Müxəmməslər Qasım bəy Zakir (1784–1857) Ah, yüz min ah, dərvişü qəni, mirü gəday Ah, yüz min ah, dərvişü qəni, mirü gəday, Mütləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday, Dillərində yox sifatın, gizbü böhtandan sivay, Bir-birilə batini düşməndir, əmma aşinay, Şafei-ruzi-cəzadən olmaya bir çarə, vay! Məsiyət əmrazına onlarda daruyi-şəfay. Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Həqqə layiq heç birində görmədim felü əməl, Dedilər ki, var, yoxdur, hər yana mən vurdum əl, Zahiri xəlqin tiladır, batini simi-dəğəl, Sövti-nayə tundrov, banki-nəmazə kəmməhəl, Mən kimi məcmuəsi şayisteyi-qüllabü qəl, Bu məta ilə hüzurə getmək olmaz mahəsəl, Ya Əli, səndən mədəd, ya bülhsən, səndən həray! Abi-ənguri məcalisdə oxur naseh həram, Etməyin rəğbət ona kim, böylədir hökmi-kəlam, Olmuşuq bu əmrinə tabe yekayek, bittəmam, Xuni-məzlumi-cahandır şürbümüz əmma müdam, Etməzik ikrah ondan xah xasü, xah am, Bu nə dindir, bu nə məzhəb, ey şəhi-aliməqam, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Boylərin rəyətlərə cövrü cəfadır sənəti, Rəyətin ağasına həm bəd duadır sənəti Ol təbibin xəstəyə mühlik dəvadır sənəti, Bəzmdə layəstovi xanın ğınadır sənəti, Alimin şamü səhər reybü riyadır sənəti, Sərbəsər bu əhli-əyyamın xətadır sənəti, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Dərbədər düşmüş qələndər, dəmbədəm yahu çəkər, Döndərib üz xəlqə vaiz mənbərə pəhlu çəkər, Xüdnümalıqdandır ol kim, göz süzər, əbru çəkər, Qazinin tutumuş giribanın təmə hər su çəkər, Çavuşun ta kuyi-Məşhod ildə bir yol zu çəkər, Mübtəladır hər biri min dərdə kim, qayğu çəkər, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Firqeyi-tüllabə, sanma, dərsi-qürandır qərəz, Sərfü nəhfə sərf edər ovqatın, iymandır qərəz, Şəkkü səhvi öyrənir, şərti-müsəlmandır qərəz, Həftə-həftə ac qalır, gulgəşti-rizvandır qərəz, Həq bilir ki, nanü həlva, şali-Kirmandır qərəz, Can üzər, zillət çəkər, fərmani-canandır qərəz, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Ağlaya mahi-məhərrəmdə gərək vəhşü tüyur, Hiç dildə olmaya zövqü səfa, cşü sürur, Qoşulur bir-birinə əlvati-bioqlü şürur, Əldə payə, bəldə xəncər, dildə heydər, sərdə şur, Çeşmi şəhvət birlə hər kəs öz uşağın axtarur, Əhli-şəhri-lut tək həddən aşıb fisqü fücur, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Rəsmdir xəyyat miqraz işlədə, suzən tuta, Mərddir hərçənd, əmma kari-şüğli-zən tuta, Əldə hər dəllak hünərvər tiği müstəhsən tuta, Çormağı ta qollada sərrac, işin pürfən tuta, Dəbi baqqalın tarazuyi-əsəl rüğən tuta, Nə ki elm əhliylə hüccət hər yetən gövdən tuta, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Cöv satar gəndüm yerinə parə biinsaflər, Müctəhidəm deb vurar xəlqin yanında laflər, Dörd kənarın parçanın möhkom toxur zərbaflər, Göstərir xəlqə qənəm surət özün əclaflər, Əl aparsan surəti-peydir miyani-kaflər, Bunda yoxdur olsa da özgə viladə saflər, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Alilər ədlü-ədalətdən bəridir müxtəsər, Dadixahın əcri latiyildi gəh, gahi xətər, Sər çəkiblər ovci-əflakə nəhayət bisəmər, Gecə-gündüz başının üstündə tutsan çətri-zər, Qədr, qiymətdə yenə səndən füzundur