Müstəzadlar Qasım bəy Zakir (1784–1857) Ey qaşı kaman, kipriyi ox, qəmzəsi xəncər Ey qaşı kaman, kipriyi ox, qəmzəsi xəncər, Rüxsari gülgun. Rəna qədinə zülfi-girehgiri bərabər, Hər ikisi mövzun. Tüngi-dəhəni içrə dodağı, dili şəkkər, Dişlər düri-məknun. Bu hüsnü sənə bəxş qılıb xaliqi-əkbər, Ol qadiri biçun; Ondan biir mali-füqəradır, bizə göndər, Yox sizdə bu qanun? Şəri-nəbəvi oldu şeyin xümsü zəkatın Rədd eyləməsən ta. Özün öz əlinlə qaçırıbsan bərəkatın, Xeyr isətəmə əsla. Bir parəsinə çək qələm, ol bəd hərəkatın Eylər məni yəğma. Ol misrəi-salisdəkiüç həbbi-nəbatın Lütf et bir, əmma Tiryakmizacəm, ola hər qansı şirintər, Qıl könlümü məmnun! Saçı, həvəsilə nə deyim, çeşmi-xumarın Sancar məni hər şəb, Ta sübh gəlincə gecələr sevgili yarın, Hər tük olub əğrəb. Bunca çəkərəm bari-qəmin leylü naharın, Oldur mənə mətləb. Sərkeşliyə mötad olub zülfi nigarın, Gəlməz elə yarəb! Əfi yaradıbsan bunu, ya mürtədü kafər? Kar eyləməz əfsun. Göndərdi, qoşub bir-birinə çərx qəmini, Qılsın məni pamal. Sərəsgər edib onlara hicr adlımı, yəni Pürməkrü bədəfal. Yox mu qədəri, tarı bilir, məzhəbü dini, Bir zalimü qəttal. Qaldım təkü tənha, məni biyarü həzini Etdi elə bihal, Ümmidi bəqadən keçib iş, gor gələ yeksər, Loğmanü Fələtun. Ey dil fələki-süflə qomaz kimsəni dilşad, Gah-gah vurar niş. Tədric ilə vuran olacaqdır hamı bünyad, Əlbətto pəsü piş. Cəmiyyətü-Cəmşidü, Firidunu elə yad, Ol aqibətəndiş. Bir ləhzədə bicürmü günah eylədi bərbad, Bədməzhəbü bədkiş; Zakir kimi dilgirü pərişanü mükəddər Yox dəhrdə əknun. * * * Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən Ey dil, yapış ol Əhmədi-Muxtar ətəyindən Ta kim, nəfəsin var. Səflər dağıdan Heydəri-Kərrar ətəyindən, Qəmdən bizi qurtar. Tut silsiləyi-seyyidi-əbrar ətəyindən, Onlardı dəhü çar. Həftad dü tən yavərü qəmxar ətəyindən, Xoşxülq, xoşotvar. Hər xeyr tökülsə, tökülür var ətəyindən, Bil vazehü aşkar. Ta onbeşədək bilmədin əsla nədir ehkam, “Tifləm”, – dedin, ey dun. Müddət də dolandın arada sərxoşü sərsəm, Öz-özünə məmun. Əlbəttə, dedin:püxtə olar əllidə bu xam, Keçdi o da əknun. Həştad yaxınlaşdı, görək hansı bəs əncam, Etdin məni məğbun. Harda tökəcəksən daşı idbar, ətəyindən, Yox səndə məgər ar?! Ovqati-əzizi keçidin ləhvü ləəblə, Çəkdin bəsi zəhmət. Tərtib verib məclisə biəsl nəsəblə, İçdin meyi-qəflət. Bir dəm oturub-durmadın ərkanü ədəblə, Bahörməti-taət. İnsaf elə ol qadiri-biçun nə səbəblə Versin sənə cənnət?! Dünyadə tutan badeyi-gülnar ətəyindən Üqbadə tapar nar. Hər qanda ki, dilbəri-tənnaz eşitdin, Xoş şəklü şəmayil. Çox verdi sənə pənd xirəd, sən az eşitdin, Oldun ona mayil. Daim süxəni-mərdümi-nasaz eşitdin, Yox sən kimi zail. Məsciddəvü mənbərdə qışü yaz eşitdin, Yüz