Təcnislər Qasım bəy Zakir (1784–1857) Qalmadı bir ovuc qəllə, biz acıq Qalmadı bir ovuc qəllə, biz acıq Qurtulubdi bu afətdən o Dızaq, Quru yerə zor eyləmiş bir acıq, Qəlbimizdən gedən deyil o dızaq. Qalırmola yarəb bizə bu damaq, Qılınc alıb səg rəqibi bu damaq, Qaragözlüm geyinibdir bu damaq Qəmər kimi şölə verir o dızaq. Qələm alıb əhvalımız yazarıq, Qəhbə fələk fitnəsindən yazarıq, Qışın zəhmətindən çıxıb yazarıq, Qoyun-quzu cövlan eylər o dızaq. Qarı düşmən ölsün gedək yasadıq, Qayım-qayım dost dərdini yasadıq, Qadir Allah yaradıbdır yasadıq, Qayıtmanam təriqindən o dızaq. Qoyma rəqib dərgahına yaxalıq, Qəsdi bunu aparmıya yaxalıq, Qismət eylə bu Zakirə yaxalıq, Qızılgülə sarmaşıbdı o dızaq * * * Dəli könül nə düşübsən çöllərə Dəli könül nə düşübsən çöllərə, Məgər usanmazsan yar aşiqidi, Dost kuyindən gedən deyil bir yana, Rəqibi-səgsifət yar aşiqidi. Adəm gərək həzz eyləyə həvadən, Xatircəm ol gətirmişəm həvadən. Laçın kimi qanad çaldı həvadən, Sonanın bağrını yar aşiqidi Haçan ola canan gələ bu saça, Qorxuram ki, qanlı qəmzə bu saça. Qurban olum bu geysuyə, bu saça Sənubər qəddinin yar aşiqidi Naşi sərraf fayda bulmaz o laldan, Xəbər alma bilən deyil o laldan. Yara deyin əl götürsün o laldan, Ağ geysin ki, əcəb yar aşiqidi Qaş qaradı, xal həbəşi, gözələ, Yığ dərdini bu canıma gözələ, Zakir meyl eyləməz yetən gözələ, Bir büllur əndamlı yar aşiqidi. * * * Dilbər, həsrətindən xəstə düşmüşəm Dilbər, həsrətindən xəstə düşmüşəm, Hicran qoymaz duram ayağa məni. Çülqala zülfünə, basdır dərində, Qoyma ki, bükələr ayağa məni. Gün camalın yüz min eyib tapdaya, Gürüsnəsən al başını tapdaya, Dərdü qəmin həddi nədir tapdaya Sən salmasan əgər ayağa məni. Hazır olsa bir məclisə o zalım Yenə mənim öz yaxamdı o zalım Piltə kimi dönə-dönə o zalım, Yandırdı, buladı ayağa məni. Çünki düşdün eşq oduna yan, yana, İnsaf eylə hər tərəfdə yan yana, Neçə aşiq döşənibdir yan-yana, Kim çalıb onlara ayağa məni Qoşulmadı Zakir nocamə səndən, Bəhs etmək olurmu nə camə səndən. Nə ücrət istərəm, nə camə səndən, Tək qovma dərindən ayağa məni. * * * Əlləri qurumuş məşşatə sənin Əlləri qurumuş məşşatə sənin, Salıb gərdəninə o taq nədi?! Məgər ki, dolanır hilal başına Bəyaz cəbinində o taq nədi?. Dərs alıb oxudum hərayə gəldim, Müşkülüm bitmədi hərayə gəldim. Dərd əlindən yara hərayə gəldim, Artırdı qəmimi o taq nədi? İş görən hər kəsin öz kamalidi, Ariflər istəsə öz kamalidi. Aqbəti yoxdu öz kəmalidi, Cəhanın zərnişan o taq nədi... Cəbrail qalanda olar dəmindən, Lütf edib çıxardı olar dəmindən Dürüst oldu pəri olar dəmindən, Yoxsa yanmış idi, o taq nədi. Xəstə Zakir, cövə dəymə, buqdan üz Hardan görsən səg rəqibi buqdan üz, Qorxuram ki, zərər çəkə buqdan üz Bir məkəs pərindən o taq nədi. * * * Gün cəmalın göz yaşımı qurutdu Gün cəmalın göz yaşımı qurutdu, Qoymadı bulut tək ayağam məni. Əl götürməz, gedər-gedər qayıdı, Nə taptaq eyləyib ayağam məni. Qovğa günü Rüstəm ilə əzələm, Gələ bilməz meydanıma əzələm, Mən sərxoşi-peymaneyi-əzələm, Xəlq məndən öyrənib ayağam məni Qaşlarındı rüxsarında sərayə Həsrətindən rəngim dönüb sərayə Dost qədəmin basdı bizim sərayə, Deməneməm kimsədən ayağam məni. Yığılıb bir yerə arxayın olmuş, Deyirlər bizimlə arxayın olmuş. Oturub evində arxayın olmuş, İmtahan eyləmiş ayağam məni. Zakir tək bəzmində oxumar oldum, Bir kamanəbrudən oxumar oldum, Ləli-ləbin sordum oxumar oldum, Yoxsa ki, tutubdur ayağam məni. * * * Laçın gözlüm, səndən cüda düşəli Laçın gözlüm, səndən cüda düşəli, Abi-rəngim qaçıb ağulanmışam. Dönə-dönə yanıb canım-cigərim, Eşqin ateşinə ağulanmışam Dərs alıb oxudum yazığam mana, Qış möhnət çəkdirir, yazığam mana, Ver şəfa ləbindən yazığam mana, Zəhri-fəraqınla ağulanmışam. Yaslanıram kəlbin kimi dəryaya, Xəstə cismim şəfa tapa, dəryaya, Tut