Qəzəllər Qasım bəy Zakir (1784–1857) Bayram günüdür, zövqü səfa xanələr içrə Bayram günüdür, zövqü səfa xanələr içrə, Cananım oturmuş neçə cananələr içrə. Bir hiylə ilə gizlənibən zülf arasında, Pünhan gedə bilsəydim əgər şanələr içrə. Könlüm quşu pərvaz qılır kuyi-nigarə, Zahir ki, onun qisməti var danələr içrə. Dil mülkünə göndər həşəmi-dərdü fəraqı, Şənlik düşə ta bəlko bu viranələr içrə. Hicran qəminin badeyi-gülgundur əlacı, Vazeh danışırlar bunu meyxanələr içrə. Əzbəs ki, mənə şəfqəti var piri-muğanın, Camım doludur gör necə peymanələr içrə. Ha beylə məni əql xərab eylədi, yoxsa Bir adəm idim əvvəli divanələr içrə. Haşa çəkib əl həmrəhi-dirinələrimdən, Bir dəm dolanım aqilü fərzanələr içrə. Kəm tutma rəhi-eşqdə bu Zakiri kim var Yanmaqda onun şöhrəti pərvanələr içrə. * * * Basdı qədəm başıma sərvi-səhiqamətim Basdı qədəm başıma sərvi-səhiqamətim, Keçdi fələkdən yenə dəbdəbeyi-rifətim. Rəhgüzəri-yardə dəfn qılın cismimi, Nəli-səməndi düşüb sikkələnə türbətim. Can quşu məskən tutub, dəymə, səba zülfünə, Dərhəm olub aşiyan, dağılı cəmiyyətim. Ol səri-ku itləri içrə yerim var idi, Adəm idim xəlq ara, özgə idi hörmətim. Niyyətim oldur dönüb başına pərvanələr, Dönsəm əgər başına hasil olur niyyətim. Pənbeyi-dağı-cünun məhz kəfəndir mənə, Billah ölən vəqtdə kimsəyə yox minnətim. Deyri-xorabat ara bir sənəmə talibəm, Məscidə yox rəğbətim, minbərə yox taətim. Qasimi-kəmqismətəm, qasimi-rəzzaqdən Dəlq qəba xələtim, nani-cəvin qismətim. * * * Bunca kim, vardır ol qəmzeyi cadudə bəla Bunca kim, vardır ol qəmzeyi cadudə bəla, Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla. Ol edər kimini dilşad, kimini məhzun, Hər nə ətvar, rəviş var bu bədxuda bəla. Zülfi-pürçinin ucundan, nə deyim, çin-çindir Çin mülkündə xəta, kişvəri-hindudə bəla. Zöhrəsi çak olur hər görənin, əfivəş, Guyiya qat-qat olub həlqeyi-geysudə bəla. Dami-geysulər əgər almasa rahi-güzəri, Qandadır seyr zənəxdə, nigahi-rudə bəla. Gəlmədi, saçı arasında yəqin itdi könül, Rəsm ayindir olur şami-qaranqudə bəla. Küfri-xəttin çərisi səfheyi-ruxsarı tutub, Ey müsəlmanlar, olurmu bu qədər mudə bəla! Yar birəhmü cəfapişəvü aşiq bibak, Özü bir ləhzə bəladən degil asudə bəla. Hicridir afəti-can, vəslisə pür bimü xətər, Zakira, fikrini gör,o da bəla, bu da bəla! * * * Vurub dün bərgi-gül həmrənglik lafın dodağilə Vurub dün bərgi-gül həmrənglik lafın dodağilə, Səba torpağə salmış, hər yetən tapdar ayağilə. Qalırdım, gizlənib billəh müsəlsəl zülf arasında, Əgər bir hiylə ilə gedə bilseydim dəraq ilə. Nə hacətdir şəbi-hicran ara hali-dilim sormaq, Bilirsən rövşən olmaz aşiqin bəzmi çiraq ilə. Cigər qanindən özgə əkl bilməz dildə peykanın, Diriğa ki, səri-karım, düşüb bədxu qonaq ilə. Degil şəbnəm, götürmüş başə nəqdi-hasilin yeksər, Nisari-məqdəminçin lalevü güllər təbaq ilə. Yetişdi başə ömrüm, olmadı məqsudi-dil hasil, Bugün-fərda deməkdən canə yetdim iştiyaq ilə. Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir, Müdara edə bilseydin əgər müddət fəraq ilə. * * * Qatdım əsir zülfi-pərişanə könlümü Qatdım əsir zülfi-pərişanə könlümü, Atırmasa o silsiliədən şanə könlümü. Xatircəməm, qara günə əzbəs ki, tabı var, Üz ağ edəndi, göndərə hər yanə könlümü. Düşmüş şikəst dəlv kimi abruydən, Salmaz o şux çahi-zənəxdanə könlümü. Çıxmaz saçı xəyalı könüldən, tikib məgər, Memari-sünəfilərə xanə könlümü? Dönə-dönə dedim gözə ki, dincələn deyil, Gözdən irağə qoyma bu divanə könlümü. Həddi nədir mənimlə vura laf eşqdən, Yanmaqda çox görüb özü pərvanə könlümü. Zakir, yer eylədim səri-ku itləri ara, Tapşırdım aşinalərə biganə könlümü. * * * Qeyr üşşaqə edən rəhmi nigar eməz imiş Qeyr üşşaqə edən rəhmi nigar eməz imiş, Mütləqa sərzənişi-qeyrdən ar etməz imiş. Desələr ki, qəmi-hicrində filan biçarə Səxt rəncurdur, ol suyə güzar etməz imiş. Əhdü peyman edərmiş, vəli üşşaqi ilə, Ani-vahid sözünün üstə ğərar etməz imiş. Bir düşən silsileyi-qeydinə gülçöhrələrin, Bir də meylü həvosi-zülfü üzar etməz imiş. Mən dedim ahü fəğan eylər o mahə təsir, Ah kim, ah pəriveşlərə kar etməz imiş. Yadi-rüxsarı ilə əzmi gülüstan etdim, Seyri-gül dəfi-qəmi-arazi-yar etməz imiş. Kaş bədhalü bədətvar olaydın, Zakir, Çünki hal əhli ilə dövr mədar etməz imiş. * * * Qəsdin budu gər xatiri-biçarə dağılsın Qəsdin budu gər xatiri-biçarə dağılsın, Bir şanə çək ol türreyi-tərrarə dağılsın. Ver zib rüxi-alına, çıx xanədən, ey məh, Məh daldalanıb, əncümü səyyarə dağılsın. Tənha dili-məhzunə həqiqətdə cəfadır, Bir parə oxundan de təni-zarə dağılsın. Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün, Xuddamləri müjdeyi-bimarə dağılsın. Bir ləhzə o birəhmə nihan şərhi-qəmim var, Allahı sevərsiz, deyin əğyarə dağılsın. Vəhmim budu, yol verməylər ləxti-cigərdən, Təqsim eləyim, hər itə bir parə dağılsın. Göz mərdümü məşqi-xəti-hüsnün həvəs eylər, Ey çeşm, bu lövhündə olan qarə dağılsın. Birənc nə mümkündür ola gənc müyəssər, Zakir, dəmi-əfsun oxu şəhmarə dağılsın. * * * Dəmadəm bəhs edir bülbül mənmlə xürdədanlar tək Dəmadəm bəhs edir bülbül mənmlə xürdədanlar tək, Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək. Əsib badi-müxalif, sındırıb nəxli təmannamı, Dolannam zarü sərgərdan cəfakeş bağbanlar tək. Görünməz bir əsər dövri-rüxündə tari-zülfündən, Yatıb gündüz gəmingəhdə, gecə karvanvuranlar tək. Mənə bu zəfü bihallıq, saqınma, parlikdəndir, Gözün fikri məni yornuq salıb ahuqovanlar tək. Eşitmiş xəstəhaləm, göndərib şux qəmzə peykanın, Tutar gəh-gəh rəngi-canı təbibi- mehribanlar tək. Dili-divanə müddətdi gedib, başımdan olmuşdu, Genə zalim bu gün çıxdı bəlayi-nagəhanlar tək. Şikəstə Zakirəm, ey məh, rüxü zülfün xəyalilə Dəmadəm piç-piç ollam, oda düşmüş ilanlar tək. * * * Dəftərin yum, ey münəccim, gizğbinə oldur dəlil Dəftərin yum, ey münəccim, gizğbinə oldur dəlil, Zülfiləru tənləşib, dersən hələ bayram degil? Gecə-gündüz hər zaman olsa müsavi eyd olur, Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. İldə bir yeldə gəlir ayinü rəsmi-dəhrdə, Bu nə yeldadır gəzir ayın yanınca müttəsil? Sən deyirdin ki, hər ay başında bir hilal, Qıl nəzər, bir ay başında ikisin gör, ol xəcil! Kor deyilsən, müştəri çeşmilə bax, göz Zöhrədə Varmı bu ənvar, bu rəftar, bu hüsni-cəmil? Sərbəsər seyri-kəvakib, gərdişi-dövri-qəmər, Nüsxeyi-hüsnündədir, dərs al, hamı əhkamı bil! Zinhar pəndim eşit, Şəhri-Mütəvvəldir saçı, Yetmək olmaz intəhasına, bəri başdan çəkil! Gəh tülu eylər üfüqdən könlümüz rövşən qılar, Gəh səhabı zülf ilə örtər, biz olluq tirədil. Ah bilməm neyləyim, aldı qərarım, Zakira, Ol məhi-naməhriban, ol dilbəri-peymanküsil. * * * Dəhənin ləlinə var həddən əfzun aşiq Dəhənin ləlinə var həddən əfzun aşiq, Qönçəvəş yoxdu, vəli, mən kimi dilxun aşiq. Düşsə küstax səri-kuyinə gün, qəhr etmə, Nə bilir rəsmü rəhü adətü qanun aşiq. Dili-suzanə tərü xüşk nə kim düşsə yanar, Çəkərək at oxun, eylər səni məğbun aşiq. Munca kim, əşk saçar, keçsə əgər bir müddət, Cəm edər hər biri səd məxzəni-Qarun, aşiq. