bir uzun ağızlı, bir nər dodaqlı, Bir ahu baxışlı, qarğı qulaqlı, Bir ceyran paçalı, bir top dırnaqlı, – Tapıla bu babət, mənim əzizim. * * * Əli bəy Fulatova Nədən azürdəsən, ruhi-rəvanım, bisəbəb məndən? Biməhdillah ki, zahir olmayıb tərki-ədəb məndən. Süxənçilər sözünə mərdi-dana etibar etməz, Sənə təhqiq lazımdır, desə bir zən-cələb məndən. Qaçar məndən Əlilər, xah oğlum, xah damadım, Sənin həm qaçmağın cana, deyil hərgiz əcəb məndən. Mənəm dərvişi-nikəndiş kim, əyyami-ömrümdə Xuda agahdır, bir kimsəyə dəyməz təəb məndən. Bu adətdir – qənilər mülkü cah ənam edər xəlqə, Nə kari-büləcəbdir gör edər bunlar tələb məndən? Əziza zərrəcə yox etibarım xiyşü əqvamə, Ərəbdən olmazam haşa, əgər olsa ərəb məndən. Görüb eybeləmə bu şairin nəzmi-pərişanın, Pəriasanxatirəm, umma kəlami-müntəxəb məndən. Şikəstə Zakirəm, xofv etməzəm mən şərri ədadən, Nə qədri zud rənc olsa, keçər əhli qəzəb məndən. * * * İbrahim bəy Azərə Ey giramitər olan cismimdəki candan mənə, Bəlkə əqlü hüşü dinü iymandan mənə. Bil, açan rüxsari alındır tutulmuş könlümü, Şadlıq üz verməz ol gülbərgi-xəndandan mənə. Babanam axır sənin, ey tifli-bimehrü vəfa, Gah, gahi əl yetir dövlətli babandan mənə. Şükr-lillah, vardır bihədd arpa, buğdamız, Leyk bir qədri dügi hər ildə al xandan mənə. Şiddəti-sərmadə bir kürk eyləsə bəzlü bərat, Pirlikdə kargər düşməz soyuq çəndən mənə. Dövlətindən alinin hökmü rəvaci əsrdir, Ayda bir bağlam həna yaz gəlsin ol yandan mənə. Payımı başdan çıxıb, ayağa tapşır,saxlasın, Sibi-şirin şahbalud gər gəlsə Şirvandan, mənə. Müxtəsər, bir neçə dəm gözlə məni sən bişü kəm, Ənqərib olmuş köç etmək mülki-dövrandan mənə. Nəsli-İbrahim xan etmiş səni çün sərbülənd, Qalib olmuş zövqü şövqün hər iki yandan mənə. Azərim, xoşdur yoqin şamü səhər pərvanəvəş Atəşi-mehrinlə yanmaq yüz gülüstandan mənə. Biz idik pərvərdeyi-nanü nəmək bir dövrədə, İndi bir əngüşt verməzlər nəməkdandan mənə. * * * İbrahim bəy Azərə Verməsiz, bais nədir, bu pirə müddətdir dügi, Muxlisi-dirinəyə, axır nə mürvətdir, dügi, Çakərə bəxş eylər ağa, rəsmü adətdir, dügi, Cismə asayiş verir, çəşmə bəsiratdir dügi; Olmasa bir xanədə, ənduhü xiffətdir, dügi. Sənsən ancaq bir əmiri-pakzadə canişin Kim, onun məddahı məxluqi-səmavatü zəmin, Ədli bimanəndü həmta, bəzlü cudi biqərin, Baxma təhrikinə, mütləq, narə bədxahi-ləin, Desələr filaniyə vermək nə nisbətdir dügi. Güc verir çəltigə ildə mərdümi-Tərtərbasar, Xoş onun əhvalına hər kim ki, onda mülki var; Döydürüb anbara payız doldurur tağar-tağar, Həm özü məsrəf qılır, həm Qələdə yük-yük