bəxyəgər, Saxlaya şərrindən onların bizi xaliq məgər, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Yox ünas əhlində bir zorrə həya, şərmü ədəb, Xah ədnazədə, xahi məhvoşi-alinəsəb, İşləri cəngü cədəldir bir-birilə ruzi şəb, Göftgusi dərdü sər, nəzzarəsi rəncü təəb, Şövhərin rüsva edər aləmdə bivəchü səbəb. Eyləsin bu növ biismətlərə tanrı qəzəb, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Düxtəri pakizələr bipərdə gəşti-dəşt edər, Nə peyğəmbərdən həya, nə taridən xovfü xətər, Saxlamaz namusi-mədər, gözləməz nəngi-pədər, Qanda görsə bir səhiqəd qoşulub çöldən gedər, Qalmaıybdır dəhrdə əsla səyaqi-xeyrü şər, Əlhəzər ha böylə dövrandən, həzarən əlhəzər! Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Sərvqamətlər verir yüz ziybü ziynət hüsnünə, Zülfi pürçinin tökər hər ləhzə afət hüsnünə, Cami-meydən artırır tabü təravət hüsnünə. Mətləb oldur, növcavanlar edə rəğbət hüsnünə, Qəddinə, əndamına, səd bar lənət hüsnünə! Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Cifeyi-dünyayi-fani bir ərusi-dilfirib, Göstərir ta hüsnü surət, kimsədə qalmaz şəkib, Vay o gündən ki, qalam qəbr içrə tənhavü qərib, Məzrəi-əməl zaye, rusiyəh, zabit mühib, Nəməti-vəslin mənə gər olmaya ol dəm nəsib, Zəhreçək eylər məni xovfi-xətər, ammən-qərib, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Zərbi-təyin şölevər qılmış nübüvvət məşəlin Eyləyib mənkuf ol həftad millət məşəlin, Sənsən ancaq qaldıran fələkə nüsrət məşəlin, Ruzevü həccü cəhadü fərzi-sünnət məşəlin. Qoyma ki, əldən düşə yeksər təriqət məşəlin, Qəsdi dövranın keçirməkdir şəriət məşəlin, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Mənboi-cudü kərəmsən, mədəni-fəzlü ata, Qütbi-aləm, nöqteyi pərgar, həm ərzus-səma, İbni-əmmi-Müstəfa, damadi-xətmi-ənbiya, Rovzəyi-cənnət misalın, məlcəi-şahü goda, Olmasa səndən mədəd, əhvalıma səd ahü va, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Varmola ya rəb, mənim tək hiç yerdə naxələf, Tifl ikən ləhvü ləəblə eylədim ömrü tələf, Düşdü axır başıma şuri-həvayi-çəngü dəf, Xubrulər navüki-mujganına oldum hədəf, Nəfsi-zalim bir tərəf, şeytani-məlum bir tərəf, Olmuşam indi peşiman, ey şəhi-xaki-Nəcəf, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! Sud verməz, Zakira, bu hərzəvü hədyan sənə, Taət üçün xəlq edib ol kim, veribdir can sənə, Göndərib tohdid ilə quran kimi fərman sənə, Gəlməsin əmri-xuda, şəri-Nəbi asan sənə, İçdirərlər ruzi-məhşər kasə-kasə qan sənə, Malü dövlətdən nolur, iyman gərək, iyman sənə, Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən həray! * * * Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar Bu gün bir məhvəşi-sadə bizə gəlmiş qonaq, oynar, Onun zövqi-vüsalından gəlib rəqsə otaq oynar, Çalar mütrib, içər saqi, gülər mina, əyağ oynar, Nə xoşdur, iki həmdəm bir-birilə ittifaq oynar, Öpüb gahi, qucub gahi, edib gahi məzaq, oynar, Gözü dil qəti-gənci-hüsnə əvvəl oldular yoldaş, Bu çıxmış göz, nə sud, axırda qıldı nəqd sərfin faş. Məsəldir ki, deyrlər: sirr batmaz, olsa üç ovbaş, Bahari-hüsnünə qarşu gözümdə səyrişir qan-yaş, Yetənndə eydi-novruzə geyr gülgun uşaq oynar. Cəfadən çıxdı canım, nazəninim, bir vəfa göstər, Camalın güzgüsün