Ağbaba dağı
Bilinmir tarixi, bilinmir yaşı,Ləlü cəvahirdi torpağı, daşı,Duman - çiskin basıb, görünmür başı,Burda mərəz tapmaz insanın sağı,Dünyaya səs salıb Ağbaba dağı.
Yamac – yalı, gül - çiçəkdən seçilmir,Qonaqları bulaqlardan çəkilmir,Motalından, qaymağından keçilmir,Ədalət meydanı, abdal ocağı,Dünyaya səs salıb Ağbaba dağı.
Bu yan Taya Qaya, o yan Qaraxaç,Gülə bələnibdi bütün yal - yamac.Şən nəğmə oxuyur qırqovul, turacCeyranlar oylağı, maral yatağı,Dünyaya səs salıb Ağbaba dağı.
Payiz vaxtı tökür qarı, boranı,Bağlayır yolları, kəsir aranı.Sindırır damlarda atma karanı,İncidir tənbəli, sevmir qorxağı,Dünyaya səs salıb Ağbaba dağı.
Tarixlərdən gəlir səsi - sorağı,İgidlər məskəni, ərlər yaylağı,Adı dil əzbəri, cənnət qırağı,Heydər der: Var olsun, vətən torpağı,Dünyaya səs salıb Ağbaba dağı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-heyder-agbaba-dagi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Zinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Umduğumuz gün gələrUmduğumuz gün gələr,Haqq yenə üstün gələr!
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,