satar. Netmişik, yarəb, bizim yerlərdə bidətdir dügi Hiç kafər olmasın bu dəhrdə övqatsız, Yemək olmaz çörəyi, zinhar, əppək qatısız, Adəmin canın alır yoxluq sübut-isbatsız, Əmri-müşküldür dolanmaq gərçi malsız, atsız, Bənzəməz onlara hərgiz, özgə nemətdir dügi. Sərdtərdir, onda yox əsla yübusət maş tək, Kef gətirsin badəvəş, ya şireyi-xaşxaş tək, Dir həzm olsun və ya inki bədəndə daş tək, Hər məzacilə süluk eylər qohum-qardaş tək, Filməsəl pakizə həmdərdü xoş-ülfətdir dügi. İşgənə kimdir, onun yanında basdırma nədir?! Ya bağırsaqdan dəxi büryan qovurma nədir?! Qəlyə içi dop-dolu kişmiş, ərik, xurma nəidir?! Qatı ondan olmasa, küftə nədir, dolma nədir?! Saxlasın tanrı hər afətdən qənimətdir dügi. Şamə bir boşqab plov, bu şərt əndək yumuşaq, Cani-babadır xüsusən yağı olsa tazə yağ, Vay bir gün olmaya, gəl gör nədir qaşü qabaq, Qoyma keçsin mənzuri-mətləb, iki çətvertdir dügi. Əğniya, bil ki, plovsuz bir gecə şam eyləməz, Gəlməsə kəfgir səsi səminə, aram eyləməz, Çay, qəhvə adəmi, billah, nikunam eləməz, Kari-xeyrə onsuz əsla kimsə iqdam eyləməz, Xəlq ara həm rövnəqi-bəzmi-müsibətdir dügi. Kibriya vermiş ona bir növ xoşrəftarlıq, Şüğlü kari daima qəm əhlinə qəmxarlıq, Hiç təndə eyləməz azürdəlik, bizarlıq, Eylər əmrazi-ğonidə həm təbibə yarlıq, Bəzi rəncürə özü tənha kifayətdir dügi. Həmnişindir daima evdə əyal-ətfal ilə, Pak edər girdü qubarın xublər ğərbal ilə, Gah-gahi bərq urar inci sifət, dəsmal ilə, "Qül-hüvvəllahü əhəd" söylər zəbani-hal ilə, Sufiyi-pəşminəpuşu saftiynədir dügi. Şilə, şorba xostoyə məsrəf düşər şamü səhər, Ol səbəbdən ki, ona yağlı pulov eylər zərər, Sağ üçün hər siləsi bir silə altunə dəyər. Xah pirü, gah bürnə, xah övrət, xah ər, Müflisi bayü qəni, hər nəfsə hacətdir dügi. Düşsə hər bəzmə güzarı, şəm tək pürnur edər. Xancyi-eyşü nişatı vəsliilə məmur edər, Dövr çövrindən mükəddər xatiri məsrur edər. Ləşkəri-cui çıxardıb mülki-dildən dur edər, Bir dilavər pəhləvanü əhli-cürətdir dügi. Pirlikdə nanü həlvayi-doşabı neylirəm, Otuz ikidən biri yoxdur, kəbabı neylirəm. Bəsdi bir bişmiş, iyirmi dörd əzabı neylirəm. Mədəyə hər şey ki, salsa inqilabı, neylirəm. Qoy qazanı üstə. övrət, biməzərrətdir dügi. Yoxdur aləmdə belə bir qatili-səfravü xun, Xilti-sövdanı qılır bilmərrə məğlubü zəbun, Çareyi-əmrazi-bəlğəmdə təbibə rəhnümun, Ruzi-şəb təfrihi-qəlbü mərhəmi-rəşi-dərun, Nayeyi-suzi-ətəş, dəfi-hərarətdir dügi. Adəmi cənnətdən ixrac etdi gəndüm danəsi, Arpanın kimdir cahanda valehü divanəsi, Olmasın ərzən yatağı heç kimin kaşanəsi! Gərçi məmlüvdür sərasər həqq