tut, ağzıma gər etməsən bavər, Qəmindən mu tək incəldi vücudum, ey pəripeykər! Nihali-zəfi-qəddim kakilin sövdasidən titrər, Düşəndə başına zağ, olsan nazik hər budaq, oynar. Dolanır başına bir ömrdür, bu çərxi-sərgərdan, Egib ta yarlıq bəxti, yetə pabusuna asan, Nə bilsin ki, bu sövdadə tapıb çox müştəri nöqsan, Günəş lövhi deyil səqfi-səmadə, ey şəhi-xuban, Mələklər zövqi-vəslnlə döyər sudə tabaq, oynar. Siyəh zülfünmü, bilmən, pər açıb gülzar dövrində Ki, yoxsa zağlordir gülşənin oynar dövrində? Verib baş-başə yatmış gənci-hüsnün mar dövrində; İki keysulərindir atəşin rüxsar dövründə, Və ya rəqqas hindulərmidir oddan qıraq oynar? Dəmadəm cami-meydən eyləyən ikrahlər könlüm, Rümuzü-zöhdü təqvadən olan nagəh könlüm, Salıb meyxaneyə eşqində indi rahlər könlüm, Rüxi-alın xəyalilə çəkəndə ahlər könlüm, Dərunum butəsində atəşi-hicrü fəraq oynar. Deyildi böylə əvvəl, adəm idi aqilü dana, Müənbər kakilindən düşdü nagah başına sövda, Vurub zənciri-zülfə, qoyma olsun aləmə rüsva, Düşüb söhralara manəndi-Məcnun Zakiri-şeyda, Yetişsə hər kimə Leyla köçün eylər soraq, oynar. * * * Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə, Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə, Qaçıb bir küncdən nərgis baxar xovfü həras ilə, Əyib qəddin bənövşə səcdayə həmdü sipas ilə, Deyər: kimdir, xudavənda, gələn bu asü bas ilə! Dəmadəm bir nigarın zülfi ruyin yad edər könlüm, Gecə ta sübh olunca nalevü fəryad edər könlüm, Yıxıb bünyadi-səbri ah ilə bərbad edər könlüm, Cigər qanilə hər dəm əşkimə imdad edər könlüm, Necə kim, tifli mədər aldadır gülgun libas ilə. Gözüm ta görməyə balinim üzrə çeşmi-şəhlanı, Əlim ta tutmaya dəsti-lətfi-şuxü rənanı, Ona ta etməyəm təqrir cövri zülmi-hicranı, Yəqin bil, ey əcəl, yoxdur sənə can vermək imkanı, Çəkib təblü-ələm gəlsən əgər yüz min əsas ilə. Nə müddətdir dili-şeyda səri-kuyində sakindir, Əlindən qəmzeyi-məstin bəsi naşadü qəmgindir, Qaşından söyləmə, hər yerdə əyri olsa pürkindir, Gözü mərdümlərilə eyləmək rəftar mümkündür, Olur asan dolanmaq mərdümi-mərdümşinas ilə. Pərişan eyləmiş badi-səba zülfi-siyahkarı, Pərişan görmüşəm hər qanda olsa qovmi-tərrarı, Ağarmaz gecə-gündüz, gər çalışsa mərdümazarı, Əhatə eyləyib zülfi-siyəh ətrafi-rüxsarı, Təmənnası budur, bərqi tuta köhnə pəlas ilə. Bulunmaz, nuri-çeşmim, səndən ayrı xab çeşmimdə, Töküldü, qalmadı bir qətrə su bitab çeşmimdə, Olubdur qərq aləm sərbəsər girdabi-çeşmimdə, Sanır göz mərdümün hər kim görə seylabi-çeşmimdə, Keçib bəhri iki hindu, çıxıb Rumə kolas ilə. Yolun düşsə səba, öz başın üçün, sərvi-azadə, De kim, biçarə Zakir künci-qəmdə qalmış üftadə, Neçin yad eyləməzsən kəmtərinin, ey mələkzadə?! Kimi tüngi-şəkər der ağzına, kim qönçə kim badə, Bilən yoxdur, xülasə danışır hər kəs qiyas ilə. * * * Bu gün ol şuxi-sitəmkarə rəqibdən yani Bu gün ol şuxi-sitəmkarə rəqibdən yani Qıldım izhar qəmü dərdi-dili pünhani, Nalə çəkdim, dedim: ey xublərin sultani, Alıb aramımı ol ləli-ləbin hicrani, Axar oldu gözümün şamü səhər al qani. Rəsmdir aşiqi-miskini edər şad səba, Günbəgün dərdü qəmi-hicrdən azad səba, Mən də umdum ki, qılır dərdimə imdad səba, Bəs dedim müjdeyi-canan gətirib