Tərcibəndlər və tərkibbəndlər Qasım bəy Zakir (1784–1857) Mən sənə aşiqi-giriftarəm Mən sənə aşiqi-giriftarəm – Nə qədər dövri-fanidə varəm. Yüz gül açılsa könlüm açılmaz, Sonsiz, ey gül, ziyadə qəmdarəm. Gecə-cündüz mənə borabərdir, Mailü-xalü xəttü rüxsarəm. Paybusin müyəssər olsa mənə, Elə billəm cahanə sərdarəm. Sərvi-qəddim əyib qaşın fikri, Bidi-Məcnun kimi nigunsarəm, İki sərməst nərgisindəndir, Müddəti-durdir ki, bimarəm. Həvəsi-zülfi-tabdarın ilə Gecə ta sübh olunca bidarəm. Vəslinə yetməyə ümidim yox, Ol səbəbdən ki, çox giranbarəm. Səbrdir çarəsi qəmi-hicrin, Məndə yox səbr, səxt naçarəm, Çəkdiyim bəsdi hicr bidadın, Öldü kuyində gər günahkarəm. Bir deməzsən, görün, bu nalə nədir, Bu qədər kim dərində sızlarəm. Şah olan eyləməz gədasına rəhm? Mah olan eyləməz xudadan vəhm? II Ömrlər sərf edib, üzüb canlar, Olmuş idim səninlə ancaq yar. Fikrü-zikrim bu idi kuyində – Günbəgün qədrü qiymətim artar. Nə biləydim ki, mən olub məhrum, Məhrəmi-bəzmi olacaq əğyar. Həmdəmin osa idi bir adəm, Xəlq içində mənə deyildi ar. Nə ki, bir nadürüstü naqabil, Nə ki, bədtəriqü bədkirdar. Çəkə ağuşə cismi-yasəməni, Eyləyə seyri-xalü xotti üzar. Yüz əmə ləli-badə nuşindən. Nə bilir ləzzəti-şərabı himar. Peyrəvi-nəfsi-tiyzkam olma, Bazgəşti olur bəsi düşvar. Yoxdu mənlik bir iş, budur vəhmim - Yetişə bir məqamə axiri-kar. Üzünə baxmayıb ola səndən Mətəəzzi təmam xişü təbar. Pəndimi xah tutma, xahi tut, Mən dedim getdim, ixtiyarın var. Olusan bir zaman, gözüm, nədim, Eyləməz qədr bil sənə heç kim. III Bizə ol dəm ki, yarü yavər idin, Qədrü qiymətdə misli-gövhər idin. Ura bilməzdi kimsə ləkkə sənə, Bürci-ismətdə mahi-ənvər idin. Çeşmi bədbinə atəşin bir mil, Dili-bədxahə tiğü xəncər idin. Tapa bilməzdi əl sənə düşmən, Bir alınmaz rəfi səngər idin. Hər yana su tək axmağın yox idi, Gəştiyi-namü nəngə ləngər idin. Dami-təzvirə səmt düşməz iidin, Ahuyi-dəşt kimi ürkər idin. Harda görsən bir əhli-bədkarı, Şərm edib ruyü muyin örtər idin. Meyli-hər namünasib etməz idin, Maili-aşiqi-süxənvər idin. İltifat eyləməzdin ədnayə, Xeyli-xuban içində sərvər idin. Noldu oldun bu növ süfləpərəst? Sən ki, bir xoşsəliqə düxtər idin. Xah zahirdə, xah batində Bizi həddən ziyadə istər idin. Varə-varə belə kənar oldun, Axırül-əmr qeyrə yar oldun. IV Vədə verdin məni ki, öldürəsən, Bu ümid ilə xürrəm idim mən. İntizar ilə keçdi ömür, əfsus! Olmadım feyziyab tiğindən. Sənsiz, ey gülüzarü səməndam, Xardır çeşmimə güli-gülşən. Əsər etməz, nədəndi, heç sənə, Bu qədər kim, mən eylərəm şiyvən. Oxunur lənü tən peydər-pey, Ola bir nazənin-əhdşikən. Rəsmü ayini-lütfü mehrü vəfa, Şəmdən başına dönüm, öğrən! Hali-pərvanəyə yanıb cigəri, Gör necə əşk axıdır gözdən! Asü kəs, qətlimə nədir ehmal, Zülfi əbrü deyilmi tiğü rəsən? Etməyim mən nə növ tərki-diyar, Olmayım mən necə cəlayi-vətən? Səni tari, bu nə mürüvvətdir, Edəsən qeyr ilə səfayi-çəmən. Məhrəmi-bəzmi-vəslin ola rəqib, Mən baxam özgələr kimi gəndən? Dedilər mahlar olur bimehr, Etibar etmədim məni-kovdən. Hər