mehmanxanəsi, Cümlə ətamə vəlakin ziybü ziynətdir dügi. Əhmədi-Muxtar, Xətmi-Ənbiya səlli-cəmal, Şəfeyi-ruzi-qiyamət, mədəni-fəzlü kəmal, Eylədi həft asimanə seyr, dərdəm, çün xəyal, Ondan əfzun qədrdə olsaydı bir şəv, Zülcəlal – Bəs neçün ol sərvəri-nasə ziyafətdir dügi?! Dəstinə alma Müqimin məhz biyca nüsxəsin, Əkbər oğlu Hacının bihudə əşya nüsxəsin; Özlərin dana sanır, bilməz müdava nüsxəsin, Görməşəm mən güllübüm haziq ətibba nüsxəsin, Eyləmişlər təcrübə, məqruni-sihhətdir dügi. Qoyma qalsın Zakiri dami-bəladə, qayğuda, Nə rəva piranəsərlikdə ki, xuni-dil uda; Yağı vursa yeydi, bir karvan qılınca busquda, Verə bildikcə verib Hindarxında, Hacılluda. Qadiri-biçun deyirlər kim, qiyamətdir dügi. * * * Knyaz İlikoya Əla, ey aftabi-bürci-müştaqi-vəfa knyaz! Əla, ey dürrü-bihəmtayi dəryayi-səxa knyaz! Məni hfz eylədin asibi-üdvandan, görüb, yarəb, Səni hifz eyləsin asibi-dövrandan xuda, knyaz! Mənim bu müşkülümü sən ki, qıldın lütf üzilə həll, Səni heç müşkül işdə qoymasın müşkülgüşa, knyaz! Səni qeydi-qəmi-afaqdan qılsın rəha tari, O iki nəcəvanı qeyddən qıldın rəha, knyaz! Bu piri-natəvanə ömr verdin tazədən əlhəq, Nə qədri var ömrüm, ömrünə qıllam dua, knyaz! Mənə tutdun bir iş ta var dünya qalacaq baqi, Eşidənlər hamı kim, deycəklər, mərhəba, knyaz! Qarabağ içrə bu karin salıbdır nur gün nisbət, Həmişə bəxtin olsun gün kimi, ey məhliqa knyaz! Kişi tutsun gərək bir iş ki, qalsın yadi-xeyr ondan, Bu dünya fanidir, heç kimsəyə qalmaz vəfa, knyaz! Səni heç nakəsü namərdə möhtac etməsin tari, Şikəstə Zakirəm, zikrim budur sübhü səma, knyaz! * * * Məhəmməd bəyə Əziza, mən sənə bir cilqiyi-şəhanə göndərdim, Əcayib töhfədir, mən həm əcəb oğlana göndərdim. Bəyazi-çeşmi-məhbuban kimi şəffaf, seyqəlli, İçində mərdüməkvəş mən onun bir danə göndərdim. Və ya inki fərar olmuş qulami-hind kuyindən Tutub saldım, qolu bağlı çəhi-zindanə göndərdim. Həqarət çeşmi ilə baxma cana, üstüxan sanma, Çıxardıb,nəqdi-canımdır, mən ol cananə göndərdim. Saluban getmədi, çün baz gəldi yaz ol şəhbaz, Bu bir tövqi-iradətdir, ona nişanə göndərdim. Tək indi şəhri-dildə tab qıl, ey ləşkəri-möhnət, Cəfavü cövrünü yazdım, bu gün sultanə göndərdim. Şikəstə Zakirin mən etmə səvqatın görüb biqədr, Xüturi-xatirinçün tapmadım bəhanə, göndərdim. * * * Məhəmməd bəyə Eşitdim nameyi-mehrü məhəbbət Yetişir daima Pəridən sənə. Aşiqin məşuqi gərək çağ olsun, Nə hasil o quru dəridən sənə?! Əzəl sevdin Fatma ilən Məryəmi, Onların dalınca Şahi-Sənəmi. Belə sevda xərab eylər adəmi, Özün bil deyirəm bəridən sənə. Biri