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam, Gəlməyib aləmə bir mən kimi məmnun aşiq. Eydi-novruzda geyər xəlq qəbayi-əhmər, Gündə əşk ilə qılır rəxtini gülgun aşiq. Daməni-vəslə yetə gərdi-məzarı şayəd, Rəhgüzarında gərəkdir ola mədfun aşiq. Duş gördüm ki, girib məscidə eylər tövbə, Döndərib meykədədən yüz neçə məlun aşiq. Var min aşiqin, amma hamı bu Zakir tək, Deyən əşar qədi-sərvinə mövzun aşiq. * * * Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz, Götürmə bəndi zəngirin, əsirə etibar olmaz. Rüxün dövründə ey gül, naleyi-zarımdan incimə, Bu ayini-cahandır, heç bülbülsüz bahar olmaz. Dedim: cana, məni agah qıl sirri-dəhanından, Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz. Günəş rüxsarına hərdəm tökər zülfi-siyəhfamı, Bu minval ilə keçsə aşiqin leyli nəhar olmaz. Qübari-xatirim əfzun olur göz yaşı tökdükcə, Su oynağı olan yerdə bəs dərlər qubar olmaz. Sərasər cismimi surax-surax etdi peykanın, Behmədillah, dəxi indən belə dil tirə-tar olmaz. Qiyamət rəstəxizində bu şəkl ilə qiyam etsən, Tutarlar Zakiri məzur, mütləq şərmsar olmaz. * * * Dün eylədim nəzarə bəsi lalə dağına Dün eylədim nəzarə bəsi lalə dağına, Gəlməz o dağ, daği-dərunum ayağına. Gəlmişdi bəhsə, teyyi-mərahil qılıb günəş, Qoydu rüxün yetən kimi eybin qabağına. Bir pakzadi-nadirəsən, almayıb hənuz, Sən kimi tifli mədari-giyti qucağına. Ver guşimal mehrə ki, çox xudnümalənir, Əzbəs ki, bir yol adı dəgibdir qulağına. Əzmi-çəmən qılır bu gün ol sərv, qorxuram, Bərgi- hənəvü gül dolaşa əl-ayağına. Ömri-dirazdır, çəkirəm zülf pəncəsin, Bir tari-muyə keçmədi könlüm darağına. Əksi-ləbin səadətini bulmasaydı mey, Meyl eyləməzdi heç kəs ol qan çanağına, Versin nə növhadisə üz versə Zakirə, Müşküldü səbr yari-əzizin fərağına. * * * Dün hökm qıldı qətlimə ol şəh itab ilə Dün hökm qıldı qətlimə ol şəh itab ilə, Şad eylədi gədasını bu xoş cavab ilə. Olsun qara üzü, üm ol qanlı qəmzənin, Öldürmədi məni, genə qoydu əzab ilə. Zülfi siyahlər qəmini şam ta səhər, Ömri-dirazdır çəkirəm piçü tab ilə. Ol gül üzardə ərəqin xoş səfası var, Türfə budur ki, saziş edər ateş ab ilə. Öldürməsən nə sud mənə bərqi-tiğdən, Mümkün degil ki, siyr ola təşnə şərab ilə. Gündüz üzün qəmi, gecə zülfün kəşakəşi, Asayişim nə xürd ilə hasil, nə xab ilə. Zakir o şux nərgisi-məstin xərabıdır, Ha böylə sərxoş olmaq olurmu şərab ilə. * * * Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz! Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz! Edər məşuqdən aşiq, budur adət, xudahafiz! Vida eylə, əzizim, görməgə didarını bir də Ümidim yoxdu hicranın verə möhlət, xudahafiz! Səadətdir səri-kuyində can vermək, budur vəhmim, Diyari-hicrdə sənsiz öləm həsrət, xudahafiz! Rəqibi-məhrəmi-bəzmi-vüsal etdin, məni məhrum, Olurmuş böylə rəsmi-yarlıq, əlbət, xudahafiz! Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən, Buyur, hər xidmətin vardır bizə nisbət, xudahafiz! Bu fəsli-novbahar içrə mənim tək varmı ola yarəb, Ənisi möhnətü qəm, mənzili qürbət xudahafiz! Mürüvvətdirmi, ey zalım, dərindən Zakiri-çakər, Gedə bu növ ilə bimüzdü biücrət, xudahafiz! * * * Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə, Özü həm olmadı asudə ahü zarın ilə. O yandıdı səni hicr ateşinə, yandırdın, Həzar bar anı ahi-pürşərarın ilə Müyəssər olmadı vəslin, dönə-dönə aldın Qərarım, ey güli-tər, əhdi-biqərarın ilə. Bəsani-mari-gəzidə sızıldaram ta sübh, Şəbi-fəraq qəmi-zülfi-tabdarın ilə. O gün həyatdən ümid kəsdim, əbrulər Ki, oldu həmsər iki nərgisi-xumarın ilə. Özündən oldu meyə bəzmdən kənar olmaq, Qələtdi bəhs ləbi-ləli-abdarın ilə. Diyari-yarə yolun düşsə, ey səba, söylə Ki, öldü Zakiri-biçarə intizarın ilə. * * * Zərdü zəif etsə qəmin hər zaman məni Zərdü zəif etsə qəmin hər zaman məni, Filfövr əşki-al qılır ərğəvan məni. Təhqiq üzari-yar çəkər rənc zülfdən Kim, gecə munca xabdə sancar ilan məni. Təndən oxun, o yarə deyin, bari çəkməsin, Hicri qılır onun dəxi də natəvan məni. Bir nəxli-pürşərərdi qəmim, mürği-can, saqın! Məcnun səri sanıb eləmə aşiyan məni. Ləli-ləbinə badə dedim, tökdü qanımı, Xuni degil o məh, yeridir, tutdu qan məni. Şami-vüsal xali gərək xanə qeyrdən, Şəmi keçir ki, sayən edər bədgüman məni. Zakir, usanmadın o qədər eşqdən ki, ta Candan usandıdı sitəmi-bigəran məni. * * * Zur etdi dəhr möhnəti canə yavaş-yavaş Zur etdi dəhr möhnəti canə yavaş-yavaş, Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş, Kibrü qürurdən,-dedi,-en, əvvəl enmədim, Dediyin etdi dövri-zəmanə yavaş-yavaş. Qovğa günü bəgənməz idim hərbi-Rüstəmi, Zali-fələk gətirdi əmanə yavaş-yavaş. Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir, Avazü-nayü çəngü təranə, yavaş-yavaş. Eyşü nişatdən soyuyub meylü xatirim, Olmuş füzun ahü fəğanə yavaş-yavaş. Diş düşdü, ağzım oldu uçuq xanədən betər, Dağıldı dürri-cəncü xəzanə yavaş-yavaş. Hər qanda bir məh olsa mənə mehriban idi, Mehr etməz indi sahibi-xanə yavaş-yavaş. Tutub üzümə gedər idim dust kuyinə Bir töhfə əldə olsa bəhanə, yavaş-yavaş. Zakir, kəs iltifatını bu dəhri-fanidən, Təslim eylə cani cananə yavaş-yavaş. * * * Zülfündümü dövri-rüxü-zibayə dağılmış? Zülfündümü dövri-rüxü-zibayə dağılmış? Ya Çinü Xəta ləşkəri yəğmayə dağılmış? Ətrafi-ləbi-ləldə xəttindimi,yoxsa, Hind əhli yəmən mülkünə sövdayə dağılmış? Təni-dəhənin müşt ilə əzmiş sədəf ağzın, Dəndanı sərasər təhi-dəryayə dağılmış. Rəhzənliyi qəmzən götürüb çıxmış aradan, Maqabi məlahət sərü simayə dağılmış. Məzmuni-müəmma dəhəninçün füqəhalər, Məcnun-kütübxaneyi-mənayə dağılmış. Dərda ki, xiridari-qəmin içrə yerim yox, Sövdayi-səri-zülfdə sərmayə dağılmış. Sərdən