badi-səba, Dəmə gətirmiş imiş qətlimizə fərmani. Kim ki, güldü üzümə, mən onu canan bildim, Əqlimi gör ki mənim, can alanı can bildim, Bivəfadır dedilər, onları böhtan bildim, Mehrsiz mahlərin eşqini asan bildim, Bilmədim təni-rəqib öldürümüş insani. Bir tərəf mütribi-xoşxan oxuyur, çəng tutub, Bir tərəf nayü dəfü bərbət ilə həng tutub, Bir tərəf vaiz onu mən eləyir, cəng tutub, İçərəm, saqi bu gün badeyi-gülrəng tutub, Səhldir hər kişinin qalsa dana divani. Ey, könül sərvəri-din Əhmədi-Muxtar keçib, Babi-Xeybər dağıdan heydəri-kərrar keçib, Sərbəsər ali-Əli, rövnəqi-bazar keçib, Yığ mətain ki, gözüm, əhli-xiridar keçib, Yoxdu dünyayə vəfa, fərş eləmə dükkani. Zakir, aldanma cahanə ki, səni vayə salır, Göstərib hüsnü cəmal başını qovğayə salır, Görsə hər yerdə dənitəb ona sayə salır, Xar edir, əhli-dili mehrini ədnayə salır, İmtəhan eyləmişəm dönə-dönə dünyani. * * * Vay, yüz min vay kim, qoydu fələk tənha məni Vay, yüz min vay kim, qoydu fələk tənha məni, Künci-qəmdə axtara bir kimsə yox qəta, məni, Düşmüşəm bir dərdə kim, eylər görən haşa, məni, Saldı getdi, bivəfa ol şahidi-əla, məni, Eylədi rüsvayi-aləm aqibət sevda məni. Ruzigarım qoymadı beş gün keçə bir tövr ilə, Hər görəndə vurdu zəxmi zəxmin üstə cövr ilə, Təzələndi günbəgün rişi-dərunum qovr ilə, Eylə bədhalü pərişanəm cəfayi-dövr ilə, Rəhm edib əhvalıma ağlar görə tərsa, məni. Ləşkəri-dərdü bəla almış könül piramənin, Sındırıb səngi-sitəmlə xaçeyi-dil rövzənin, Atəşi-hirmanə yandırdı nəşatım xormənin, Sərsəri-əyyam tarac etdi ömrüm gülşənin, Çaldı, çapdı dönə-dönə, eylədi yoğma məni. Seydi-şahbazi-qəza oldum, özüm şəhbaz ikən, Qalmışam makisifət bibalü pər, pərvaz ikən, Simbər növrəslər ilə həmdəmü həmraz ikən, Mütribü saqi, müğənnilər belə dəmsaz ikən, Dərdü qəm tapdağı etdi dəhri-dun, dorda məni. Şad könlüm oldu axır dərdü möhnət mənzili, Səbz ikən dağıtdı bərgi-eyşimi ahım yeli, Qərqi-dəryayi-bəlayəm, hiç yoxdur sahili, Badə verdim qətreyi əşkimlə bünyadi-dili, Eylədi barani-qəm göz-göz, hübabasa, məni. Netmişəm, bilməm ki, munca zülm edir dövran mənə, Yağdırır tiri-məlamət hər tərəf, hər yan mənə, Öylə naşadəm ki, olmuş ruzü şəb yeksan mənə, Süd yerinə mədəri-giyti içirdir qan mənə, Zalimi-naməhriban çöldən tapıb guya məni. Zakira, ləhvü ləəblə keçdi övqati-şərəf, Bivəfa həmdəm yolunda eylədin ömrü tələf, Neylədin, netdin, nədir nəfin, görək, ey naxələf, Gəl tutaq ixlas əlilə damani-şahi-Nəcəf, Qartara rəncü inadən bəlkə ol mövla məni. * * * Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir, Qönçədəhanü laləüzarın gələcəkdir, Təskin tapacaq naləvü zarın, gələcəkdir, Təhqiq, sabah sevgili yarın gələcəkdir, Ol kim, gələcək – səbrü qərarın gələcəkdir. Təndə eşidib tabi-təbi-əxkəri-hicri, Dil mülkünə cövrü sitəmi-ləşkəri-hicri, Rəncü, təəbbü, möhnətü şuri şəri-hicri, İxrac-bələd eləməyə sərvəri-hicri, Gülgün geyinib şahsüvarın, gələcəkdir. Geysuyi-girehgir qəmindən gecələr sən Əfi kimi pürpiç olurdun, bilirəm mən, Hər muyi-sərin başını sancardı çü suzən, Rəsmü rəvişi-aşiqi pərvanədən öyrən, Yox atəşi-rüxsarına varın, gələcəkdir. Ta sübh edib şəmə gilə badi-səbadən, Dərdin ki, yetirməz şəhə peyğam gədadən; İndi öz