piri-kamil, ikisi sadə, Oynaş olmaz üçdən, dörddən ziyadə, Tapşırıb ... Şirin Fərhadə, Bəlkə fürsət ola ... sənə * * * Məhəmməd bəyə Nəzmi-şəkərbarın gəldi yetişdi, Ay Qasımın püştü pənahı Məmməd! Əcəb tanıyıbsan çərxi-bədkarı, Pir olasan görüm, vallahı, Məmməd! Onun kimi bir əcuzə hiyləgər, Tapılmaz, gəzəsən cəhanı yeksər; Bir dənizadəni tacvər eylər, Göz ucilə qılsa nigahı, Məmməd! Çün özü dişidir, sözü dişini, Sizdən yaxşı mən bilirəm işini, Nəzər salıb bir ... kişini İranın eylədi padşahı, Məmməd! Bəslədi Teymuri-Ləngi bir müddət, Geydirdi əyninə qəbayi-heşmət; Kor Səlimə verdi nə növ dövlət, Müşküldü eyləmək siyahı, Məmməd! Mədəni-xətadır, nəfindən əl çək, Ayaqlar hər yerdə fəqiri görcək; Yastıpapaq eylər kimini mən tək, Kimi başa qoyar küllahı, Məmməd! Cahanə, bişübhə, gedəcək gələn, Bu yer deyil, bizə ayrıdır vətən; Başa yetib ömür, indi sən və mən Oruc tutaq gərək sə mahı, Məmməd! Bəy ikən adımız olub mülkədar, Rəiyyət indidən bizə ... atar, Ellik ilə bu həlatə nə ki, var – Gərəkdir ki, çəkək yüz ahı, Məmməd! Bundan isə yeydir diyari-qürbət, Al başını, dur get, əlbət, səd əlbət! Var isə məhrəmin, bir soruş xəlvət, Nə idi bu xəlqin günahı, Məmməd? Bu dövri-fainədə bulmadıq vayə, Ömrü verdik əbəs-əbəs fənayə; Gəl Məhşədə gedək, ya Kərbəlayə, Budur kolanımın kütahı, Məmməd! * * * Rus vəliəhdinə Qafqaz canişininə Ey vəliəhd, sənə lütfi-xuda yar olsun, Dəstgirin əbədən qadiri-muxtar olsun! Güləşəni-dəhrdə sərsəbz nihali-bəxtin, Ey sərəfrazi-cahan, ta ki, cahan var, olsun! Çeşmi-bəddən səni hifz eyləsin oy həyyü qofur, Baxsa hər kim, sənə gəc, dərdə giriftar olsun! Sayəbani-sipəhin ətləsi-çərxi-əxzər, Pasiban dərgəhinə əncümü səyyar olsun! Cami-eyşin meyi-gülrəng ilə daim ləbriz, Qədəhi-bəzmi-nəşatın dəxi sorşar olsun! Əmrinə bəndeyi-fərman Buxara, Xarəzm, Hökmünə Çinü Xəta tabeyi-iqrar olsun! Düşsə hər cayə yolun şamü səhər fothü zəfər, Ol biri pişrovun, biri qəfadar olsun! Dustun xoşdilü xürsənd ola, bədxahlərin Bidi-Məcnun kimi həmvarə nigunsar olsun! Pərtövi-mehri-rüxun etsin üfüqdən tale, Çeşmi-bədbini-ədu şəbpərəvəş tar olsun! Nə əcəb, sümmi-səməndi-sipəhinlə yeksər Kühi-Əlburz biyaban kimi həmvar olusn! Çoxdur ümmid bu dəm qovmi-Çeçən, əhli-Avar Dağılıb hər tərəf avarəvü idbar olsun! Şahbazi-dəri-dövələt nə bilir ovci-həziz, Götürər çənginə yüz tayiri-gühsar olsun! Eylədi xuldi-bərin Tiflisi feyzi-nəzərin, Bas Qarabağə qədəm, məskəni-gülzar olsun! Qələt etdim bu sözü, hanı o sər bizlərədə Kim, vəliəhdi-şəhə layiqi-iysar olsun! Yoxdu bu əsrdə ol şairi-pürzur, əfsus, Deyə