gedəli sayəsi ol sərvi-rəvanın, – Biqədr oluban həmərhü həmsayə dağılmış. Hər yerdə qaragünlü xətadən uzaq olmaz, Gör zülfi-siyəh necə düşüb payə, dağılmış. Eyb eyləməsin əhli-hünər fikrimə, Zakir, Heyran olalı nərgisi- şəhlayə, dağılmış. * * * Yox bu cahanda dilbəri-ziba sənin kimi Yox bu cahanda dilbəri-ziba sənin kimi, Firdövsidə məgər ola hura sənin kimi. Aşubi-dəhr, fitneyi-dövran, bəlayi-əsr, Çeşmi-zəmanə görməyib əsla sənin kimi. Şamü səhər dərində fəğan eylər əhli-dərd, Ey şux, varmı talibi-qovğa sənin kimi? Yüz nəqdi-canı bir oxa alsan əcəb degil, Aləmdə kimdi mahiri-sövda sənin kimi. Abi-həyat çeşməyi-ləli-ləbindədir, Olmaz bəqayi-Xizrü Məsiha sənin kimi. Başdan əyağə pərtövi-ənvarsən, Kəlim Haşa ki, göstərə yədi-beyza, sənin kimi. Bir Yusif adlı Misirdə, derlər ki, sabiqa Xəlq eyləyibdi xaliqül-əşya sənin kimi. Bangi-dəhəl gəlir xoş iraqdan, inanmazam, Növi-bəşərdə hüsn ola haşa sənin kimi. Kuyində xəstə Zakirə bir yer binası qıl, Yoxdur behiştdə mənzilü məva sənin kimi. * * * Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən, Eylə bilsin ki, görüb dideyi-xunbarı görən. Munca kim zülm edər, insafü mürüvvət axır Salacaqdırmı onun könlünə bir tarı, görən? Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilir Nərgisi-məstə baxan, qəmzeyi-xunxarı görən. Aşiqin halı pərişanü təbah olduğunu Fəhm edər zülfi-pərişanü siyəhkarı görən. Tuta gər Yusifi-gumgəştə nəbati-Misri, Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən. Yanar əhvalına pərvanəsifət şanələrin, Piç-tabü girehi-türreyi-tərrarı görən. Mütləqa ol məhi-bimehrə dəxi meyl etməz Künci-qürbətdə gəlib Zakiri bimarı-görən. * * * Yox məndə bəs ki, tabü təvan hicr dağına Yox məndə bəs ki, tabü təvan hicr dağına, Çarə budur: yıxam özümü xüm ayağına. Bir ləhzə, kafirəm, çıxa meyxanədən əgər, Zöhd əhlinin dəgə meyi-gülgun dodağına. Hər kim dilərsə rahəti-dünyavü axirət, Versin özün o piri-müğanın bucağına. Yüz fərqi var badə ilə abi-kövsərin, Su içsin, ol kəsin dəgə bu söz damağına. Can sədqə olmasınmı ki, əbrulərə, edor Peyvəstə şərhi-halımı yarın qulağına. Pürpiç zülfi qaməti-sərv üzrə, der görən, Mari siyahlərdi çıxar gül budağına. Can qılsa pişvazi-xədəngin əcəb degil, Lazımdı mizobanə təvazö qonağına. Ey didə, əşki gedə kuyi-dilbərə, Mərdüm gərəkdir ögrədə adab uşağına. Kəs şəm başını, uzadır dil üzarına, Zahirdə baxma hiylə ilə ağlamağına. Xari-müjəmdən etməsə əndişə, Zakira, Sərvi-sahi basardı qədəm göz bulağına. * * * Kəmali-hüsn ki, sane o sərvi-nazə verə Kəmali-hüsn ki, sane o sərvi-nazə verə, Dəxi nə hacət ona bir də zibi-qazə verə? Hədisi-ləli-ləbin görsə hər kitabdə dil, Gərək ki, rişteyi-candan ona şirazə verə. Təkəllümün, dedilər, yar nəqdi-canə verir, İnanmazam, bu giranmayə dürrü azə verə. Nə dildə tabü tavan var ki, şərhi-raz qıla, Nə əl qələm tutar əhvalı yarə yazə, verə. Sirişki-al ilə kilki-müjə bəyaz rüxə, Bu iki fərdi yazıb ol dəni nəvazə verə. Rəqib-məhrəmi-bəzmi-vüsal, mən-məhrum, Rəvadürmü bu qüssə məni güdazə verə? Bu Zakiri edə hicran fəzayi-qəmdə həlak, Həyat ləli-ləbin qeyrə tazə-tazə ver? * * * Kim varıb kuyinə ol qaməti-rənayə baxar Kim varıb kuyinə ol qaməti-rənayə baxar, Elə bilsin ki, girib cənnətə, tubayə baxar. Mərdümi-didələrin əksi, gözümdə guya, Şahi-hindu otuurub gəştidə, dəryayə baxar. Dəhənin rəmzini bilmək bizə, bənzər ona kim, Tifl əbcəd oxuyur, elmi-müəmmayə baxar. Atəşi-rəşk məni yandıdı, şəmi keçirin Ki, məbada rüxi-gülrənginə həmsayə baxar. Yay qışı altına mərdümləri çeşmi-siyəhin, İki tərsa-bəcə san taqi-kəlisayə baxar. Bitəmənna baxar ol arizə çeşmim, əmma Dilrüba öylə bilir özgə təmənnayə baxar. Olma məğrur, gözüm zülfdən öyrən ədəbi, Nə qədər olsa işi üzdə anın, payə baxar. Nola nəzzareyi-rüxsarına el cəm olsa, Eydi-novruz gələn dəmdə kişi ayə baxar. Təlxkam etmə bizi, saqi, çəkil bir tərəfə, Ləbi-meygunu görən sağəri-səhbayə baxar? Dəftəri-bərgi-gülü almış elə badi-səba, Bülbülün baqisi var, hasili-sövdayə baxar. Dedilər, var fələkdə sənə manənd, Məsih, Yoxdu, bihudə çıxıb ərşi-müəllayə baxar. Vamiqü Qeys dəm urmaz dəxi aşiqlikdən, Rəvəşi-eşqdə gər Zakiri-şeydayə baxar. * * * Könlüm quşu seyd oldu gözü qaş arasında Könlüm quşu seyd oldu gözü qaş arasında, Qanlar düşəcəkdir iki yoldaş arasında. Sədparə dilin hər itinə parəsi düşdü, Təqsim ola yəğma necə ovbaş arasında. Bak eyləməzəm səngi-cofadən eşigində, İncirmi vətəndən, kəs ola daş arasında? Sərçeşməyi-çeşmimdə ləbin əksidi bilməm, Ya xuni-cigərdirmi gəlib yaş arasında? Bir aydı qaşın tərhinə qoymuşlar əl, əmma Var külli kəşakəş hələ nəqqaş arasında. Köksün çıxarıb gül pirəhondən o nigarın, Əmib-əmib, ondan qoyasan baş arasında. Zakir, belə avarəvü heyran qalınca, Ölüb qala idin oların kaş arasında. * * * Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş, Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş. Edərlər əhli-dərdi qanda görsə rəhm mərdümlər, Gözün mərdümləri tək kimdir ox çəkmiş, kəman tutmuş. Olub huşyar bəzmi-badədən ol gün əyağ çəkdim Ki, gördüm ləli-nabınla qılır dəva o qan tutmuş. Dəhən sirrin eşitdim xürdədandır, qönçədən sordum, Dedilər: bilməzik, bu sirri həq bizdən nihan tutumuş. Nə qəflətdir bu səndə, ey sitəmgər, cövrü zülmündən Sərasər yer üzün sövtü sədayi-əlaman tutumuş. Dolanır dövri-rüxsarında gərçi müflisi-eşqin, Nə sud, ol gəncdən kim çevrəsin əfi ilan tutmuş. Qəmü möhnət yükün yoxdur cahanda çəkməyən, əmma Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş. * * * Geyib gülgun qəba sərvim durub gülzar arasında Geyib gülgun qəba sərvim durub gülzar arasında, Sanasan şaxsari-güldürür gülnar arasında. Gözümdən, ey kəmanəbru, sərasər keçdi peykanın, Bir əndək saxladım bu dideyi-xunbar arasında. Siyəhpuşu pərişan olduğumdan məqsəd oldur kim, Gəzəm bu rəng ilə ol türreyi-tərrar arasında. Nə vəch ilə tutub xət səfheyi-rüxasın ol şuxun, Olur, qanuni-xətdir, bir əlif rüxsar arasında Səhər pərvaz edəndə zülfi-mişkin dövri-ruyində, Görən der: zağlardır gülşənin oynar arasında. Gözü qəmzən gəlib can qəsdinə, əmma budur vəhmim, Düşə nahaq yerə qanlar iki sərdar arasında. Səgi-kuyində tutsam cəng, tut məzur, sultanım, Eşikdə qilü-qal olmazmı xidmətkar arasında? Qaçıbdır tənədən Fərhad kuhə, Qeys səhraya, Mənim tək daşlanan kimdir dərü divar