Çən gəlsə dağlara yellər əsdirər,Qış da çətin gəlsə dal əyər-əyər.Aşıq deyər əyərdən,Nə gətirdin əyərdən,Laçın getdi şikara,Gətirərsə əyər dən.Elin səsin qayalardan kəsdilər,Eşitsə qəddini dal əyər-əyər.

Yəqin kəsər zəhri zəhrin salsalı,Qəza cana zəhrin zəhri sal salı,Aşıq gəzər sal salı,Yar qəddinə sal salı,Canan canı nəzərdən,Əyər yaxşı salsalı.İçində qardaşı zəhrin salsalı,Səslərdi dilində dal əyər-əyər.

Yazıq cana canan getdin əyanə,Danışsan dərdini salsan əyanə,Aşıq gəzər əyanə,Dilin eşqə əyanə,Xain nədən qaralı,Gəzir eldən o yanə.Musa istər canan gəzə əyanə.Yaralı sinəsin dal əyər-əyər.

Random poem

More by this author

Poems by other poets · Love