bir mədh ki, şənində səzavər olsun! Şairə eyb deyil, zabitədir təbi səlim. Dərk edər anı ki, güncayişi-göftar olsun! Baisi-fəxri-vücudat ola bir paknijad, Vəsfü övsafi-kəmalatı nə miqdar olsun! Nəzmi-mən, – pişi-Süleymanə necə muri-həqir Gətdi ta payi-mələx, – həcati izhar olsun. Pirəzən dəstinə almış kələfi-rismani Yusifi-Misrə həmana ki, xiridar olsun. * * * Mehdi bəyə Bəyi görmək mənə deyil müyəssər, Mənim əvəzimdə, filani, sən gör, De kim, bu nə işdir, ey mərdi-məqul, O əhdi, iqrarı yalanı sən gör. Xəlq içində özün zahid göstərən, Fasiqə, facirə nəsihət verən. Naxunundan qeyri ... iki görən Zöhrəyə müştəri olanı sən gör. Həq bilir ki, ustadıdır bəd karın, ... zürrətin namusun, arın. Əgər xan bağına düşsə güzarın, Məryəmi ... talanı sən gör Kəmmali-kamiləm deyib özünə, Bir əbləhi inandırıb sözünə. O xəlvət xanədə Fatma gözünə Səhər ertə milçə salanı sən gör. İldə birin doğub, örtüb, çuluyan, ... yeksər-zolluyan, Hər atı görəndə ... tulluyan, Bir özü mil, qaşqa qulanı sən gör. Rəviyyəşinas həm iş bilən olmuş, Xanımlara, xatınlara tən olmuş, Abırlı, həyalı məğil zən olmuş, Ərinin saqqalın yolanı sən gör. Tərk edib vacibi fərzi-sünnəti, Almayıb peşminə heç məzəmməti, Tanrı bilir, bu işlədən büdəti Nə kürd eylər nə, də kolani sən gör. Üçoğlanlı Səfər getsin dərinə, Mən dolanım qoç iyidin sərinə; Yolun düşsə Şəkərbəyli yerinə, Həzərat saldığı bulanı sən gör. Əmisinə eləməyə nəsihət, Qasimi incitmək sənə nə nisbət, Dövlətlidən dövlət, gordan bəsirət, Çalar hər tərəfi ilanı sən gör, Xan qızının bizə lütfü, nəzəri, Sanırdı özünün canı, cigəri. Bu yaz bəyə münsif olandan bəri Özümü saldığım bəlanı sən gör. * * * Mirzə Mehdiyə Dedim fuladını nərm eləyəsən, Sən eylədin səngi-xarə, əzizim. İnşallah olur ləhaf müsəlləm – Belə keçsə varə-varə, əzizim. Asi rəyət bəyi yada salırmı, Ağa sözün ... alırmı, Fuladi-bədgühər yumuşalırmı Ta düşməyə yalavlarə, əzizim. Bir ahəngər soyuq döyə dəmiri, Çıxmaz çəkişindən səsi-səmiri. Mühəssilin uzun olsun ömüri, Xub salıb onları darə, əzizim. Yetişən tək alıb qulluq da yegin, Bizim mülazimə göstərib... Eşşək ki, xamladı götürməz yükin, Gətiriblər bizi zarə, əzizim. Canə yetdim dərdü qəmü möhnətdən, Qurtarmadım əndişədən, xiffətdən; Başımı götürüb bu vilaiyətdən Getməliyəm bir diyarə, əzizim. Bundan əvvəlkilər çalışıb hərçənd Bir ev tikməyiblər ola dilpəsənd; Sarcalı xəlqini başdan xudavənd Yaradıbdır günüqarə, əzizim. Bizlər kimi bir-birinin bədxahı Tapılmaz, gəzəsən aləmi dahı. Onun üçün qəzəb edib ilahi, Xayınik aşnaya, yarə, əzizim. Gözəl köhlənləri