arasında? Hərimi-məhrəmi-bəzmi-səri-kuyin olan Zakir Rəvadırmı gəzə biganəvar əğyar arasında. * * * Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək, Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək. Səri-kuyində görsən nəşmi, qəhr etmə, ey zalım, Aparır hər yer olsa seyli-əşkim xarü xəslər tək. Dolanıb başına, zülfün öpər ol taqi-əbrudən, Sücud eylər üzari-alına ptosporəstlər tək. O gündən mən dili-divanədən əl çəkmişəm, dilbər, Səgi-guyinlə həmraz olmaq istər bülhəvəslər tək. Bəhəmdillah ki, düzdi-qəmdən eymendir könül şəhri, Dolanır qanlı peykan onda məşəldar əsəslər tək. Nigari-bimürüvvət çəkdi təndən oxların bir-bir, Dağılmış xaneyi-dil sərbosor pozğun qəfəslər tək. Dedim pərran keçə təndən oxun, biçarə bənd oldu, Cigər pərkaləsində qanə qərq olmuş məgəslər tək. Gözün mərgümləri müjgan oxun hər yanə göndərsə, Duayi-xeyr edər ol mürşidi-sahibnəfəslər tək. Giribanın tutub məşhər günü Zakir fəğan eylər. Saqınma yetməyə qövrə, xuda, bu qeyri kəslər tək. * * * Gərçi edib çoxların qəmzədəvü zar eşq. Gərçi edib çoxların qəmzədəvü zar eşq. Yoxdu vəli mən kimi hiç giriftari-eşq. Çəkmə cəfa, ey təbib, zaye olur zəhmətin, Ləli-ləbi-yardır çareyi-bimari-eşq. Seyli-sisəm aləmi qərqə verər, olmasa, Zövrəqi birlə əgər xəlqə nigahdır eşq. Mən necə meyxanədən əl götürüm, ondadır Şamü səhər mocməi-həmdəmü həmkari-eşq. Kövsər ilə badədə fərq budur: nisyəni Sud hesab eyləməz taciri-bazari-eşq. Müğbəççeyi-gülüzar, saqiyi-siminbədən, Mütribi-kakilşikən çəngü dəfü tarü eşq. Vamiqü Fərhadü Qeys getdi hamı nimməst, Yox bu kühən deyrdə mən kimi sərşari eşq. Hər biri bir canibə etdi fərar əqlü huş, Mülki-dili paytəxt edəli sərdari-eşq Duş gəzərkən yolum düşdü dəri-məscidə, Gördüm oturmuş neçə münkiri-əsrari-eşq. Əl götürüb dərgəhi-hacətə övrad oxur, Zöhdü riyadən nə sud, olmasa asari-eşq. Hər biri bir divdir surəti-insandə, Yoxsa olarda hanı həqqə səzavər eşq. Talibi-canan gərək canü cahandan keçə, Sudü ziyan gözləməz mərdi-xiridari-eşq. Sanma ki, qürbi-həqə yol bulasan bitəəb, Eyləməmiş imtəhan ta səni səd bar eşq. Payi rəhi-səydə abiləriz olmamış, Dəsti-Kəlim olmadı məzhəri-ənvari-eşq. Atəşi-duzəx sənə gülşən olur, qəlbini Buteyi-ixlasdə yandıra gər nari eşq. Səhvü şəkin aləmi əmri-əlahiddədir, Şəkk var ol əmrdə, qeyrdir ətvari-eşq. Xüm dibinə dürdvəş yatmayasan salha, Piri-müğan eyləməz məhrəmi-əsrari-eşq. Məsiyətə qərqdir, ah, əgər yetməyə Dadına bu Zakirin qafiləsalari-eşq. * * * Gərçi tutub aləmi şurişü qövğayi-eşq Gərçi tutub aləmi şurişü qövğayi-eşq, Yoxdu cahanda vəli mən kimi rüsvayi-eşq. Canü dilü əqlü huş cümlə müsəlləm ona, İndi nədir bilməzəm daxi təmənnayi-eşq. Xuni-dili dişrəyə mərdümi-çeşmim tökər Kim, gərək ari ola məzilü məvayi-eşq. Dur yola düş, ey təbib, çarə mənim dərdimə Ləli-ləbi-dilbəri yazmış ətibbayi-eşq. Vaizi-əfsanəgu dün məni neyrəng ilə İstər indi döndərib eyləyə tərsayi-eşq. İş mənə qalsaydı gör, keçmiş idim badədən, Tale edib yarlıq, qoymadı danayi-eşq Dərgəhi-piri-muğan-məlceyi-əmnü əman, Xanəgəhi-meyfiruş-bəzmi-dilarayi-eşq. Zahidi-sahilnişin, bəhri-bəladən sağın, Kamə çəkər Yunisi mahiyi-dəryayi-eşq. Sal təni-napakinə xirqeyi-sədparoni, Hər qədə layiq dögül xələti-zibayi-eşq. Qeyslə həmdərs idim, qaldı o "Vəlleyl"də, Naqis imiş, olmadı vaqifi-mənayi-eşq. Badiyeyi-hicrdə Zakiri-gümgəştəyə, Oldu əcəb rahbər mürşidü mövlayi-eşq. * * * Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz, Kosibdir şəfqətin aya məni-divanədən, çıxmaz. Tələb qıldım təbibimdən dəva, döndərdi üz məndən, Bu iş kim, aşinadən çıxdı yüz biganədən çıxmaz. Mədəd qıl, ey əcəl, al canı, təndən çıxmadan ta can, Yəqinimdir, onun dərdi dili-viranədən çıxmaz, Xətadır zülfi-pürçinin, nigarım, şüstü şu etmək, Otursa sübhdən təşt üzrə ta şəb, şanədən çıxmaz. Necə mən olmayım avareyi-qürbət, rəqib indi Deyər ki, çün filanidir gələn, astanədən çıxmaz. Gözün xunrizdir əlhəq, degil qəmzən kimi muzi, Töküb qan, xəlqdən gəzmək nihan, mərdanədən çıxmaz. İnanma arizin fikri çıxa Zakir xəyalından, Ölüncə atəşin zövqü dili-pərvanədən çıxmaz. * * * Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş, Çəkib səf dövri-çeşmində müjən tək paybəst olmuş. O gündən ki, qaşın taqi olub taətgəhi-mərdüm, Pozulmuş taqi-məscid, rövnəqi-minbər şikəst olmuş. Nə xoş ülfət tutub zülfi-siyəh rüxsari-al ilə, Təəccüb eylərəm əfi gedib atəşpərəst olmuş. Olubdur xanəyek əbrulər ilə mərdümi-çeşmin, Nə mərdümlik, dəxi əyrilə ol kim, həmnişəst olmuş. Səba şərh eyləmiş guya bu gün hüsnü qədi vəsfin Ki, gül pəjmürdələnmiş, qaməti-şümşad pəst olmuş. Saqınma ki, çıxa sövdayi-eşqin ta əbəd sərdən, Dilü can valchü heyran sənə ruzi-ələst olmuş. Nisari məqdəminçün can kimi nəqdi-rəvacım var, İnanma gər desə əğyar Zakir təngdəst olmuş. * * * Ləbi-ləlin həvəsilə cigərim xun olmuş Ləbi-ləlin həvəsilə cigərim xun olmuş, Rəngi-zərdim onunçün əşq ilə gülgun olmuş. Əlifi-qamətim ol sərvi qədindən ayrı, Qaşların taqına qurban olayım, "nun" olmuş. Talei gör ki, səni yer götürüb, mehri fələk, Aldadıb göz görə, yerdən göyə məğbun olmuş. Aşiqi-sadiq odur ki, verə can yarın kuyində, Nə ki, Məcnun kimi sərmənzili hamun olmuş. Var bir nəhr, suyu çeşmeyi-çeşmimdəndir, Xəlq arasında, vəli, şöhrəti Ceyhun olmuş. Demə, qasid, şahi-xubanə pəyamım, saxla Ki, bu gün qəhri tutub, halı digərgun olmuş. Aşiqə nəkhəti-zülfün gətirib badi-səba, Dağılıb cümlə pərişanlığı, məmnun olmuş. Zakirin təbi deyildi belə mövzun əvvəl, Qədinə valeh olandan bəri mövzun olmuş. * * * Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər, Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər. Qalıbdır bəstəri-möhnətdə dil, vəslin dilər yarın, Görün bu zəfi-talələ necə fikri-məhəl eylər. Sərasər xəlqi-aləm cümlə müştaqi-cəmalındır, Göz açmaz kimsə, gün hərçənd izhari-cəmal eylər. Mən öldüm həsrətindən bir büti-çeşmi-çəpəndazın, Qətili-tiri-müjgandır deyin, hər kim sual eylər. Qılır əğyar ilə seyri-çəmən sərvi-sərəfzarım, Şikəstə Zakiri hər yerdə, görsə, payimal eylər. * * * Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir? Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir? Nazi-əndazəni Şirinü Züleyxa nə bilir? Desələr kim, bilir əndazeyi-zülfün şanə, Bavər etmə, elə pür-piçi sərpa nə bilir? Qönçədən sorma dəhən sirrini, yoxdur xəbəri, Kuhü səhra çiçəyi elmi-müəmma nə bilir? Bənzər ahuyi-Xətayə baxışı filcümlə, Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Zülfünün hər teli bir mari-siyah olsa əgər Tutaram, aşiqi-sövdazədə pərva nə bilir? Mülki dil fəthinə, derlər ki, gəlir ləşkəri-hicr, Gəlsə də qəmzeyi-qatil kimi yəğma nə bilir? Zahirən Zakiri-dilxəstədən öyrənmiş ola, Yoxsa ahəngi-nəva bülbüli şeyda nə bilir? * * * Müştaqi-ləbin sağərü səhbayə baxarmı? Müştaqi-ləbin sağərü səhbayə baxarmı? Bir göz ki, səni görməyo, dünyayə baxarmı? Aludeyi-qəddü rüxü çeşmin olan aşiq, Sərvü səmənə, nərgisi-şəhlayə baxarmı? Yüz mövsimi-gülzar ola, dilgiri-cəmalın Suyi-çəmənə, canibi-səhrayə baxarmı? Bir kimsəyə xürşid cəmalın ola mənzur, Mehri-fələyə meyl qılıb, ayə, baxarmı? Həmrahi-rüxündür edərəm zülmə təəccüb. Ha böylə işi üzdə olan payə baxarmı? Ya dust!– deyib, dad eləsəm yar eşigində, Yarəb, görəsən bir məni-rüsvayə baxarmı? Məktubunu mən xəsətonin, ey qasidi-həmraz, Ver sürət ilə, gör bütü-tərsayə, baxarmı? Gər desə: sabah mən dəxi gəlləm, hələ sən get Ərz eylə: əcəl zabiti fərdayə baxarmı? Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan, Kim padşahi hüsn olan ədnayə baxarmı? * * * Nə qədər cövrü cəfa eyləyə dildar mənə Nə qədər cövrü cəfa eyləyə dildar mənə, Eyləməz eylədigin dideyi-xunxar mənə. Gah-bigah baxıb xalü xəti-mişkinə, Eylədi ruzi-cahantabı şəbi-tar mənə. Dün gecə xabdə çox mari-siyəh tutmuş idim, Odur əl verdi bu gün türreyi-tərrar mənə. Gözlərindən məni-bədbəxt bir asayiş yox, Uddurur qan gecələr ol iki bimar mənə. Çarə yoxdur, bilirəm, ləli-ləbin xəstəsinə, İçirir badeyi-gülgun genə naçar mənə. Bir zaman təndən oxun tarı üçün çəkmə, təbib, Görsün əğyar ki, yarın nəzəri var mənə. Dedilər qönçə bilir sirri-dəhanın, əmma, Nə qədər sordum isə qımadı izhar mənə. Şükr-lillah ki, görəndən bəri ol sərməsti, Etməyib tənü təərrüz gülən ağlar mənə. Tiğinə qıymadı, mən ölməyimə şakir idim, Həqqə baxsın, deməsin kimsənə biar mənə. Üzünə pərdə salıb ol məhi-bimehr deməz, Mahilə mehr olub aşiqi-didar mənə. Qalmışam badiyeyi-qəmdə, kimim var, Zakir, Didəvü dldi həmin munisü qəmxar mənə. * * * Nə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməz Nə müddətdir mənə ol sərvqamətdən xəbər gəlməz, Qiyamətdir məgər, bir qasidi-nikusiyər gəlməz? Rəhi-vəslində, ey göz mərdümü, bihudə seyr etmə Ki, mən çox görmüşəm peymanşikən, gəlləm, – deyər, gəlməz. Mətai-hüsnə istərdim verəm canı, dedi zülfü: Xəta gər dəyməyə bizdən, bu sövdadən zərər gəlməz. Bilib, qürbi-gədə mümkün degil sərdar bəzmində, Budur vechi ki, mütləq kuyuna şəmsü qəmər gəlməz. Bəsani-şəmi-məhfil gecələr ta sübhədən yannam, Məni dildadəyə səngindilin rohmi məgər gəlməz? Xədəngi bari-əvvəl köksümə bir gəz dəgib keçdi, Nədəndir, bilməzəm, lütf eyləvib bari-digər gəlməz. Edər düşdükcə vaiz vəsf abi-Kövsəri, əmma Mükərrər ləbi-nabın tək hədisi-mötəbər gəlməz. Ayağın basa saqi başım üzrə cana minnətdir, Neçin zöhd əhldən bir dərdməndə xeyrü şər gəlməz. Nə bir namə, nə bir qasid, nə bir peyki-səba, Zakir, Tutuşdu atəşi-hicrə dilü canü cigər, gəlməz. * * * Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər ondan Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər ondan, Nə rüxdür bu ki, abü rəng alır külbərgi-tər ondan. Həzər qıl, ey könül, ol zülfi-pürçinin xotasından, Açılmış neçə-neçə sən kimi aşüftələr ondan. Dəhən sirrin, eşitdim xürdədandır, qönçədən sordum, Dedilər: bilməzik, gülşəndə yoxdur bir xəbər ondan. Cəfayi-zülfünün yüzdən birin şəhr edə bilməz dil, Uzun illər şikayət eyləyə şəb ta səhər ondan. Yüzündən göz götürməm eyləsən yüz min səyasətlər, Nigara, səxt müşküldür mənə qəti-nəzər ondan. Həvayi-kakilin ömri-cəvani verdi yəğmayə, Əlilü pirəm, ancaq var sərimdə bir əsər ondan. Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından, Drib kim dərdü möhətdən sivayi bir səmər ondan? * * * Nola gör saxlar isəm təndə dilü cani əziz Nola gör saxlar isəm təndə dilü cani əziz, Bir pərinindir, onunçün tutaram anı əziz. Qılmışam nəzr onu mən ol səri-ku itlərinə, Rəsmü ayindir, əzizin olu qurbani əziz. Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz, Mən eşitmişdim edər simü zər insani əziz. Ateşi-eşqi-dərun ilə ərindi axır, Saxlar idim neçə əyyam idi peykani əziz. Naqisəm, alsam əgər bir kələfi-rismanə, Misri-dildə sata ol Yusifi-Kənani əziz. Mənə nisbətdi siyəhbəxtü pərişanlıqda, Vəchi oldur tutaram zülfü-pərişani əziz. Zakiri-xostədilə rəhm qıl, ey sərvi-rəvan, Hovcavanlar tutar, adətdi ki, pirani əziz. * * * Ol gün ki, bu xakidanə düşdüm Ol gün ki, bu xakidanə düşdüm, Tiri-fələyə nişanə düşdüm. Bildim sitəmü qəmü ələmdir Çərxin rəvişi, fəğanə düşdüm. Eşq aldı əlimdən ixtiyarım, Rüsvay oluban cahanə düşdüm. Bir Leylimisal yarı gördüm, Məcnun kimi xanə-xanə düşdüm, Əqlimi verib mətai-eşqə, Sud eyləmədim – ziyanə düşdüm. Oxşar ləbini dedim, şərabə, Qan eyləmədim ki, qanə düşdüm?! Zakir, nə yamanlıq eyləmişdim Bilməm ki, belə yamanə düşüdüm. * * * O gün ki, ateşinlik arizi-cananə yazmışlar O gün ki, ateşinlik arizi-cananə yazmışlar, Məni-sərgəştəni ol ateşə pərvanə yazmışlar. Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya, Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar. Ayağın kəsmə məndən, saqiya, pəeşminəpuşəm deyn, Məni lovhi-əzəldə sərsofi-məstanə yazmışlar. Nə vəch ilə, dedim, qaşın düşüb kəc müshəfi-rudə, Dedi: qanuni-xətdir, səhv imiş, ünvanə yazmışlar. Sərü simayi-cananı çəkiblər bir-birindən xoş, O ki çeşmi-siyəhməsti, bəsi şahanə yazmışlar. Nədir həddi ola həmta mənə gümnam aşaiqlər, Məni-divanənin adın necə divanə yazmışlar. Həram olsun görüm nanü nəmək, derlər, meyü badə, Dəhən sirrini məxfi qönçeyi-xəndanə yazmışlar. İki meygun ləbin vəsfin sənin, ey şuxi-şirinkar, Datırmış kilki-Xızrı çeşməyi-heyvanə, yazmışlar. Könül cəmiyyətində namümidəm, Zakira, qismət Onun hər parəsin bir naveki-müjganə yazmışlar. * * * Olubdu məclis-ara sağəri-mina çəmənlərdə Olubdu məclis-ara sağəri-mina çəmənlərdə, Salıb sothi-zəminə nəqşi-pürziba çəmənlrdə. Nəsimi-canfəzayi-novbaharı zərrəcə, ey dil, Bir asari-küdurət qoymayıb qəta çəmənlərdə. Məzaqi-təlx olur şirin bu fəslin xani-vəslində, Müheyyadır sərasər neməti-üzma çəmənlərində. Dəmi-nitqi-Məsiha tək müəssirdir dəmi sübhün Ki, feyzindən olur