əlimi qərq olmuşam dəryaya Zovrəqim sınıbdır ağulanmışam. Hicr əlindən pərişanəm üzüldü, Qara bəxtim zülfün kimi üzüldü Dərdü qəm çəkməkdən canım üzüldü, Ömür keçib, indi ağulanmışam. Mən Zakirəm dilim dönməz hər ada, Göz yaşım tək ola bilməz hər ada, Bir yol deməz görün qalıb hər ada Müddətdi dərində ağulanmışam. * * * Nazlı dilbər, bu gün gülşən seyrinə Nazlı dilbər, bu gün gülşən seyrinə, Getdi, aparmadı üzülən məni, Möhnət ləşkərinin kirəkeşiyəm, Qoymayın qatardan üzülən məni. Dönə-dönə dərs almışam alimdən, Dil mürğünə xallarındın alimdən, Sərü-zülfün buraxmazam alimdən, Əgərçi dişləyə üzülən məni. Qorxuram ki, səg rəqiblər kəmalə, Gecə-gündüz fikrim budur kəmalə, Bəd əsillər çətin yetər kəmalə, Əgərçi oxuya üzilən məni Kəs başını harda görsən ərindi, Gələməyibdi Əli kimi ərindi, Yardan ayrı cismim elə ərindi, Görsə də tanımaz üzülən məni. Hicran ateşinə can bazarıdı, Bağrım şan-şan edən can bazarıdı. Vəsiyyət çağıdı, can bazarıdı, Zakirəm, bilməyin üzülən məni. * * * Ömürlər səf edib, canlar üzməmiş Ömürlər səf edib, canlar üzməmiş, Həmdəm olmaz ey dil, oturan, sənə. Mənzili-məqsudə yetmək istəsən, Həzrəti-Musa tək oturan sənə. Cigər yandı Hərarətdən yəx arac Şirin canın qəm oduna yəx arac Zülfün alır Hindi-Çindən yəx arac, Bəndeyi-fərmandır oturan sənə. Sən ağasan mən sənin öz gədən, Dil mürğünə verə bilməz öz gədən. Dəli könül umub-küsmə öz gədən Aləm bilir odur oturan sənə. Uca dağlar dərdim ilə yar olmaz, Bir sinəyə ox dəyməsə yar olmaz Əbəs yerə cəfa çəkmə yar olmaz Rəqib ilə durub, oturan sənə. Görməmişəm zülfün kimi tərlanı Xəstə canım şəfa tapıb tərlanı Zakir, qəsdin tutma qisə tərlanı Çəkilib bir küncə oturan sənə. * * * Ha deyirsən gələcəyəm, gəlməzsən Ha deyirsən gələcəyəm, gəlməzsən, Bu qədər insanda ayılan olmaz. Sənin qəmzən kimi xəncəri-xunriz, Mənim bağrım kimi ayılan olmaz. Bir yerdə ki, şərh eyləyə araya, Arif gərək o mənanı araya, Saqi oldun sən ki, düşdün araya, Dəxi bu məclisdən ayılan olmaz. Dərin dərya kənarında yaqusən, Tök rəqibin gözlərinə yaqusən, İnsafi yox, qəzəği yox yaqusən, Hərgiz sənə mayil ayılan olmaz. Neçə aşiq can veribdir dərində, Neçəsi də pabəstədi dərdinə, Muradımız hasil xaki-dərdində Yatarıq illən, ayılan odmaz. Sonalar gölləri bulanıq olar, Piltə cismim yanar bulanıq olar Görəndə Zakiri bulanıq olar Zülfün kimi bədxu ayılan olmaz. * * * Heyf ki, bilmədim çay kənarında Heyf ki, bilmədim çay kənarında Yetişən guşimə bu səda qıydı. Yoxsa qətl-am edib xublar aşiqin Səs səsə veribdir bu səda qıydı. Çeşmimin yaşından dirilən olmaz, Siyəh zülfün kimi dirilən olmaz, Yar gəlməsə məndən dirilən olmaz, Məni xəstə salan bu səda qıydı. Müjganları tökər yağı gölərin, Əritdi cismimdə yağı gözlərin. Qanlıdır aşikar yağı gözlərin Bu yayı, bu oxu bu səda qıydı. Gündüz yüzə çıxa bilməz yarasan, Əfv olursan qulluğuna yarasan. Etibar eyləmə, çarə yarasan, O biri şəfadı, bu səda qıydı Hahan qəmin yetər oldu üzə yar, Az qalıbdır Zakir canın üzə, yar. Səri-zülfün qoma düşə üzə, yar, Qorxuram üzari bu səda qıydı. * * * Heç bilməzəm nəəqt vəqtədən sevdiyim Heç bilməzəm nəəqt vəqtədən sevdiyim, Gözlərim yolunu bu saqi nədi? Sən də bir insafa gələcəksənmi, De görüm sözünün bu saqi nədi? Girib meyxanəyə xumariyəm mən, Tutmuşam zülfünlə xumariyəm mən. Şəhla gözlərinin xumariyəm mən Dəxi bu piyalə, bu saqi nədi? Qarışıb çeşmimin abi cananə, Pəyəndaz etmişəm abi cananə. Yüz kərrə can verdim abi cananə. Bir kərrə istədim bu saqi nədi Yaşılbaş sonasan, üzqan eylərsən, Aşiqlər canını üzqan eylərsən. Hər qiya baxanda üzqan eylərsən, Bilməzəm dərində bu saqi nədi? Neylədi, Zakirdən dəndanə yüzin, Həbəşi xalların dandanə yüzin, Necə tab gətirsin dəndanə yüzin Bir məgəs pərilə bu saqi nədi * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.