gecə sübhədən Minib, çapıb qulun tökdürür Həsən. Nəsihət eyləyib hərgiz deməsən Çəkib onu bir kənarə, əzizim: Ey bihəya, həzər eylə xudadən, Usan təqəllübdən, cövrü cəfadən. Peşiman olursan bu macəradən, Yetirirlər sahibkarə, əzizim. Yenə təzə oğurlanıb bir yabım, Dəxi ziyanlığa qalmayıb tabım; Budur sizə əvvəl-axır cavabım: – Bu işə eyləyin çarə, əzizim! Qarabaldır xəlqi oğru yatağı, Tapılmaz gəzəsən doğrusu, sağı Hamıdan bir kənar, o it uşağı Talan salıb aşikarə, əzizim. Fəqır-füqəranın qoyunu, malı Yarım saat deyil xətadən xalı. Sakit etmişdiniz bu qiylü qalı, Yenə qarışıbdır arə, əzizim. Baxşıdan görmüşəm mehrü vəfalər, Bizdən yetir ona hədsiz dualər, Xeyirxahəm ona sübhü məsalər, Cahangirü cahandarə, əzizim. * * * Əta xana Mirzə Mehdi, bizim bəndəxanənin Keçəsi dağlıb, keçən gərəkdir. On dörd qalıb olsa kifayət eylər – Əgər xəbər alsan necə "gərəkdir?" Əta xandan əta deyil ki, uzaq, Əmma bizə düşməyibdir ittifaq. Alinəsəb adam yüz olsa uşaq, Yaxşını, yamanı seçə gərəkdir. Nisfin qaraağacı, nisfin xəsili Versələr bilmərrə dəva kəsili. Törəmədi qoyunların əsili – İldə iki yol gələ qoça gərəkdir. İyirmi istildən salına möhkəm, Yüz il yağış yağsa verməyə bir nəm, Elə mərğub ola kim, görən adəm Bəkrəsin içinə ... gərəkdir. O üzü, bü üzü sərasər həmvar, Təpikçisi qoçaq həllacı pərgar; Ev sahibi ətdən, aşdan nə ki, var, Tökə onlar yeyə, içə gərəkdir. Səmərqəndi kağız kimi ağ ola, Güzəmi pərqu tək yumuşaq ola, Tikiləndə hazır bir otaq ola, Şöhrəti fələkdən keçə gərəkdir. Külfət çox olanda dərdisər artar, Görərsən, hər biri bir yana dartar; Qışda oturmağa, həqdi, damı var, Sabah yaz olanda köçə gərəkdir. Övrəti ölən tək tez almaqda zən Əmin Salif bəydən keçərmişəm mən. Üç-dörd oğul qayırmışam təzədən, Ölüncə kişiyə beçə gərəkdir. Keçən ildə çox müfsidü bədbina Abuğun nəqlini eylədi borpa; Şükür həqqə, bu söz olmadı borca, El xayini çıxa puça gərəkdir. Özü düşər, qaza hər kim ki, qarı, Bəlalarə eylər müsəllət tarı. Mən belə bilməzəm neçin aqarı, Hər kəs öz əkdiyin biçə gərəkdir. Hamıdan ziyadə zülm oldu mənə, Dövran bər-əksinə dolandı yenə; Vəliyül-nəəmi ölən kimsənə Ruhu bədənindən uça gərəkdir! * * * Salarə Mirzə Hüseyn, bir kəs ola vərşikəst, Çox adamlar alır ayaq üstünə. O ki, Kərbəlayi bu binəvanın Çökübdü diz üstə səyaq üstünə. Xındıristan beş-on evdi kəsbkar, Yerli tayifəsi ağacdan qorxar; Bəyin tatü türkü; tamam nə ki, var Çəkər fəqirlərin çomaq, üstünə. Fəthü nəsrət deyil müşəxxəs hələ, İt uşağı qoyub börkünü dələ; Hərə bir dəyənək götüürüb ələ, Sanasan sağ gəlir naçaq