vəzü dəlayil. Cümlə dedilər: əl götü bədkar ətəyindən, Lənət sənə səd bar! Bir kimsənə ki, naqis ola ruzi-əzəldən, Gər yalı ağarə; Bir ləhzə mənim kimi usanmaz bəd əməldən, Artar vara-varə. Daim danışır badəvü məhbubü gözələdən Bişüğl, bikarə. Yox daneyi-ərzən qədəri şəri qəzəldən, Zakir, sənə çarə. Tut Ali-Əlinin genə naçar ətəyindən, Fəryad elə, yalvar. * * * Ey dil rəvişi-aşiqi pərvanədən öyrən Ey dil rəvişi-aşiqi pərvanədən öyrən, Yax atəşə cani. Ahəngi-nəva bülbüli-məstanədən öyrən, Çək övcə sədani. Ayini-vəfa sakini-meyxanədən öyrən, Tap piri-muğani, Kim desə sənə zahidi-biganədən öyrən, Batildi gümani. Aldanma ona, şaribi-peymanədən öyrən, Sür eyşi-cavani. Əl çəkmə ölüncə meyi-gülnar ətəyindən, Kim dafei-qəmdir. Olma tutasan vaizi bədkar ətəyindən, Ənduhü ələmdir. Hər xeyr tökülsə, tökülür var ətəyindən, Xüm əhli-kərəmdir. Əlqisso, yapış badeyi-sərşar ətəyindən, Keyfiyyəti-Cəmdir. Helmü ədəbü məclisi-şahanədən öyrən Al dərsi-məani. Ta var həyatım dilərəm nəkhəti-zülfü Ol badi-səbadən. Bir kərrə qəbul eyləmişəm beyəti-zülfi Dönməm bu binadən. Yəğma götürür, hökm eyləsə, rəyəti-zülfü Çin ilə Xətadən. Tuli-əməli-kakili, cəmiyyəti-zülfü Ya badi-səbadan, Ya şamü səhər məhrəmidir, şanədən öyrən, Onlar bilir ani. Fərhad özün dağə çəkib bimi-bəladən, Aşiq demək olmaz. Məcnun düşüb dəştü biyabanə cəfadən, Biar, utanmaz. Sənan dəlidir, əl götürüb virdü sənadən, Məbudə inanmaz. Bu yolları axtarma yetən bisərü padən, Hərgiz özü qanmaz. Gəl tövrü təriqi məni-divanədən öyrən, Get həqqini tani. Ləli-ləbi-yarə desələr çeşmeyi-heyvan, İnsaf deyil bu. Bu qəndi-mükərrərdi bəsi faideyi-can, Olur bir içim su. Pəh-pəh, məmələr səfheyi-sədrində nümayan, Çün balişi-pərqu. Nadan nə bilir ki, nədi innabü sepüstan, Ya şərbətü-limu. Bu nüsxəni sən Zakiri-piranədən öyrən, Əttar dükanı. * * * Ey həmdəm olan ariyəti-hüsnünə məğrur Ey həmdəm olan ariyəti-hüsnünə məğrur, Bəsdir, dəxi bidad. Qalmaz belə bu surəti-pürseyqəlü pürnur, Olma ona dilşad. Tədric ilə bir-bir dağılır aləti-məmur, Viran olu bünyad. Ta sübh çəkər aşiqi-dilxəstəvü rəncur Səndən bu qədər dad, Bir kərrə demzsən ki, görən qandadı bu şur, Həm naləvü fəryad. Hər sübh səbadən dilərəm nəkhəti-zülfün, Əhvalı pərişan; Əzbəski, qəbul eyləmişəm biyəti-zülfün, Çün bəndeyi-fərman. Dağıtsa əgər şanə o cəmiyyəti-zülfün, Müşkül olur asan. İstər bu qədər şamü səhər nüsrəti-zülfün, Biçarə dilü can, Şayəd ki, çəkib darə xilas edə çü Mənsur, Qəmdən olam azad. Saqi, tükənibdir meyi-nabi o nigarın, Qəmgindi ziyadə. Düşməkdi xəta səmtinə ol laləüzarın, Durma bu aradə. Al başını get, əzmini qıl özgə diyarın, Sən payi-piyadə. Qanını tutar şişələrə aşiqi-zarın, Gər olmasa badə. Mey içməyə daim ol iki norgis-məxmur, Olmuş