əyağilə gəlir lütfi-xudadən, Dön başına, əfsun ilə tut zülfi-dütadən, Qorxma, elə sərrişteyi-karın gələcəkdir. Pişi-nəzərindən gedəli ləbləri meygun, Peyvəstə gəzirdin əli qoynunda cigərxun; Həm aciz idi çareyi-dərdində Fələtun, Şükr eylə xudavəndi-təalayə ki, əknun Məddi-nəzəri-leylü naharın gələcəkdir. Bivədə sənin bari-giranü ələmü qəm Etmişdi “əlif” qamətini “nun” sifət xəm, Əhvalına qan ağlar idi hər görən adəm, Sərsəbz olacaq nəxlü-ümidin, genə dər-qəm. Gül-gül açılıb, tazə baharın gələcəkdir. Düşmə bu təmənnalərə, ey Zakiri-gümrah, Haşa ol əhvali-gədadən xəbəri-şah. Bir vəqt məgər türbəti-qəbrin edə agah, Səndən sora onsuz deyil, əlbəttə ki, ol mah Seyr eyləməyə xaki-məzarın gələcəkdir. * * * Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal Etdi Məcnun kimi şeyda məni bir Leylicəmal, Türki-xəncərkeşü aşiqküşü pürşurişü qal, Saldı səhralərə heyranü pərişanəhval, Qəmi-hicrində dili-zarə yox ümmidi-vüsal, Səxt müşküldü günüm keçsə əgər bu minval. Bərq urar zülfi ara mahi-münəvvər təki ru, Haləvəş dairəsin sərbəsər almış geysu, Çəkilib lövhi-cəbinində dü taqi-əbru, Nə əcayib, nə qərayib, nə təmaşadır bu, Kim görübdür ola ayda iki tazə hilal? Çəkməyib kitabi-qüdrət belə bir hüsni-həsən, Lalə rux, kiprigi ox, qəmzəsi şux, qönçədəhən, Hər səri-muyi könül qcydinə bir dami-rəsən, Müttəsil xaneyi-zənbur kimi çahi-zəğən Dili nalan ilə yeksər doludur mala-mal. Gözləri türki-siyəh-məst, yaman gözdən iraq, Əyilib yay qaşı, peyvəstə veri guşə qulaq, Bədəni balişi-pərqu kimi nazik, yumşaq, Qoynudur Kəbə – ziyarətgahi-xeyli-üşşaq, Asılıbdır iki püstan ona qəndil misal. Qəd səhi, zülf siyəh, sinə fərax, incə miyan, Naf bir təxteyi-ac yzrə bilurin fincan, İki zanuləri bişübhə sütuni-iyman, Bir əcəb qönçeyi-nəşükurtə dü şax içrə əyan, Yetdi nazik yerə iş zikri bəsi əmri-məhal. Bərf üzrə peyi-ahuyi-xütəndir, bilmən, Ya sədəf içrə əyan dürri-ədəndir, bilmən, Gənci-simindir..., ləli-yəməndir, bilmən, Yoxsa minqari-həzarani-çəməndir, bilmən, Vardır ovsafi-sifatında onun çox əşkal. Misli-şərayi-yəmani ... pür ənvar, Yəni aramgəhi-canü dili-əhli-nəzər, Topuğu beyzeyi-nimpüxtə kimi tazəvü tər, Zakira, nazik əyaq üzrə bəyaz əngüştlər Gör olub rəngi-hənadan nə gözəl rəngin, al! * * * Məni bir şux bu gün xanə-xərab etdi yenə Məni bir şux bu gün xanə-xərab etdi yenə, Aldı aramımı, bitaqətü tab etdi yenə, Bürqə üzdən götürüb, kəşfi-niqab etdi yenə, Dili-məcruhü pərişanı kəbab etdi yenə, Didəmi əşki-dərun ilə pürab etdi yenə. Gün kimi şölə verib sinədə əbyaz bədəni, Tazədən eşqə salıb məstü cünun etdi məni, Saçı canlar yatağı, telləri dillər vətəni, Küfr zülfü talayıb Çinü Xətavü Xütəni, Ləşkəri-xalü xəti Hində cavab etdi yenə. Keçdi əyyami-zimistan, yetişib fəsli-bahar, Eyləyib seyri-çəmən naz ilə ol türfə nigar, Dalısınca dəfü ney, saqiyu sağər – nə ki var, İçibən cami-məhobbətdən, olub məstü xumar, Açıban bəndi-qəba, tərki-hicab etdi yenə. Yar hicr ilə “əlif” qəddimi “nun” etmiş idi, Arizusunda qara bağrımı xun etmiş idi, Ruzigarimi siyəh xalı zəbun etmiş idi, Gərçi əvvəl məni sərməstü cünun etmiş idi, Öldürüb, qoymadı, axırda səvab etdi yenə. Müjəvü qəmzəvü göz, bir də kaman əbrulər, Hamı