nə oldu özümdən oldu mənə, Qanə dönmüş gözümdən oldu mənə. V Gördü hər yerdə bir mələkmənzər Qəddi-dilcuyin etdi məddi-nəzər. Ləşkəri-möhnət daruni-dilə Girməyə açdı iki rahi-güzər. Ol sərəncami-kari bilməyonə Yalvarıb, yapışıb, dedim nə qədər: “Sanma kim, xublar nihalından Dərəsən dərdü qəmdən özgə səmər. Düşmə dalinə, gəl bu sövdanın, Çox giranmayələr tapıbdı zərər”. Sözümə baxmadı o mənbəi-şur, Pondimi tutmadı o baniyi-şor, Aqibət saldı canə bir atəş, Əridi mum tək tənim yeksər. Ta ki, bəd əz-xərabiyi-Bəsrə, Bir zaman əql oldu müstəhzər: Sərvəri-eşq alıb könül şəhrin, Mülki-canı tutubdu möhkəmtər. Gedib əldən inani-səbrü şəkib, Qaldı biçarə acizü müztər. Neyləsin, dəfi qeyri-mümkündür, Gələ Xaqani-Çinü ya qeysər. Eşq sultani güclü sultandır, Paytəxti onun dilü candır. VI Var ümidim ki, iyzədi-mütəal, Yazmaya zövqü şövqi cümrü vəbal. Əsəri-eşqi-hüsn ondandır, Dəxi bizdən nədir cəvabü sual?! Hüsni-məşuqi eyləyib atəş, Cismi-üşşaqi xüşk pəmbəmisal. Odu eşqə verən sürurü səfa, Odu hüsnə verən cəmalü kəmal. Dil şikarinə zülf dami-bəla. Hər birinin ucunda bir çəngal. Qəmzə sərməst türki-xəncərkeş, Şüğlü kari müdam cəngü cidal. Taqi-əbru dü tiğü-xunaşəm, Çeşmi-cadü dü hindüyi-bədhal. Tühi bir dəm deyil xətadən xət, Xali bir dəm deyil cəfadən xal. Təng qucmaq miyanın eyb etməz, Olmasa gər aradə bədəfal. Münkiri-həqdürür edə hər kəs, Eşqdən dur əhli həqqi-xəyal. Küfrdür məni-zövqi şövq, vəli, Var həqiqü məcazdə işkal. Zövqsüz tən dirəxti-bihasil. Şursiz sər kəduyi-naqabil. VII Hər məkani ki, eşq tutsa məqam, Olmaz ol mülkdə təriqi-nizam. Padşah olsa zülmkar, olur Mərdümi-şəhrə eyşü nuş həram. Sitəmü cövri-mahrulərdən, Bəsi naşaddır dili-nakam. Bir nigarın məni qəmi-hicri Eyləyib biqərarü biaram. Nə vüsalinə var ümmidim, Nə fəraqinə var səbrü dəvam. Bilirəm ki, bu möhnətin yoxdur. Çarəsi qeyri-badeyi-gülfam. Saqiya, ver şərab peydərpey, Mən ki, xəlq içrə olmuşam bədnam! Tut əlim bir əyağ ilə, billah, Qoyma əldən düşəm, behəqqi-kəlam! Eylə bir növ məstü layəqil Xüm ayğında ta be-ruzi-qiyam. Bilməyim ki, nədir səfayi-səhər, Bilməyim ki, nədir məşəqqəti-şam. Xakdən ta ki, vəqti-rastaxiz Götürüm baş, bixüdü sərsam. Əhli-məhşər soruşsa kimdir bu: Məstü bibak, əldə camü səbu?! VIII Deyim: ey zümreyi-səğirü kəbir. Mənəm ol Zakiri-bəlayə əsir. Olmadım rəğbət ilə mən şeyda, Bir pəri saldı boynuma zəncir. Etdi bərbad eşqi dil mümkün, Tapmadın bir kəsi edə təmir. Biqərarü qəmin ikən gördüm Oturub xanəgah ara bir pir. Hali-zarımdan oldu çün agəh, Ol xücəstəxisalü saf-zəmir. Dili-süzanıma yanıb cigəri Dedi: “biçarə, eyləmə təxir. Al əlimdən bu cürəni nuş et Kim, zər eylər nə olsa bu iksir. Gəzəsən bərrü bəhri tapılmaz Mərəzi-eşq üçün belə tədbir. Bil ki, bir qətrəsi bu əczanın Zağı eylər hümay, rubəhi şir. Bu bir eylə məqamdır, munda Şah ilə yox gədalərə tovfir”. Yadi-ləlilə meypərəst oldum, Mənədə yoxdur bu babdə toqsir. Ol sitəmkardır bu cürmə səbəb, Mənə ondan yetib bu rənci təab! * * * Nə gözəl mövsümi xoş dövrandır Nə gözəl