üstünə. Bəy hər nə danışsa, danışır döşdən, Koroglu tək beşdən, ondan, on beşdən; Xatircəm olubdu küllühüm işdən, Gəlib neçə gündü dəmağ üstünə. Dağın o yüzündə bir kəndi Rəbən, Qaqarza, Üçoğlan mülki-müstəhsən. Bir ovuc torpağa göz tikmişəm mən Necə ki, quş qonar budağ üstünə. Bu dünyanın malı dünyada qali, Dövrü zaman deyil fitnədən xali. Həştadə yetəndə kişinin sali Gərək qoya dodaq-dodaq üstüənə. Azar düşüb camıştıma, malıma, Qan-yaş tökər görən kəslər halıma; Fələk qəm yükünü yığıb dalıma, Bir zad qalmayıb ki, qoyaq üstünə. Moruğdur hər yerdə dəvası dərdin, Daruyi-şəfası ruxsari-zərdin, Müşkülün həll olmaz, əgər namərdin Tutasan sübhətən çiraq, üstünə. Böyüklük yetənin ağzına gendi, Tut damənin, o ki, qədir bilendi. Deyirlər Nəzrağa qövrə yetəndi, Düşmüşəm tazədən soraq üstünə. * * * Baharlı Mirzə İsmailə Eşitdim ki, tazəliklə satıbsan Kəndini bir çuval gəndümə Mirza! Bu misrəi özün yaxşı bilirsən, Sənin ... mənim zəndimə, Mirza! O sənə düşməndir aləm-aşikar, Hələ indi bu dəm ehtiyatı var; Bir əndək ki, başı açıldı, salar Yenə səni yandım-yanıdıma, Mirza! Əlin çıxacaqdı dava-dərmandan, Müntəfe olursan, amma nə çəndan. Həsrət aparısan Xındırıstandan Yolun hər düşəndə kəndimə, Mirza! Eyib deyil olmaq kişiyə kasıb, Qulluğun var buyur bizə münasib; Əmanət-əmanət, oğlan qar basıb, Bayramxan ocağın söndürmə, Mirza! Nə tez barışırsan, bildir dalaşdın? Hər nə ki, eybi var aləmə aşdın. Noxtanı başından sıyırıb qaşdın, Yaxşı düşmüş idin fəndimə, Mirza! Rişxənd eyləyib güldüklərini, Çay içib ağzını sildiklərini, Bəy babana vermə bildiklərini, Demənəm ki, bir zad çəndimə, Mirza! Keçən ildə hərçənd olub qiylü qal, Öhtəsinə götməz, gözüm, əhli-hal; Yolundu-yolundu ... saqqal, Oğlanı hüccətə mindimə, Mirza! Sözbazlıqda çünki yədi-beyzan var, Hər kim olsa səni axtarıb tapar; Yeyərsən, içərsən qorxma, a yassar, Qayım dur, özünü sındıma, Mirza! Məsəli-məşhurdur eldə, obada, Sən özün də eşiidibsən ziyada; Mərd ətəyin tutan yetər murada, Namərdə başını endimə, Mirza! Kəlamımdır dürüst, özüm hesabı, Müşkülüdür bu əmrə gətirmək tabı; Mən bilirəm-yazacaqsan cavabı, Xeyrin deyil, məni didimə, Mirza! * * * Böyük bəyə Ey böyük bəy, bizə sən verdiyn təxt Mənim dişlərim tək ovraq olubdu. Çürüyübdür payələri sərbəsər, Bir tutumdan hələ alçaq olubdu. Pozulubdu, dağılıbdı dörd yanı; Əgər gönədərəsən usta Sehranı, Yəqin bil ki, yoxdur qurmaq imkanı – Bir növ ilə gərdən-bucaq olubdu. Bir payəsin mıx çalmıaşm danaya, Birisi gəlmədi heç ovsanaya, Birin övrət paz yondrub hanaya, Birindən bir əcəb toxmaq