bir yanə və bir yanə haman əbrulər, Bir qatı yaydürür dananişan əbrulər, Zakiri-xəstədilin, gör, nə yaman əbrulər Cismi-zarın hədəfi-tiri-şəhab etdi yenə. * * * Nə xoşdur bir nigarın müddət olmaq intizarında Nə xoşdur bir nigarın müddət olmaq intizarında, Qoyub baş xakə, yatmaq həsrət ilə rəhgüzarında, Axıtmaq əşki-xunin yadi-ləli abdarında, Uyub ahulərə, gəzmək qomi-çeşmi-xumarında, Düşüb axırdı rahı, ola mehman kuyi-yarında. Ənisi-dərdü qəm aşiq olub məşuqinə vasil, Səri-zülfün tutub, almaq üzündfn buseyi-kamil, Arada pirəhəndən qeyri əsla olmaya hail, Bəqədri-qüdrətü qüvvət edib məqsudi-dil hasil. Xülasə, qoymaya bir kəsrü kəm itmami-karında. Gecə əsnayi-söhbətdə binayi məkr edib xəlvət, Səhər vəqti qonum-qonşu arasında sala şöhrət, Filani xəstəhal olmuş, yox onda getməyə qüdrət, Genə o gecə, ol gün gərm ola həngameyi işrət, Bu şərt ilə ki, bədxah olmaya qürbü civarında. Tuta aram dil mürği şikənci-dami-geysudə, Nişimən eyləyə misli-kəbutər taqi-əbrudə, Komani-tonədən eymən, xədəngi-qəmdən asudə, Qoyub bir ləhzə baş pərqu mütəkkavar zanudə, Tamaşa eyləmək zülfi-səmənsayə üzarında. Oturub dizbədiz almaq hənalı dəstini dəstə, Gəh öpmək, gahi də qoymaq iki həsrət gözün üstə, Danışmaq macəroyi-hicrdən ahəstə-ahəstə, Hekayət eyləmək bir-bir o şuxi-çeşmi-sərmstə Bəlalər kim, gəlibdir başına firqət diyarında. Qələtdir, dişləyib şəkkər ləbin əhli-günah olmaq, Nə lazım çakərə artıq müzahim-hali-şah olmaq, Götürmək boynuna öz cürmünü özü güvah olmaq, Düşüb yalvarə-yalvarə yanınca üzrxah olmaq, Çıxıb birdən fərar etsə məzaqın girü darında. Şəbi-axırda mütləq bir zaman fövt etməmək fürsət. Məbadə, qoymaya dövran, verə üz bir də bu dövlət, Deyib dincəlməmək ol gecəni əlbət, həzər əlbət, Üz üzdə, qol boyunda, əl zənəxdə, yəni bir saət, Təğafül etməyə ta sübhədən busi kənarında. Səhər tezdən durub, bidarü huşyar olmamış aləm, Qoyub ortaya ol sərvi dolanmaq başına bir dəm, Yenidən and içib, həm əhdü miysaq eyləmək möhkəm. O ahuyi-Xətadən ayrılıb naşad, naxürrəm, Genə Zakir tək olmaq hər zaman fikri-şikarında. * * * Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün Nə xoşdur dövri-ruyində müsəlsəl ol qəra zülfün, Sərasər hər tükü üşşaqə bir dami bəla zülfün, İki şəhmarə bənzər gənci-hüsnündə düta zülfün, Bulanır hər tərəf, qovlar məni əfinüma zülfün, Nədəndir, bilməzəm, əfsunə gəlməz mütləqa zülfün. Tutubdur səhni-kətfində arasın həm solu sağın, Enib payində ovsafın edər təqrir yaylağın, Pərişan etməsin dövri-fələk cəmin bu yığnağın, Əcəbdirmi çəkəndə povşan eylər çeşmin üşşaqın, Dəmadəm xaki-payindən götürmüş tutiya zülfün. Minadır gərdənin, əmma miyanın özgə babətdir, Qiyamətdir qədin, nə fayidə, – biistiqamətdir, Həzər qıl bədnəzərdən gəzmə biparva, əmanətdir, Soruşdum şanədən: zülfə pərişanlıq nə adətdir, Dedi: yaxşı bilir məndən işin badi-səba zülfün. Qürurü kibrdəndir alişanlar kəmtərin olmaq, Həyavü hilmdəndir rütbeyi-cahə qərin olmaq, Səbəb xoşxuyluqdur nazənin nazənin olmaq. Bilib üftadəlikdəndir cahanda sərnişin olmaq, Budur vəchi, düşər pabusuna misli-gəda zülfün. Nəsimi-sübhdən rüxsari-al üzrə siyəh tellər, Sanasan pər açıb, zağü zəğən gülşəndə seyr eylər; Özü