əmvatlar əhya çəmənlərdə. Əyağinə düşüb eylər təvazö hər kimi görsə, Götürmüş lalə başə sağərü səhba çəmənlərdə. Şəqaiq-dameni-kuhsardə, gül-bağ arasında, Tutubdur hər biri bir mənzilü məva çəmənlərdə. Qəranfil, nəstərən,nərgiz, bənövşə, ərğüvan, lalə Zəbani-hal ilə şövqün qılır peyda çəmənlərdə. Urarlar qumrilər cəh-cəh, gülərlər kəbklər qəh-qəh, Tutubdur aləmi yeksər əcəb qovğa çəmənlərdə. Yetən tək şəmə pərvanə, verib can müft kim aldı, Düçar olmuş ona gör kim, nə xoş sövda çəmənlərdə. Salıb bazari-eşq içrə harami qəmzələr talan, Mətai-dinü dil olmuş genə yağma çəmənlərdə. Veribdir özlərinə ziybü zinət nazənin bütlər, Gəzərlər hər tərəf sərməstü biparva çəmənlərdə. Nə vəqti-xabdır, dur, məsti-nazım, seyri-səhra qıl, Təmamən aşinəvü həmdəmü həmta çəmənlərdə. Ruxi-alı xəyalilə sızıldar bu dili-şeyda Gecə ta sübh olunca əndəlib asa çəmənlərdə. Yanında hər kəsin yarı, kəsilmiş nəlavü zarı, Mürüvvətdir, sizi tarı, qalam tənha çəmənlərdə?! Olub Məcnunsifət bir Leylivəş dildardən ötrü, Ədəb tərkin qılıb Zakir, gəzər rüvsa çəmənlərdə. * * * Olur gəh-gəh nümayan sinədə narinc püstanı Olur gəh-gəh nümayan sinədə narinc püstanı, Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı? Dələr bağrım, tökər qanım, görəndə qadiri-biçun, Əsiri beylə kafir etməsin heç bir müsəlmanı. Eşitmiş əzmi-seyrin, bilməzəm, əhli-çəmən kimdən, Bu gün şimşadü sərvin yox ayağa durmaq imkanı. Tənimdə qalmadı bir xali qəmzən xədənginden, Olur abad hər mülkün ədalət olsa sultanı. Həyati cümlə əşyaya səbəb feyzi-vücudundur, Rəvan olma, çıxar ayinəvü abi-rəvan canı. Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın, Xəsü xaşak ilə tutmaq olurmu bəhri-Ümmanımı?! Bu çərxi-pürcəfadən, Zakira, kəs rahət ümmidin, Muradınca dolanmaz kimsənin bu dövr dövranı. * * * Ol cəfakar nəzərdən bizi atmış kimidir Ol cəfakar nəzərdən bizi atmış kimidir, Qeyr ilə həmdəm olub, ülfəti qatmış kimidir. Gəc gedib qaşlarını mahi-növə bənzətmə, Ustad iki yayı baş-başa çatmış kimidir. Arizi-alını, derdim, əsəri-meydəndir, Baxdım əmma nigəhi-çeşm qanatmış kimidir. Çeşmi-məstanələri guşeyi-əbrulərdə Tağ arasında Xütən ceyranı yatmış kimidir. Xəti-növxizi ləbi-ləlinin ətrafında Əngəbin şəhdi ara murçə batmış kimidir. Şom başın gecələr tiği-cəza kəsməkdən, Biədəb ərizi-yarə dil uzatmış kimidir. Əql ilə huş qaçar meydən ayaq tutunca, Nisyə mərdümi-şəhr əqmişə satmış kimidir. Tabi-sinəm oxunu, heyfdi, tez çək, əridər, Haliya kürreyi-həddad qızartmış kimidir. Yar hali-dili-viranı xəbər alsa, deyin: Xaneyi-mücrimi sultan talatmış kimidir. Qönçənin başını hər sübhü məsa yarmaqdan, Ol məhin ağzına məxfi dil uzatmış kimidir. Demə yoxdur əsəri ahü fəğanın, Zakir, Xabdən ol məhi-bimehri oyatmış kimidir. * * * Rəqibi görməyə mümkün olaydı yarım ilə Rəqibi görməyə mümkün olaydı yarım ilə, Gedərdim ol səri-kuyə öz ixtiyarım ilə. Gəzərdim itləri içrə dərdində biparva, Ziyadə tapmış idim rütbə etibarım ilə. Hər ay başında bir ox növki-qəmzədən ücrət Gərək mənə yetişə-şərt budur nigarım ilə. Qoyanda qəbrə məni örtməyin, gəlib dilbər, Nə göftgu edəcək ta görüm məzarım ilə. Töküb sirişk gözündən, deyərmi: ah, əfsus, Ki, həsrət öldü bu biçarə intizarım ilə. Təğafül eyləsə birdəm o səngdil, deyərəm, Fəğan ilən tutuban damənin qubarım ilə. Bağışla cürmümü, ey şux kim, həyatmda Çox etmişəm səni azürdə ahü zarım ilə. Gəlib xuramə gəz indən belə boyun uzunu, Gil olmuş idi dərin çeşmi-əşkbarım ilə. Rəqibi məhrəmi-bəzmi-visal eyləmə kim, Cahana od salıram ahi-pürşərarım ilə. Şükür xudayə ki, basdın məzarım üzrə qədəm, Şikəstə Zakirəm, əhdim, bu idi tarım ilə. * * * Saldı məni ayaqdan qəm, ver piyalə saqi Saldı məni ayaqdan qəm, ver piyalə saqi, Yoxdur bir ondan özgə üftadələr dayağı. Ol gülüzar məndən ayrıldı nisfi şəbdə, Sübh açılınca yanmaz heç kimsənin çirağı. Qoymaz düşə nigarım payinə dürri-əşkim, İnsafdırmı salmaq gözdən yetim uşağı. Şahnazımı müxalif dövran gətirmədi rast, Gəzdim dügəh Hicazı, Azərbaycan, İraqı. Məndən degil toxunmaq bir-birinə xadəngin, Ayinü rəsmdir bu-sevməz qonaq qonağı Mili-müjənmi bilməm əbrulərə çatıb sər, Memari-sün yoxsa tutmuş sütunə tağı? Sövdayi-xalü xəttin əymiş qədim nihalın, Zağü zəğən hücumu eylər düta budağı. Zülfi-siyah içində sərgəştə könlüm itdi, Hindü həbəş gizildi, tapılmadı sorağı. Zülfün zəbani-şanə ayırdı bir-birindən, Dildir edən pərişan məcmui-ittifaqı. Çeşminlə məstlikdə sağər dəm urdu, billah, Almış haramzadə başına qan çanağı. Əsdi nəsimi-nüsrət, Zakir, behəmd-lilləh, Fəth etdi sərvəri-vəsl cəmiyyəti-fəraqı. * * * Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun, Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun. Oğurlar dövri-ruyində səri-zülfün əreq nəqdin, Nə pakizə əmin tapdın, nə yaxşı pasiban tutdun. Kilidi-məxzəni-hüsni sipahi-cinnə tapşırdın, Hər iş kim tutdun aləmdə, onu biimtahan tutdun. Keçirdin bitəkəllüm şanədən geysuyi-pür-piçi, Sənə ənam lazımdır ki, əfsunsuz ilan tutdun. Məbadə eyləyə gəndən nəzarə mərdümi-çeşmim, İki hindu kamandarın həmişə dideban tutdun. Rəqib etdi xoyanət ruberu, keçdin rəvan ondan, Mənim həqqimdə hər böhtan dedilərsə, rəvan tutdun, Danışdın qaşü gözlə hər yetən naəhl ilə, zalım, Şikəstə Zakri gördükdə ox çəkdin, kəman tutdun. * * * Sən onda eylə zövqü səfa bağ arasında Sən onda eylə zövqü səfa bağ arasında, Mən munda yanım piltə kimi yağ arasında. Peykanlarını sineyi-çakimdə görən der: Bir qönçəyi tərdir ki, bitib bağ arasında. Könlüm quşunu seyd elədi qəmzəvü çeşmin, Qorxum budu qanlar düşə ortaq arasında. Getmişdi saçı seyrinə, dil gəlmədi, bişək, Güm oldu şəbi-tarda sığnaq araısnda. Ol guşeyi-əbruydə çeşminmidi, yoxsa, Yatmış iki Xütən geyiki tağ arasında. Nasehlər edir mən məni mütrübi meydən, Əfsus ki, qaldım necə sarsaq arasında. Zakir, rəhi-eşqində diriğ eyləmə canı, Ta nami-nikuyin qala üşşaq arasında. * * * Səri kuyində məzari-məni-məhzuni gören Səri kuyində məzari-məni-məhzuni gören Tutar ol dilbəri-peymanşikəni xuni, gören? Mütləqa əzmi-təmaşayi-gülü sərv etməz Arizi-alə baxan, qaməti-mövzuni gören. Gənc əfi yatağı olmağına bəsdi güvah, Dövri-hüsnündə onun həlqeyi-göysuni gören. Küfri-zülfinə uyub bir sənəmə taət edər, Danışıb badi-səbayə dili-məluni gören. “Rəhm qıl canına, obruyi-xəmə meyl etmə!” – Qan ayağında sənə