olubdu. Dağılıb iqlimi-Iranə dönüb, Yıxılıb sərayi-viranə dönüb, Əyilib qaməti-piranə dönüb, Taməm paçələri çoynaq olubdu. Neyləsin, işlənir müddətdən bəri, Qalmayıbdı hərgiz şənlik əsəri; Sındıqca yonulub döşəmələri, Ən uzunu iki barmaq olubdu. İp ilə baş-başa çatmalı deyil, Götürüb ocağa atmalı deyil, O qədər güdəlib-yatmalı deyil. Uşaq beşiyindən qıvraq olubdu. Lazımdı qocadan eyləmək həzər, Ölməyi övladır, bihudə gəzər, Hər zaman uzansam böyrümü əzər, Sanasan ki, quru qatlaq olubdu, Natəvanəm birə mənə güc eylər, Heç bilməzəm yerdə yatan neceylər Ta sübhədən qaşınmaqdan gecələr Var ondamım dırnaq-dırnaq olubdu Rəncü təəb əsər etməz qalına, Axşamadən yük götürə dalına. Mən zərdü zəifəm, xoşa halına Hər kim ki, sənin tək topçaq olubudu. Bərabər gərəkdir uzunu, eni, Qorxuram təng ola, incidə məni, Çünki il yarımdır bizim keyvəni Yatmaqda mənimlə ortaq olubdu. Ey mədəni-səxa, ey kani-kərəm, Gərəkdir gözlüyə adəmi adəm; Bəxş eylə Zakirə bir təxti-möhkəm, Qoyma, xabgahım çardaq olubdu. * * * Bəylər bəyə Bəylər, nə layiqli Xan qulluğuna Bir kəs atlı gedə, piyadə gələ? İldə bir yol düşür mənim güzarım, Vay onun halına ziyadə gələ. Böyüyün dərində lazımdır dərban, Axşamdan ola bəndeyi-fərman; Təmənnasız gələn olur-peşiman, Gələ gör bir adam muradə gələ! Oğurluğa əcəb olubsuz mötəd, Həmrahi-birahın dad əlindən, dad! Gələndə şad gələr, gedəndə naşad, Hər kimsə ki, sizin bərbadə gələ. Gəlməyən adama deyirsiz: gəlin! Müşküldür qayıtmaq ayağı yalın. Mən yenə qıvrağam, Adıgözəlin Gərək dalısınca ərradə gələ. Məsəli-məşhurdu: "quş dənə gələr", Sizdə bir nəf yox səvayi-zərər Gəlməz o qapıya heç kimsə məgər, Horadiz, Quyucaq fərdayə gələ. Bundan sonra girən xanın evinə, Gərək başmaqların soxa cibinə, Ya keçirə saf otağın dibinə. Nə isə mühəyya, amadə gələ. Lazımdır tərəddüd xeyirdə, şərdə, Ydalət üzünə çəkibsiz pərdə, Bir təziyə olsa, xudanəkərdə, Gümanım yoxdur ki, molla də gələ. Bir adam təyin et asitanəyə, Yaxşını, yamanı görcək tanıya; Nə eşiyə, nə də qəhvəxanəyə, Qoymaya hər yetən ... dadə gələ. * * * Müşairə Mustafa bəy: Qasima, həqqə ibadət elə, bu cam nədir? Kimdü məşhuri-cahan ol, belə bədnam nədir? Qalmışam mat, mənə tez de, cəvabini görüm, Həfteyi-mahi-məhərrəmdə bu bayram nədir? Qasım bəy: Müstəfa bəy, bizə yazmaq belə eyham nədir? Mən nəyəm, saqi nədir, badeyi gülfam-nədir? Hörməti-mahi-məhərrəm sənə gər lazım isə, Naqara, dəf vuruban oynamaq axşam nədir? * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-meiset-seirleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.