elə mötad. Hər kim ki, qara zülfünə söylər şəbi-yeldə, Olsun ona pabənd. Bica yerə haşa ki, tuta höccəti-bica, Danayi-xirədmənd. Ol Yusifi-gülpirəhənə meyli-Züleyxa Əfzun idi hərçənd; Amma yaradıbdı səni ol vahidi-yekta Binisbətü mənənd. Məxluqi-cahan içrə deyil kimsəyə məqdur, Bu hüsnü-xudadad. Avarə deyil, Kuhkənin vardı məqamı, Sakindi vətəndə. Qeysə yetirir Zeydi-vəfadar pəyamı Gah-gah düşəndə. Şərhi-qəmi-həcran edərlərdi təmamı Dildarı görəndə. Ol növ keçən aşiqin olmazmı davamı, Yox heç biri məndə. Ovqat keçirmişlər əcəb xoşdilü məsrur, Məcnun ilə Fərhad. Eşqin sipəhü üz qoya, Bəhmən dayanarmı? Çıxmazmı şəhərdən? Söhrab, Fəramərz, Təhəmtən dayanarmı? Çalırsa cigərdən? Tiri-nəzərə qələyi-ahən dayanarmı? Etməzmi çü rövzən? Yay qaşlarının oxuna cövşən dayanarmı? Keçməzmi sipərdən? Bir nəvəki-xunriz ki,çeşmindən ala zur, Qəmzən ola ustad. Dərda ki, bu bərbaddə bir dərd bilən yox. Halım deyə yarə. Ondan gətrib doğru xəbər, çarə qılan yox, Bu dərdə nə çarə. Tənha qalıbam badiyyeyi qəmdə, olan yox, Həmdəm məni-zarə. Dost yolları olmuş elə məsdud, gələn yox, Hərgiz bu diyarə. Didarına həsrətdi bəsi Zakiri-məhcur, Nə rah, nə irşad. * * * Ey ruhi-rəvan,sən gələli tazətər olmuş Ey ruhi-rəvan,sən gələli tazətər olmuş, Dil güləşəni yeksər. Nəxli-kuhəni-zəfi-bədən bərvər olmuş, Qıl bu sözə bavər. Xərmöhreyi-təbim neçə gündür gühər olmuş, Simi-dəğəlim zər. Əfsürdə vücudum yenə məddi-nəzər olmuş, Çün mahi-münəvvər. Dərdü qəmü möhnət qaçıban dərbədər olmuş, İşdən necə çakər. Kəsmişdi təmənnayi-rüxün tabü təvanım, Ehmal nə layiq? Dostluqda gərək düst ola munisi-canım, Mərdanəvü sadiq. Bir mən deyiləm hüsnünə heyran, din-imanım! Aləm sənə aşiq. Müştaqdı didarına çeşmi-nigəranım, Ey yari-müvafiq! Əlminnətü-lillah, şəbi-hicran səhər olmuş, Vəsl oldu müyəssər. Səd şükr, zəxminə pakizə mərahim, Bəxş eylədi gərdun. Əhvali-pərişanıma xoşnud olan adəm, Oldu özü məhzun. Bişübho tərəqqi edəcək şimdi dəmadəm Bu talei-meymun. Tutmuşdu könül şəhrini çoxdan sipəhi-qəm, Yox bir nəfər əknun. Guya olara fəthi-Əlidən xəbər olmuş, Çün mərdümi-Xeybər. Həmərəh sizə bir alinəsəb ərşədi-dövran, Sərdəftəri-əyyam, Haşa ola həmtası onun Rüstəmi-dəstan. İbni xələfi-Sam. Peyvəstə gəzər səhmi-xədəngilə hərasan, Mirrix ilə Bəhram. Ətvarı niku, xülqü gözəl, sahibi-ehsan, Təskindəhi-islam. Odur səbəb ovsafi-kəmalı səmər olmuş, Hər kim görə, istər. Şamildi tamam aləmə əltafi-şəhənşəh, Yox feyzinə işkal. Heyhat, ola mənzuri-nəzər hər yetən əbləh, Bədkar, bədəfal. Kim görsə, səzavər deyər, dövlətə billah, Polkovniki əlhal. Zakir nə ədalət, nə şücaətdi bu, pəh-pəh! Məhd eylə, məhü sal. Şəhr əhli onun maili növi-digər olmuş, Ey piri-süxənvər. * * * Əzm etdi səhər naz