çox dedi ol “nun”i gören. Tutmadım pəndi-xirədmənd, özümdən düşdü, Daşlar indi məni-ohvali-digərguni gören. Tökülüb nəqdi-sirişkim çölə xərmən-xərmən, Birə yüz fərq tutar məxzəni-Qaruni gören. Qalmışam fərd, tapılmaz mana həmdərd, durub, Taparammı arasam Vamiqü Məcnuni gören? Rövnəqi-eşq pozuldu, bilirəm xublərə Bağlamaz bel dəxi bu Zakiri-məğbuni gören. * * * Sufi saf olduğunu sağərü səhba nə bilir? Sufi saf olduğunu sağərü səhba nə bilir? Düşməyibdir yolu meyxanəyə əsla nə bilir? Tutmayıb deyri-xərabatdə xoş cayü məqam, Rənci-bihudə çəkib, zəhməti-bica, nə bilir? Gün bu gündür, içəlim badeyi-gülgun, zahid, Etibar eyləmə, keyfiyyəti-fərda nə bilir?. Söylər əhvali-qiyamət, öz evindən qeyri Görməyib bir yeri, mən bilməzəm aya nə bilir? Abi-Kövsər həvəsilə çəkib əl sağərdən, Özünü aqilü dana tutar, amma nə bilir? Nəşəyi-mey kişini vaqifi-əsrar eylər, Çəkməyə başına peydərpey anı ta, nə bilir? Qəsdi taətdən əgər cənnət isə, eyni-xəta, Bilməyən kimdi o ev sahibi sövda nə bilir? Eylə olsa nə tərəhhüm, nə şəfaət, nə güzəşt, Küfrdür söylədiyin məhz sərapa, nə bilir? Eybinin kəşfinə bəhs eyləsə meyxanələrin, Sölə Səttaril-əyub anı bilir, ya nə bilir? Ya gərək nadim ola, tərk edə cəngü cədəli, Ya deyə həq deyil isminə müsəmma nə bilir? Mücrümün cürmünü əfv eyləməsə rəbbi-qəfur, Qalı rizvanda həmin firqeyi-hura, nə bilir? Cəhəti-qəhrinə yox kimsədə imkani-sual, Vechi-amürzişini xaliqin əşya nə bilir? Hər kəs öz səyi təlaşilə tapa rahi-nicat, Hörməti-ali-əbani dəxi qəta nə bilir? Rəqəmi-əfv çəkər qaziyi-ruzi-əresat, Günəhi-hibbi-Əlinin ola dərya, nə bilir? Zakirin bir əməli yox, ona ümid tuta, Ta məgər inki tutub dameni-mövla, nə bilir? * * * Sübhdəm badi-səba türreyi-xubanə dəyər Sübhdəm badi-səba türreyi-xubanə dəyər, Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər. Od salır xirməni-məhsuli-dilə bərqasa, Bu təni-zərdə peykanı ki, peykanə dəyər. Gah bivəchü cəhət xatirim eylər dərhəm, Gah bicürmü günəh bu dili-nalanə dəyər. Odlara düşmüş ilan tək oluram piçində Ki, neçin zülfü-siyəh arizi-cananə dəyər. Qərəzin can isə, bir tünd nigahın bəsdir, Heyfdir,atma oxun, hər biri min canə dəyər. Könlümü qanda urub həbsə ki, tapmaz şanə, Nə qədər zülfi gəzər, çahi-zənəxdanə dəyər. Zakira, səbr elə kim, vəslə dəyən afətdən, Ay ötər, il dolanar, vəqt olu hicranə dəyər. * * * Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş Tökülmüş hər tərəf zülfi-siyahın mişkbulənmiş, Pərişanlıq görüb badi-səbadən tündxulənmiş. Əzəldən rütbeyi-mehrab degildi böylə xəlq içrə. Qaşın taqinə ikram etmək ilə abrulənmiş. Nə möcüzdür bu kim, bir kəs təkəllüm görməmiş ondan, Düşüb dildən dilə vəsfi-dəhanın göftgülənmiş. Fəzayi-hicrdə xari-sitəmdən parələnmiş dil, Behəmdillah kim, indi tari-zülfilə rüfulənmiş. Edib bədməstlik bəzm əhlinə qan udduran badə, Ləbi-ləlin görüb axır xəcalətdən səbulənmiş. Gətir təşrif, əziza, həsrətindən xəstəhal oldum, Şikəstə Zakirəm, könlüm sənə yen arizulənmiş. * * * Üzvi-əzayi-xublərə padişah zülf Üzvi-əzayi-xublərə padişah zülf, Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf, Çinü Xətavü Hindü Həbəş, Zəngbarü Rum Tutmuş təmam yer üzünü dadxah zülf. Şəbxun edən sənə dilə, kimdir, dedim,– dedi: Gərdənsüvar kakilü mişkinkülah zülf. Gəncineyi-comalı keçiribdi yarıdan, Həddən füzundu axtaran olsa güvah, zülf. Mən çox dedim sənə, az eşitdin, könül, künun Çıxsın canın, de: ah xətü xal, ah zülf! Əhvali-şamı rövşən edər sübh arizə, Oldur ki, şənəvar edər təyyi-rah zülf. Munca kəşakeşi-kəmərə bəlkə mu mijan, Tab eyləməzdi, olmasa püştü pənah zülf. Müşküldü tab türreyi-tərrar qəhrinə, Rəhm eylər əhli-dərdə genə gah-gah zülf. Etdin qara mənim günümü şami-tirə tək, Ey aləmin evini yaxan rusiyah zülf. Təhrik etməsəydi səba sübhü şam əgər, Etməzdi hali-Zakiri böylə təbah zülf. * * * Üzünü görsə əgər gərblər iymanə gəlir Üzünü görsə əgər gərblər iymanə gəlir, Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir. Baxmasınmı sənə ayinəvü həm abi-rəvan, Aparır feyzi-bədən, hər ikisi canə gəlir. Gün sərasimə səri-kuyuna ilğar gecədən, Necə bir qul duruban xidməti-sultanə gəlir. Düşmək istər şəmi-rüxsarına zülfi-siyəhin, Bəxtinin qarəliyin gör, oda pərvanə gəlir. Xət bu məzmun iləndir dövri-ləbində, guya, Ləşkori-hind tutub Rumi, Bədəxşanə gəlir. Zindəganlıq mənə düşvardır ondan sonra, Bar-ilaha, mənə gəlsin, nə ki, cananə gəlir! Qorxuram Zakiri hicrin qəmi bir halə sala, Gören adəm deyə “vay-vay!.. budu divanə gəlir”. * * * Fəsli bahar gəldi, könül, künci-bağ tut Fəsli bahar gəldi, könül, künci-bağ tut, Möhnət bizi ayaqladı, bir dəm əyağ tut. Təsbih tarini neçə gün alma dəstinə, Dəsti-lətifi-saqiyi-simin-saq tut. Çək yanına sürahını təqvavü taəti, Bilmərrə ta əvaxiri-şəban qıraq tut. Tök cami-zərnigarə şəvəqgun badəni, Yəni fəraq şamına rövşən çıraq tut. Zar eyləmişdi xəlqi fəğanü nəvalərin, Bir gəz özün də nayü nəvayə qulaq tut. Hər kimsəyə öz adətincə ver şərabi-nab, Növbət mənə yetəndə, əzizim, çanaq tut. Zakir, köç eylə, mənzili-məqsudə varid ol, Dünyanı bir ribat, özünü bir qonaq tut. * * * Fəsli bahar gəldi, könül, şad kam bul Fəsli bahar gəldi, könül, şad kam bul, Yox etibar gərdişi-əyyamə, cam bul. Naseh haram deyərsə meyi, söylə sən ona; Mən püxtə olmuşam, get özün kimi xam bul. Bir neçə yarü həmdəm ilə künci-bağdə, Vəqti keçirmə, badeyi-gülnar-fam bul. Eylə sücud sidq ilə əbruyi-saqiyə, Ol sərvqamətin nəzərində qiyam bul. Yoxdur davamı zahidi-xuddar lütfünün, Tap bir pərivü rahəti-eyşi-müdam bul. Vaiz kəlamə baxmasa bilməz nədir cavab, Oldur cavabı: mürşidi-hafizkolam bul. Zinhar girmə məscidə, bihörmət olmagil, Var, paytəxti-meykədəyə, ehtiarm bul. Həq söz budur ki, mədrəsədir dari-qalü qil, Qovğaya salma kəndini, Darüssəlam bul. Eşq əhli getdi hər biri bir ismü rəsmlə, Zakir, oturma sən dəxi bir niknam bul. * * * Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə! Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə! Laləvəş sinəmdə dağların şəhadətdir mənə. Xar olur, güli-həmraya baxsam, çeşmimə, Sərv qəddin görməsəm, ol gün qiyamətdir mənə. Məqsədim oldur səgi-kuyinlə həmavaz olam, Bu təmənna versə ol, eyni-səadətdir mənə. Giryəvü zarım visalınçın degil şamü səhər, Biğərəz sevdayi-eşqində bir adətdir mənə. Çünki vəsli ol məhin mümkün degildir, ey əcəl Öldürüb azad qılsan, külli minnətdir mənə. Əhd qıldı padşahım qətlinə fərda mənim, Xeyli dilşadəm bu gün, hərçənd zəhmətdir mənə. Zakirəm, ol vechdən zülfü xətin müştaqiyəm Kim, siyahbəxtü pərişanlıqda nisbətdir mənə. * * * Hər yana kim, seyr üçün ol şahi-xuban düşər Hər yana kim, seyr üçün ol şahi-xuban düşər, Saya kimi yanana əqlü dilü can düşər. Bəxtiqərələr işi olmasa surətpəzir, Bəs nuçin ol arizə zülfi-pərişan düşər? Yadi müjən bağrımı paraləsə yox əcəb, Rəsmdi, məcruh olur, hər yerə peykan düşər. Rast düşüb bağ ara görsə qədü çeşmini, Sərv sınıqlıq tapar, nərgisə talan düşər. Cameyi-əhmər geyib, yaxdın oda aşiqi, Necəki, xarü xəsə atəşi-suzan düşər. Çakər olur, rəsmdir, bəndeyi-fərmani-xan, Vəh, bu nə çakərdi kim, payına yüz xan düşər, Zakirə ver sədqeyi-hüsnüni kim, var yeri, Müstəhəqindir, ona, həq bilir, ehsan düşər. * * * Hər kimin ki, nəzəri arizi-pürxalə düşər Hər kimin ki, nəzəri arizi-pürxalə düşər, Dami-geysulərə pabəstə olub, qalə düşər. Vəsmə çək qaşlarının tağına peyvəst olsun, Bu kəşakeş deyil, ay başına bir halə düşər. Aşiqi-xam-təməbusə dilər ləlindən, Bir deməz ki, nigəhindən ona təbxalə düşər. Vamiqü Qeys mənimlə rəhi-rüsvalıqda Nə qədər səxt təka-pu eləyə, dalə düşər. Qoy tökülsün güli-rüxsarına zülfi-siyəhin, Rəsmdir nəqşi-nigaridə siyəh alə düşər. Çeşmi bəddən səni hifz edə amanında xuda, Tabi meydən ki, güli-arizinə jalə düşər. Zakira, dərdi-dəruni üzə saldı əşkim, Bir deyən yox, belə qammazlıq ətfalə düşər. * * * Hüsni-nigar əhli-nəzər afitabıdır Hüsni-nigar əhli-nəzər afitabıdır, Qoymaz, nə sud görməyə, geysu səhabıdır. Təbxi-qəza üçün müjəmi yandırın, dedim, Təbbaxi-yar tulladı kim, çubi-abıdır. Badi-səhərlə, nəkhəti zülf üstə, şanənin Ömri-dirazdır arada inqilabıdır. Pamal olursan, enmə sərazir, çox dedim, Tutmadı zülf pəndimi, çəksin, əzabıdır. Qəmzə xədənginə taxar üşşaq bağrını, Guya həlal mürği-şikarı kəbabıdır. Ləb – şəhdi-əngəbin, xəti-növdür – şəhibi-mur, Qəd – sərvi-bağ, kakili-miskin – qürabıdır. Püstani-yardır görünən çaki-sinədən, Ya cənət içrə çeşmeyi-Kövsər hübabıdır? Bir vəqt şanə səxt deyib tari-zülfünə, Dildə hənuz şol əsərin piç-tabıdır. Buyi-vəfa verir, necə mən ondan əl çəkim? Gülgun sirişk eyni məhəbbət gülabıdır. Qətl əzmin eyləsə əgə müjgani-çeşmi-məst, Qövsi-qüzeh qaşın həmə tiri-şəhabıdır. Ovraqi-ləlin açmağa etdim həvəs, dedi: Bilməzsən, açma, elmi-müəmma kitabıdır. Gül dəftərin tökübdü səba, zahirən bu gün, Biçarə bülbülün genə baqi hesabıdır. Saqi, şərabi-nabını get qeyrə vəsf qıl, Zakir o şux nərgisi-məstin xərabıdır. * * * Çeşmi-məstin rovişi-nərgisi-sirab aparır Çeşmi-məstin rovişi-nərgisi-sirab aparır, Taqi-əbruylərin rövnəqi-mehrab aparır. Qanlı göz yaşını qət etsə üzün şövqü, nola, Bərgi-gül şəbnəmini mehri-cahantab aparır. Mana derlər, çəkərək get səri-kuyinə onun, Heç deməzlər ki, salıb qoynuma qüllab aparır. Mərdümi-didələrim hicr günü Nuh-asa O qədər əşk tökər, aləmi seylab aparır. Şamlar tişeyi-Fərhad salır dağə səda, Bəstəri-nazdə Şirini şəkərxab aparır. Dil tutuldu, rəhm– meyxanə tut, ey zahid kim, Qəmi sağər dağıdır, dərdi meyi-nab aparır. Yarı derlər ki, gedir Zakirinə çarə edə, Nuşdarunu öləndən sora Söhrab, aparır. * * * Can cilvələnir qaməti-mövzunu görəndə Can cilvələnir qaməti-mövzunu görəndə, Dil tazələnir arizi-dilcunu görəndə. Zənciri-cünunə birə yüz rəğbətim artır, Rüxsari üzə zülfi-pürəfsunu görəndə, Pür-piç oluram hərdəm oda düşmüş ilan tək, Ol arizi-gülnarda geysuni görəndə. Dağıldı xiridari-qəmi-eşqin olanlar, Bu mərdümi-çeşmim tökən altunu görəndə. Gəlmişdim edəm mərdümi-çeşminlə müdara, Dildim ki, düzəlməz bu iş əbrunu görəndə. Xunxarəligi eyb degil nərgisi-məstin, Hər kim ola qaynar qanı gülgunu görəndə. Ey əhli-hünər, cəm degil Zakir həvası, Eyb eyləmə şerindəki məzmunu görəndə. * * * Cahan içrə mənim bir dilbəri-naməhribanım var Cahan içrə mənim bir dilbəri-naməhribanım var, Nə cövrinə şəkibim, nə cəfasına təvanım var. İtibdir nəqdi-can qaşü gözü qəmzə arasında, Hər üçü bassın əl ol müşhəfi-hüsnə, gümanım var. Həzər qıl qaməti-xəm birlə ahi-cangüdazımdan, Mühəqqər sanma, ey çərx, adəməm tirü kəmanım var. Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır, Necə həqdən keçim mən göz görə, dinim, imanım var. Cəfavü rənc çəkdim gənci-hüsnündən olam faiz, Tutub ətrafını əfi, bu sövdadə ziyanım var. Nolar ahu gözün fikri mənim çeşmim vətən tutsa, Gədayəm, həqdi, yaxşı otlağım, abi-rəvanım var. Bu dağ ilə qəmim yox, qanda varsam aliqədrəm mən, Əgərçi ürəm, amma bir şəhənşəhdən nişanım var. Nə müddətdir qara günlü könül zülfilə xu tutmuş, Qayıtmaz bir deməz axır dağılmış xanimanım var. Diyari-hicrində sənsiz nə qalar udmuşam, gör kim, Dəmi, dilbər, ayaq saxla sana şərhü bəyanım var. Sizi tarı, mürüvvətdirmi ol birəhmü səngindil Edər əğyar ilə işrət, deməz bir natəvanım var. Sərasər əhli-aləm şikvə etsin cövrü zülmündən, O xatircəmdi kim, Zakir kimi övsafxanım var. * * * Cahan içrə mənim bir səngdil, bimehr mahım var Cahan içrə mənim bir səngdil, bimehr mahım var, Büti-peymanşikən, şuxçeşmi-gəcnigarım var. Yolunda dürrlər sərf eləyibdir mərdümi-çeşmim, Olurmu göz-gözə danmaq, iki adil güvahım var. Nigarım zülfü tək qoymaz düşəm pabusuna bir dəm, Pərişan halım ondandır, əcəb bəxti siyahım var. Mənə mehrabü minbər vəsfini təkrar edən vaiz Utanmazmı, baxıb görsə bu surət qibləgahım var? Könül şəhrin çapıb yağmaladı qəm ləşkəri, Zakir, Neçin imdad qılmaz, bəs deyirdin padişahım var? * * * Cövrü cəfavü dərdü qəmi-yarə qaniəm Cövrü cəfavü dərdü qəmi-yarə qaniəm, Tağı sitəmlə gər cigərim yarə, qaniəm. Təqsim edəndə itlərinə süfrə-süfrə nan, Hər ruz bəxş edə mənə bir parə, qaniəm. Gün kimi simtən degiləm kuyinə düşəm, Gəndən nəzareyi-dərü divarə qaniəm. Üşşaq yardən nəzori-mərhəmət dilər, Mən növki-çeşmi-məstü cigərxarə qaniəm. Eşqi onun ola mənə gər mucibi-səğər, Zülfi sanınca yandıralar narə, qaniəm. Özbəs ki, var nisboti geysuyi-dilbərə, Qəbr içrə nişi-əqrəbü şəhmarə qaniəm. Rövşəndi ol nigarə ki, cismi-fikarımı Pərvanəvər salsalar odlarə, qaniəm. Həqqi budur ki, taneyi-əğyardən siva, Hər cövrü zülm yetsə dili-zarə, qaniəm. Eşq əhli dəğşirür qərəzin dombədəm, vəli, Mən Zakirəm, həmin elə didarə qaniəm. * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.