mövsümi xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır. Döşəyib fərşini fərraşi-qəza, Guyiya bəzmi-əzimüş-şandır. Xabi qəmdən oyan, ey dil ki, bu gün Mövsümi-seyri-baharistandır. Olma dilgir ki, dey dəfi üçün Tiği-cəlladi-qəza üryandır. Zahirən yəsi-zimistan tutmuş, Dəmbədəm çeşmi-fələk giryandır. Marü murü mələxü vəhşi tüyur Qüdrəti-həqqə sonaguyandır. Qaldırıb baş təmam əczalor – Yox ikən varlığına heyrandır. Badeyi eşqdən olmuş sərməst. Mən kimi cümləsi sərgərdandır. Nə gözəl mövsümi xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! II Ey sənubər-qədü bala qamət! Vey güli-gülbini-baği-behcət! Haliya ləşkəri-sultani-bahar Dey sipahinə tapıbdır nüsrət. Nazəninim, nə təğafüldür bu, Gələ gör var ikən əldə fürsət. Bir konarə çəkilək gülşəndə, Eyləyib çeşmi-ədudən xəlfət. Götürək busəvü bazidən kam, Aparaq bir-birimizdən ləzzət. Xəlq ola kəmrəva, görmə rəva Mən qalam guşeyi-qəmdə həsrət. Qalmışam künci-boladə tənha, Kəsmişəm dəştü çəməndən rəğbət. Müddəilər sözünə guş etmə, Dolanım başına əlbət, olbət. Nə gözəl mövsimü xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! III Ey qamu xublər içrə sərhəng! Vey olan baisi-hər fitnəvü cəng! Geydirib naz ilə məşşateyi-dəhr, Novərusi, çəməni rəngarəng; Mehrdən gör ki, büni-əşcari Düxtəri-rəz çəkib ağuşuna təng. Yetirir nəğmeyi-yahu fələyə, Nəhrlərdə toxunub bir-birinə səng. Kəbklər şur salıbdır dağə, Qümrilər bağdə tutmuş ahəng. Gəzdirir məclis ara camü qədəh, Saqiyi-sədavü şəhbazü qəşong. Bəzmi-işrətdə tutub bir-birini. Nay ilə bərrətü tarü dəfü çong. Qaşların qurbanı, gəl nuş eylə, Həm məzə hazirü həm badəvü bəng. Nə gözəl mövsümi xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! IV Dövrə gəlmiş fələki-minafam, Bəzmi-dövranə veribdir əncam. Gəl tutaq cam ki, bişək aparır Gərdişi-dövr qəmin gərdişi-cam. Dürdvəş bəhri-meyə qərq olsun, Fəsli-gül badəni kim dersə həram. Bir bina eyləmişəm ki, görüşək, Sən də eylə bu binayə iqdam. Olma məğrur ki, qalmaz səndə Abü rəngi-əbədi, hüsni-müdam. Bu lətafət, bu məlahət, bu rəviş, Ənqəribdir ki, ola seyr əqsam. Bərgi-gül tək olar övraq dəhən, Bidi-Məcnunə dönər qəddi-xuram. Məni-möhnətzədədən etmə diriğ Nəzəri-lütfünü, ey aliməqam! Nə gözəl mövsümi xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvandır! V Mən edərmi məni zahid kim, duş Məndən əfzun olub əknun mədhuş. Əqlü idrakını bir işvə ilə Aparıb müğbəçeyi-badəfürüş. Kəndinin zöhd qəbasın çıxarıb, Dəştü səhra tək olub əlvanpuş. Məst nazım, gələ gör, aşiqlər, Cümlə məşuqu ilə həmağuş. Faş olub razi-dəruni-dili-gül, Açılıb qönçə sərindən sərpuş. Bu qədər Zakirini incitmə, Mən ölüm, üzr gətirmə, xamuş! Meyi-nab etmiş elə mostü xərab, Var nə səbrü nə taqət və nə huş. Biz də ellər kimi gül fəslində Mey içib, məclis edək nuşa-nuş. Nə gözəl mövsümi xoş dövrandır, Hər tərəf dəştü çəmən əlvadır! * * * Ey sərvqədü səmənüzarım! Ey sərvqədü səmənüzarım! Qəhri çoxü mehri az nigarım! Çeşmi-siyəhindən ayrı olmuş Zülfün kimi tirə ruzigarım. Bu rəşkdən ölməyimmi, – yoxdur Bir muca yanında etibarım. Yanmaqdı misali-şəm hər şəb Ta sübh olunca şüğlü karım. Gülçin kimi dolar dəmadəm Gülgun sirişk ilə kənarım. Əzmi-səri-kuyin eylərəm ki, Edəm sənə şərh hali-zarım. Gördükdə soni gedər əlimdən. Nə sud, inani ixtiyarım. Müşküldü bu hal ilə dolanmaq, Yeksər kəsilib rəhi-mədarım. Çək tiğini bir səvab eylə, Öldür, bu əzabdan qurtarım. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! II Bir vəqt bizimlə həmdəm oldun, Təskindehi-möhnətü qəm oldun! Mən zar olanda, sən doxi zar, Mən xürrəm olanda, xürrom oldun! Zəxmi-dili-biqərarə əlhəq, Bir neçə zaman mərhəm oldun! Bilməm, sənə sonradan nə oldu, Kim, böylə bizimlə dərhəm oldun! Yadlar ilə söhbət etdin ağaz, Hər gəh mənə yetdin əbsəm oldun! Gördükdə məni bəxilü mümsik, Əğyarı görəndə Hatəm oldun! Adəm ki, deyildin əvvəl, ey məh, Ta kim, məni tapdın adəm oludun. Yıxdın evini o gün ki, getdin, Hər bisərü payə məhrəm oldun! Yoxdur xəbərin hənuz özündən, Rüsvayi-təmami-aləm oldun! Ey dilbəri-xoxüramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! III Hərçənd kəminə bir gədayəm, Ey şah, səninlə aşinayəm. Müddətdi dərində pasibanəm, Bir ömrdü xadimi-sərayəm. Hər hökm ki, eyləsən, mütiəm, Hər zülm ki, eyləsən raziyəm. Bicürmü günah etmisən dur, Avareyi-vadiyi-bəlayəm. Gəl, gör ki, diyari-qürbət içrə, Nə növ əsirü mübtəlayəm. Tərsayə rəva deyil bu bidad, Lillahül-həmd parsayəm. Sən həm dəxi bəndeyi-xudasən, Mən həm dəxi bəndeyi-xudayəm. Salmış məni möhnətin ayaqdan, Tut gəl olimi ki, binəvayəm. Bir yarı-müvafiqü qədiməm, Bir müxlisi-xasü biriyayəm. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! IV Bipərdə durub oturma, ey yar, Çək pərdəyə nəğmə kimi rüxsar. Gün mübtəzəl olmaz idi öylə, Gündə özün etməsəydi izhar. Bizdən ki, usandın eybi yoxdur, Bir aşiqü-safü sadiq axtar. Hərcayilər iələ ülfət etmə, Zinhar, hezar bar zinhar! Axırda olursan öylə biqədr, Olmaz sənə hiç kim xiridar. Alma yüz ola ləzizü xoştəm, Almaz zədə alsa əhli-bazar. Naəhl ilə həmnişin olma, Ey iki gözüm, yaman olur ar. Dildən dilə düşməsin fəsanə, El ağzını bağlamaqdı düşvar. Vəhmim budu kim, keçə iş işdən, Səndən ola qovmü xiyş bizar. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! V Hə canibə su tək axma, ey gül! Mütləq yünül olma, qədrini bil! Məlum əgər olmaya həqiqət, Sövdayi-məcazidən nə hasil? Cana, sənə üç əmanətim var: Oldur biri – olma şəmi-məhfil. Biganələrin evinə getmə. Getsən qayıt, eyləmə təğafil! Sani bu ki – meyli-şövhər etəsən, Hər nakəsü dunə olma mail. Nadan ilə həmrəh olmaq asan, Yol getməyi leyk soxt, müşkil. Salis bu ki – Zakiri həzindən Madami-həyat olma qafil. Yad eylə o bikəsi düşəndə, Divanəsini unutmaz aqil. Saditqədəmi-rəhi-vəfadır, Haşa verə səndən özgəyə dil. Ey dilbəri-xoşxuramü bədxu, Tərk eylə bu rəsmi, xoş deyil bu! %% Məişət şeirləri * * * Kitabxana.az · https://kitabxana.az/collections/zakir-tercibendler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1857). Public domain (author died 1857). Original text only.