ilə ol sərvi-dilara Əzm etdi səhər naz ilə ol sərvi-dilara Seyr etməyə bağə. Ta yetdi xəbər, əhli-çəmən oldu mühəyya Yeksər bu sorağə. Şəbnəmbirlə yüz göz açıb hər çiçək əmda, Keçdi solü sağə. Rüxsarına öncən edim deyə tamaşa, Gül çıxdı budağə. Payinə nisar etmək üçün laleyi-həmra Dürr götdü tabağə. Sərməst gözün görcək özün nərgisi-şəhla, Bənzətdi naşağə Pişvazına şimşadü sənubər, dəxi tuba Dik durudu ayağə. Tutdular o şahi-şərafin cümlə sərapa Yolunu çirağə. Hər birisi bir töhvə ilə yeksərü yekcə Daşlandı qabağə. Kimdir ki, nisar eyləməyə varını, aya, Ha böylə qonağə? Xacə, belə sövda, belə bazar ələ düşməz Forş eylə dükanı. Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz Tut rast, nəvanı. Həm mütribü hey, çəngü dəfü tar ələ düşməz Tut rast, nəvanı. Dünyada həyatın nə qədər var ələ düşməz, Sür eyşi-cəvanı. Çün dövr müxalifdi digərbar ələ düşməz, Çaldır aşuranı. Ver şüğlünü şəhnazə ki, zinhar ələ düşməz, Çək övcə sədanı. Dügah, segah iç meyi, təkrar ələ düşməz, Gərm eylə həvanı. Hicazü-səfabəxş, xoşətvar ələ düşməz, Çün əhli-Aranı. Axtarmaq ilə mövsümi-gülzar ələ düşməz, Azərbecanı Hicazü Nişaburo onu eyləmə həmta, Həm mülki-İraqə. Dil dəfi üçün tiğ çəkib qaş iki yandan, Canım ona qurban. Hind əhlidən uymuş ona ovbaş iki yandan, Qarətgəri-iyman. Minnət çəkirəm doğrayalar kaş iki yandan, Qətlim ola asan. Ey dil, səfər et kuyinə, tök yaş iki yandan, Gözdən elə tufan. Şayəd ki, nihan sirrin ola faş iki yandan, Həm giryə, həm ofğan. Düşsün roqibin başına qoy daş iki yandan, Ol dilbərə mehman. Aç bəndi-qəbasın, elə pərxaş iki yandan, Qıl cismini üryan. Gör səfhəyi-sədrndə verib baş iki yandan, Yəni iki püstan. Quc incə miyanın belə, sarmaş iki yandan, Al kami-dilü can. Küstaxlıq oldu, mənə düşməzdi bu əsla, Endim çox aşağə. Dön başına, yalvar, gileyi var isə səndən, Al dərdü bəlasın. Düş payinə, üzr istə, qərəz, sədri-səmandən Qoy sülh binasın. Bir qat oturuban ona şərh et hələ gəndən, Firqət macərasın, Səriştəyi-təqrirə gətir nəqli-kühəndən, Gör meylü həvasın. De söylo, xülasə, o qədor könli sevəndən, Saz eylə arasn. Əfsun ilə nagah əl atıb hüsni-həsəndən, Tut zülfi-dütasın. Al kami-dilin ləli-ləli-qonçədəhəndən, Sor şəhdi-səfasın. Ondan sora köksünü çıxart gül pirəhəndən, Çak eylə yaxasın. Bir hiyləyi-heyrong ilə nəsrin bədəndən, Soy cümlə libasın, Üryan özünü bağrına bas onları amma At əndək iraqə. Zakir, tələvi rüfət ilə olma didərgun, Ver halına təğyir. Hər vəqt qəmi-dəhr səni etsə cigərxun Aşüftəvü dilgir. İç saqiyi gülçöhrə-əlindən meyi-gülgun, Heç eyləmə təqsir. Bir vasitədir dəfi-qəmi-dəhrə bu məcun, Hacət dögü təqrir. Ol vəchdən eylərlər ona rəğbəti-əfzun, Həm növrəsü həm pir Kim, birdir onun bəzmi ara müflisü Qarun, Nə