pür-piç, ucları dümi-əqrəb kimi çənbər, Uzandıqca uzanır ömrü, yoxsa, ey pəri peykər, İçib ləli-ləbindən Xizrvəş abi-bəqa zülfün. Dolannam başına şamü səhər manəndi-pərvanə, Deməzsən bir görün necə keçir əhvali-divanə, Bu qədri cövrü zülm insan edərmi, insan, insanə? Nə müddətdir düşübdür dəlvi-dil çahi-zənəxdanə, Nola çəngal ilə bir dəm çəkə müşgülgüşa zülfün. Komali-hüsndür geysuyi-mişkin səfheyi-rudə, Ziyası əncümün əfzun olur şami-qaranqudə, Su içrə bir siyəhrəng marə bənzər əksi güzgudə, Cəfasından deyil Hindu Həbəş bir ləhzə asudə, Xətasından deyil eymən dəmi Çinü Xəta zülfün. Cahan içrə sənin tək dilbəri-xoş xəttü xal olmaz, Səmənbu, mahru, şəkkərşikən şirinməqal olmaz, Süxənçin olmayan aləmdə, mütləq, payimal olmaz, Arasında belin mucə kəmərlə qilü qal olmaz, Miyanzənlik təriqin salmaya ortaya ta zülfün. Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun, Düşəndə rişteyi-nəzmə çəkərdim yüz düri-məknun, Künun sövdayi-eşqi bir məhin etmiş məni məğbun, Təmənna etmiş, ey yaran, məndən şəri xoşməzmun. Edər əhvalımı dərhəm qəmi sübhi məsa zülfün. * * * Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş Nigari xürdəsalım, şükr-lilləh kim, kəbir olmuş, Xuda hifz etsin afətdən ki, bir mahi-münur olmuş, Rümuzi-eşqdə sahibvüqufü nüktəgir olmuş, Dili-üşşaqi seyd etməkdə, billəh, nərrəşir olmuş, İraq olsun yaman gözdən, pəsəndidə əmir olmuş, Rəhü rəsmi-məhəbbət bilməz idi zərrəcə ol mah, Deyildi əhli-dərdin çəkdiyi fəryaddən agah; Nə bilsin aşiqin suzü güdazın növrəsü gümrah? Kimin var isə böylə nazənin imdi, bismillah, Yetib fəzlü kəmalə, əhli-hali-binəzir olmuş. Gəzirkən zarü nalan dün irişdim bəzmi-dildarə, Oturmuş ol büti gödüm yanında neçə məhparə, Dedim mən saqiyi-bimürvətə yalvarvə-yalvarə, Şərabi-nabə qat qanimi, ver içsin o xunxarə. Dedi: içməz dəxi, əzbəski bihəd məstü sir olmuş. Pərişanxatirəm zülfün ucundan, ey kamanəbru! Əyilib yayə dönmüş həsrətindən qaməti-dilcu. Xəm etmiş bidi-Məcnun tək qədim bari-qəmi-geysu, Tərəhhüm eyləyib bir gəz, demərsən növcəvandır bu, Mənim sevdayi-eşqimlə belə biçarə pir olmuş. Salıb Sənansifət dil boynuna zünnar zülfündən, Nə mümkündür xilas olmaq kəməndi-tari-zülfündən, Qaçardı bundan əqdəm qanda görsə yar zülfündən, Künun istər tuta, əndişə etməz mar zülfündən, Belə məlum əfsun öyrənib, munca dilir olmuş. Dəmi cövrü cəfadən çək əlin, ey sərvəri-xuban! Qırarsan əhli-dərdi, eşqdən keçmək deyil asan. İqamət mənzili mütləq deyil bu mənzili-viran. Bəsa siminbədənlər asiyayi-çərxi-gocgərdan Dolandıqca əzib gəndümsifət xurdü xəmir olmuş. Zamani eyş-işrət bəzmi püravaz edən könlüm, Rübabü cəngü nayı bir-birinə saz edən könlüm, Qüruri-hüsn ilə yüz nazənino naz edən könlüm, Dəmadəm ovci-istiğnadə xoş pərvaz edən könlüm, Künun səyyadi-biinsaf əlində dəstgir olmuş. Səba, öz başın üçün, əzmi-kuyi-sərvi-azad et! Məni-məhzunü zarı, düşsə, bir təqrib ilə yad et! Gətir bir xoş xəbər andan, bizi məmnunü dilşad et! Tərəhhüm çağıdır bir-bir gəzib, ey şanə, imdad et, Nə müddətdir dili-şeyda səri-zülfə əsir olmuş. Bir Allahı sevən yoxdur deyə dərdi-dilim yarə, – Qəmi-hicrində iqbalı mübəddəl olmuş idbarə, Qədimi çakərindir, baxma, zalim, təni-əğyarə, Yeridir, ver