Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.Meylim səndən qeyri yarı istəməz,Sevmişəm xalların, ay gözəl-gözəl.

Aşıq, cananına xanə sin də bax,Zər-ziba qumaşa xanəsində bax,Əcayib əyləşmiş xanəsində, bax,Darayıb tellərin, ay gözəl-gözəl.

Seyraqubun əli yardan boş qala,Divansız eşq görməmişəm, boş qala.İnsafdırmı, sən gedəsən, boş qala.Sonalı göllərin, ay gözəl-gözəl.

Nəcəf deyər, gözüm ay rövşən olsun.Gün doğub aləmə ay rövşən olsun.Sən bizə gələndə Ay rövşən olsun,O cada yolların, ay gözəl-gözəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love