fərq, nə tovfir. Gördüm yazılıbdır qədəh üstündə bu məzmun Kim, badədir iksir. Feyzindən olur zar goda, sahibi-milyon, Həm şahi-cahangir. Gər cəm oluban eyləyə Loğmanü Fələtun Yüz fikr ilə tədbir, Bir çarə meyi-nabdən özgə dəxi qəta Yox dərdi-fəraqə * * * Ol sərv bu gün seyri-gülüstan edəcəkdi Ol sərv bu gün seyri-gülüstan edəcəkdi, Şi müşkülə düşdü. Cəmiyyəti-gülzarı pərişan edəcəkdi, Fürsət elə düşdü. Ta bidli gəlib xak ilə yeksan edəcəkdi, Rəxnə gülə düşdü. Müğri-çəmənə zülm nümayan edəcəkdi, Va bülbülə düşdü. Hər birinə bir tərzlə divan edəcəkdi, Yüz qülqülə düşdü. Bəzm içrə nişat əhlinin ol mehri-münəvvər Söndürdü çirağın. Ərbabi-tərəb yasə batıb oldu mükəddər, Yandırıdı dəmağın. Mütrib itirib həng nəvasın dəxi bədtər, Çaldı əl-ayağın. Xəm oldu sürahi, tökülüb məclisə sağər, Tərpətdi dodağın. Gördü ki, ləbi-ləlin meyi qan edəcəkdi, Saqi yola düşdü. Sərgəşteyi-dövran oluram, zülfi-girəhgir Hər canib əsəndə. Bir həqqi sevən yoxdu, salıb boynuma zəncir, Çəksin məni bəndə. Mocnunsifət avarə olur danişü tədbir Dildarı görəndə. Sirri-dəhənin badi-səba eylədi təqrir, Dün sübh çəməndə. Bu söhbəti qönçə necə pünhan edəcəkdi? Dildən dilə düşüdü. Məşuqə gərəkdir çəkə üşşaq qəmini, Dostluq ola baqi. Nə inki çala qətli üçün xəncəri-kini, Sürçəndə ayağı. Yox xublərin, tarı bilir, məzhəbü dini, Saf yağıdı, yağı! Geysuyi-müsəlsəl götürüb ləşkəri-Çini, Şəbxun səyağı. Hindü həbəşi qarətü talan edəcəkdi, Sərmənzilə düşdü. Dərdü ələmi-hicri günəş üzlü nigarın Aldı məni axır. Dağ oldu cigər, həsrətidən lalə üzarın, Ölmək mənə zahir. Bari-qəmini çəkməyə ol çeşmi-xumarın Yox mən kimi mahir. Üzüldü əlimdən ətəyi sevgili yarın, Mundan sora Zakir. Fəryad çəkib naləvü əfğan edəcəkdi, Neylim, belə düşdü! * * * Hüsnün çəməni-xubdən, ey sərvü sənubər! Hüsnün çəməni-xubdən, ey sərvü sənubər! Ta aldadı beydəq, Bu möhnətə tab eyləməyib mehri-münəvvər, Asıldı müəlləq. Mehrabə tutub ruyi edər səcdə ki, zahid, Taət deyil əzmi. Əbruylərin yadı ilə başını, dilbər, Dögər yerə təq-təq. Şahbaz gözün guşeyi-əbruyi-lətifin Sərmənzil edibdir. Bu dəğdəğədən ayda çalar çərxi-kəbutər, Öz köksünə dirnəq. Etmişmi iki nimə məhi-bodri-nigarı Bini, əlif-asa, Ya möcüzeyi-tazədir əngüşti-peyəmbər Qılmış qəməri şəqq? Öz pəstim ilə, mucibi-balayi-Məshi Sordum sənəmimdən. Tünd oldu, dedi: adəti-diirndən çakər, Kim qəlbi, kim olçəq, Dil mürğünü bir qəmzeyi-məstin, iki çeşmin, Hərçənd tutublar, Qorxum burasıdır, qıracaq bir-birini onlar, Bir seyd, üç ortəq. Göstərmə üçün Zakirə, Allahı sevərsən, Qovğayə düşərsən, Divanələrin adətidir gördüyün istər, Bibak olur əhməq. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-mustezadlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.