Mayıs ayının əvvəlləri idi. Vaxt hərçənd bahar fəsli idisə de, lakin Badkubenin istisi otuz üçümcü dərəcəyə çatmışdı. Məktəb qanunilə yay fəsillərində dərs movquf olunmaq adətincə müəllimlər və mütəəllimlər tətil vaxtının yavuqlaşmasına şad olub, baharın axır günlərin səbirsizliklə keçirirlər idi.