zəkati-hüsnünü bu Zakiri-zarə, Deyil ol sən görən tək indi, möhtacü fəqir olmuş. * * * Saqiya, badeyi-gülguni gətir mala-mal! Saqiya, badeyi-gülguni gətir mala-mal! Etmə təxir, zərurətdə xətadır ehmal! Ta ki, sərgər oluban, eyləyim izhari-kamal, Mən deyildim belə ləbbəstə, pərişanəhval, Eyləmiş nitqimi bir tutiməqalın qomi lal. Neçə müddətdi gözüm görməz o siməndamı, Eyləyib xəstə qəmi-hicri dili-nakamı, Eşq sövdasının, əlbəttə, budur əncamı, Ol cəfakar nigar ilə keçən əyyamı Əsəri-badə ilə, barı, bu gün yadıma sal. Qərəzin gər budu – xoşnud ola səndən əhbab, Nə qədər var həyatın elə al cami-şərab, Hər iki aləm ara bil ki, odur fəthülbab, Sanma kim, əcrini həq verməyə, ey, xanəxərab! Baxma zahid sözünə, eyləmə bihudə xəyal. Ömrülərdir çəkərəm bir sənəmin bari-qəmin, Ruzü şəb dəğdəğeyi-möhnətü-cövrü sitəmin, Üzümü fərşi-rəh etdim bu təmannayə həmin. İşləyib kövkəbi-talə, basa bəlkə qədəmin, Ruşinas edə məni ol məhi zərrin neal. Dün səhər gördüm o sərməst edir meyli-şərab, Artırıb hüsnü ziyasını dəxi də badeyi-nab, Dedim: əhbab ilə qəsdin nədir, ey xanəxərab! Əl-ayağın bu sifət rəngi-hənadəndi xizab, Öldürüb aşiqi, ya nəşin edibsən pamal? Xah əfv eylə mənim cürmümü, xah, eylə qəzəb, Nə bilir aşiqi-şuridə nədir rəncü təəb, Mən sənin valehü heyranınam ey şirinləb! Üzünə qarşı axa qanlı sirişkim nə əcəb, Eydi-Novruz geyər cameyi-gülgun ətfal. Ah, səd ah, məni aldı qəmü suzü güdaz, Çıxdı can həsrət ilə, gəlmədi ol mədəni-naz, Eşq məqtuluna, ey şeyx, nə hacətdi namaz, Qəbrimin daşına bu misrəi xoş xətti ilə yaz: “Bigünah bu Zakiri bir çeşmi-qəzal”. * * * Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban! Çıx xanədən, ey sərvəri-səhi, can sənə qurban! Əzm eylə gülüstanə, gülüstan sənə qurban! Nərgislər açıb didəyi-giryan, sənə qurban! Fərşi-rəhin olmuş güli-xəndan, sənə qurban! Düzmüş yoluna lölöi-mərcan, sənə qurban! Yadi-rüxü zülfünlə olub leyl naharım, Nə səbrü sükunum, nə səbatım, nə qərarım, Məndən sora gər eyləyəsən seyr nəzarım, Basma qədəmin od tutar, ey tazə nigarım, Atəşgədədir sineyi-suzən, sənə qurban! Eşq əhlinə ölmək səri-kyində deyil qəm, Məqsudum olur hasil əgər mən dəxi görsəm, Nəfi budur aşiqliyin ey qibleyi-aləm! Çox rənc, müşəxxəsdi, çəkər can verən adəm, Olmaqdı nəhayət sudan asan sənə qurban! Sən işvədə qarətgəri-əqlü dilü cansan, Sən nazdə iqlimi-tənə hökmü rəvansan, Sən hüsndə şahənşəhi-xubani-cahansan, Məcmu gər aləm ola viran, hamansan, Yüz qeysərü, yüz xosrovü xaqan sənə qurban! Kim derki, sənə aşiqinə sərf zər eylə? Biçarədi, gahgah düşəndə güzər eylə, Görsən ki, yamandır halı gahi nəzər eylə, Ümmid əlin üzmə ətoyindən, həzər eylə, Getməz belə bu gərdişi-dövran, sənə qurban! Əl çək, dolanım başına, bu tərzi-ədadən, Tut mehr təriqini, usan cövrü-cəfadən, Qorxum budu, yeksər qalasan xeyrü duadən, Ağızım qurusun, ahi-səhərgahi-gədadən, Nakəh yetişmə hüsnünə nöqsan, sənə qurban! Layiqdimi hər bisərü pa kuyinə dolsun? Çöldə yolacaq bir-birinin yalını, yolsun; Çıxsın canı, ha getsinü gəlsin ki, yorulsun, Çək tiğini, vur boynunu, ey şux, qoy olsun, Bu Zakiri –xoş-tobü süxəndən sənə qurban! * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.