Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,Əyyami-vüsalın şəbi-hicranə dönübdür.Bülbül tək işin naləvü əfqanə dönübdür,Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət,Geysuləri sünbül tək alıb tabü təravətQamətləri dünyaya salıb türfə qiyamət,Hər dilbərə bir növ verib rəngi-nəzakət,Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür?

Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,Dildadələri etmək üçün damə giriftar.Səyyadi-sitəmgər bu güzərgahda çox var,Ahubeçələr tək doludur kuçəvü bazar,Çin mülkimə bu mənzili-viranə dönübdür.

Hər kim gələ Tiflisə tamaşa tələbindən,Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,Görməz əsəri-rahəti-can ruzü şəbindən,Xoşləhcə pərizadələrin ləli-ləbindən,Bu kişvəri-pürşur Bədəxşanə dönübdür.

Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,Rüxsari-niku, türreyi-mişkini dilaviz,Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,Arizləri mehtaba bərabərləri gördüm,Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,Aya bu mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,Tən eylər idi görsə birin valehü-şeyda,Tərk eyləmiş islamı görüb bunları hala,İstər ola çarubkeşi-səhni-kəlisa,Zünnar salıb boynuna, Sənana dönübdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love